Məhkəmə qərarları › İş №e-2-2(117)-459/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-459/2024

19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-459/2024 19.03.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin cavabdeh X2 qarşı “İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında 17 aprel 2023-cü il tarixdə bağlanmış müqavilənin ləğv edilməsi, cavabdeh "xxxx" MMC-dən şüşə balkon işləri üçün ödənilmiş 30000 manat pulun, ödənilmiş 200 manat mediasiya xərcinin tutulub X4 qaytarılması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh X2 qarşı ərizə ilə müraciət edərək “İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında 17 aprel 2023-cü il tarixdə bağlanmış müqavilənin ləğv edilməsi, cavabdeh "xxxx" MMC-dən şüşə balkon işləri üçün ödənilmiş 30000 manat pulun, ödənilmiş 200 manat mediasiya xərcinin tutulub X4 qaytarılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsinin formasına və məzmununa dair tələblərə iddiaçı tərəfindən riayət olunmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Məhkəmə iş materiallarına əsasən qeyd edir ki, müqavilə İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış və hüquq münasibətləri həmin hüquqi şəxslər arasında yaranmışdır. Hazırki elektron imzalanmış iddia ərizəsində iddiaçı qismində İddiaçı MMC, cavabdeh qismində isə X1 adı qeyd olunmasına baxmayaraq iddia tələbi müqavilə tərəfi olan hüquqi şəxs "xxxx" MMC-yə qarşı yönəlmiş, eləcə də hazırki iş üzrə İddiaçı MMC olmasına baxmayaraq pulun hüquqi şəxsin deyil, həmin cəmiyyətin direktoru X3 xeyrinə tutulması xahiş olunur. Bundan başqa məhkəmə qeyd edir ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemində imzalanmış iddia ərizəsinin “iddia ərizəsini imzalayan şəxs” hissəsindən görünür ki, iddia ərizəsi elektron qaydada Nümayəndə tərəfindən imzalanmışdır. Buna baxmayaraq sonuncunun İddiaçı MMC-nin nümayəndəsi olmasını, habelə onun cəmiyyətin adından iddia ərizəsini imzalamaq səlahiyətinin olmasını təsdiq edən sübutlar, eləcə də, vəkil qismində iştirak etdiyi halda, vəkil orderi iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İddia ərizəsinin imzalayan şəxsə iddiaçı cəmiyyətin iddia olunan rəhbəri tərəfindən onu təmsiletmək məqsədi ilə verilən etibarnamə ilə hüquqi şəxsi təmsil etmək mümkün deyildir ki, hazırki vəziyyətdə İddiaçı MMC-nin adından verilmiş etibarnamə mövcud olmadığından iddia ərizəsi səlahiyyətsiz şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə sənədlər iddiaçıya qaytarılmalıdır. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh X2 qarşı “İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında 17 aprel 2023-cü il tarixdə bağlanmış müqavilənin ləğv edilməsi, cavabdeh "xxxx" MMC-dən şüşə balkon işləri üçün ödənilmiş 30000 manat pulun, ödənilmiş 200 manat mediasiya xərcinin tutulub X4 qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar