Məhkəmə qərarları › İş №e-2-2(117)-890/2023

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-890/2023

09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-890/2023 09.08.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı “X1 İnstitutu”nun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “tərəflər arasında bağlanmış 629/20 saylı müqaviləyə əsasən yaranmış 2035,62 manat və ödənilmiş 60 manat mediasiya xərci olmaqla ümumilikdə 2095,62 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı “X1 İnstitutu” cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “tərəflər arasında bağlanmış 629/20 saylı müqaviləyə əsasən yaranmış 2035,62 manat və ödənilmiş 60 manat mediasiya xərci olmaqla ümumilikdə 2095,62 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, ərizə və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarının 23-cü bəndinə əsasən Bakı şəhəri Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasna aiddir. Ərizədən ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, cavabdehin hüquqi ünvanı ünvan 1yyəti üzrə hazırki işə Şəki Kommersiya Məhkəməsində baxılmalı olmadığından ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 35.1, 152.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı “X1 İnstitutu”nun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “tərəflər arasında bağlanmış 629/20 saylı müqaviləyə əsasən yaranmış 2035,62 manat və ödənilmiş 60 manat mediasiya xərci olmaqla ümumilikdə 2095,62 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar