Məhkəmə qərarları › İş №e-2-2(117)-742/2022

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-742/2022

06.06.2022 · Vergi mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-742/2022 06.06.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı 9 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “dövlət büdcəsinə olan 790,62 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1000 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı 9 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı “dövlət büdcəsinə olan 790,62 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1000 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, hazırki ərizəyə ərazi aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olmadığından ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh qeydiyyat ünvanı ünvan 1mə hesab edir ki, Abşeron rayonu Şəki Kommersiya Məhkəməsinin deyil, Sumqayıt Kommersiya Məhkəməsinin ərazi yursdiksiyasına aid olduğundan və iddiaçı hazırki cavabdehə qarşı iddia ərizəsini ərazi aidiyyəti qaydalarına görə düzgün vermədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaldır. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı 9 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “dövlət büdcəsinə olan 790,62 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1000 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar