Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-481/2025 04.06.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2023-cü il tarixli C- 062-B-PCC-23 nömrəli və xx.xx.2023-cü il tarixli C-048-B-PCC-23 nömrəli avtomobilin müddətli satışı üzrə müqavilələrin ləğv edilməsi, JAC T8 minik markalı **-AB-*** dövlət qeydiyyat nişanlı və JAC T8 minik markalı **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin və 100 manat dövlət rüsumunun əvəzinin Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli C-062-B- PCC-23 nömrəli və xx.xx.2023-cü il tarixli C-048-B-PCC-23 nömrəli avtomobilin müddətli satışı üzrə müqavilələrə əsasən Cavabdeh MMC İddiaçı MMC-dən JAC T8 minik markalı **-AB-*** dövlət qeydiyyat nişanlı və JAC T8 minik markalı **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini almışdır. Tərəflər arasında olan müqavilələrin hər birinin dəyəri 48128 manat təşkil edir. Hər iki müqavilə üzrə həmin məbləğlərin hissə-hissə hər ay 1371 manat olmaqla, 24 ay müddətində ödənilməsi haqqında tərəflər arasında razılıq əldə edilmişdir. Müqavilələr imzalandıqdan sonra iddiaçı üzərinə düşən öhdəliyi icra edərək nəqliyyat vasitələrini cavabdehə təhvil vermişdir. Cavabdeh müqavilələr üzrə öhdəliklərini əvvəllər vaxtında icra etsə də, sonradan gecikmələrə yol vermiş və artıq 9 aydır ki, ödənişi icra etmir. Dəfələrlə cavabdehlə əlaqə yaradılaraq ya müqavilələr üzrə öhdəliklərini icra etməsi, ya da nəqliyyat vasitələrini geri qaytarması tələb edilsə də cavabdeh nə öhdəliklərini icra etmiş, nə də nəqliyyat vasitələrini cəmiyyətə geri qaytarmışdır. Cavabdehlə aparılmış danışıqlar heç bir nəticə vermədiyi üçün iddiaçı xx.xx.2025-ci il tarixində borcun ödənilməsi ilə bağlı pretenziya ilə cavabdehə müraciət etmişdir. Lakin pretenziyanı aldıqdan sonra da cavabdeh nə pretenziyaya münasibət bildirmiş, nə də ödəməli olduğu borcunu ödəmişdir. Bununla da cavabdeh iddiaçının hüquqlarını kobud surətdə pozur və onlar hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli C-062-B- PCC-23 nömrəli və xx.xx.2023-cü il tarixli C-048-B-PCC-23 nömrəli müqavilələrin 3.2.2-ci bəndinə əsasən, alıcı müqavilənin 2.3-cü bəndi ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə iddiaçı müqavilənin icrasından birtərəfli qaydada imtina edə bilər. Məhkəmədən iddia tələbini təmin edilməsini xahiş etmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1-ci, 425.1-ci, 442-ci, 448.2-ci, 600.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddələri göstərilmişdir.
İİ. Tərəflərin mövqeləri:
4. Tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir.
İİİ. Məhkəmə baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının Konstitusiyası
M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri
- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. - 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. - 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. - 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. - 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
- 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Sübutların tədqiqi:
16. İşdə olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli C-048-B-PCC-23 nömrəli avtomobilin alqı satqısı üzrə müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 01 nömrəli Əlavəsində göstərilmiş spesifikasiyaya uyğun olaraq 1 ədəd 2023-cü il istehsalı olan boz metal rəngli (BAN nömrəsi: LJ11PABD2NC022167, mühərrik nömrəsi: N4121395) yeni JAC T8 markalı avtomobili texniki tam saz halda alıcının mülkiyyətinə verir, alıcı isə bu işin müqabilində razılaşdırılmış məbləği satıcıya ödəyir və avtomobili qəbul edir. 2.1-ci bəndinə əsasən, müqavilənin 1.1-ci bəndində göstərilən 1 ədəd avtomobilin qiyməti tərəflərin razılığı ilə 48 128 manat ƏDV daxil olmaqla müəyyən edilir. 2.3-cü bəndinə əsasən, bu müqavilənin ümumi məbləğinin 15 225 manat hissəsi ilkin ödəniş kimi müqavilə qüvvəyə mindikdən sonra satıcı tərəfindən təqdim edilmiş hesab-fakturaya əsasən, 10 bank günü ərzində satıcının bu müqavilənin 9-cu hissəsində göstərilən hesablaşma hesabına alıcı tərəfindən ödənilir. Qalan 32 903 manat pul alıcı tərəfindən hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 02 saylı əlavəyə əsasən satıcıya ödənilməlidir. 2.5-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən avtomobilin qiyməti xx.xx.2023-cü il tarixinə qədər qüvvədədir. 3.2.2-ci bəndinə əsasən, alıcı müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə müqavilənin icrasından birtərəfli qaydada imtina etmək satıcının hüquqlarına aid edilmişdir.
17. C-048-B-PCC-23 nömrəli avtomobilin alqı satqısı üzrə müqaviləyə 02 saylı xx.xx.2023-cü il tarixli Əlavəyə əsasən, Cavabdeh MMC xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək hər ay 1371 manat olmaqla, ümumilikdə 32 903 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.
18. İşdə olan AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2023-cü il istehsalı olan boz metal rəngli (BAN nömrəsi: LJ11PABD2NC022167, mühərrik nömrəsi: N4121395, modeli: Pick up HFC1037D3KSF Minik) 77AB453 dövlət qeydiyyat nişanlı JAC markalı avtomobil İddiaçı mülkiyyətindədir.
19. İşdə olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, boz rəngli (BAN nömrəsi: LJ11PABD2NC022167) JAC T8 markalı avtomobil cavabdehə təhvil verilmişdir.
20. İşdə olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli C-062-B-PCC-23 nömrəli avtomobilin alqı satqısı üzrə müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 01 nömrəli Əlavəsində göstərilmiş spesifikasiyaya uyğun olaraq 1 ədəd 2022-ci il istehsalı olan ağ rəngli (BAN nömrəsi: LJ11PABD1NC093182, mühərrik nömrəsi: M4153031) yeni JAC T8 markalı avtomobili texniki tam saz halda alıcının mülkiyyətinə verir, alıcı isə bu işin müqabilində razılaşdırılmış məbləği satıcıya ödəyir və avtomobili qəbul edir. 2.1-ci bəndinə əsasən, müqavilənin 1.1-ci bəndində göstərilən 1 ədəd avtomobilin qiyməti tərəflərin razılığı ilə 48 128 manat ƏDV daxil olmaqla müəyyən edilir. 2.3-cü bəndinə əsasən, bu müqavilənin ümumi məbləğinin 15 225 manat hissəsi ilkin ödəniş kimi müqavilə qüvvəyə mindikdən sonra satıcı tərəfindən təqdim edilmiş hesab-fakturaya əsasən, 10 bank günü ərzində satıcının bu müqavilənin 9-cu hissəsində göstərilən hesablaşma hesabına alıcı tərəfindən ödənilir. Qalan 32 903 manat pul alıcı tərəfindən hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 02 saylı əlavəyə əsasən satıcıya ödənilməlidir. 2.5-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən avtomobilin qiyməti xx.xx.2023-cü il tarixinə qədər qüvvədədir. 3.2.2-ci bəndinə əsasən, alıcı müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə müqavilənin icrasından birtərəfli qaydada imtina etmək satıcının hüquqlarına aid edilmişdir.
21. C-062-B-PCC-23 nömrəli avtomobilin alqı satqısı üzrə müqaviləyə 02 saylı xx.xx.2023-cü il tarixli Əlavəyə əsasən, Cavabdeh MMC xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək hər ay 1371 manat olmaqla, ümumilikdə 32 903 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.
22. İşdə olan xx.xx.2023-cü il tarixli təhvil təslim aktından görünür ki, ağ rəngli (BAN nömrəsi: LJ11PABD1NC093182) JAC T8 markalı avtomobil cavabdehə təhvil verilmişdir.
23. İşdə olan AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2022-ci il istehsalı olan ağ rəngli (BAN nömrəsi: LJ11PABD1NC093182, mühərrik nömrəsi: M4153031, modeli: Pick up HFC1037D3KSF Minik) 77PY653 dövlət qeydiyyat nişanlı JAC markalı avtomobil İddiaçı mülkiyyətindədir.
24. İşdə olan xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli ərizələrdən görünür ki, cavabdeh iddiaçıya müraciət edərək aldığı avtomobillərin (77PY653 və 77AB453 dövlət qeydiyyat nişanlı) idarə edilməsi üçün müvafiq şəxslərə etibarnamə verilməsini xahiş etmişdir, həmçinin, İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il ( xx.xx.2023-cü il tarixə kimi), xx.xx.2023 (xx.xx.2023-cü il tarixə kimi), xx.xx.2023-cü il (xx.xx.2023-cü il tarixə kimi), xx.xx.2023-cü il ( xx.xx.2023-cü il tarixə kimi), xx.xx.2024-cü il (xx.xx.2024-cü il tarixə kimi), xx.xx.2024-cü il (xx.xx.2024-cü il tarixə kimi), xx.xx.2024-cü il (xx.xx.2024-cü il tarixə kimi), xx.xx.2024-cü il (xx.xx.2024-cü il tarixə kimi), xx.xx.2024-cü il (xx.xx.2024-cü il tarixə kimi) tarixli etibarnamələr verilmişdir.
25. İşdə olan ödəniş qəbzlərinin surətindən görünür ki, Cavabdeh MMC tərəfindən iddiaçının YapıKredi Bank Azərbaycan bankında olan hesabına (H/h: AZ15KABA**********00********) xx.xx.2023-cü il (7 872 manat), xx.xx.2023-cü il (1400 manat), xx.xx.2023-cü il (7883.44 manat), xx.xx.2023-cü il (1500 manat, 1500 manat), xx.xx.2023-cü il (1400 manat, 1400 manat), xx.xx.2023-cü il (1500 manat, 1500 manat), xx.xx.2024-cü il (1500 manat, 1500 manat), xx.xx.2024-cü il (2200 manat) xx.xx.2024-cü il (1370 manat, 2500 manat) tarixlərdə ödəniş edilmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixli EBDK 225910 nömrəli (122 manat) və EBDK 223420 nömrəli (7341.56 manat) ödəniş tapşırıqları ilə də ödəniş edilmişdir.
Vİ. Məhkəmənin mövqeyi:
26. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
27. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
28. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
29. İşin müəyyən olunmuş halları və iş materialları ilə təsdiqini tapmış mübahisələndirilməyən halları İddiaçı MMC və Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli C-048-B-PCC-23 nömrəli və xx.xx.2023-cü il tarixli C-062-B-PCC-23 nömrəli avtomobilin alqı satqısı üzrə müqavilələrin bağlanması, həmin müqavilələrə əsasən, xx.xx.2023-cü il tarixdə JAC T8 minik markalı **-AB-*** dövlət qeydiyyat nişanlı və xx.xx.2023-cü il tarixdə isə JAC T8 minik markalı **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin cavabdehə təhvil verilməsi və cavabdehin müqaviləyə Əlavələrə əsasən müvafiq olaraq xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərinədək razılaşdırılmış ödənişi ödəyib yekunlaşdırmağı öhdəsinə götürməsindən ibarətdir.
30. İşin mübahisələndirilən halına isə cavabdeh tərəfindən avtomobillərin alqı satqısı üzrə müqavilələr üçün ödənişlərin razılaşdırılmış qaydada ödənilib-ödənilməməsi halı aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hala aydınlıq gətirmişdir.
31. Məhkəmə, cavabdeh tərəfindən alqı-satqı müqavilələri üzrə ödənişlərin edilibedilməməsinə münasibətdə qeyd edir ki, hər iki müqavilədən göründüyü kimi 1 ədəd avtomobilin qiyməti tərəflərin razılığı ilə 48 128 manat olmaqla, ilkin ödənişi ümumi məbləğin 15 225 manat hissəsi müəyyən edilmiş, bundan sonra müqaviləyə Əlavələrə əsasən, cavabdeh hər iki müqavilə üzrə ayrılıqda qalan 32 903 manat pulu hər ay 1371 manat olmaqla, müvafiq olaraq xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərinədək ödəyib bitirməyi öhdəsinə götürmüşdür.
32. Lakin iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək hər iki müqavilə üzrə ümumilikdə 42.489 manat ödəniş edilmiş və onun nəticədə 53 767 manat ((48 128 x 2)-42 489 = 53 767) məbləğində borcu qalmışdır.
33. Belə ki, müqavilələrdən də göründüyü kimi cavabdeh xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərinə kimi müqavilələrdə nəzərdə tutulan qaydada ödəniş etməyi öhdəsinə götürmüş, lakin iddiaçı tərəf öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh tərəf öhdəliklərini lazımi qaydada və tam şəkildə yerinə yetirməmiş, müqavilədə razılaşdırılmış müddət keçsə də, hal-hazırda iddiaçıya 53 767 manat məbləğində borcu qalmışdır.
34. Əlavə olaraq iş materiallarından da göründüyü kimi İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli xəbərdarlıq göndərilmiş, həmin xəbərdarlıq xx.xx.2024-cü il tarixdə cavabdehə çatdırılmışdır. Cavabdehə 7 gün müddətində borclu olduğu məbləği ödəmədiyi halda tərəflər arasında bağlanmış müqaviləyə xitam verilməsi və nəqliyyat vasitəsinin geri alınması ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmiş, lakin cavabdeh müəyyən edilmiş müddətdə təklifi cavablandırmamışdır. Şərh edilən hallardan da müəyyən edildiyi kimi iddiaçı müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır.
35. Bundan əlavə iddiaçının məhz müqavilənin ləğv edilməsi tələbi ilə çıxış etməsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı cavabdehdən qalan məbləğin ödənilməsini deyil, məhz müqavilənin ləğv edilməsi tələb etmişdir. Bu iddiaçının seçim azadlığı baxımından qiymətləndirilməlidir. Digər tərəfdən isə cavabdeh tərəfindən qeyd edilən nəqliyyat vasitələri üçün ödənilən vəsaitə münasibətdə məhkəmə qeyd edir ki, həmin nəqliyyat vasitələri müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən istifadə edilmişdir.
36. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
37. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
38. Məhkəmə onu qeyd edir ki, iddiaçı tərəf ilkin dəlillərini ortaya qoysa da, cavabdeh tərəf iddia tələbinə münasibət bildirməmiş, iddia tələbini və iddiaçı tərəfindən təqdim edilən sübutları təkzib edən və əksini təsdiqləyən hər hansısa sübut təqdim etməmişdir.
39. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).
40. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir.
41. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.
42. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
43. Məhkəmə qeyd edilən qanunvericiliyin hüquqi izahları baxımından məsələyə yanaşaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfin sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını verməyinə baxmayaraq, cavabdeh tərəf iddia tələbinə etiraz edərək qəbul etməsə də, dediklərini təsdiqləyən sübutlarını məhkəməyə təqdim etməyərək onun tərəfindən üzərinə düşən sübutetmə vəzifəsini icra etməmişdir.
44. Beləliklə yekun olaraq məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli C-062-B- PCC-23 nömrəli və xx.xx.2023-cü il tarixli C-048-B-PCC-23 nömrəli avtomobilin müddətli satışı üzrə müqavilələr xx.xx.2024-cü il tarixdən ləğv edilmiş hesab edilməli və həmin müqavilələrə əsasən cavabdehə təhvil verilmiş JAC T8 minik markalı 77AB453 dövlət qeydiyyat nişanlı (BAN nömrəsi: LJ11PABD2NC022167, mühərrik nömrəsi: N4121395, 2023-cü il istehsalı olan boz metal rəngli) və JAC T8 minik markalı 77PY653 dövlət qeydiyyat nişanlı (BAN nömrəsi: LJ11PABD1NC093182, mühərrik nömrəsi: M4153031, 2022-ci il istehsalı olan, ağ rəngli) nəqliyyat vasitələri ondan alınaraq İddiaçı MMC-yə qaytarılmalıdır.
Vİİ. Məhkəmə məsrəfləri:
45. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.
Vİİİ Nəticə:
46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli C-048-B- PCC-23 nömrəli və xx.xx.2023-cü il tarixli C-062-B-PCC-23 nömrəli avtomobilin müddətli satışı üzrə müqavilələr xx.xx.2024-cü il tarixdən ləğv edilmiş hesab edilsin. Cavabdeh MMC-dən JAC T8 minik markalı 77AB453 dövlət qeydiyyat nişanlı (BAN nömrəsi: LJ11PABD2NC022167, mühərrik nömrəsi: N4121395, 2023-cü il istehsalı olan boz metal rəngli) və JAC T8 minik markalı 77PY653 dövlət qeydiyyat nişanlı (BAN nömrəsi: LJ11PABD1NC093182, mühərrik nömrəsi: M4153031, 2022-ci il istehsalı olan, ağ rəngli) nəqliyyat vasitələri alınaraq İddiaçı MMC-yə qaytarılsın. Cavabdeh MMC-dən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı olan İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov