Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-900/2024 17.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Dadaşov Bəşir Mustafa oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2, müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “xx.xx.2012-ci il tarixli 6b/20/46/12 nömrəli əsas kredit müqaviləsi və 6b/20/46/12 (Ə/1) nömrəli əlavə kredit müqaviləsinin və həmin müqavilələri pərdələmək üçün tərtib edilmiş xx.xx.2012-ci il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının protokolunun və onun nəticəsi olaraq "xxxx" İKB ASC-nin xeyrinə bağlanan Səhmdar Cəmiyyətə məxsus olan əsas vəsaitləri, o cümlədən, 83 adda, 86 ədəddən ibarət bina, avadanlıq, maşın mexanizmlərin ipotekaya qoyulması barədə təsdiq edilmiş xx.xx.2012-ci il tarixli 6-BİZ-2-0- 46-12(G)-A nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə : Qiymətli kağız mülkiyyətçilərinin reyestrindən görünür ki, İddiaçı Cavabdeh ASC-də reyestrdə qeydə alınmış 6960 manat dəyərində 1,6020 faiz nisbətində səhmə sahib səhmdardır. "xxxx" İKB ASC ilə Cavabdeh ASC arasında xx.xx.2012-ci il tarixli 6-BİZ-2-0-46-12 nömrəli əsas kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, "xxxx" İKB ASC Cavabdeh ASC-yə ******* manat məbləğində kredit verməyi, sonuncu isə həmin krediti və ona hesablanmış faizləri 02.02.203-cü il tarixədək qaytarmağı öhdələrinə götürmüşlər. xx.xx.2012-cı il tarixdə Cavabdeh ASC-nin səhmdarlarının birinci ümumi yığıncağı keçirilmiş və nəticəsinə dair tərtib edilmiş 1 nömrəli protokol tərtib edilmişdir. Yığıncaqda bir sıra məsələlərlə yanaşı "xxxx" İKB ASC ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 6b/2/46/12 nömrəli əsas kredit müqaviləsi və 6b/2/46/12(Ə/1) nömrəli əlavə kredit müqaviləsinin təsdiq edilməsi, Cavabdeh ASC-nin bütün əsas vəsaitləri xx.xx.2022-ci il tarixli 6b/2/46/12 nömrəli əsas kredit müqaviləsi təminatı olaraq banka girov qismində təklif edilməsi və girov müqaviləsinin imzalanmasının baş direktora həvalə edilməsi və s. müzakirə edilərək təsdiq edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş qəbzdən görünür ki, iddiaçıya keçiriləcək ümumi yığıncaqda iştirakla bağlı dəvət məktubu göndərilmişdir. Bundan sonra xx.xx.2012-ci il tarixdə xx.xx.2012-ci il tarixli əsas kredit müqaviləsinin təminatı olaraq "xxxx" İKB ASC ilə Cavabdeh ASC arasında Girov müqaviləsi bağlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(103)-708/2014 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən cavabdehlər Cavabdeh ASC və X1 iddiaçı "xxxx" İKB ASC-nin xeyrinə 2.934.383 manat əsas, 407.560,79 manat faiz borcu, 30 manat dövlət rüsumu omaqla 3.341.973,79 manat pulun tutulması və tutmanın Cavabdeh ASC-nin adi adlı sənədsiz səhmlərinə və digər girov predmetlərinə yönəldilməsi və əmlkaların açıq hərraclar vasitəsi ilə satılması qət edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, səhmdar olduğu illər ərzində Səhmdar Cəmiyyət tərəfindən ona dividend ödənilməmiş və bununla bağlı bu il iyun ayında Səhmdar Cəmiyyətə müraciət edərək səhmdar cəmiyyətin nizamnaməsinin, ASC-nin 2024-cü il Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrinin surətinin, ASC-nin 2012- 2013- 2014-2015-2016 və 2017-ci illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağının protokollarının surətlərinin, ASC-nin 2012-2013-2014-2015-2016 və 2017-ci illər üzrə maliyyə nəticələri haqqında hesabatların, cəmiyyətin balansının, mənfəət vergisi bəyannaməsinin surətlərinin, ASC-nin 2012-2013-2014-2015-2016 və 2017-ci illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqaviləsinin şərtləri ilə birlikdə surətlərinin, ona təqdim edilməsini xahiş etmiş, əldə etdiyi 26 mart 2012-ci il tarixli səhmdarların ümumi yığıncağının protokolundan ona məlum olmuşdur ki, Səhmdar Cəmiyyət ümumi yığıncağın müzakirəsinə çıxarmadan 02 fevral 2012-ci il tarixli 6b/20/46/12 saylı əsas kredit müqaviləsi və 6b/20/46/12(Ə/1) saylı əlavə kredit müqavilələri bağlanmışdır. Həmin kredit müqaviləsinin təminatı olaraq Səhmdar cəmiyyətinin əsas vəsaitləri, o cümlədən, 83 adda, 86 ədəddən ibarət bina, avadanlıq, maşın-mexanizmlər 14 fevral 2012-ci il tarixli №6-BİZ- 2-0-46-12(G)-A saylı ipoteka müqaviləsi ilə ipotekaya qoymuşdur. Səhmdar Cəmiyyət daşınmaz əmlakı ipotekaya qoyularkən razılığı olmadığı halda kredit və girov müqavilələri imzalanmış 26 mart 2012-ci il tarixli səhmdarların ümumi yığıncağının protokolu ilə edilmiş qanun pozuntusunu pərdələməyə çalışmışlar. Halbuki, nə o, nə də digər səhmdarlar bu kredit və girov müqavilələrində nə də ki, yığıncaqdan ümumiyyətlə xəbərləri olmamış, ona və digər səhmdarlara hər hansı bildiriş də göndərilməmişdir. Bütün bu müddət ərzində müqavilənin bağlanması səhmdarlardan sirr olaraq saxlanıldığından protokolun və müqavilənin mövcudluğundan və Səhmdar Cəmiyyətin daşınmaz əmlakının ipoteka qoyulmasından xəbərsiz olmuşlar. 2012-ci ildə ipoteka müqaviləsinin bağlanmasının səhmdarlardan sirr saxlanmasına əsas səbəbi ümumi yığıncağın keçirilməməsi və müqavilənin bağlanması zamanı qanun pozuntularına yol verilməsi idi. 26 mart 2012-ci il tarixli protokoldan aydın olmuşdur ki, səhmdar Cəmiyyətə məxsus olan daşınar və daşınmaz əmlakların ipotekaya qoyulması ümumiyyətlə qeyd edilən tarixdə keçirilən ümumi yığıncağın gündəliyinə salınmamış, digər məsələlərin müzakirəsi adı ilə çıxışlar edilərkən Ağabək Hüseynov çıxış edərək bildirmişdir ki, Cəmiyyətin "xxxx" İKB-yə uzun müddətdir ki, ödənilməyən kreditinin olmasına baxmayaraq bank restrukturizasiya edilməsinə və dövriyyə vəsaitlərinin artırılması üçün razılıq verildiyini və ümumi yığıncağın 26 mart 2012-ci il tarixli iclasına qədər artıq kredit müqaviləsinin bağlandığını bildirmişdir. Bundan sona o bildirmişdir ki, kreditin bir hissəsinin təminatı olaraq Cəmiyyətin əsas səhmdarı Cavabdeh MMC özünə məxsus Cavabdeh ASC-nin bütün səhmlərini "xxxx" İKB qarşısında girov qoymuşdur. Lakin bu girov yetərli deyildir. Cəmiyyətin dövriyyə vəsaitlərinin artırılması üçün cəmiyyətin bütün əsas vəsaitlərinin yenidən, yeni kreditin təminatı qismində bank qarşısında girov qoyulmalıdır. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi iddia tələbinə etirazla məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, mübahisə üzrə iddia ərizəsindən göründüyü kimi tələb 3 hissədən - xx.xx.2012-ci il tarixli 6b/20/46/12 nömrəli əsas kredit müqaviləsi və 6b/20/46/12 (Ə/1) nömrəli əlavə kredit müqaviləsinin, xx.xx.2012-ci il tarixli 6-BİZ-2-0-46-12(G)-A nömrəli girov müqaviləsinin, xx.xx.2012-ci il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının protokolunun etibarsızlığından ibarətdir. Hazırda mübahisələndirilən kredit və girov müqavilələri ilə bağlı bundan əvvəl məhkəmə qaydasında işə baxılarkən həmin müqavilələrin etibarsızlığı ilə bağlı heç bir hal müəyyən edilməmiş, nəticədə məhkəmə tərəfindən bu müqavilələrin etibarlılığı tanınaraq müvafiq qətnamə çıxarılmışdır. Bundan başqa xx.xx.2012-ci il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının protokolunun etibarsızlığına münasibətdə hesab etmişdir ki, Cavabdeh ASC-nin ümumilikdə 92,07 faiz səhmə malik olan 70 nəfər səhmdar iştirak edərək müvafiq qərar qəbul etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağında səsli səhmlərin ən azı altmış faizinin mülkiyyətçiləri iştirak etdikdə ümumi yığıncaq səalhiyyətlidir. Göründüyü kimi qanunvericilik səhmlərin mülkiyyətçilərinin sayını minimal qaydada müəyyən etməklə, qəbul ediləcək yekun qərara bir çox səhmdarların münasibətini öyrənməklə, onların iradə ifadəsinə uyğun qərar qəbul edir. xx.xx.2012-ci il tarixdə keçirilmiş iclasda nəinki 60 faiz, 92,07 faiz səhmə malik olan səhmdarlar iştirak etməklə qəbul edilən qərarda 100 faizə nisbətdə əksəriyyətin mövqeyi bəlli olmuşdur. Yerdə qalan faiz dərəcəsinə uyğun olaraq səhmdarların orda iştirak etməməsi iclasın düzgün keçirilməməsi və onun qanunsuz olduğu anlamına gəlmir. Digər tərəfdən həmin iclasda iştirak edən səhmdarlar mütləq qaydada qərar qəbul etmişlər ki, bu müqavilələr bəyənilərək təsdiq edilsin. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh ASC-də övladları ilə bir yerdə 4% səhmi vardır. 2012-ci ildə oranın rəhbəri olan Ağabək bir dəfə onlara bildirmişdir ki, ipoteka qoyub kredit götürmüşlər. Sonra müəssisəni işlədib mənfəət əldə etməli idilər. 2012-2013-cü illərdə müəssisədən bir dəfə 100 manat dividend almış, indiki direktor Rufan müəllim gələndən sonra 2015-ci ildə 1 dəfə dividend almış, yığıncağın başqa iclası olanda Ağabək demişdir ki, əmlakı ipotekaya qoyub kredit götürmüşlər. Lakin neçə dənə kredit müqaviləsi imzalanıb kredit götürüldüyünü bilməmişlər. Bundan sonra bank müəssisənin əmlakını satıb ələ keçirmişdir. Dividend ödəməmişdir. 13 % səhmdarın haqqını pozmuşdur. Onlara düşən torpaq payı verilməsi tələbləridir. Lakin bank bununla razılaşmır, onların tələblərini yerinə yetirməmişdir. Hesab etmişdir ki, onun və digər səhmdarların haqqını qorumaq məqsədilə ipoteka müqaviləsi, protokol və kredit müqaviləsi etibarsız olmalıdır. Bu iddianı qaldırmaqda məqsədi öz hüquqlarını qorumaq, özünə düşən payı almaqdan ibarətdir. Cavabdehə qarşı olan məhkəmə qətnamələri haqqında məlumatı vardır. Müəssiəyə məxsus 86 adda əmlakı dağıtmışlar. Dəfələrlə müraciət etmişdir ki, 390 nəfər səhmdara münasibətdə 1.4 hektar torpaq sahəsini onlara versinlər. Səhmdarlarla özü razılaşmışlar. Lakin bank müxtəlif şirkətlər yaratmaqla müəssisənin səhmlərini addanada ötürmüşdür. Hal-hazırda müəssiənin səhmlərinin 86 faizi Adil adlı şəxsdədir. Onunla əlaqə saxlayanda demişdir ki, o da səhmdardır. Bu səbəbdən də hesab etmişdir ki, müqavilələr etibarsız sayılmalı və payçıların hüquqları qorunmalıdır. Onun məhkəmə qətnaməsi və kredit müqaviləsindən 2012-ci ildə də yox, sonrakı illərdə məlumatı olmuşdur. O, həmin iclasda müzakirə olunan məsələləri başqa iştirakçılardan soruşmuşdur. Lakin həmin ərəfələrdə müzakirələr getmişdir ki, səhmləri onlardan alsınlar. Lakin sonradan bu məsələ də alınmamışdır. O, 2024-cü ilin aprel ayında müraciət edib sənədləri rəsmi olaraq Cavabdeh ASC-dən götürmüşdür. 3-cü şəxs Yelo Bank ASC-nin nümayəndəsinin etirazına münasibətdə bildirmişdir ki, ona iclas barədə gələn bildirişdə iclasın mövzusu ilə bağlı məlumat verilsə də, o, iclasın protokolunu görmədən bilməmişdir ki, kredit götürülüb yoxsa ipoteka qoyulub. İclasın nəticəsindən məlumatsız olmuşdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında bildirdi ki, 2015-ci ildə müəssisəyə rəhbər təyin olunmuşdur. Əvvəlki kredit müqaviləsi üzrə borclarla müəyyən olunmuşdur ki, müəssiənin 16 hektar ərazisindən 14.57 hektar ərazisi əvvəlki rəhbər tərəfindən satılmışdır. Sonra nizamnamədə dəyişiklik edilmişdir. Məhkəmədə iddia qaldırılıb torpaq sahəsinin satılmasına dair müqavilə etibarsız hesab edilmişdir. Həmin torpaq sahəsi Cavabdeh ASC-nin mülkiyyətinə qaytarılmışdır. Hazırda da əlində reyestr idarəsindən aldığı çıxarışlar vardır. İddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, istər növbəti, istərsə də növbədənkənar ümumi yığıncaqların keçirilməsi ilə bağlı səhmdərlara bildiriş verilir. Lakin bildirişi surəti onlarda saxlanılmır. Onlarda saxlanılan yalnız həmin bildirişlərin poçt vasitəsilə göndərilməsinin təsdiq edən sübutlardır ki, 2015-ci ildən sonraya aid olan bütün sənədlər vardır. 2012-ci ildəki sənədlərə baxsa, həmi nsənədlərin olub-olmamasını bilər. O, həmin sənədlərə baxış keçirmiş, 2012-dən sonrakı sənədlərin olduğunu, iddiaçıya bildiriş göndərildiyini, lakin o, iclasda iştirak etməmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Yelo Bank ASC-nin nümayəndəsi məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbi düzgün cavabdehə qarşı yönəlməmiş, iddiaçının izahatından müəyyən olunmuşdur ki, Cavabdeh ASC-dən yox, bankdan tələb etməlidir. İddiaçı izahatında bildirdiyi kimi kredit müqaviləsinin bağlanılmasından, iclasda iştirak etməsindən, eyni zamanda məhkəmə aktlarının qəbul edilməsindən məlumatı olmuşdır. Lakin hüquq müdafiə vasitələrindən istifadə etməmişdir. Nəsimi rayon Məhkəməsinin qətnaməsi ilə mübahisə predmeti olan kredit müqaviləsi və ipoteka müqaviləsinin qanuniliyinə qiymət verilmiş, iddiaçı məhkəmə iclasında özü etiraf etmişdir ki, iclasın keçirilməsi ilə bağlı ona bildiriş gəlmiş, lakin iştirak etməmişdir. Əgər vaxtında iclasda iştirak etsəydi, bütün məsələlərdən vaxtında məlumatı olar və bu gün bu mübahisə yaranmazdı. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara : Mübahisə predmeti olan müqavilələr, Ümumi yığıncağın protokolu, Məhkəmə aktları, icra vərəqəsi, Qiymətli kağız mülkiyyətçilərinin reyestri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.3-cü maddəsinə əsasən, açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır... 106-1.1-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. 107-1.1-ci maddəsinə əsasən, səhmdarların ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. 107-1.2-ci maddəsinə əsasən, səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq). 107-1.4-cü maddəsinə əsasən, səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə media ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi iddiaçının iddiasına görə əldə etdiyi 26 mart 2012-ci il tarixli səhmdarların ümumi yığıncağının protokolundan ona məlum olduğu kimi Səhmdar Cəmiyyət ümumi yığıncağın müzakirəsinə çıxarmadan 02 fevral 2012-ci il tarixli 6b/20/46/12 nömrəli əsas kredit müqaviləsi və 6b/20/46/12(Ə/1) nömrəli əlavə kredit müqavilələri bağlanmışdır. Həmin kredit müqaviləsinin təminatı olaraq Səhmdar cəmiyyətinin əsas vəsaitləri, o cümlədən, 83 adda, 86 ədəddən ibarət bina, avadanlıq, maşın-mexanizmlər 14 fevral 2012-ci il tarixli №6-BİZ- 2-0-46-12(G)-A nömrəli ipoteka müqaviləsi ilə ipotekaya qoymuşdur. Bağlanmış qeyd edilən kredit müqavilələri və girov müqavilələrindən, həmçinin Səhmdar Cəmiyyətin ümumi yığıncağından xəbəri olmamışdır. Bütün bu müddət ərzində müqavilənin bağlanması səhmdarlardan sirr olaraq saxlanıldığından protokolun və müqavilənin mövcudluğundan və Səhmdar Cəmiyyətin daşınmaz əmlakının ipoteka qoyulmasından xəbərsiz olmuşdur. 2012-ci ildə ipoteka müqaviləsinin bağlanmasının səhmdarlardan sirr saxlanmasına əsas səbəbin ümumi yığıncağın keçirilməməsi və müqavilənin bağlanması zamanı qanun pozuntularına yol verilməsi olduğunu iddia etmişdir. İş üzrə Cavabdeh ASC tərəfindən təqdim edilmiş sənədlərdən göründüyü kimi cavabdeh tərəfindən cəmiyyətin ümumi yığıncağının keçirilməsi barədə dəvət məktubu (bildiriş) iddiaçıya göndərilmiş, iddiaçı iddia ərizəsində ona ümumi yığıncaq barədə bildiriş göndərilmədiyini bildirsə də, məhkəmə iclasında verdiyi izahatında ona iclas barədə bildiriş gəldiyini və iclasın mövzusu ilə bağlı məlumat verildiyini qəbul etmişdir. Göründüyü kimi iddiaçının ümumi yığıncağın keçirilməsindən məlumatı olsa da, yığıncaqda iştirak etməmiş, yığıncağın nəticələrinə dair tərtib edilmiş protokolda gündəliyə çıxarılan məsələrə ("xxxx" İKB ASC ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 6b/2/46/12 nömrəli əsas kredit müqaviləsi və 6b/2/46/12(Ə/1) nömrəli əlavə kredit müqaviləsinin təsdiq edilməsi, Cavabdeh ASC-nin bütün əsas vəsaitləri xx.xx.2022-ci il tarixli 6b/2/46/12 nömrəli əsas kredit müqaviləsi təminatı olaraq banka girov qismində təklif edilməsi və girov müqaviləsinin imzalanmasının baş direktora həvalə edilməsi və s.) etirazını bildirməmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə Cavabdeh ASC-nin hərəkətləri qanunauyğun olmuş, sonuncu tərəfindən Cavabdeh ASC-nin səhmdarı kimi İddiaçı cəmiyyətin səhmdarlarının birinci ümumi yığıncağının keçirilməsi barədə qabaqcadan bildiriş göndərilmiş və iddiaçı bu halı etiraf etmiş, buna baxmayaraq iddiaçı ümumi yığıncaqda iştirak etməmiş və məlumatı olmasına baxmayaraq yığıncağın nəticəsinə dair tərtib edilmiş protokola etirazını, protokolda təsdiqlənmiş məsələlərdən biri kimi xx.xx.2012-ci il tarixli 6b/2/46/12 nömrəli əsas kredit müqaviləsi və 6b/2/46/12(Ə/1) nömrəli əlavə kredit müqaviləsinin təsdiq edilməsi, Cavabdeh ASC-nin bütün əsas vəsaitləri xx.xx.2022-ci il tarixli 6b/2/46/12 nömrəli əsas kredit müqaviləsi təminatı olaraq banka girov qismində təklif edilməsi hallarına dair etirazını həmin dövr üçün qarşı tərəfə bildirməmişdir ki, belə bir sübut iş materiallarında mövcud deyildir. Göründüyü kimi mübahisə predmeti olan xx.xx.2012-ci il tarixli 6b/20/46/12 nömrəli əsas kredit müqaviləsi və 6b/20/46/12 (Ə/1) nömrəli əlavə kredit müqaviləsi və "xxxx" İKB ASC-nin xeyrinə bağlanan Səhmdar Cəmiyyətə məxsus olan əsas vəsaitləri, o cümlədən, 83 adda, 86 ədəddən ibarət bina, avadanlıq, maşın mexanizmlərin ipotekaya qoyulması barədə təsdiq edilmiş xx.xx.2012-ci il tarixli 6-BİZ-2-0-46-12(G)-A nömrəli ipoteka müqaviləsi etibarlı olmaqla tərəflərin həqiqi hüquqi maraqlarını əks etdirmiş, xx.xx.2012-ci il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağı qanuna uyğun keçirilmiş və nəticələri protokollaşdırılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Məhkəmə həmin ərizəyə münasibətdə qeyd edir ki, iddia tələbi əsaslı olduqda məhkəmə iddia müddətinin tətbiqi məsələsini araşdıraraq iddia tələbinə hüquqi qiymət verir. Hazırki iş üzrə iddia tələbi əsassız olduğundan məhkəmə hesab edir ki, iddia tələbi iddia müddətinin tətbiqinə görə deyil, iddianın əsassızlığına görə rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə kredit və girov müqavilələrinin etibarlılğına qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə hüquqi qiymət verimişdir. Lakin iddiaçı həmin işlər üzrə tərəf olmadığından məhkəmə qeyd edilən tələblərə xitam verməmiş və mahiyyəti üzrə qiymət vermişdir. Belə ki, 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: İddiaçı Cavabdeh ASC-yə qarşı “xx.xx.2012-ci il tarixli 6b/20/46/12 nömrəli əsas kredit müqaviləsi və 6b/20/46/12 (Ə/1) nömrəli əlavə kredit müqaviləsinin və həmin müqavilələri pərdələmək üçün tərtib edilmiş xx.xx.2012-ci il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının protokolunun və onun nəticəsi olaraq "xxxx" İKB ASC-nin xeyrinə bağlanan Səhmdar Cəmiyyətə məxsus olan əsas vəsaitləri, o cümlədən, 83 adda, 86 ədəddən ibarət bina, avadanlıq, maşın mexanizmlərin ipotekaya qoyulması barədə təsdiq edilmiş xx.xx.2012-ci il tarixli 6-BİZ-2-0- 46-12(G)-A nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-900/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-900/2024
17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver