Məhkəmə qərarları › İş №e-2-2(117)-483/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-483/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-483/2023 11.07.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh X2 Hüquqi Şəxsinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Ağdaş rayon Mərkəzi X1rşı “28716,48 manat borcun və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İcraçı İddiaçı MMC ilə sifarişçi X2 Hüquqi Şəxsi arasında xx.xx.2021-ci il tarixdə tərtib və hər iki hüquqi şəxsin səlahiyyətli nümayəndələrinin imzaları və möhürləri ilə təsdiq edilmiş 01/21 nömrəli akt və ona əlavə edilmiş xəstələrin sayı ilə bağlı siyahı ilə müəyyən edilir ki, icraçı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sifarişçi Ağdaş rayon Mərkəzi Xəstəxanasında olan 1503 xəstəyə keytrinq (yemək) xidmətləri vasitəsilə yemək verilmişdir. Xidmətlərin dəyəri hər bir xəstə üçün ƏDV daxil 7,08 manat hesabı ilə ümumilikdə 10641,24 manat təşkil edir. İcraçı İddiaçı MMC ilə sifarişçi X2 Hüquqi Şəxsi arasında 01.02..2021-ci il tarixdə tərtib və hər iki hüquqi şəxsin səlahiyyətli nümayəndələrinin imzaları və möhürləri ilə təsdiq edilmiş 04/21 nömrəli akt və ona əlavə edilmiş xəstələrin sayı ilə bağlı siyahı ilə müəyyən edilir ki, icraçı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sifarişçi Ağdaş rayon Mərkəzi Xəstəxanasında olan 626 xəstəyə keytrinq (yemək) xidmətləri vasitəsilə yemək verilmişdir. Xidmətlərin dəyəri hər bir xəstə üçün ƏDV daxil 7,08 manat hesabı ilə ümumilikdə 4432,08 manat təşkil edir. İcraçı İddiaçı MMC ilə sifarişçi X2 Hüquqi Şəxsi arasında xx.xx.2021-ci il tarixdə tərtib və hər iki hüquqi şəxsin səlahiyyətli nümayəndələrinin imzaları və möhürləri ilə təsdiq edilmiş 07/21 nömrəli akt və ona əlavə edilmiş xəstələrin sayı ilə bağlı siyahı ilə müəyyən edilir ki, icraçı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sifarişçi Ağdaş rayon Mərkəzi Xəstəxanasında olan 385 xəstəyə keytrinq (yemək) xidmətləri vasitəsilə yemək verilmişdir. Xidmətlərin dəyəri hər bir xəstə üçün ƏDV daxil 7,08 manat hesabı ilə ümumilikdə 2725,80 manat təşkil edir. İcraçı İddiaçı MMC ilə sifarişçi X2 Hüquqi Şəxsi arasında xx.xx.2021-ci il tarixdə tərtib və hər iki hüquqi şəxsin səlahiyyətli nümayəndələrinin imzaları və möhürləri ilə təsdiq edilmiş 10/21 nömrəli akt və ona əlavə edilmiş xəstələrin sayı ilə bağlı siyahı ilə müəyyən edilir ki, icraçı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sifarişçi Ağdaş rayon Mərkəzi Xəstəxanasında olan 378 xəstəyə keytrinq (yemək) xidmətləri vasitəsilə yemək verilmişdir. Xidmətlərin dəyəri hər bir xəstə üçün ƏDV daxil 7,08 manat hesabı ilə ümumilikdə 2676,24 manat təşkil edir. İcraçı İddiaçı MMC ilə sifarişçi X2 Hüquqi Şəxsi arasında xx.xx.2021-ci il tarixdə tərtib və hər iki hüquqi şəxsin səlahiyyətli nümayəndələrinin imzaları və möhürləri ilə təsdiq edilmiş 13/21 nömrəli akt və ona əlavə edilmiş xəstələrin sayı ilə bağlı siyahı ilə müəyyən edilir ki, icraçı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sifarişçi Ağdaş rayon Mərkəzi Xəstəxanasında olan 468 xəstəyə keytrinq (yemək) xidmətləri vasitəsilə yemək verilmişdir. Xidmətlərin dəyəri hər bir xəstə üçün ƏDV daxil 7,08 manat hesabı ilə ümumilikdə 3313,44 manat təşkil edir. İcraçı İddiaçı MMC ilə sifarişçi X2 Hüquqi Şəxsi arasında xx.xx.2021-ci il tarixdə tərtib və hər iki hüquqi şəxsin səlahiyyətli nümayəndələrinin imzaları və möhürləri ilə təsdiq edilmiş 16/21 nömrəli akt və ona əlavə edilmiş xəstələrin sayı ilə bağlı siyahı ilə müəyyən edilir ki, icraçı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sifarişçi Ağdaş rayon Mərkəzi Xəstəxanasında olan 696 xəstəyə keytrinq (yemək) xidmətləri vasitəsilə yemək verilmişdir. Xidmətlərin dəyəri hər bir xəstə üçün ƏDV daxil 7,08 manat hesabı ilə ümumilikdə 4927,68 manat təşkil edir. İcraçı öhdəliklərini yerinə yetirərək sifarişçiyə yemək xidmətlərini göstərsə də, sifarişçi öhdəliklərini yerinə yetirməmiş və nəticədə 28716,48 manat məbləğində borcu yaranmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliyini tam yerinə yetirmədiyindən onun ödənilməmiş 28716,48 manat borcu qalmışdır. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, onların əvvəllər də iddiaçı ilə ərzaq təminatı ilə bağlı münasibətləri olmuşdur. 2021-ci ilin yanvarmart ayları üçün keçirdikləri tenderin nəticəsi ləğv edildiyindən iddiaçı ilə müqavilə bağlamamış, lakin həmin müddət ərzində iddiaçı onları qida ilə təmin etmişdir. Onların 3 ay ərzində iddiaçıya 28716,48 manat borcu yaranmışdır. İddiaçı ilə aprel ayından müqavilə bağlandığından əvvəlki 3 ayın borcunu ödəməmişlər. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, Aktlar, Siyahılar, Pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İlk öncə məhkəmə tərəflər arasında yaranmış hüquqi münasibətlərin xarkaterinə münasibətdə onu qeyd edir ki, həm iş materialları, həm də cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı ilə təsdiq olunur ki, hazırki iş üzrə iddiaçı olan icraçı tərəfindən 2021-ci ilin yanvar-mart ayları ərzində iş üzrə cavabdeh olan sifarişçiyə keyrtrinq (yemək) xidmətləri göstərilmişdir. Bu halda məhkəmə hesab edir ki, tərəflər arasında podratla bağlı hüquq münasibətləri yaranmışdır. İddianın hüquqi əsasına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, icraçıİddiaçı MMC tərəfindən sifarişçi X2 Hüquqi Şəxsinin sifarişi əsasında 2021-ci ilin yanvar-mart ayları ərzində keytrinq (yemək) xidmətləri göstərilmişdir ki, sifarişçi tərəfindən xidmətlərin dəyəri olan ümumilikdə 28716,48 manat borc ödənilməmişdir. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması işdə olan hər iki hüquqi şəxsin səlahiyyətli nümayəndələrinin imzaları və möhürləri ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 01/21 nömrəli, xx.xx.2021-ci il tarixli 04/21 nömrəli, xx.xx.2021-ci il tarixli 07/21 nömrəli, xx.xx.2021-ci il tarixli 10/21 nömrəli, xx.xx.2021-ci il tarixli 13/21 nömrəli və xx.xx.2021-ci il tarixli 16/21 nömrəli aktlar və aktlara əlavə edilmiş siyahılarla və cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (28716,48 manat) ödənilməli dövlət rüsumu 176,15 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən ödənilməmiş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı ödənilmiş 200 manat mediasiya xərcini cavabdehdən tələb etdiyindən həmin vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X2 Hüquqi Şəxsindən 28716,48 manat borc və 200 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilməmiş 176,15 manat dövlət rüsumu cavabdeh X2 Hüquqi Şəxsindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar