Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-429/2023 20.04.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh1 QSC BOKT-na qarşı “”xxxx” QSC BOKT-dan yaşıl tütünü becərərək Cavabdeh2 ASK MMC-yə təhvil vermək üçün götürdüyü 13600 manat kredit borcunun Cavabdeh2 ASK MMC-nin keyfiyyətsiz toxum verməsi nəticəsində vurmuş oldugu ziyanın 50 faizi olan 6800 manatını zaminlik müqaviləsi əsasında Cavabdeh1 QSC BOKT-na ödənilməsi öhdəliyinin Cavabdeh2 ASK MMC-nin üzərinə qoyulması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı X1 cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh1 QSC BOKT-na qarşı “”xxxx” QSC BOKT-dan yaşıl tütünü becərərək Cavabdeh2 ASK MMC-yə təhvil vermək üçün götürdüyü 13600 manat kredit borcunun Cavabdeh2 ASK MMC-nin keyfiyyətsiz toxum verməsi nəticəsində vurmuş oldugu ziyanın 50 faizi olan 6800 manatını zaminlik müqaviləsi əsasında Cavabdeh1 QSC BOKT-na ödənilməsi öhdəliyinin Cavabdeh2 ASK MMC-nin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa dair tələblərə iddiaçı tərəfindən riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsimə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Hazırki iş üzrə həm Cavabdeh2 ASC, həm də Cavabdeh1 QSC BOKT cavabdeh qismində göstərilsələr də, iddia tələbi Cavabdeh2 ASC-yə qarşı yönəlmişdir və Cavabdeh1 QSC BOKT-na yönələn tələb mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi MPM-in 149-cu maddəsinin tələblərinə cavab vermir və iddiaçı iddia ərizəsinin formasına və məzmununa dair qanunvericiliyin tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh1 QSC BOKT-na qarşı “”xxxx” QSC BOKT-dan yaşıl tütünü becərərək Cavabdeh2 ASK MMC-yə təhvil vermək üçün götürdüyü 13600 manat kredit borcunun Cavabdeh2 ASK MMC-nin keyfiyyətsiz toxum verməsi nəticəsində vurmuş oldugu ziyanın 50 faizi olan 6800 manatını zaminlik müqaviləsi əsasında Cavabdeh1 QSC BOKT-na ödənilməsi öhdəliyinin Cavabdeh2 ASK MMC-nin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-429/2023
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-429/2023
20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver