Məhkəmə qərarları › İş №e-2-2(119)-1025/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1025/2023

21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1025/2023 21.09.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə və iddiaçının nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1 oğlunun, cavabdeh “Sumqayıt Tibb Mərkəzi” X3 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh “Sumqayıt Tibb Mərkəzi” X2rşı “müqavilə üzrə görülən işlərin real vəziyyətə uyğun sənədləşdirilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 01 avqust 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “Sumqayıt Tibb Mərkəzi” X2rşı “müqavilə üzrə görülən işlərin real vəziyyətə uyğun sənədləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 noyabr 2022-ci il tarixli 020 nömrəli müqavilə üzrə görülən işlərin və xidmətlərin həcminin və məbləğinin real vəziyyətə uyğun ("xxxx" MMCnin rəyinə əsasən) sənədləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, 22 noyabr 2022-ci ildə sifarişçi “Sumqayıt Tibb Mərkəzi” X6 ilə icraçı İddiaçı arasında 020 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin predmeti ondan ibarətdir ki, “Sifarişçi” kommunal xətt çəkilişi satınalınması üçün “İcraçı”nın 77523,64 manat məbləğində təklifini qəbul etmiş və həmin Müqavilə üzrə “İcraçı” işləri vaxtında təhvil verməyi, “Sifarişçi” isə bunun müqabilində görülən işlərin dəyərinin “İcraçı”ya ödənilməsini öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilədə işlərin və xidmətlərin siyahısı, həcmi və məbləği 1 nömrəli Əlavədə öz əksini tapmışdır. Müqavilə üzrə nəzərdə tutulan işlərin həcmi və məbləği ilə realda görülən işlər arasında həm həcm olaraq, həm də qiymət olaraq fərq yaranmışdır. Buna baxmayaraq Müqavilədə nəzərdə tutulan işlər Müqavilədə qeyd olunan müddətdə təhvil verilmişdir. Bu fərqin aradan qaldırılması və sənədləşmənin real vəziyyətə uyğun aparılması üçün dəfələrlə şifahi müraciətlərə baxmayaraq, cavabdeh tərəfindən heç bir münasibət bildirilməmişdir. Şifahi olaraq cavabdehin rəhbərliyi tərəfindən bildirilmişdir ki, tələbi təmin etmək mümkün deyildir. Hətta Müqavilədə nəzərdə tutulan qiymətlərin görülən işə uyğun olmadığını da bildirmişlər. Bundan sonra görülən işin qiymətləndirilməsi üçün “İcraçı” tərəfindən özəl qiymətləndirmə şirkəti olan "xxxx" MMC-yə müraciət olunmuşdur. Bu müraciət əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş 05 may 2023-cü il tarixli 67 nömrəli Qiymətləndirmə Rəyində işin reallığı öz əksini tapmışdır. Həmin Rəy alındıqdan sonra cavabdehə mübahisənin tərəflər arasında həll edilməsi üçün rəsmi müraciət edilmişdir. Lakin, həmin müraciətə heç bir cavab verilmədiyi üçün hazırkı tələblə mediasiya təşkilatına müraciət olunmuşdur. Cavabdeh ilkin mediasiya prosesində iştirak etməmiş və mediasiya zamanı heç bir barışıq olmamışdır. Buna görə də, 06 iyul 2023-cü il tarixdə ilkin mediasiya sessiayasında iştirak edilməməsi barədə arayış verilmişdir. Mülki-Prosessual Məcəllənin tələblərinə əsasən cavabdehə 14 iyul 2023-cü il tarixdə pretenziya qaydasında elektron müraciət edilmişdir. Lakin cavabdeh tərəfindən heç bir münasibət bildirilmədiyi üçün hüquqların bərpası üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Mübahisə predmeti olan 22 noyabr 2022-ci il tarixli 020 nömrəli Podrat müqaviləsinin 6.4cü bəndində qeyd olunmuşdur ki, Sifarişçi müqavilənin icrası ilə bağlı bütün məlumatların dəqiqliyinə və İcraçıya vaxtında çatdırılmasına təminat verir. Həmin Müqavilənin 14.3-cü bəndinə əsasən Müqavilənin icrası müqavilənin xüsusi şərtlərində göstərilmiş müddət ərzində və Sifarişçi tərəfindən təsdiq olunmuş qrafiklər əsasında aparılır. Qrafiklər yalnız tərəflərin yazılı razılığı əsasında dəyişə bilər. Bu halda icraçının müqavilə üzrə öhdəlikləri və müqavilənin icra müddəti dəyişmir. Hazırkı iddianın əsası ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 22 noyabr 2022-ci il tarixli 020 nömrəli Podrat Müqaviləsi imzalanmışdır. İddiaçı “icraçı” olaraq işi vaxtında görərək təhvil vermiş, cavabdeh isə həmin işin “sifarişçi”si olaraq müqavilədə nəzərdə tutulmuş 77523,64 manat məbləğində pulu iddiaçının hesabına köçürmüşdür. Daha sonra isə 10 may 2023-cü il tarixdə cavabdeh iddiaçıya məktubla müraciət edərək, ödənilmiş 77523,64 manat məbləğin 39222,6 manat hissəsində işlərin görülmədiyini bildirmiş və həmin məbləğin geri qaytarılmasını tələb etmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, əgər işin həqiqəti cavabdeh dediyi kimi olsaydı, nəyə görə cavabdeh mübahisə predmeti olan Müqavilənin icrası vaxtı məbləğlə bağlı olan hissəyə düzəliş olunması barədə müraciət etməmişdir. Bundan başqa müqaviləyə əsasən Sifarişçi müqavilənin icrası ilə bağlı bütün məlumatların dəqiqliyinə təminat vermişdir (iddia ərizəsində məlum iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 385.2-ci və 386.1-ci maddələrinə istinad olunmaqla əsaslandırılmışdır). Məhkəmə iclasında İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin olunması və cavabdeh “Sumqayıt Tibb Mərkəzi” X6 ilə İddiaçı arasında bağlanmış 22 noyabr 2022-ci il tarixli 020 nömrəli Müqavilə üzrə görülən işlərin və xidmətlərin həcminin və məbləğinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyinə əsasən real vəziyyətə uyğun sənədləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, “Sumqayıt Tibb Mərkəzi” X3 verdiyi 2800 metr uzunluğunda olan borunun dəyişdirilməsi ilə bağlı elan edilmiş tenderdə iştirak etmək üçün "xxxx" MMC-nin qanuni təmsilçisi olaraq təklif verərək, qalib olmuş və həmin tender əsasında tərəflər arasında 22 noyabr 2022-ci il tarixli 020 nömrəli Müqavilə bağlanmışdır. İcraçı olaraq həmin müqavilə əsasında işləri görərkən asfalt və beton piltələr söküldükdən sonra dəyişdirilən borunun faktiki uzunluğunun tenderdə elan olunan 2800 metr uzunluğunda deyil, 1200 metr uzunluğunda olduğu müəyyən edilmişdir. O, bununla bağlı Sifarişçi təşkilat olaraq “Sumqayıt Tibb Mərkəzi” X5 şifahi olaraq məlumat versə də, sonuncu tərəfindən məlum Müqavilə şərtlərində dəyişiklik edilməsinə razılıq verilməmiş və işin yekununda tərtib olunmuş 2 nömrəli Formaya və təhvil-təslim aktına əsasən onun hesabına 22 noyabr 2022-ci il tarixli 020 nömrəli Müqavilədə nəzərdə tutulan ƏDV daxil cəmi 77523,64 manat məbləğində pul köçürülmüşdür. Lakin, bir müddət sonra Hesablama Palatası tərəfindən Sifarişçi Təşkilatda yoxlama aparılaraq, məlum Müqavilə əsasında cəmi 1200 metr borunun dəyişdirildiyi müəyyən edilmiş və buna görə də, yoxlama materialları hüquq mühafizə orqanlarına göndərilməklə yanaşı, ödənilmiş pul vəsaitinin 39222,6 manat məbləği icraçı "xxxx" MMC-dən geri tələb olunaraq alınmışdır. Hal-hazırda da bu yoxlama əsasında hüquq mühafizə orqanları tərəfindən araşdırılma aparılır və artıq ödəmə kimi müəyyən edilmiş 39222,6 manat məbləğində pul vəsaiti onun tərəfindən geri qaytarılmışdır. Cavabdeh Təşkilat tenderdə dəyişilməli olan borunun uzunluğu 2800 metr göstərildiyi üçün iddiaçı MMC tərəfindən təklif olunan qiymətdə həmin işin dəyəri aşağı qiymətlərlə hesablanmışdır. Halbuki, tenderə çıxarılan işin 1200 metr uzunluğunda borunun dəyişdirilməsi ilə əlaqədar olduğu göstərilsəydi, onun tərəfindən görülən işlərin dəyəri daha yüksək qiymətlərlə hesablanmalı idi. Buna görə də, dəyişilən boruların cəmi uzunluğu 1200 metr olduğu halda görülən işlərin dəyərini "xxxx" MMC-yə hesablatmış və müəyyən olunan qiymət əsasında yaranan fərq Sifarişçidən tələb edilmişdir. Lakin, Sifarişçi onun bu təklifindən imtina etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 Boris oğlu da iddia tələbini müdafiə edib, iddia tələbinin təmin olunması və cavabdeh “Sumqayıt Tibb Mərkəzi” X6 ilə İddiaçı arasında bağlanmış 22 noyabr 2022-ci il tarixli 020 nömrəli Müqavilə üzrə görülən işlərin və xidmətlərin həcminin və məbləğinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyinə əsasən real vəziyyətə uyğun sənədləşdirilməsi öhdəliyinin cavabdeh “Sumqayıt Tibb Mərkəzi” X3 üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Sumqayıt Tibb Mərkəzi” X3 nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirərək, əsassız olduğu üçün iddianın təmin olunmamasını və İddiaçı tərəfindən cavabdeh “Sumqayıt Tibb Mərkəzi” X2rşı verilmiş “müqavilə üzrə görülən işlərin real vəziyyətə uyğun sənədləşdirilməsi” barədə iş üzrə icraata xitam verilməsini xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, “Sumqayıt Tibb Mərkəzi” X3 verdiyi ümumilikdə 2800 metr uzunluğunda borunun dəyişdirilməsi ilə bağlı elan edilmiş tenderdə iştirak etmək üçün "xxxx" MMC tərəfindən müvafiq qaydada təklif verilmiş və tenderin nəticəsi olaraq sonuncunun təklifi qəbul olunmuşdur. Ona görə də, “BARK Təmir Tikinti" MMC müəyyən etdiyi qiymətlər əsasında da tərəflər arasında 22 noyabr 2022-ci il tarixli 020 nömrəli Müqavilə bağlanmışdır. Həmin Müqavilə üzrə nəzərdə tutulan işlər görüldükdən sonra "xxxx" MMC tərəfindən tərtib edilən 2 nömrəli Formaya əsasən “Sumqayıt Tibb Mərkəzi” X7 müqavilədə nəzərdə tutulan ƏDV daxil cəmi 77523,64 manat məbləğində pul vəsaitini tam ödəmişdir. Lakin, məlum işlər görüldükdən təxminən 2 ay sonra Hesablama Palatası yoxlama aparmış və yoxlama zamanı məlum Müqavilə əsasında faktiki olaraq 2800 metr yox, 1200 metr uzunluğunda boru xəttinin dəyişdiriliyi müəyyən olunmuşdur. Buna görə də, yoxlama materialları hüquq mühafizə orqanlarına göndərilməklə yanaşı, ödənilmiş pul vəsaitinin 39222,6 manat məbləği icraçı "xxxx" MMCdən geri alınmışdır. Hesablama Palatası tərəfindən müqavilə üzrə yerinə yetirilən işin həcmində yol verilmiş nöqsan müəyyən olunmamışdan əvvəl İcraçı MMC tərəfindən Sifarişçiyə heç bir məlumat verilməmiş və əksinə, sonuncu tərəfindən Forma 2-də 2800 metr uzunluğunda borunun dəyişdirilməsi barədə hesabat təqdim olunmuşdur. İddiaçı Hesablama Palatasının yoxlamasından sonra müstəqil qiymətləndiriciyə müraciət edib, 1200 metr üzrə hesablama aparmışdır. Bu isə tamamilə əsassızdır. Halbuki, hal-hazırda tərəflər arasında bağlanmış 22 noyabr 2022-ci il tarixli 020 nömrəli Müqavilənin icrası ilə əlaqədar görülən işlərin faktiki həcminin düzgün hesablanmaması ilə əlaqədar Hesablama Palatasının müraciəti əsasında müvafiq hüquq mühafizə orqanında araşdırma aparılır və ona görə də, əsassız olduğu üçün hazırkı işin məhkəmədə icraatına xitam verilməlidir. Məhkəmə, tərəflərin izahatlarını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 03 noyabr 2022-ci il tarixli 20 nömrəli "Tenderin nəticələri haqqinda” tender komissiyasinin yekun protokolundan görünür ki, İddiaçı tender nəticələri üzrə qalib olmuş və onun tender təklifinin qiyməti 77523,64 (yetmiş yeddi min beş yüz iyirmi üç manat 64 qəpik) manat məbləğində müəyyənləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 19 noyabr 2022-ci il tarixli MBNNDB.11/21-5/8723p nömrəli məktubundan görünür ki, Sumqayıt Tibb Mərkəzi tərəfindən təqdim olunmuş 77523,64 manat məbləğində kommunal xətlərin çəkilişi işlərinin satın alınması məqsədilə “Bark Təmir Tikinti" MMC ilə müqavilənin bağlanmasına əsas verən elektron satınalma vasitəsilə keçirilmiş açıq tender prosedurunun nəticəsi barədə yekun protokol Dövlət Xidmətində 10 noyabr 2022-ci il tarixində 5p/7596 nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan sifarişçi “Sumqayıt Tibb Mərkəzi” X6 (VÖEN **********) ilə icraçı İddiaçı (VÖEN **********) arasında bağlanmış 22 noyabr 2022-ci il tarixli 020 nömrəli Müqavilədən görünür ki, Sifarişçi kommunal xətt çəkilişi satınalması üçün İcraçının ƏDV daxil cəmi 77523,64 (yetmiş yeddi min beş yüz iyirmi üç manat 64 qəpik) manat məbləğində təklifini qəbul etmişdir. Həmin Müqavilənin 2-ci bəndinə əsasən, Müqavilənin icra müddəti 22 noyabr 2022-ci ildən 31 dekabr 2022-ci ilədək müəyyən edilmişdir. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən, İcraçı malların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları (işləri və xidmətləri) Sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən, İcraçı müqavilənin icrası ilə bağlı olan bütün şərtləri, tələbləri və buna aid məlumatları öyrəndikdən sonra müqaviləni imzalayır. İcraçının bu cür şərtləri, tələbləri və məlumatları bilməməsi, onu müqavilə üzrə götürdüyü öhdəliklərdən azad etmir. Həmin Müqavilənin 6.3-cü bəndinə əsasən, Sifarişçi müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirəsalınmadan (aşkar olunan qüsurların "İcraçı" tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhtədinə götürür. Həmin Müqavilənin 13.1-ci bəndinə əsasən, müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) "Sifarişçi" tərəfindən kotirovkada müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında ən qısa müddət ərzində, lakin 15 bank günündən az olmamaq şərti ilə aparılır. Həmin Müqavilənin 24.1-ci bəndinə əsasən, müqavilə şərtlərinin əsaslı pozulmasına yol verilərsə, Sifarişçi və ya İcraçı qarşı tərəfə 30 gün əvvəl yazılı xəbərdarlıq etmək şərti ilə müqaviləni bütövlükdə və ya qismən ləğv edə bilər. İş materiallarında olan "Sumqayıt Tibb Mərkəzi" X6 və "xxxx" MMC arasında imzalanmış 22 noyabr 2022-ci il tarixli 020 nömrəli Müqaviləyə 1 nömrəli Əlavədən görünür ki, icraçı "xxxx" MMC tərəfindən sifarişçi "Sumqayıt Tibb Mərkəzi" X3 ərazisində 1200 metr asfalt kəsilməli, 600 metr beton panellər sökülməli və 05 ədəd ventil 5 (dəst) girişə quraşdırılma, 16 ədəd 89 mm traynik, 16 ədəd 89-luq əymə, 8 ədəd 150 mm traynik, 8 ədəd 150 mm əymə və 01 ədəd ventil 150 mm (dəst) istifadə olunmaqla, 2800 metr (D=89 mm su, 4 hissəli 700 m) metal boru ilə və 200 m (D=159 içməli su) metal boru ilə xətlər çəkilməli və bununla da, ümumilikdə cəmi ƏDV daxil 77523,64 (yetmiş yeddi min beş yüz iyirmi üç manat 64 qəpik) manat dəyərində (65698 manat əsas + 11825,64 manat ƏDV) işlər görülməlidir. İş materialları ilə müəyyən olunur ki, 22 noyabr 2022-ci il tarixli 020 nömrəli Müqavilə üzrə icraçı "xxxx" MMC tərəfindən "Sumqayıt Tibb Mərkəzi" X5 28 noyabr 2022-ci il tarixli EBCK seriyalı 033685 nömrəli və 01 dekabr 2022-ci il tarixli EBCK seriyalı 317652 nömrəli elektron qaimələr təqdim olunmuş və sonuncu tərəfindən isə həmin elektron qaimələr əsasında "xxxx" MMC-nin hesabına ƏDV daxil ümümilikdə cəmi 77523,64 manat məbləğində pul vəsaiti ödənilmişdir (29 noyabr 2022-ci ildə 27140 manat və 12 dekabr 2022-ci ildə 50383,64 manat). İş materiallarında olan 22 noyabr 2022-ci il tarixli 020 nömrəli Müqavilənin icrası ilə əlaqədar 27 dekabr 2022-ci il tarixində yerinə yetirilmiş işlərin qəbul Aktından (“2 nömrəli Forma”dan) görünür ki, icraçı "xxxx" MMC tərəfindən sifarişçi "Sumqayıt Tibb Mərkəzi" X3 ərazisində kommunal xətlərin çəkilişi ilə əlaqədar olaraq 1 metri 16 manatdan hesablanan 2800 metr (D=89 mm su, 4 hissəli, 700 m) həcmində metal boru ilə və 1 metri 45 manatdan hesablanan 200 metr (D=159 içməli su, 200 m) həcmində metal boru ilə xətlərin çəkilməsi və bununla əlaqədar digər işlər olmaqla, ümumilikdə cəmi ƏDV daxil 77523,64 (yetmiş yeddi min beş yüz iyirmi üç manat 64 qəpik) manat dəyərində işlər görülmüşdür (65698 manat işin dəyəri + 11825,64 manat ƏDV = 77523,64 manat). İş materiallarında olan 27 dekabr 2022-ci il tarixli Təhvil-Təslim Aktından görünür ki, 22 noyabr 2022-ci il tarixli 020 nömrəli satınalma müqaviləsi üzrə icraçı "xxxx" MMC tərəfindən sifarişçi "Sumqayıt Tibb Mərkəzi" X3 ərazisində kommunal xətlərin çəkilişi üzrə 2800 metr (D=89 mm su, 4 hissəli-700 m) metal boru və 200 metr (D=159 içməli su) metal boru ilə xətlərin çəkilməsi həyata keçirilmiş və eyni zamanda, bu işlərin görülməsi ilə əlaqədar 1200 metr asfalt kəsilməsi və 600 metr beton panellərin sökülməsi işləri görülmüş, 05 ədəd ventil 5 (dəst),16 ədəd 89 mm traynik, 16 ədəd 89-luq əymə, 8 ədəd 150 mm traynik, 8 ədəd 150 mm əymə və 01 ədəd ventil 150 mm (dəst) quraşdırma işləri aparılmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 05 may 2023-cü il tarixli 67 saylı Qiymətləndirmə Rəyindən görünür ki, 22 noyabr 2022-ci il tarixli 020 nömrəli müqaviləyə əsasən icraçı "xxxx" MMC tərəfindən sifarişçi "Sumqayıt Tibb Mərkəzi" X3 ərazisində kommunal xətlərin çəkilişi ilə əlaqədar olaraq 1 metri 12,5 manatdan hesablanmaqla 1200 metr (D=89 mm su, 4 hissəli, 700 m) həcmində metal boru və 1 metri 24 manatdan hesablanmaqla 187 metr (D=159 içməli su, 200 m) həcmində metal boru ilə xətlər çəkilmiş və bununla əlaqədar digər işlər görülmüşdür. Eyni zamanda, həmin Rəydə göstərilir ki, "Sumqayıt Tibb Mərkəzi" PHŞ-nin ərazisində kommunal xətlərin çəkilməsinə sərf olunan vəsait (ustanın əmək haqqısı və sərf edilən mal-material daxil olmaqla) – 63419,40 manat (ƏDV-siz) müəyyən edilmişdir (nəzərə alınmayan xərclər isə 10 faiz məbləğində, yəni 5765,4 manat məbləğində müəyyən edilmişdir). İş materialları ilə müəyyən olunur ki, İddiaçı MMC tərəfindən “22 noyabr 2022-ci il tarixli 020 nömrəli müqavilə üzrə görülən işlərin və xidmətlərin həcminin və məbləğinin "xxxx" MMC-nin rəyinə əsasən real vəziyyətə uyğun sənədləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə əlaqədar cavabdeh “Sumqayıt Tibb Mərkəzi” X5 müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh “Sumqayıt Tibb Mərkəzi” X6 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı MMC tərəfindən mediatora müraciət olunaraq ilkin mediasiya sessiyası keçirilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (ilkin mediasiya sessiyasında cavabdeh “Sumqayıt Tibb Mərkəzi” X1 nümayəndəsi iştirak etməmişdir). "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, tender-satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə iddiaçıların kağız daşıyıcıda və ya elektron formada təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 753.2-ci maddəsinə əsasən, əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış 22 noyabr 2022-ci il tarixli 020 nömrəli Müqavilənin 1 saylı Əlavəsində nəzərdə tutulan 2800 metr (D=89 mm su, 4 hissəli 700 m) və 200 m (D=159 içməli su) metal boruların çəkilişi və bununla əlaqədar digər işlərin yerinə yetirilməsi üçün sifarişçi “Sumqayıt Tibb Mərkəzi” X6 tərəfindən icraçı İddiaçı MMC-nin hesabına 29 noyabr 2022-ci ildə 27140 manat və 12 dekabr 2022-ci ildə 50383,64 manat olmaqla, ƏDV daxil ümümilikdə cəmi 77523,64 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bundan sonra, yəni 27 dekabr 2022-ci il tarixində isə icraçı "xxxx" MMC tərəfindən 22 noyabr 2022-ci il tarixli 020 nömrəli Müqavilənin 1 saylı Əlavəsində nəzərdə tutulan 2800 metr (D=89 mm su, 4 hissəli 700 m) və 200 m (D=159 içməli su) metal boruların çəkilməsi və bununla əlaqədar digər işlərin yerinə yetirilməsi ilə əlaqədar “2 nömrəli Forma - yerinə yetirilmiş işlərin qəbul Aktı” tərtib olunaraq təqdim olunmuş və tərəflər arasında 27 dekabr 2022-ci il tarixli Təhvil-Təslim Aktı tərtib olunaraq imzalanmışdır. Lakin, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən aparılan yoxlama nəticəsində 2800 metr həcmində deyil, real olaraq 1200 metr həcmində borunun dəyişdirilməsi və bu həcmə uyğun digər işlərin görülməsi faktı aşkar edilərək, məlum Müqavilənin icrası üzrə artıq ödənilmiş pul vəsaiti icraçı İddiaçı MMC-dən geri qaytarılması tələb olunmuş və həmin yoxlama materialları müvafiq qaydada hüquqmühafizə orqanlarına göndərilmişdir. Qeyd etmək lazımdır ki, məhkəmə araşdırması zamanı 22 noyabr 2022-ci il tarixli 020 nömrəli Müqavilə üzrə 2800 metr deyil, 1200 metr borunun dəyişdirilməsi mübahisələndirilməmişdır. Yəni, həmin Müqavilə üzrə faktiki olaraq 1200 metr borunun dəyişdirilməsi mübahisəsiz təsdiq olunmuşdur. Bu halda isə həmin işləri yerinə yetirən icraçı İddiaçı MMC müqavilə şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun olaraq faktiki görülən işlər barədə düzgün məlumatları 27 dekabr 2022-ci il tarixli “2 nömrəli Forma - yerinə yetirilmiş işlərin qəbul Aktı”nda göstərə və 31 dekabr 2022-ci ilədək qüvvədə olan 22 noyabr 2022-ci il tarixli 020 nömrəli Müqavilədə dəyişiklik edilməsi üçün müraciət edə bilərdi. Lakin, icraçı İddiaçı MMC-nin bununla bağlı qarşı tərəfə rəsmi müraciət etməsi barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Halbuki, iş materiallarından görününür ki, icraçı İddiaçı MMC görülməyən işlər üzrə məlumatları, yəni faktiki görülən işi təsdiq etməyən məlumatları da 27 dekabr 2022-ci il tarixli “2 nömrəli Forma - yerinə yetirilmiş işlərin qəbul Aktı” sənədinə daxil edərək, sifarişçi “Sumqayıt Tibb Mərkəzi” X5 təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən, satınalma müqaviləsi qüvvəyə mindikdən sonra, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilənin şərtlərinin dəyişdirilməsinə yol verilmir. Bu maddəyə əsasən satınalma müqaviləsinin şərtlərinin dəyişdirilməsi barədə tərəflərin bir-birinə etdiyi rəsmi müraciətlərə 10 bank günü müddətində baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatları, işin konkret halları və iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh “Sumqayıt Tibb Mərkəzi” X6 03 noyabr 2022-ci il tarixdə "Kommunal xətlərin çəkilişi" ilə bağlı tender elan etmişdir. Həmin tenderdə İddiaçı "Kommunal xətlərin çəkilişi" ilə bağlı tenderə ƏDV daxil cəmi 77523,64 (yetmiş yeddi min beş yüz iyirmi üç manat 64 qəpik) manat məbləğində təklif vermiş və həmin tenderin qalibi olmuşdur. Qeyd olunan tenderin nəticəsi əsasında da sifarişçi “Sumqayıt Tibb Mərkəzi” X6 ilə icraçı "xxxx" MMC arasında "Kommunal xətt çəkilişi" ilə bağlı 22 noyabr 2022-ci il tarixli 020 nömrəli Müqavilə bağlanmışdır. Həmin Müqaviləyə əsasən görülən işlərlə əlaqədar icraçı "xxxx" MMC tərəfindən 27 dekabr 2022ci il tarixli 2 nömrəli Forma tərtib olunaraq təqdim olunmuş və sifarişçi “Sumqayıt Tibb Mərkəzi” X6 tərəfindən həmin 2 nömrəli Formada qeyd olunan 2800 metr borunun dəyişdirilməsi və digər işlərin görülməsi ilə əlaqədar icraçı "xxxx" MMC-nin hesabına 77523,64 (yetmiş yeddi min beş yüz iyirmi üç manat 64 qəpik) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Lakin, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 22 noyabr 2022-ci il tarixli 020 nömrəli Müqavilə üzrə görülən işlərlə əlaqədar 2023-cü ilin fevral ayında yoxlama aparılmış və yoxlama zamanı 2800 metr uzunluğunda deyil, 1200 metr uzunluğunda borunun dəyişdirildiyi müəyyən edilərək, həmin Müqavilə əsasında artıq ödənilmiş 39222,6 manat məbləğində pul vəsaitinin icraçı "xxxx" MMC-dən geri qaytarılması tələb olunmuşdur. Eyni zamanda, Hesablama Palatası tərəfindən qeyd olunan hallarla əlaqədar tərtib edilmiş yoxlama materialları müvafiq qaydada araşdırma aparılması məqsədi ilə səlahiyyətli hüquq mühafizə orqanına göndərilmişdir. İcraçı "xxxx" MMC isə 22 noyabr 2022-ci il tarixli 020 nömrəli Müqavilə üzrə görülən işlərin Hesablama Palatasının yoxlaması ilə müəyyən edilmiş faktiki həcminə uyğun dəyərinin hesablanması üçün "xxxx" MMC-yə müraciət edərək, 05 may 2023-cü il tarixli 67 nömrəli Qiymətləndirmə Rəyi almış və cavabdeh “Sumqayıt Tibb Mərkəzi” X6 ilə İddiaçı MMC arasında bağlanmış 22 noyabr 2022-ci il tarixli 020 nömrəli Müqavilə üzrə görülən işlərin və xidmətlərin həcminin və məbləğinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyinə əsasən real vəziyyətə uyğun sənədləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə hazırkı iddia ərziəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, “22 noyabr 2022ci il tarixli 020 nömrəli müqavilə üzrə görülən işlərin və xidmətlərin həcminin və məbləğinin real vəziyyətə uyğun ("xxxx" MMC-nin rəyinə əsasən) sənədləşdirilməsi öhdəliyinin cavabdeh “Sumqayıt Tibb Mərkəzi” X3 üzərinə qoyulması” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı sübut olunmamış və öz təsdiqini tapmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, əsaslılığı sübuta yetmədiyi üçün İddiaçı tərəfindən cavabdeh “Sumqayıt Tibb Mərkəzi” X2rşı verilmiş “müqavilə üzrə görülən işlərin real vəziyyətə uyğun sənədləşdirilməsi” barədə iddia tələbi təmin olunmamalı və iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri də iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən cavabdeh “Sumqayıt Tibb Mərkəzi” X2rşı verilmiş “müqavilə üzrə görülən işlərin real vəziyyətə uyğun sənədləşdirilməsi” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar