Məhkəmə qərarları › İş №e-2-2(117)-442/2022

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-442/2022

28.04.2022 · Vergi mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-442/2022 28.04.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı 4 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı “cavabdehin 16.02.2022-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 1294,92 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 1450 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması” tələbinə dair iş üzrə iddiaçı 4 saylı Ərazi Vergilər İdarəsinin ərizəsinə iş materialları ilə birlikdə baxaraq, müəyyən etdi: İddiaçı 4 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh qarşı “cavabdehin 16.02.2022-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 1294,92 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 1450 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 4 saylı ƏVİ elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin borcunu ödədiyini bildirmiş və iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırki iş üzrə iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı 4 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı “cavabdehin 16.02.2022-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 1294,92 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 1450 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar