Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-260/2025 12.03.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İ. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 9.215,70 manat məbləğində borc və 112,16 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 9327,86 manat borc məbləğində pul vəsaitinin məcburi qaydada tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (İcraçı) ilə Cavabdeh MMC (Sifarişçi) arasında xx.xx.2022 -ci il tarixli, № 01D-22 saylı “Podrat” müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən, “İcraçı” yəni İddiaçı MMC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xüsusi icazə (lisenziya) əsasında Beynəlxalq standartlara cavab verən kimyəvi və bioloji preparatlar vasitəsi ilə ölkədə qüvvədə olan standartlarda nəzərdəə tutulan qaydada “Sifarişçi” yəni Cavabdeh MMC tərəfindən göstərilən ünvanda dezinfeksiya, xəstəlik törədən mikroorqanizmləri sağlam orqanizmə yoluxduran infeksiya mənbəyini məhv etmək üçün profilaktik, dezinseksiya, Gəzən və uçan həşəratlara qarşı, deratizasiya, gəmiricilərə qarşı mübarizə xidmətlərini “Sifarişçi”yə göstərir, “Sifarişçi” yəni CavabdehMMC ona göstərilmiş xidmət müqabilində bu Müqavilədə nəzərdə tutulmuşaylıq ödənişi “İcraçı”nın yəni İddiaçı MMC – nin hesabına keçirir. Buna uyğun olaraq, Cəmiyyətimiz tərəfindən Cavabdeh MMC tərəfindən göstərilən ünvanda dezinfeksiya, xəstəlik törədən mikroorqanizmlərisağlam orqanizmə yoluxduran infeksiya mənbəyiniməhv etmək üçün profilaktik, dezinseksiya, gəzən və uçan həşəratlara qarşı, deratizasiya, gəmiricilərə qarşımübarizə xidmətlərininin göstərilməsinə baxmayaraq, cavabdeh xidmət haqqını bugünə qədər ödəməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli, 778346 nömrəli, EBCD seriyalıelektron qaimə ilə cavabdehin iddiaçıya 336,30 manat, xx.xx.2022 – ci il tarixli, 778348 nömrəli, EBCD seriyalıelektron qaimə ilə 255,66 manat, xx.xx.2022 – ci il tarixli, 991072 nömrəli, EBCG seriyalı elektron qaimə ilə 336,30 manat, xx.xx.2022-ci il tarixli, 164765 nömrəli, EBCH seriyalı elektron qaimə ilə 255,66 manat, xx.xx.2022-ci il tarixli, 155726 nömrəli, EBCJ seriyalı elektron qaimə ilə 255,66 manat, xx.xx.2022-ci il tarixli, 014147 nömrəli, EBCL seriyalı elektron qaimə ilə 336,30 manat, xx.xx.2022-ci il tarixli, 014148 nömrəli, EBCL seriyalı elektron qaimə ilə 255,66 manat, xx.xx.2023-cü il tarixli, 854804 nömrəli, EBCM seriyalı elektron qaimə ilə 336,30 manat, xx.xx.2023-cü il tarixli, 854807 nömrəli, EBCM seriyalı elektron qaimə ilə 255,66 manat , xx.xx.2023-cü il tarixli, 595033 nömrəli, EBCO seriyalı elektron qaimə ilə 336,30 manat, xx.xx.2023-cü il tarixli, 595034 nömrəli, EBCO seriyalı elektron qaimə ilə 255,66 manat, xx.xx.2023-cü il tarixli, 376249 nömrəli, EBDB seriyalı elektron qaimə ilə 336,30 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, EBDB seriyalı elektron qaimə ilə 255,66 manat, xx.xx.2023-cü il tarixli, 152843 nömrəli, EBDD seriyalı elektron qaimə ilə 336,30 manat, xx.xx.2023-cü il tarixli, 152845 nömrəli, EBDD seriyalı elektron qaimə ilə 255,66 manat, xx.xx.2023-cü il tarixli, 038764 nömrəli, EBDF seriyalı elektron qaimə ilə 336,30 manat xx.xx.2023-cü il tarixli, 038765 nömrəli, EBDF seriyalı elektron qaimə ilə 255,66 manat, xx.xx.2023- cü il tarixli, 778086 nömrəli, EBDH seriyalı elektron qaimə ilə 336,30 manat, xx.xx.2023-cü il tarixli, 778091 nömrəli, EBDH seriyalı elektron qaimə ilə 255,66 manat, xx.xx.2023-cü il tarixli, 690476 nömrəli, EBDJ seriyalıelektron qaimə ilə 336,30 manat, xx.xx.2023-cü il tarixli, 690478 nömrəli, EBDJ seriyalı elektron qaimə ilə 255,66 manat, xx.xx.2023-cü il tarixli, 777484 nömrəli, EBDL seriyalı elektron qaimə ilə 336,30 manat, xx.xx.2023-cü il tarixli, 777486 nömrəli, EBDL seriyalı elektron qaimə ilə 255,66 manat, xx.xx.2023-cü il tarixli, 839652 nömrəli, EBDN seriyalı elektron qaimə ilə 336,30 manat, xx.xx.2023-cü il tarixli, 839653 nömrəli, EBDN seriyalı elektron qaimə ilə 255.66 manat , xx.xx.2023-cü il tarixli, 142533 nömrəli, EBDQ seriyalı elektron qaimə ilə 336,30 manat, xx.xx.2023-cü il tarixli, 142534 nömrəli, EBDQ seriyalı elektron qaimə ilə 255,66 manat, xx.xx.2023-cü il tarixli, 328634 nömrəli, EBDS seriyalı elektron qaimə ilə 336,30 manat, xx.xx.2023-cü il tarixli, 328636 nömrəli, EBDS seriyalı elektron qaimə ilə 255.66 manat, xx.xx.2023-cü il tarixli, 497305 nömrəli, EBDT seriyalı elektron qaimə ilə 336,30 manat borcu, ümumilikdə 9.215,70 manat məbləğində borcu yaranmışdır. Cavabdehə onlayn kargüzarlıq vasitəsi ilə xx.xx.2024 – cü il tarixli pretenziya məktubu göndərilmiş, qalan borcun 10 (on) gün ərzində iddiaçıya ödənilməsi xahiş edilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən qalan borcun ödənilməsi ilə bağlı heç bir addım atılmamışdır. Bundan sonra isə iddiaçıməhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
İİ. Tərəflərin mövqeləri:
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
İİİ. Məhkəmə baxışının hədləri:
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
İV. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 769-cu maddəsinə əsasən Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
V. Məhkəmənin mövqeyi:
6. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, “icraçı” İddiaçı MMC ilə “sifarişçi” Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli 01D-22 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “icraçı” xüsusi icazə ilə beynəlxalq standartlara cavab verən kimyəvi və bioloji preparatlar vasitəsi ilə ölkədə qüvvədə olan standartlarda nəzərdə tutulan qaydada “sifarişçi” tərəfindən göstərilən ünvanda dezinfeksiya, xəstəlik törədən mikroorqanizmləri sağlam orqanizmə yoluxduran infeksiya mənbəyini məhv etmək üçün profilaktik, dezinfeksiya, gəzən və uçan həşəratlara qarşı, deratizasiya, gəmiricilərə qarşı mübarizə xidmətləri “sifarişçi”-yə göstərir, “sifarişçi” isə öz növbəsində ona göstərilmiş xidmət müqabilində bu müqavilədə nəzərdə tutulmuş aylıq ödənişi “icraçı”-nın hesabına keçirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndinə əsasən ödənişin həyata keçirilməsi üçün əsas bu müqavilə və işlərin aparılması zamanı tərtib edilən aktlardır.
7. Məhkəmə əvvəlcə tərəflər arasında bağlanmış müqavilənin həqiqiliyinə və mahiyyətinə qiymət verərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə podrat müqaviləsi olmaqla hər iki tərəfin imza və möhürləri ilə rəsmiləşdirilmiş, tərəflərin həqiqi hüquqi iradə ifadələrini əks etdirməklə etibarsız olmamışdır.
8. İş materiallarında iddiaçı tərəfindən müqavilə üzrə xidmətlərin göstərilməsini əks etdirən 22427 nömrəli, 22428 nömrəli, 23347 nömrəli, 23346 nömrəli, 23837 nömrəli, 23838 nömrəli, 24657 nömrəli, 24656 nömrəli, 25100 nömrəli, 25099 nömrəli, 25497 nömrəli, 25496 nömrəli, 19531 nömrəli, 19998 nömrəli, 19532 nömrəli, 20213 nömrəli, 20654 nömrəli, 20565 nömrəli, 20854 nömrəli, 20855 nömrəli, 21320 nömrəli, 21319 nömrəli, 21672 nömrəli, 22088 nömrəli, 21673 nömrəli, 22089 nömrəli aktlar mövcuddur. Həmin aktlar tərəflərin möhür və imzaları ilə təsdiq edilmişdir. Bu da tərəflər arasında podrat müqaviləsi üzrə xidmətlərin göstəriləmsini sübut edir və məlum olur ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etmiş cavabdeh isə öz növbəsində qeyd olunan xidmətləri qəbul etməsinə baxmayaraq müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə iddiaçıya ödənilməmiş borcu qalmışdır. Cavabdeh öz növbəsində bunun əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir.
9. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli 778346 nömrəli, xx.xx.2022-ci il tarixli 778348 nömrəli, xx.xx.2022-ci il tarixli 991072 nömrəli, xx.xx.2022-ci il tarixli 164765 nömrəli, xx.xx.2022-ci il tarixli 155726 nömrəli, xx.xx.2022-ci il tarixli 014147 nömrəli, xx.xx.2022-ci il tarixli 014148 nömrəli, xx.xx.2023-cü il tarixli 854804 nömrəli,xx.xx.2023-cü il tarixli 854807 nömrəli, xx.xx.2023-cü il tarixli 595033 nömrəli, xx.xx.2023-cü il tarixli 595034 nömrəli, xx.xx.2023-cü il tarixli 376249 nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli 152843 nömrəli, xx.xx.2023-cü il tarixli 152845 nömrəli, xx.xx.2023-cü il tarixli 038764 nömrəli, xx.xx.2023cü il tarixli 038765 nömrəli, xx.xx.2023-cü il tarixli 778086 nömrəli, xx.xx.2023-cü il tarixli 778091 nömrəli, xx.xx.2023-cü il tarixli 690476 nömrəli, xx.xx.2023-cü il tarixli 690478 nömrəli, xx.xx.2023-cü il tarixli 777484 nömrəli, xx.xx.2023-cü il tarixli 777486 nömrəli, xx.xx.2023-cü il tarixli 839652 nömrəli, xx.xx.2023-cü il tarixli 839653 nömrəli, xx.xx.2023cü il tarixli 142533 nömrəli, xx.xx.2023-cü il tarixli 142534 nömrəli, xx.xx.2023-cü il tarixli 328634 nömrəli, xx.xx.2023-cü il tarixli 328636 nömrəli, xx.xx.2023-cü il tarixli 497305 nömrəli elektron qaimələrdə də iddiaçının cavabdehə göstərdiyi xidmətlərə görə qeyd olunan 9215.70 manat məbləğində xidmət haqqı öz əksini tapmışdır.
10. İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli pretenziya məktubuna əsasən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
11. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış podrat müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
12. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 9215,70 manat borc tutularaq iddiaçıya ödənilməlidir.
13. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddianın qiymətinə uyğun olaraq 112,16 manat dövlət rüsumu ödənilmiş, bu barədə iddiaçı tərəfindən iş materiallarına qəbz əlavə edilmişdir. İddia tələbi təmin edildiyindən ödənilmiş 112,16 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
14. Beləliklə, iddianın təmin ediləməsi barədə qətnamə qəbul edilməlidir.
Vİ. Nəticə:
15. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdehndən 9215,70 manat borc və 112,16 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim : Elnarə Hüseynova