Məhkəmə qərarları › İş №e-2-2(117)-21/2021

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-21/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-21/2021 18.03.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı2 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh firmasının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı2 MMC-nin Cavabdeh firmasına qarşı “avans məbləğinin icra edilməmiş qalan 102632,56 manat hissəsinin, 30000 manat dəymiş ziyanın, 169537,68 manat cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ödənilməsi” və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh firmasının cavabdeh İddiaçı2 MMC-yə qarşı “169537,68 manat məbləğində (25861,68 manat ƏDV daxil olmaqla) pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələblərinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı2 MMC Cavabdeh firmasına qarşı “avans məbləğinin icra edilməmiş qalan 102632,56 manat hissəsinin, 30000 manat dəymiş ziyanın, 169537,68 manat cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ödənilməsi” tələbi ilə, eyni zamanda iddiaçı Cavabdeh firması cavabdeh İddiaçı2 MMC-yə qarşı “169537,68 manat məbləğində (25861,68 manat ƏDV daxil olmaqla) pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı2 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında vəsatətlə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış müqavilənin icra yerinin Abşeron rayonu ərazisində qeyd olunduğunu bildirmiş və bu səbəbdən hazırki işin baxılması üçün müqavilənin icra yeri üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh firmasının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında vəsatətlə məhkəməyə müraciət edərək iddianın hüquqi əsası olan alqı-satqı müqaviləsinin icra yeri Abşeron rayonu olduğundan işin baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələri və vəkillərinin vəsatətlərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. 36.13-cü maddəsinə əsasən bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. 44.2.5-ci maddəsinə əsasən hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Hazırki iş üzrə tərəflərin nümayəndələri və vəkillərinin vəsatətlərinin və iş materiallarının məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış və hazırda mübahisə predmeti olan alqı-satqı müqaviləsinin icra yeri Abşeron rayonudur, iş üzrə əksər sübutlar, şahidlər həmin ərazidədir. Belə ki, tərəflərin vəkillərinin izahatlarından və iş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqavilənin predmeti olan suxurların çıxarıldığı dolomit yatağı Abşeron rayonu ərazisində yerləşən Qələndərtəpə dolomit yatağından çıxarılmış və süxurların yerləşdirildiyi dayaq məntəqəsi də Abşeron rayonun ərazisindədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisə predmeti olan alqı-satqı müqaviləsinin icra yeri Abşeron rayonu olduğundan, sübutların əksər hissəsi həmin ərazidə olduğundan və tərəflər vəsatətlə məhkəməyə müraciət edərək işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etdiklərindən vəsatətlər təmin edilməli və iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasının 22.1-ci bəndinə əsasən Abşeron rayonu Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı2 MMC-nin Cavabdeh firmasına qarşı “avans məbləğinin icra edilməmiş qalan 102632,56 manat hissəsinin, 30000 manat dəymiş ziyanın, 169537,68 manat cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ödənilməsi” və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh firmasının cavabdeh İddiaçı2 MMC-yə qarşı “169537,68 manat məbləğində (25861,68 manat ƏDV daxil olmaqla) pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar