Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-265/2024 21.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı "xxxx" MMC-nin müqavilə üzrə 262094 manat əsas borc və 26208 manat, cəmi 288302 manat və 580 manat rüsum tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə "xxxx" MMC (bundan sonra tərəflər) arasında bağlanmış xx.xx.2019cu il tarixli, 01-2/19 nömrəli nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən icarəyəverən qanuni əsaslarla ona məxsus olan bu müqavilənin əlavələrində göstərilənləri verir, icarəçi isə həmin nəqliyyat vasitələrini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən icarəçi nəqliyyat vasitəsinin icarəsinə görə nəzərdə tutulan icarə haqqını bu müqavilədə qeyd edilən müddətdə və məbləğdə ödəməyi öhdəsinə götürmüşdür. 3.1-ci bəndinə əsasən icarəçi bu müqavilədə qeyd edilmiş və icarəyə alınmış nəqliyyat vasitəsinin 1 təqvim ayı müddətinə icarəsi üçün icarəyəverənə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədə göstərilmiş məbləğdə icarə haqqını ödəyir. 4.1-ci bəndinə əsasən bu müqavilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək bağlanmışdır. Qeyd edilən müqavilə əsasında xx.xx.2019-cu il tarixdə tərəflər arasında təhvil-təslim aktı tərtib edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 05-2/20 nömrəli nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən icarəyəverən qanuni əsaslarla ona məxsus olan bu müqavilənin əlavələrində göstərilənləri icarəyə verir, icarəçi isə həmin nəqliyyat vasitələrini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən icarəçi nəqliyyat vasitəsinin icarəsinə görə nəzərdə tutulan icarə haqqını bu müqavilədə qeyd edilən müddətdə və məbləğdə ödəməyi öhdəsinə götürmüşdür. 3.1-ci bəndinə əsasən icarəçi bu müqavilədə qeyd edilmiş və icarəyə alınmış nəqliyyat vasitəsinin 1 təqvim ayı müddətinə icarəsi üçün icarəyəverənə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədə göstərilmiş məbləğdə icarə haqqını ödəyir. 4.1-ci bəndinə əsasən bu müqavilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək bağlanmışdır. Qeyd edilən müqavilə əsasında xx.xx.2020-ci il tarixdə tərəflər arasında təhvil-təslim aktı tərtib edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 15-3/21A nömrəli nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən icarəyəverən qanuni əsaslarla ona məxsus olan bu müqavilənin əlavələrində göstərilənləri icarəyə verir, icarəçi isə həmin nəqliyyat vasitələrini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən icarəçi nəqliyyat vasitəsinin icarəsinə görə nəzərdə tutulan icarə haqqını bu müqavilədə qeyd edilən müddətdə və məbləğdə ödəməyi öhdəsinə götürmüşdür. 3.1-ci bəndinə əsasən icarəçi bu müqavilədə qeyd edilmiş və icarəyə alınmış nəqliyyat vasitəsinin bir təqvim ayı müddətinə icarəsi üçün icarəyəverənə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədə göstərilmiş məbləğdə icarə haqqını ödəyir. 4.1-ci bəndinə əsasən bu müqavilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək bağlanmışdır. Qeyd edilən müqavilə əsasında xx.xx.2021-ci il tarixdə tərəflər arasında təhvil-təslim aktı tərtib edilmişdir. xx.xx.2019-cu il tarixli, 01-2/19 nömrəli müqaviləyə xitam verilməsi barədə tərəflər arasında razılaşma bağlanmış və həmin razılaşmaya əsasən qeyd edilən müqaviləyə xx.xx.2020-ci il tarixdən etibarən xitam verilir. xx.xx.2021-ci il tarixli, 15-3/21A nömrəli müqaviləyə xitam verilməsi barədə tərəflər arasında razılaşma bağlanmış və həmin razılaşmaya əsasən qeyd edilən müqaviləyə xx.xx.2021-ci il tarixdən etibarən xitam verilir. xx.xx.2021-ci il tarixdə tərəflər arasında ödənilməli icarə haqqı borcunun qalıq məbləğinin dəqiqləşdirilməsi məqsədilə üzləşmə aktı tərtib edilmiş və həmin akt hər iki tərəfin möhürü və imzası ilə təsdiqlənmişdir. İddiaçı öhdəliklərini yerinə yetirərək müqavilələrə 1 nömrəli Əlavələrdə adları qeyd olunmuş nəqliyyat vasitələrini cavabdehə icarəyə vermiş lakin cavabdeh bunun müqabilində hər üç müqavilə üzrə aylıq icarə haqqı məbləğini qismən ödəmiş və bu səbəbdən ödənilməmiş 262000 manat qalıq icarə haqqı borcu qalmışdır. Bu hal üzləşmə aktı ilə təsdiq olunur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020–ci il tarixli, 05-2/20 nömrəli müqavilənin xx.xx.2020–ci il tarixli 1 nömrəli Əlavəsindən görünür ki, tərəflər icarəyə verilmiş 7 ədəd nəqliyyat vasitəsi və texnikaya görə hər ay üçün (ƏDV daxil) 20 650 məbləğin ödənilməsi barədə razılığa gəlmişlər. Tərəflər arasında bağlanmış, xx.xx.2021–ci il tarixli, 15-3/21A nömrəli müqavilənin xx.xx.2021–ci il tarixli “Təhvil – Təslim”Aktından görünür ki, “İcarəyəverən” müqabilənin 1 nömrəli əlavəsində qeyd oluan nəqliyyat vasitələrini “icarəçinin” xidməti ehtiyaçları üçün onun istifadəsinə icarəçiyə təhvil vermiş, “içarəçi” isə həmin nəqliyyat vasitələrini icarəyə qəbul etmişdir. Tərəflər arasında bağlanmış, xx.xx.2021–ci il tarixli, 15- 3/21A nömrəli müqavilənin xx.xx.2021–ci il tarixli 1 nömrəli Əlavəsindən görünür ki, tərəflər icarəyə verilmiş 5 ədəd nəqliyyat vasitəsi və texnikaya görə hər ay üçün (ƏDV daxil) 15 340 manat məbləğin ödənilməsi barədə razılığa gəlmişlər. Lakin bununla belə iddiaçı "xxxx" MMC tərəfindən üzərinə düşən öhdəliklər tam yerinə yetirilsə də, cavbdeh tərəfində üzərinə düşən öhdəliklər yerinə yetrilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Hesablaşmaların qarşılıqlı üzləşmə aktı”ndan görünür ki, cavabdeh "xxxx" MMC –nin 262 094 manat borcu yaranmışdır. Bununla bağlı cavabdehə 17 fevral 2023-cü il tarixində mektub formasında pretenziya və onlayn kargüzarliq formasında xx.xx.2023-cü il tarixli pretenziya göndərilmişdir. Cavabdeh tərəf borcun qısa müddət ərzinde ödənilməsinə vədd versədə nəticədə borc ödənilməmişdir. Hazırda cavabdeh"xxxx" MMC –nin müqavilə üzrə borcu (ƏDV daxil) 262 094 manat təşkil edir. Hesab etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Hesablaşmaların qarşılıqlı üzləşmə aktı”ndan sonra hər hansı bir ödəmə həyata kecirilmədiyindən, cavabdeh xx.xx.2021 –xx.xx.2022 –ci il tarixi üçün illik 5 % ( 262 094 manat X 5% ) 13 104 manat və xx.xx.2022 –xx.xx.2023 –ci il tarixi üçün illik 5 % ( 262 094 manat X 5% ) 13 104 manat ödəniş həyata keçirməlidir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslında iştirak etmək zəruriliyini nəzərə alaraq 21 may 2024-cü il tarixinə təyin olunmuş məhkəmə iclasını təxirə salaraq, 05 iyun 2024-cü il tarixlərindən sonrakı tarixlərə təyin edilməsini xahiş etmiş, cavabdeh bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: icarə müqavilələri, müqaviləyə 1 nömrəli əlavələr, təhvil-təslim aktları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Mülki Məcəllənin : 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə iddia tələbinin 262094 manat əsas borcun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01-2/19 nömrəli, xx.xx.2020-ci il tarixli, 05-2/20 nömrəli, xx.xx.2021ci il tarixli, 15-3/21A nömrəli nəqliyyat vasitəsinin icarə müqavilələrinə əsasən icarəyəverən qanuni əsaslarla ona məxsus olan bu müqavilənin əlavələrində göstərilənləri verir, icarəçi isə həmin nəqliyyat vasitələrini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir. Həmin müqavilələrin 2.1.2-ci bəndinə əsasən icarəçi nəqliyyat vasitəsinin icarəsinə görə nəzərdə tutulan icarə haqqını bu müqavilədə qeyd edilən müddətdə və məbləğdə ödəməyi öhdəsinə götürmüşdür. 3.1-ci bəndinə əsasən icarəçi bu müqavilədə qeyd edilmiş və icarəyə alınmış nəqliyyat vasitəsinin 1 təqvim ayı müddətinə icarəsi üçün icarəyəverənə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədə göstərilmiş məbləğdə icarə haqqını ödəyir. Qeyd edilən müqavilələr əsasında xx.xx.2019-cu il tarix, xx.xx.2020-ci il tarix və xx.xx.2021-ci il tarixlərində tərəflər arasında təhvil-təslim aktları tərtib edilmişdir. xx.xx.2019-cu il tarixli, 01-2/19 nömrəli müqaviləyə xitam verilməsi barədə tərəflər arasında razılaşma bağlanmış və həmin razılaşmaya əsasən qeyd edilən müqaviləyə xx.xx.2020-ci il tarixdən etibarən xitam verilir. xx.xx.2021-ci il tarixli, 15-3/21A nömrəli müqaviləyə xitam verilməsi barədə tərəflər arasında razılaşma bağlanmış və həmin razılaşmaya əsasən qeyd edilən müqaviləyə xx.xx.2021-ci il tarixdən etibarən xitam verilir. xx.xx.2021-ci il tarixdə tərəflər arasında ödənilməli icarə haqqı borcunun qalıq məbləğinin dəqiqləşdirilməsi məqsədilə üzləşmə aktı tərtib edilmiş və həmin akt hər iki tərəfin möhürü və imzası ilə təsdiqlənmişdir. İddiaçı öhdəliklərini yerinə yetirərək müqavilələrə 1 nömrəli Əlavələrdə adları qeyd olunmuş nəqliyyat vasitələrini cavabdehə icarəyə vermiş, lakin cavabdeh bunun müqabilində hər üç müqavilə üzrə aylıq icarə haqqı məbləğini qismən ödəmiş və bu səbəbdən ödənilməmiş 262000 manat qalıq icarə haqqı borcu qalmışdır. Bu hal üzləşmə aktı ilə təsdiq olunur. Qeyd edilən üzləşmə aktından görünür ki, cavabdeh tərəfindən müəyyən ödənişlər edildikdən sonra borcun yekun məbləği tərəflər arasında 262000 manat olaraq qarşılıqlı razılaşdırılmışdır. Buna baxmayaraq iddiaçı 262094 manat tələb edir ki, göründüyü kimi bunda da haqlı olmamışdır. Bu səbəbdən məhkəmə xx.xx.2021-ci il tarixli üzləşmə aktında razılaşdırılmış 262000 manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulmasını qanuni və ədalətli hesab edir. Məhkəmə tələbin 26208 manat illik 5 % faiz borcunun tutulması hissəsinə münbasibətdə qeyd edir ki, iddia bu hissədə də qismən təmin edilməlidir. Mülki Məcəllənin : 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. İş materiallarında olan müqaviləyə xitam verilməsi barədə razılaşmalardan görünür ki, xx.xx.2019-cu il tarixli, 01-2/19 nömrəli müqaviləyə xx.xx.2020-ci il tarixdə, xx.xx.2021ci il tarixli, 15-3/21A nömrəli müqaviləyə isə xx.xx.2021-ci il tarixdə xitam verilir. xx.xx.2020-ci il tarixli, 05-2/20 nömrəli müqaviləyə isə bu müqavilədə şərtləşdirildiyi xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Müqavilələr üzrə sonuncu xx.xx.2021-ci il tarixdə xitam verilmə müddətini əsas götürdükdə illik 5% tətbiq edildikdə xx.xx.2021-ci il tarixdən iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixədək vaxt dövründə iki illik (24) müddət üçün illik 5 %-lə hesablanmış faiz borcu 26200 manat təşkil edər. Məhkəmə tərəfindən adi hesablama qaydasında müəyyən olunduğu kimi sonuncu müqavilə müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən etibarən illik 5 %-lə hesablanmış faiz məbləği (262000 * 5% = 13100 manat – 1 il üçün, 13100 x 2 il = 26200 manat - 2 il üçün hesablanmış faiz məbləği) 26200 manat təşkil edir. İddiaçı isə 26208 manat tələb edir ki, bunda da haqlı deyildir. Bu səbəbdən 26200 manat illik 5 % faiz məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin məhkəmə iclasında iştirakı ilə bağlı məhkəmə bütün vasitələrdən istifadə edərək ona məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar etmiş, elektron qaydada məlumatları göndərmiş, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdehin iddia tələbinə hər hansı bir etraz və ya münasibət bildirməməsi məhkəmənin əlavə araşdırma aparmasını imkansız etmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdehdən 262000 manat əsas, 26200 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM):
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 578,3 manat olmalıdır. İddia tələbi qismən təmin edildiyindən 578,3 manat dövlət rüsumunun 0,19 manatı iddiaçıdan 578,11 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən 580 manat dövlət rüsumu ödənilmiş və həmin məbləği cavabdehdən tələb etsə də, iddianın qiymətinə və iddia tələbinin qismən təmin edilməsinə uyğun olaraq cavabdehdən 578,11 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Artıq ödənilmiş 1,70 manat dövlət rüsumu iddiaçıya aid edilsin.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 262000 manat əsas borc, 26200 manat və 578,11 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Mübariz Hüseynov