Məhkəmə qərarları › İş №e-2-2(117)-741/2022

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-741/2022

28.06.2022 · Vergi mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-741/2022 28.06.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı 9 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 304,19 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 500 manat məbləğində siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 9 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 304,19 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 500 manat məbləğində siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Qanuni nümayəndə xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, əmlakın siyahıya alınması haqqında xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərar üzrə Cavabdeh dövlət büdcəsinə borcu yoxdur. Bu səbəbdən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi Qanuni nümayəndə ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı 9 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 304,19 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 500 manat məbləğində siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar