Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-598/2024 26.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh qarşı “Qax rayonu, Qaxıngiloy kəndində yerləşən, iddiaçıya məxsus ümumi sahəsi 239,2 kvadrat metr olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı mənimlə Cavabdeh arasında bağlanmış 12 sentyabr 2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, qeyd edilən icarə müqaviləsi əsasında yaranmış 9500 manat icarə haqqı borcunun, icarə müqaviləsinin qüvvədə olduğu müddətdə təbii qazdan istifadə edilməsi nəticəsində yaranmış 814 manat borcun, təhvil verilməsinə baxmayaraq hazırda yerində olmayan 3 ədəd hər biri 570 manat dəyərində 32 ekran televizor, 1 ədəd 850 manat dəyərində 42 ekran televizor, 1 ədəd 410 manat dəyərində suqızdırıcısı (ariston), 1 ədəd 300 manat dəyərində kartof qızardan aparat, 1 ədəd 670 manat dəyərində elektrik ət maşını, 14 ədəd hər biri 12 manat dəyərində piti qabı, 44 ədəd hər biri 4 manat dəyərində qatıq üçün dopu, 4 ədəd hər biri 800 manat dəyərində kondinsioner, 1 ədəd 180 manat dəyərində böyük gəmi maketi, 1 ədəd 90 manat dəyərində su nasosu, 24 ədəd hər biri 30 manat dəyərində taxta stul, 28 ədəd hər biri 17 manat dəyərində dəmir stul, 80 personluq 800 manat dəyərində yemək dəsti, 19 ədəd hər biri 15 manat dəyərində qızdırıcı radiator, 7 ədəd hər biri 22 manat dəyərində sac qabı, 8 ədəd hər biri 90 manat dəyərində jalüz pərdə, 1 ədəd 90 manat dəyərində bıçaq itiləyən, 1 ədəd 270 manat dəyərində mühafizə kamerası sisteminin bloku, 1 ədəd 400 manat dəyərində barın xrom qədəh və aksesuar asılqanları və 8 ədəd hər biri 240 manat dəyərində mühafizə kameraları olmaqla, 13589 manat dəyərində əşyaların, olmadıqda onların dəyərinin Cavabdeh tutularaq iddiaçıya verilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək “Qax rayonu, Qaxıngiloy kəndində yerləşən, iddiaçıya məxsus ümumi sahəsi 239,2 kvadrat metr olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı mənimlə Cavabdeh arasında bağlanmış 12 sentyabr 2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, qeyd edilən icarə müqaviləsi əsasında yaranmış 9500 manat icarə haqqı borcunun, icarə müqaviləsinin qüvvədə olduğu müddətdə təbii qazdan istifadə edilməsi nəticəsində yaranmış 814 manat borcun, təhvil verilməsinə baxmayaraq hazırda yerində olmayan 3 ədəd hər biri 570 manat dəyərində 32 ekran televizor, 1 ədəd 850 manat dəyərində 42 ekran televizor, 1 ədəd 410 manat dəyərində suqızdırıcısı (ariston), 1 ədəd 300 manat dəyərində kartof qızardan aparat, 1 ədəd 670 manat dəyərində elektrik ət maşını, 14 ədəd hər biri 12 manat dəyərində piti qabı, 44 ədəd hər biri 4 manat dəyərində qatıq üçün dopu, 4 ədəd hər biri 800 manat dəyərində kondinsioner, 1 ədəd 180 manat dəyərində böyük gəmi maketi, 1 ədəd 90 manat dəyərində su nasosu, 24 ədəd hər biri 30 manat dəyərində taxta stul, 28 ədəd hər biri 17 manat dəyərində dəmir stul, 80 personluq 800 manat dəyərində yemək dəsti, 19 ədəd hər biri 15 manat dəyərində qızdırıcı radiator, 7 ədəd hər biri 22 manat dəyərində sac qabı, 8 ədəd hər biri 90 manat dəyərində jalüz pərdə, 1 ədəd 90 manat dəyərində bıçaq itiləyən, 1 ədəd 270 manat dəyərində mühafizə kamerası sisteminin bloku, 1 ədəd 400 manat dəyərində barın xrom qədəh və aksesuar asılqanları və 8 ədəd hər biri 240 manat dəyərində mühafizə kameraları olmaqla, 13589 manat dəyərində əşyaların, olmadıqda onların dəyərinin Cavabdeh tutularaq iddiaçıya verilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddiaçı tərəfindən qanunvericiliyin iddia ərizəsinin forma və məzmun tələblərinə riayət edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən cavabdehə qarşı yönələn tələb dedikdə dəqiq və aydın ifadə edilmiş tələb nəzərdə tutulur. Hazırki iş üzrə müəyyən olunmuşdur ki, iddia ərizəsində cavabdehə qarşı yönəlməli olan tələb dəqiq və aydın deyildir. Belə ki, iddiaçı 13589 manat dəyərində əşyaların, olmadıqda onların dəyərinin Cavabdeh tutularaq iddiaçıya verilməsi tələbini irəli sürmüşdür. Tələbdən göründüyü kimi iddiaçının tələbi dəqiq deyildir, yəni dəyəri müəyyən olunmuş əşyaları, onlar olmadıqda dəyərini tələb edir ki, iddiaçı ya əşyaları, ya da onların dəyərinin ödənilməsini iddia etməli idi. İddiaçı 13589 manat dəyərində əşyaları və onların dəyərini o halda iddia edə bilərdi ki, dəyərini və ya özünü tələb etdiyi əşyalar fərdi xüsusiyyətlərinə görə digər növ əşyalardan fərqlənən əşyalar olsun. Hazırki tələb üzrə 13589 manat dəyərində əşyalar məişətdə istifadə edilən, tapılması mümkün olan əşyalardır. Bu səbəbdən iddiaçı ya qeyd edilən dəyərdə əşyaların, ya da onların dəyərinin ödənilməsini iddia etməli idi. Məhkəmə qeyd edir ki, cavabdehə qarşı tələbin yönəldilməsi hüququ iddiaçıya məxsusdur, tələblərdən hər hansısa birinin seçilməsi hüququ məhkəməyə məxsus deyildir və məhkəmə tərəflər arasında yaranmış cavabdehə qarşı yönəlmiş qəti tələbə baxaraq yekun nəticə verir. Bu baxımdan iddiaçı tələbi dəqiqləşdirməli və cavabdehə qarşı yönəltmək istədiyi dəqiq tələbi irəli sürməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Bundan başqa məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia tələbinin icarə müqaviləsinin ləğv edilməsi hissəsi üzrə ödənilməli dövlət rüsumu xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qiymətləndirilməyən iddia üzrə 100 manat, tələbin digər hissələrində isə iddianın qiymətinə uyğun olaraq 161,71 manat olmaqla, ümumilikdə 261,71 manat dövlət rüsumu ödənilməlidir. Buna baxmayaraq iddiaçı tərəfindən iddia ərizəsinə 30 manat dövlət rüsumunun ödənilməsinə dair X1 vasitəsilə ********** nömrəli və 141 manat dövlət rüsumunun ödənilməsinə dair “EkspressPay” ödəniş sistemi vasitəsilə ********** nömrəli qəbzləri təqdim etmiş, lakin qalan 90,71 manat dövlət rüsumunun ödənilməsinə dair sənəd təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “Qax rayonu, Qaxıngiloy kəndində yerləşən, iddiaçıya məxsus ümumi sahəsi 239,2 kvadrat metr olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı mənimlə Cavabdeh arasında bağlanmış 12 sentyabr 2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, qeyd edilən icarə müqaviləsi əsasında yaranmış 9500 manat icarə haqqı borcunun, icarə müqaviləsinin qüvvədə olduğu müddətdə təbii qazdan istifadə edilməsi nəticəsində yaranmış 814 manat borcun, təhvil verilməsinə baxmayaraq hazırda yerində olmayan 3 ədəd hər biri 570 manat dəyərində 32 ekran televizor, 1 ədəd 850 manat dəyərində 42 ekran televizor, 1 ədəd 410 manat dəyərində suqızdırıcısı (ariston), 1 ədəd 300 manat dəyərində kartof qızardan aparat, 1 ədəd 670 manat dəyərində elektrik ət maşını, 14 ədəd hər biri 12 manat dəyərində piti qabı, 44 ədəd hər biri 4 manat dəyərində qatıq üçün dopu, 4 ədəd hər biri 800 manat dəyərində kondinsioner, 1 ədəd 180 manat dəyərində böyük gəmi maketi, 1 ədəd 90 manat dəyərində su nasosu, 24 ədəd hər biri 30 manat dəyərində taxta stul, 28 ədəd hər biri 17 manat dəyərində dəmir stul, 80 personluq 800 manat dəyərində yemək dəsti, 19 ədəd hər biri 15 manat dəyərində qızdırıcı radiator, 7 ədəd hər biri 22 manat dəyərində sac qabı, 8 ədəd hər biri 90 manat dəyərində jalüz pərdə, 1 ədəd 90 manat dəyərində bıçaq itiləyən, 1 ədəd 270 manat dəyərində mühafizə kamerası sisteminin bloku, 1 ədəd 400 manat dəyərində barın xrom qədəh və aksesuar asılqanları və 8 ədəd hər biri 240 manat dəyərində mühafizə kameraları olmaqla, 13589 manat dəyərində əşyaların, olmadıqda onların dəyərinin Cavabdeh tutularaq iddiaçıya verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-598/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-598/2024
26.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver