Məhkəmə qərarları › İş №e-2-2(117)-508/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-508/2022

13.05.2022 · Vergi mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-508/2022 13.05.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı 9 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “cavabdehin 27.01.2022-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 3708,66 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 4122 manat məbləğində siyahıya alınmış əmlakının satılması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi ödəyicisi olan cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən onun 27.01.2022ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 3708,66 manat borcu vardır. Yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının 27.01.2022-ci il tarixli **********1 nömrəli qərarı əsasında 09.03.2022-ci il tarixli **********1 nömrəli protokolla cavabdehə məxsus əmlak – dəyəri 600 manat olan 1 ədəd Uğur markalı vitrin soyuducu (Türkiyə istehsalı, işlənmiş), dəyəri 450 manat olan 1 ədəd Ülvi markalı vitrin soyuducu (Azərbaycan istehsalı, işlənmiş), hər birinin dəyəri 300 manat olan 2 ədəd Uğur markalı dərin soyuducu (Türkiyə istehsalı, işlənmiş), hər birinin dəyəri 3,50 manat olan 60 ədəd Kent siqaret (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 2,50 manat olan 60 ədəd Rothmans siqaret (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 2,20 manat olan 60 ədəd Klassik siqaret (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 2 manat olan 110 ədəd Magna siqaret (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 1,8 manat olan 30 ədəd Kinston siqaret (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 2 manat olan 50 ədəd Vikercy siqaret (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 2,5 manat olan 50 ədəd Palmar siqaret (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 2,3 manat olan 10 ədəd West siqaret (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 1,9 manat olan 20 ədəd Prima siqaret (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 1,9 manat olan 10 ədəd Arqo konpakt siqaret (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 1,8 manat olan 10 ədəd Arqo klassik siqaret (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 3,9 manat olan 80 ədəd Sobrania siqaret (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 2,8 manat olan 20 ədəd LD konpakt siqaret (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 2,9 manat olan 20 ədəd LD nazik siqaret (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 2,1 manat olan 20 ədəd Want siqaret (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 2,5 manat olan 10 ədəd West nazik siqaret (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 2 manat olan 30 ədəd Arqo nazik siqaret (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 2 manat olan 30 ədəd Keno siqaret (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 10 manat olan 10 ədəd Champion çayı 500 qr-lıq (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 10 manat olan 10 ədəd Beta çayı 500 qr-lıq (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 5 manat olan 80 ədəd Beta çayı 250 qr-lıq (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 2 manat olan 85 ədəd Beta çayı 100 qr-lıq (Azərbaycan istehsalı, yeni) siyahıya alınmışdır. 14.03.2022-ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, vergi ödəyicisi vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə vergi borcu yaranmışdır. Lakin görülən tədbirlərə baxmayaraq, qeyd olunan borc məbləği bu günədək ödənilməmişdir. Vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmış, həmin qərar əsasında cavabdehin dövlət büdcəsinə yaranan sığorta borcuna görə əmlakı siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu 25.04.2022-ci il tarixdə bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: cavabdehin şəxsi hesab vərəqəsinin surəti, əmlakın siyahıya alınmasına dair vergi orqanının qərarı, iddiaçı tərəfindən cavabdeh barədə tərtib edilmiş əmlakın siyahıya alınması barədə protokolun surəti, xəbərdarlıq və bildiriş daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Belə ki, “Sosial sığorta haqqında” 18.02.1997-ci il tarixli Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 9-cu və 11-ci maddələri ilə sığortaçının üzərinə sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, sığorta olunanın üzərinə isə sosial sığorta haqqını vaxtında ödəmək vəzifələri qoyulmuşdur. 18-ci maddəsinin ikinci hissəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü abzaslarında, ikinci hissəsinin beşinci və altıncı abzaslarında, 10-cu maddəsinin dördüncü (hər iki halda) və beşinci abzaslarında, 13.1-ci maddəsində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü (birinci halda) və 13.4-cü maddələrində, 18-ci maddəsinin birinci hissəsinin altıncı abzasında və ikinci hissəsində, 29-cu maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur. Azərbaycan Respublikası Vergi Məcəllsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. 90.4-cü maddəsinə əsasən, əmlakın satılmasından əldə edilən məbləğlər əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır. 90.3-1-ci maddəsinə əsasən, Dövlət əmlakı istisna olmaqla, vergi ödəyicisinin siyahıya alınmış dəyəri 5000 manatadək olan daşınar əmlakları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) müəyyən etdiyi qaydada vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdehin dövlət büdcəsinə 3708,66 manat borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergi haqlarını ödəmək vəzifəsi qoyulduğundan onun vergi öhdəliklərinin yerinə yetirilməsi üçün dövlət büdcəsinə ödənilməmiş 3708,66 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 4122 manat dəyərində siyahıya alınmış əmlak ticarət şəbəkələrində satılmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə də cavabdehdən 57,09 manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh dövlət büdcəsinə ödənilməmiş 3708,66 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 4122 manat məbləğində siyahıya alınmış əmlakı (dəyəri 600 manat olan 1 ədəd Uğur markalı vitrin soyuducu (Türkiyə istehsalı, işlənmiş), dəyəri 450 manat olan 1 ədəd Ülvi markalı vitrin soyuducu (Azərbaycan istehsalı, işlənmiş), hər birinin dəyəri 300 manat olan 2 ədəd Uğur markalı dərin soyuducu (Türkiyə istehsalı, işlənmiş), hər birinin dəyəri 3,50 manat olan 60 ədəd Kent siqaret (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 2,50 manat olan 60 ədəd Rothmans siqaret (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 2,20 manat olan 60 ədəd Klassik siqaret (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 2 manat olan 110 ədəd Magna siqaret (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 1,8 manat olan 30 ədəd Kinston siqaret (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 2 manat olan 50 ədəd Vikercy siqaret (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 2,5 manat olan 50 ədəd Palmar siqaret (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 2,3 manat olan 10 ədəd West siqaret (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 1,9 manat olan 20 ədəd Prima siqaret (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 1,9 manat olan 10 ədəd Arqo konpakt siqaret (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 1,8 manat olan 10 ədəd Arqo klassik siqaret (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 3,9 manat olan 80 ədəd Sobrania siqaret (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 2,8 manat olan 20 ədəd LD konpakt siqaret (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 2,9 manat olan 20 ədəd LD nazik siqaret (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 2,1 manat olan 20 ədəd Want siqaret (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 2,5 manat olan 10 ədəd West nazik siqaret (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 2 manat olan 30 ədəd Arqo nazik siqaret (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 2 manat olan 30 ədəd Keno siqaret (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 10 manat olan 10 ədəd Champion çayı 500 qr-lıq (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 10 manat olan 10 ədəd Beta çayı 500 qr-lıq (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 5 manat olan 80 ədəd Beta çayı 250 qr-lıq (Azərbaycan istehsalı, yeni), hər birinin dəyəri 2 manat olan 85 ədəd Beta çayı 100 qr-lıq (Azərbaycan istehsalı, yeni)) ticarət şəbəkələrində satılsın. Cavabdeh 57,09 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar