Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-715/2022 27.05.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlu, iddiaçı 4 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “X1 Fonduna ödənilməmiş 666,96 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1200 manat siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 4 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək “X1 Fonduna ödənilməmiş 666,96 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1200 manat siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə 27.05.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, əmlakın siayhıya alınması haqqında 04.03.2022-ci il tarixli qərar üzrə vergi ödəyicisi olan Cavabdeh dövlət büdcəsinə olan borcunu tam şəkildə ödəmişdir. Bu səbəbdən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi Nümayəndə ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı 4 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 666,96 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1200 manat siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-715/2022
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-715/2022
27.05.2022 · Vergi mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver