Məhkəmə qərarları › İş №e-2-2(117)-919/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-919/2024

11.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-919/2024 11.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “işlətdiyi ifadələrinə görə iddiaçıdan üzr istəməsi və həmin fikirlərin təkzib olunması, video çarxın internet resurslarından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, mənəvi zərərə görə pulun ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək “nişan oğrusunun daha bir nişanı etibarsız sayıldı” ifadəsinə görə cavabdehin məlumatı yaydığı hesablardan, "xxxx" MMC-nin Youtube və İnstagram səhifəsi vasitəsilə iddiaçıdan üzr istəməsi, həmin fikirlərin təkzib olunması öhdəliyinin qoyulması, “Nişan oğrusunun daha bir nişanı etibarsız sayıldı” video çarxının internet resurslarından, İnstagram, Whatsapp və digər sosial şəbəkə hesablarından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, mənəvi zərərə görə 5000 manat və ödənilmiş 100 manat dövlət rüsumunun tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, İddia tələbini müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, əvvəllər VÖEN-i olub, lakin sonra bağlatdırıb. VÖEN-nin açılma səbəbi hazırki iddia ilə uyğun deyil. İş məhkəmənin icraatına qəbul edildiyi zaman məhkəməyə işin aidiyyəti üzrə Göyçay rayon Məhkəməsinə göndərilməsi ilə bağlı müraciət edib. Hazırkı iddia tələbi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadığından bu məhkəmədə deyil, ümumi məhkəmədə baxılmalıdır Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən, işə cavabdeh qismində cəlb edilmiş Cavabdeh VÖEN-ü (**********) mövcuddur. Lakin qeyd edilən VÖEN hesabı cavabdehin bitkiçilik sahəsində xidmət göstərilməsi ilə bağlı olub, hazırkı mübahisənin mahiyyəti ilə bağlı deyildir. Belə ki, iddiaçı tərəf İddiaçı Famil oğlu "xxxx" MMC-nin direktorudur, həmin şirkət lazer aparatlarının satışı ilə məşğuldur. İddiaçı hazırkı iddianı isə şəxsən öz adınadan irəli sürmüş, hüquqi şəxsin adınadan iddia qaldırmamışdır. Cavabdeh isə "xxxx" MMC-nin direktor müavini vəzifəsndə işləyir. Hazırkı mübahisədə isə cavabdehin başqa fəaliyyəti ilə deyil, məhz "xxxx" MMC-də rəhbər vəzifədə işləməsi ilə bağlı yaranmış, fiziki şəxs olaraq prosesə cavabdeh olaraq cəlb edilmişdir. Lakin qeyd edilən şəxs də hazırkı işdə hüquqi şəxs kimi deyil, yalnız fiziki şəxs olaraq iştirak edir. Tərəflər arasında mübahisənin xarakteri tələflərin qeyd edilən hüquqi şəxslərin rəhbər vəzifələrində təmsil olunmaları, onların fiziki şəxs olarzq bir-birinə qarşı olan tələbləri ilə bağlıdır. Qeyd edilən tərəflər hazırkı işdə bilavasitə sahhibkarlıq fəaliyyəti ilə məşğul olmurlar, onların işlədikləri hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Belə görünür ki, Cavabdeh "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı məlumat yayması sahibkarlıq fəaliyyətilə bağlı deyil, bir fiziki şəxsin digər fiziki şəxs barəsində yaymış olduğu məlumatların təkzib olunması və digər tələbləri ilə bağlıdır. "İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair" Azərbaycan Respublı̇ kası Alı̇ Məhkəməsi nunumunelṖ 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin qərarın 12-ci bəndinə qeyd edilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin qərarın 13-cü bəndinə əsasən Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Ali Məhkəmənin qeyd edilən qərarından görünür ki, Cavabdeh VÖEN sahibi olsa da, mübahisənin predmeti sahibkarlıq fəaliyyəti ilə bağlı olmadığı üçün nəzərdə tutulan iş kommersiya mübahisəsi hesab edilə bilməz. Qanunvericiliyin tələblərinə əsasən fiziki şəxslər arasında yaranmış qeyri-kommersiya mübahisələrinə kommersiya məhkəmələrində deyil, ümumi məhkəmələrdə baxılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, Cavabdeh VÖEN-nin fəaliyyət istiqaməti hazırki iddia ilə bağlı olmadığından, cavabdehin məhkəmə iclasındakı vəsatəti də nəzərə alınaraq, məhkəmə bu qənaətə gəlir ki, qanunvercliyin tələbinə əsasən hazırki iddia sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı münasibətlərdən irəli gəlmədiyindən, bu işə ümumi məhkəmədə baxılmalıdır. Qeyd edilən məsləyə yuxarı məhkəmə tərəfindən müvafiq hüquqi qiymət verməsini məhkəmə zəruri hesab etdiyindən, hazırkı işin məhkəmə aidiyyəti ilə bağlı hazırkı qərardadda göstərilən mövqeyə gəlmişdir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin: 32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. 32.2. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək “nişan oğrusunun daha bir nişanı etibarsız sayıldı” ifadəsinə görə cavabdehin məlumatı yaydığı hesablardan, "xxxx" MMC-nin Youtube və İnstagram səhifəsi vasitəsilə iddiaçıdan üzr istəməsi, həmin fikirlərin təkzib olunması öhdəliyinin qoyulması, “Nişan oğrusunun daha bir nişanı etibarsız sayıldı” video çarxının internet resurslarından, İnstagram, Whatsapp və digər sosial şəbəkə hesablarından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, mənəvi zərərə görə 5000 manat və ödənilmiş 100 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş ərazi aidiyyəti üzrə baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar