Məhkəmə qərarları › İş №e-2-2(117)-219/2020

Şəki Kommersiya Məhkəməsi Məhkəmə əmri — İş №e-2-2(117)-219/2020

21.05.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şəki şəhəri İş № e-2-2(117)-219/2020 21.05.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Şəki Kommersiya Məhkəməsinin hakimi Məcidov Rüfət Azadəli oğlu, kreditor ünvan 1 ünvanında yerləşən İddiaçı ASC-nin borclu Yevlax rayonu Qoyun Binəsi kəndində yaşayan Cavabdeh qarşı 4130 manat borc və 20 manat dövlət rüsumunun borcludan tutularaq ödənilməsi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ərizəyə əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: Kreditor İddiaçı ASC-nin məhkəməyə təqdim etdiyi ərizədən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, borclu Cavabdeh ilə İddiaçı ASC arasında kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2015-ci il tarixli 428-GL/15 nömrəli müqavilə bağlanmış, borclu qeyd olunan müqavilənin şərtlərini pozaraq lizinqə götürdüyü texnikanın dəyərini ödəməmiş və nəticədə 4130 manat borcu yaranmışdır. Borclunun 4130 manat borcunun olması tərəflər arasında bağlanmış müqavilə və maliyyə arayışı ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. 280-ci maddəsinə əsasən, məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Beləliklə, tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslandığından, yəni müqavilə üzrə yaranmış borcun alınması haqqında verildiyindən tələbkarın ərizəsi təmin edilməli və bu barədə məhkəmə əmri çıxarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 275-276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə əmr etdi : Borclu Cavabdeh 4130 (dörd min bir yüz otuz) manat borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar