Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-956/2025 25.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı cavabdeh X2 qarşı “cavabdehdən 7085.9999 manat borcun və o cümlədən dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı “cavabdehdən 7085.9999 manat borcun və o cümlədən dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddiaçı tərəfindən qanunvericiliyin mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir); 150.1.7. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə; 152.1.6-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, qanunvericilikdə kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması ilə bağlı tələb müəyyən edilmişdir. MPM-in 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Göründüyü kimi hazırkı iş üzrə cavabdehin elektron məhkəmə informasiya sistemində elektron kabineti mövcud olmasa da, VÖEN hesabı mövcudur. İddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehin Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə göndərilmiş, lakin mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına dair qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli İM-0042 nömrəli saxlama müqaviləsinin “8. Tətbiq olunan hüquq və mübahisələrin həlli” hissəsinin 8.2-ci bəndinə əsasən, tərəflər arasında müqavilənin şərhi, icrası və ya xitamı ilə bağlı olan və ya bundan irəli gələn hər hansı mübahisə olduqda, hər bir tərəf belə mübahisənin danışıqlar yolu ilə həll edilməsində bütün səylərini göstərməlidir. 8.3-cü bəndinə əsasən, tərəflər bu cür mübahisənin yaranması tarixindən 30 gün müddətinə heç bir razılığa gələ bilmədikdə, “Mediasiya haqqında” AR-nın Qanununun 3.2-ci maddəsinin tələblərinə əsasən tərəflər məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak edir. Mediasiya qaydasında həll edilməyən mübahisələr AR-nın qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmə tərəfindən həll olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 26 dekabr 2023-cü il tarixli, 1079-VİQD nömrəli Qanunu ilə kommersiya mübahisələri üzrə mediasiyanın tətbiqinin məcburi tələb olunması hissəsində dəyişdirilmişdir və mediasiyanın tərəflərin könüllüyü əsasında tətbiq edilməsi nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.5-ci maddəsinə əsasən, tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Göründüyü kimi hazırkı iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli İM- 0042 nömrəli saxlama müqaviləsində də tərəflər müqaviləni bağlayarkən yaranan mübahisənin həlli üçün məhkəməyə müraciət etməmişdən əvvəl, mübahisənin yaranması tarixindən 30 gün müddətinə heç bir razılığa gələ bilmədikdə, bundan sonra mediasiyaya müraciət edilməsi barədə qarşılıqlı şəkildə razılaşmışlar. Bu səbəbdən iddiaçı tərəfindən yenidən məhkəməyə müraciət edildiyi təqdirdə müqavilənin qeyd olunan bəndini nəzərə alaraq mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsi zəruridir. Belə ki, iddiaçı tərəfindən qanunvericiliyin mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Lakin hazırkı iş üzrə elektron iddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, **********56 nömrəli qəbzlə X3 və ya Asanpay vasitəsilə məhkəmənin hesabına ödənilmiş 91 manat dövlət rüsumu Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(117)-918/2025 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Eyni zamanda Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(117)- 918/2025 nömrəli qərardadı ilə də qeyd edilən çatışmazlıqlar barədə iddiaçıya məlumat verilmiş, lakin iddiaçı məhkəməyə yenidən müraciət edərkən yuxarıda qeyd edilən çatışmazlıqları aradan qaldırmamışdır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə riayət etməklə ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh X2 qarşı “cavabdehdən 7085.9999 manat borcun və o cümlədən dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-956/2025
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-956/2025
25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver