Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-601/2023 28.07.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili X1, Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh1 MMC-yə qarşı “15157,20 manat əsas borc, 1792,25 manat cərimə, 200 manat mediasiya xərci, 1500 manat vəkilə ödənilmiş xidmət haqqının cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh1 MMC-yə qarşı “15157,20 manat əsas borc, 1792,25 manat cərimə, 200 manat mediasiya xərci, 1500 manat vəkilə ödənilmiş xidmət haqqının cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili və cavabdehin nümayəndəsi məhkəmə iclasında barışıq sazişi təqdim edərək sazişin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iş materialları araşdırıb hesab edir ki, tərəflərin xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflərin səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq edilmiş xx.xx.2023cü il tarixli barışıq sazişini məhkəməyə təqdim etmişlər, sazişin təsdiq edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə xx.xx.2023-cü il tarixli barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barışıq sazişi tərəflərin imzaları ilə təsdiq edildiyindən və tərəflərin buna səlahiyyəti olduğundan, habelə qanuna zidd olmadığından və tərəflərin qanunla qorunan mənafelərini pozmadığından barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin:
1. Cavabdeh1 MMC ilkin razılığa əsasən İddiaçı MMC-yə borc üzrə 3000 manat ödəniş etmişdir. Cərimə və vəkil xidmət haqqı hissəsində güzəşt olunur.
2. Qalıq borc 13257 manat olmaqla borc 3 hissəyə bölünməklə 3 aya Cavabdeh1 MMC tərəfindən İddiaçı MMC-yə ödəniləcəkdir.
3. İlk ödəniş 2023-cü ilin avqust ayının 28-i, növbəti ödənişlər isə müvafiq olaraq sentyabr və oktyabr aylarının 28-i olacaqdır.
4. Sazişin şərtləri yerinə yetirilmədiyi təqdirdə tərəflər hazırki mübahisəni məhkəmə qaydasında davam etdirirlər və barışıq sazişi barədə qərardadın məcburi icraya yönəldilməsini tələb edirlər. İddiaçı MMC-nin Cavabdeh1 MMC-yə qarşı “15157,20 manat əsas borc, 1792,25 manat cərimə, 200 manat mediasiya xərci, 1500 manat vəkilə ödənilmiş xidmət haqqının cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.
Sədrlik edən: Rüfət Məcidov