Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şəki şəhəri İş № e-2-2(117)-205/2021 17.03.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, kreditor Bakı şəhəri Ziya Bünyadov prospekti 1965, X1 Mərkəzi ünvanında yerləşən Kreditor ASC-nin borclu Ağsu rayonu, Qiyaslı kəndində yaşayan Borclu qarşı “1042 manat borc və 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ərizəyə əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: Kreditor ASC-nin məhkəməyə təqdim etdiyi ərizədən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Borclu ilə “xxxx” ASC arasında kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli 07/00025382 nömrəli müqavilə bağlanmış, borclu qeyd olunan müqavilənin şərtlərini pozaraq lizinqə götürdüyü traktorun və kotanın dəyərini ödəməmiş və nəticədə onun cəmi 1042 manat borcu yaranmışdır. Borclunun 1042 manat borcunun olması tərəflər arasında bağlanmış müqavilə və maliyyə arayışı ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni, qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Beləliklə, tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslandığından, yəni, müqavilə üzrə yaranmış borcun alınması haqqında verildiyindən tələbkarın ərizəsi təmin edilməli və bu barədə məhkəmə əmri çıxarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 275-276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə əmr etdi : Borclu 1042 (bir min qırx iki) manat borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu tutularaq "Kreditor" ASC-yə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-205/2021
Şəki Kommersiya Məhkəməsi Məhkəmə əmri — İş №e-2-2(117)-205/2021
17.03.2021 · Əmr icraatı - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver