Məhkəmə qərarları › İş №e-2-2(117)-819/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-819/2024

06.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-819/2024 06.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı X2 Cavabdeh qarşı “Cavabdeh Azad oğlunun üzərinə “nişan oğrusunun daha bir nişanı etibarsız sayıldı” ifadələrinə görə iddiaçı X1 Cavabdeh Azad oğlunun məlumatı yaydığı hesablardan, “xxxx" MMC-nin YouTube və “İnstagram” səhifəsi vasitəsi ilə üzr istəməsi və həmin fikirlərin təkzib olunması öhdəliyinin qoyulması, “Nişan oğrusunun daha bir nişanı etibarsız sayıldı” video çarxının internet resurslarından, o cümlədən, “İnstagram”, “Whatsapp” və digər bütün sosial şəbəkə hesablarından silinməsi öhdəliyinin Cavabdeh Azad oğlunun üzərinə qoyulması, mənəvi zərərə görə 5000 manatın və ödənilmiş 70 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı X3 Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək “Cavabdeh Azad oğlunun üzərinə “nişan oğrusunun daha bir nişanı etibarsız sayıldı” ifadələrinə görə iddiaçı X1 Cavabdeh Azad oğlunun məlumatı yaydığı hesablardan, “xxxx" MMC-nin YouTube və “İnstagram” səhifəsi vasitəsi ilə üzr istəməsi və həmin fikirlərin təkzib olunması öhdəliyinin qoyulması, “Nişan oğrusunun daha bir nişanı etibarsız sayıldı” video çarxının internet resurslarından, o cümlədən, “İnstagram”, “Whatsapp” və digər bütün sosial şəbəkə hesablarından silinməsi öhdəliyinin Cavabdeh Azad oğlunun üzərinə qoyulması, mənəvi zərərə görə 5000 manatın və ödənilmiş 70 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki mübahisəyə ərazi aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh Azad oğlunun qeydiyyat ünvanı ünvan 1ciliyin tələbindən də göründüyü kimi iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bu səbəbdən də hazırki tələbə Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 4a, mənzil 17 ünvanı üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılmalıdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırki cavabdehə qarşı iddia ərizəsini ərazi aidiyyəti qaydalarına görə düzgün vermədiyindən və hazırki iddia tələbinə cavabdehin qeydiyyat ünvanı üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalı olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaldıır. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı X2 Cavabdeh qarşı “Cavabdeh Azad oğlunun üzərinə “nişan oğrusunun daha bir nişanı etibarsız sayıldı” ifadələrinə görə iddiaçı X1 Cavabdeh Azad oğlunun məlumatı yaydığı hesablardan, “xxxx" MMC-nin YouTube və “İnstagram” səhifəsi vasitəsi ilə üzr istəməsi və həmin fikirlərin təkzib olunması öhdəliyinin qoyulması, “Nişan oğrusunun daha bir nişanı etibarsız sayıldı” video çarxının internet resurslarından, o cümlədən, “İnstagram”, “Whatsapp” və digər bütün sosial şəbəkə hesablarından silinməsi öhdəliyinin Cavabdeh Azad oğlunun üzərinə qoyulması, mənəvi zərərə görə 5000 manatın və ödənilmiş 70 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar