Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-10/2024 22.02.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı "pul tələbi” barədə iddia ərizəsinə dair e-2-2(119)-10/2024 nömrəli kommersiya işinə açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “icarə müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsinə dair e-2-2(119)-10/2024 nömrəli kommersiya işi üzrə 22 fevral 2024-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə baxış iclasına tərəflər, yəni İddiaçı və Cavabdeh nümayəndələri gəlməmişlər. Lakin, İddiaçı 09 fevral 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı hazırkı iddiasından imtina etdiyini bildirərək, məhkəmədən İddiaçı Cavabdehnə qarşı "pul tələbi” barədə iddia ərizəsinə dair e-2-2(119)-10/2024 nömrəli kommersiya işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər və iddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinin tələblərinə görə, iddiadan imtina etmə - bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddələrinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa - iş üzrə icraata xitam verilir. Həmin Məcəllənın 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə, yuxarıda qeyd olunanlara əsasən iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı hazırkı kommersiya işi üzrə iddiadan imtina etməsi tərəflərin mənafeyinə uyğun olduğundan, iddiaçının iddiadan imtinası qəbul edilərək, İddiaçı “iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi” barədə ərizəsi təmin edilməli və İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş "pul tələbi” barədə iddia ərizəsinə dair e-2-2(119)-10/2024 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı “iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi” barədə ərizəsi təmin edilsin. İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş "pul tələbi” barədə iddia ərizəsinə dair e-2-2(119)-10/2024 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-10/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-10/2024
22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver