Məhkəmə qərarları › İş №e-2-2(119)-14/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-14/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-14/2020 21.09.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X24 qızının katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı2 X17 nümayəndəsi X13, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 qanuni təmsilçisi Cavabdeh2 iştirakı ilə, İddiaçı2 X17 Cavabdeh1nə qarşı “pul tələbi” barədə iddia və Cavabdeh1 İddiaçı2 X14rşı “borcun tutulması” tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı2 X22 xx xxxx 2019-cu ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh1nə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1ndən 166100 (yüz altmış altı min yüz) manat məbləğində pul vəsaitinin İddiaçı2 X17 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsinə dair məhkəmə prosesi zamanı Cavabdeh1 İddiaçı2 X14rşı “borcun tutulması” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 X17 ilkin iddiasının rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək, İddiaçı2 ASC-dən 1219089,90 (bir milyon iki yüz on doqquz min səksən doqquz manat 90 qəpik) manat əsas borc və 267605,10 (iki yüz altmış yeddi min altı yüz beş manat 10 qəpik) manat X26 borcu olmaqla, ümumilikdə ******* (bir milyon dörd yüz səksən altı min altı yüz doxsan beş) manat məbləğində pul vəsaitinin tutulması, 261982 (iki yüz altmış bir min doqquz yüz səksən iki) manat məbləğində anbar qalığı olan mal-materialın geri qaytarılması və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq Cavabdeh1nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 X22 tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 X22 (sifarişçi) ilə Cavabdeh1 (podratçı) arasında xx xxx 2017-ci il tarixdə Quba şəhərində layihələndirilən birmərtəbəli xalça istehsalı binasının tikinti-quraşdırma və abadlaşdırma işlərinin yerinə yetirilməsinə dair Baş Podrat Müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 2-ci bölməsində göstərilir ki, işlərin başlanma tarixi xx xxx 2017-ci il, qurtarma tarixi xx xxxxxxx 2017-ci ildir. Lakin, həmin işlərin qurtarılmalı olduğu tarix gecikdirilmiş və Podratçı təşkilat Quba şəhərində xalça emalatxanasında tikintiquraşdırma və abadlaşdırma işlərini vaxtında tamamlayaraq Sifarişçiyə təqdim etməmişdir. Tikinti işlərinə başlamazdan əvvəl, xx xxx 2017-ci ildə tikinti işlərinə nəzarəti həyata keçirmək üçün Cəmiyyətdə yaradılmış işçi qrupunun ilk iclası keçirilmiş (iclas protokolunun surəti əlavə olunur) və həmin iclasda xalça emalatxanalarında işlərin mərhələlərə bölünərək başlanması və qurtarması tarixləri müyyən edilmişdir. İşçi qrupunun xx xxxx 2017-ci ildə keçirilən növbəti iclasında artıq işlərin nöqsanlarla və ləngimələrlə yerinə yetirildiyi müəyyən edilmişdir (iclas protokolunun surəti əlavə olunur). İşçi qrupunun xx xxxx 2017-ci ildə keçirilən iclasında isə ləngimələrin və çatışmazlıqların aradan qaldırılması üçün Podratçı təşkilata 10 (on) təqvim günü vaxt verilməsi qərara alınmış və iclas protokolunun surəti Podratçı təşkilata göndərilmişdir. Həmin məsələyə münasibətini bildirən Podratçı təşkilatın direktoru isə xx xxxx 2017-ci il tarixli 08/2017 nömrəli məktubunda (məktubun surəti əlavə olunur) nöqsanların aradan qaldırılması üçün tədbirlərin görülməkdə olduğunu və bu tədbirlər nəticəsində göstərilən nöqsanların aradan qaldırıldığını bildirmişdir. “Tədbirlərin görülməkdə olduğu” ifadəsi tədbirlərin görülməsinin davam etdiyini bildirir. Lakin, həmin cümlədə də nöqsanların aradan qaldırıldığı bildirilir. Cümlənin əvvəli ilə sonu bir-biri ilə ziddiyyət təşkil edir. Ləngimələrlə bağlı isə ciddi irəliləyişin müşahidə edildiyi qeyd edilir. Eyni zamanda, həmin məktubla Podratçı təşkilat işlərin yerinə yetirilməsində nöqsan və ləngimələrin olduğunu etiraf etmişdir. İşçi qrupunun xx xxxx 2017-ci ildə keçirilən iclasında da tikinti-quraşdırma işlərinin yerinə yetirilməsində çatışmazlıqların olduğu qeyd edilmişdir. Podratçı təşkilat isə Müqavilə üzrə öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirə bilməyəcəyini görərək müqavilənin müddətinin uzadılması barədə Sifarişçiyə müraciətlər ünvanlamışdır. Məsələn, Quba xalça emalatxanası üzrə işlərin xx xxxxxxx 2017-ci il tarixdə tamamlanması nəzərdə tutulduğu halda, işin təhvil verilməsinə 1 (bir) gün qalmış, yəni xx xxxxxxx 2017-ci il tarixdə Podratçı təşkilat Sifarişçiyə məktub ünvanlayaraq Müqavilənin müddətinin xx xxxxxx 2017-ci il tarixinədək uzadılmasını xahiş etmişdir. Bundan sonra da Sifarişçi ilə Baş Podratçı arasında imzalanmış Razılaşmalara əsasən işlərin yekunlaşdırılması müddəti dəfələrlə uzadılmışdır. Yəni, xx xxxxxxx 2017-ci il tarixli Razılaşma ilə - xx xxxxxx 2017-ci il tarixindək, xx xxxxxx 2017-ci il tarixli Razılaşma ilə - xx xxxxxx 2017-ci il tarixinədək və nəhayət, xx xxxxxx 2017-ci il tarixli Razılaşma ilə - xx xxxx 2018-ci il tarixinədək (həmin Razılaşmaların surətləri əlavə olunur). Lakin, bu müddət ərzində də işlər tamamlanaraq Sifarişçiyə təhvil verilməmişdir. Podratçının işləri yekunaşdıra bilməyəcəyini görüncə, məcburiyyət qarşısında qalaraq işlərin tamamlanması üçün xx xxxxxxxx 2018-ci il tarixdə İddiaçı2 ASC ilə “Azersənaye İnşaat” X11 arasında xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır (müqavilənin surəti əlavə olunur). Sifarişçi (iddiaçı) tərəfindən Podratçı təşkilata (cavabdehə) dəfələrlə yazılı şəkildə müraciət edilərək, işlərin vaxtında və lazımi qaydada təhvil verilməsinin zəruri olduğunu, əks təqdirdə Müqavilə və qanunvericiliyə uyğun olaraq cərimə ödəmək məcburiyyətində olacağının bildirilməsinə baxmayaraq, Podratçı təşkilat tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmişdir. Tərəflər arasında yaranmış mübahisəli məsələləri məsləhətləşmələr yolu ilə həll etmək məqsədi ilə AX-03/0148 nömrəli məktubla Podratçıya Pretenziya ilə müraciət edilmişdir. Lakin, Pretenziyada qaldırılan məsələyə Podratçı tərəfindən verilən xx xxxxxxxx 2018-ci il tarixli 33/2018 nömrəli cavab məktubunda məsələyə hər hansı məntiqi münasibət bildirilməmişdir (Pretenziyanın və ona cavab olaraq Sifarişçiyə ünvanlanmış cavab məktubunun surəti əlavə olunur). Müqaviləyə əsasən Quba xalça emalatxanası üzrə işlərin dəyəri ilkin olaraq ******* manat müəyyən edilmiş olsa da, xx xxxxxxxx 2017-ci il tarixli X8 ilə müqavilə üzrə işlərin dəyəri ******* (bir milyon altı yüz altmış bir min) manat olaraq razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış Müqavilənin 3.2.4-cü bəndinə əsasən, Podratçı müqavilə üzrə obyektin təhvil verilmə müddətini gecikdirildiyi hər gün üçün işlərin ümumi dəyərinin 0,5 faizi məbləğində cərimə ödəməlidir. Podratçı Cavabdeh1 MMC obyektin təhvil verilmə müddətini gecikdirmiş olduğundan, İddiaçı2 ASC-yə ödəyəcəyi cərimə məbləği ******* manat təşkil etmişdir. Lakin, müvafiq qanunvericilik normalarına görə müqavilə dəyərinin 10%-dən çox cərimə tətbiq edilməməsi və tərəflər arasında X10 nəzərə alınaraq, Baş Podrat Müqaviləsi üzrə Podratçı təşkilat tərəfindən Sifarişçiyə cərimə kimi ödəniləcək pulun miqdarı 166100 (yüz altmış altı min yüz) manat məbləğində müəyyən edilmişdir. Cavabdeh1 tərəfindən qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 ASC (sifarişçi) ilə Cavabdeh1 MMC (icraçı) arasında xx xxxx 2017-ci ildə Ağdam rayonu Quzanlı qəsəbəsində, xx xxxxx 2017-ci ildə Tovuz rayonu Düz Cırdaxan kəndində, xx xxxxx 2017-ci ildə Xaçmaz rayonu Qaradağ-Buduq kəndində, xx xxx 2017-ci ildə Ağstafa şəhərində, xx xxx 2017-ci ildə İsmayıllı şəhərində, xx xxx 2017-ci ildə Qəbələ şəhərində, xx xxx 2017-ci ildə Quba şəhərində və xx xxxx 2017-ci ildə Qazax şəhərində layihələndirilən bir mərtəbəli xalça istehsalı binalarının tikinti-quraşdırma və abadlaşdırma işlərinin yerinə yetirilməsinə dair Baş Podrat Müqaviləsi imzalanmışdır. X12 şərtlərinə əsasən İcraçı yuxarıda göstərilən ünvanlarda layihələşdirilən bir mərtəbəli xalça istehsalı binalannda tikinti-quraşdırma və abadlaşdırma işlərini vaxtında təhvil verməli, Sifarişçi isə öz növbəsində işlərin aparılması üçün lazımi şərait yaratmalı, işlərin nəticələrini qəbul etməli və müqavilə dəyərini ödəməlidir. Cavabdeh1 MMC İcraçı olaraq bütün layihələri uğurla başa çatdırmış və dövlət əhəmiyyətli layihələr olan həmin xalça emalatxanaları İddiaçı2 ASC tərəfindən istismara qəbul edilmişdir.Tikinti quraşdırma işlərinin müəyyən mərhələlərində İcraçının iradəsindən kənar olaraq (məsələn, hava şəraitinin əlverişsizliyi) işdə tikintinin ümumi vəziyyətinə təsir etməyəcək ölçülərdə gecikmələr olmuşdur. Ona görə də, Sifarişçi təşkilat xx xxxx 2017-ci ildə ləngimələr və çatışmazlıqların aradan qaldırılması üçün İcraçıya 10 gün vaxt vermiş və işçi qrupunun iclas protokolunun surətini İcraçıya göndərmişdir. xx xxxx 2017-ci il tarixli 08/2017 saylı məktubla Sifarişçiyə rəsmi olaraq bildirilmişdir ki, İcraçı tərəfindən görülən tədbirlər nəticəsində nöqsanlar aradan qaldırılmışdır. Sifarişçinin xüsusi olaraq vurğulamaqda olduğu “Tədbirlərin görülməkdə olduğu” ifadəsinə gəlincə, isə bildirilir ki, davam edən hər bir tikinti araşdırma və abadlaşdırma işlərində tədbirlərin görülməsinin davam etməkdə olması təbiidir.İcraçı işlərə başladığı andan, xüsusən də 2017-ci ilin iyun ayından etibarən sifarişçi İddiaçı2 ASC-nin rəhbərliyi İçraçının işinə hədsiz dərəcədə müdaxilələr etməyə başlamış, obyektlərdə çalışan mühəndis və texniki işçiləri əsassız olaraq obyektlərdən uzaqlaşdırmış, işləri heç bir mühəndislik təhsili və təcrübəsi olmayan şəxslərə həvalə etmişdir. İcraçı tərəf dəfələrlə şifahi və yazılı olaraq bu barədə "İddiaçı2” ASC-nin rəhbərliyinə müraciət etsə də, bunun heç bir nəticəsi olmamışdır (Məktub əlavə olunur). Digər tərəfdən İddiaçı2 ASC-nin rəhbərliyi qanunsuz olaraq, İcraçının hesabına daxil olan pulların təyinatını aparmış, İddiaçı2 ASC-dən İcraçının hesabına daxil olan vəsaitin xeyli hissəsini obyektlərin tikintisində, mal-materiallann alınmasında heç bir iştirakı və əməyi olmayan şəxslərə və təşkilatlara köçürməyə göstəriş vermişdir. Ən kiçik bir etirazı belə şiddətlə qarşılayan, göstərişlərinin nöqtə-vergülünə toxunmadan icrasını tələb edən İddiaçı2 ASC rəhbərliyi İcraçı tərəfin heç bir etirazını dinləməmişdir. Sifarişçi olaraq belə bir hüququ olmadığı barədə İcraçının şifahi və yazılı müraciətlərinə də məhəl qoyulmamışdır (Məktub əlavə olunur). Görülmüş işlərin və alınmış mal-materialın pulunu İcraçıya ödəməkdən imtina edən İddiaçı2 ASC-yə xx xxxxxx 2017-ci il tarixli 29/2017 saylı Pretenziya göndərilmişdir. Pretenziyanın göndərilməsindən sonra Cavabdeh təşkilat 2017ci ilin dekabr ayından başlayaraq müqavilə və smeta üzrə görülən işlərdən ödəməli olduğu vəsaiti çox çətinliklə də olsa, hissə-hissə 2018-ci ilin sonuna qədər ödəmişdir. Müqavilə və smetada nəzərdə tutulmayan, lakin Sifarişçi təşkilatın istəyi ilə görülən əlavə işlərdən ödəməli olduğu ******* (bir milyon dörd yüz səksən altı min altı yüz doxsan beş) manatdan isə heç bir ödəniş edilməmişdir.Uzun müddət görülmüş işlərin və alınmış mal-materialın pulunu İcraçıya ödəməkdən imtina edən İddiaçı2 ASC rəhbərliyi ağlasığmaz iddialarla, təzyiq və şantajlarla İcraçı tərəfi qorxutmağa cəhd göstərmişdi. Məsələn, 2018-ci ilin sentyabr ayında İcraçıya heç bir qanuni əsası və hüquqi bazası olmayan pretenziya göndərərək, İcraçıdan 8 rayonda tikilmiş və İddiaçı2 ASC tərəfindən faktiki istismara qəbul edilərək xalça istehsalına başladığı və rəsmi açılışının olduğu bu obyektlərə görə 28407876 manat cərimə ödənilməsini tələb etmişdir. Ağla, məntiqə və hüquqa tam zidd olan belə bir pretenziyaların absurd və əsassız olduğu, belə bir biabırçı mətnin altına imza atmanın təəssüf doğurduğu - İddiaçı2 ASC rəhbərliyinə cavab məktubu ilə bildirilmişdir (Cavab məktubu əlavə olunur). İddiaçı2 ASC rəhbərliyinin göstərişi və israrı ilə xalça istehsalı binalarının tikintisi və abadlaşdırılması prosesində müqavilələrdə və smetada nəzərdə tutulmayan əlavə işlər yerinə yetirilmişdir. Belə ki, İddiaçı2 ASC-nin sifarişi əsasında Quba şəhərində inşa edilən xalça istehsalı binasında müqavilədən və smetadan kənar262966 manatlıq, Xaçmaz rayonu Qaradağ-Buduq kəndində tikilən xalça istehsalı binasında 262921 manatlıq, Qəbələ şəhərində tikilən xalça istehsalı binasında 249270 manatlıq, İsmayıllı şəhərində tikilən xalça istehsalı binasında 164030 manatlıq, Ağstafa şəhərində tikilən xalça istehsalı binasında 152460 manatlıq, Tovuz rayonu Düz Cırdaxan kəndində tikilin xalça istehsalı binasında 136090 manatlıq, Qazax şəhərində tikilən xalça istehsalı binasında 130572manatlıq və Ağdam rayonu Quzanlı qəsəbəsində tikilən xalça istehsalı binasına 262966 manatlıq əlavə işlərgörülmüşdür. İddiaçı2 ASC rəhbərliyinin göstərişi əsasında yerinə yetirilmiş müqavilədən kənar həmin işlərin ümumi həcmi ƏDV daxil ******* manat təşkil edir. Bu işlərin təhvil-təslim aktları (2 saylı forma) xx xxxxxx 2017ci il tarixli 34/2017 saylı müşaiyətedici məktubla İddiaçı2 ASC rəhbərliyinə təqdim edilmişdir. Lakin, bu Aktlar İddiaçı2 ASC rəhbərliyi tərəfindən imzalanmamışdır. Təkrar olaraq xx xxxxxx 2018-ci il tarixli 02/2018 saylı məktubla İddiaçı2 ASC rəhbərliyinə müraciət edilərək, bu Aktların təsdiqlənib İcraçıya geri qaytarılması xahiş edilsə də, qarşı tərəf həmin müraciətə cavab belə verməmişdir. İsrarlı tələblər nəticəsində Sifarişçi təşkilat əlavə işlərin (müqavilədən kənar) 121061 manatlıq hissəsini təsdiqləmişdir. Belə ki, İsmayıllı şəhərindəki xalça istehsalı binası üzrə 6429 manat, Xaçmaz rayonunun Qaradağ-Buduq kəndindəki binada manat, Quba səhərindəki binada 5113 manat, Qəbələ şəhərindəki binada 5770 manat, Qazax şəhərindəki binada 4934 manat, Tovuz rayonu Düz Cırdaxan kəndindəki binada 9580 manat, Ağstafa şəhərindəki binada 5150 manat və Ağdam rayonu Quzanlı qəsəbəsindəki binada 44168 manat dəyərində smetada və müqavilədə nəzərdə tutulmayan əlavə işlər Sifarişçi tərəfindən qəbul edilərək imzalansa da, bu günədək həmin məbləğləri İcraçıya ödəməmişdir. Müqavilədənkənar və smetada nəzərdə tutulmayan əlavə işlərə görə ödəmə etməməyi qərarlaşdırmış İddiaçı2 ASC rəhbərliyi bu günlərdə bir akt tərtib edərək, müqavilədə və smetada nəzərdə tutulmayan əlavə işlərin guya Podratçı təşkilatın öz vəsaiti hesabına həyata keçirəcəyini öhdəsinə götürdüyünü göstərmiş və İcraçıdan bu aktı imzalamağı tələb etmişdir. Təbii ki, İcraçı belə bir aktı imzalamaqdan imtina etmişdir (Aktlar məktuba əlavə olunur). İcraçının həmin Aktları imzalamaqdan imtina etməsindən təşvişə düşən Sifarişçi təşkilat məhkəməyə iddia ərzəsi vermişdir. Sifarişçinin, guya İcraçının işləri yekunlaşdıra bilməyəcəyini görüncə məcburiyyət qarşısında qalaraq işlərin tamamlanması üçün xx xxxxxxxx 2018-ci ildə “xxxxxxxxxx” MMC ilə müqavilə bağlaması isə, İcraçıya ödəməli olduğu pulun 250000 manatını ödəməməsi üçün planlaşdırılmışdır. Belə ki, həmin təşkilatın rəhbəri İddiaçı2 ASC rəhbərliyinə yazmış olduğu bir əlyazmasında, görmüş olduğu işlərin ümumi dəyərinin 95000 manat olduğunu, “Qalan məbləğin də ASC rəhbərliyinin istəyinə uyğun” həll edəcəyini bildirmişdir (Əlyazmanın surəti əlavə olunur). Eyni zamanda, İcraçıya məxsus 261982 manat məbləğində olan və İcraçının anbar qalığı sayılan mal-material İddiaçı2 ASC tərəfindən qanunsuz saxlanılaraq geri qaytarılmamışdır. Bu barədə xx xxxxxx 2017-ci il tarixli 33/2017 saylı və xx xxxxxx 2018-ci il tarixli 01/2018 saylı məktublarla İddiaçı2 ASC-yə müraciət olunmuşdur. Lakin, İddiaçı2 ASC həmişə olduğu kimi həmin müraciətlərə məhəl qoymamışdır. İddiaçı2 ASC-nin İcraçının görmüş olduğu əlavə işlərə görə yaranmış olan ******* manat borcunu ödəməməsi və qanunsuz olaraq saxladığı mal-materialın geri qaytarılmaması Cavabdeh1 MMC-nin işini iflic vəziyyətə salmışdır. Bu isə birbaşa olaraq İddiaçı2 ASC tərəfindən müqavilə şərtlərinin kobud surətdə pozulmasının əyani sübutudur. Podrat müqaviləsinin 2-ci maddəsinin tələbinə əsasən Cavabdeh1 MMC yuxarıda adları çəkilən 8 rayonda layihələndirilən birmərtəbəli xalça istehsalı binalarının tikinti-quraşdırma və abadlaşdırma işlərini vaxtında tikib-təhvil vermişdir. Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş “Obyektlərin istismara qəbul aktları” da bunu təsdiq edir. Digər tərəfdən Cavabdeh1 MMC-nin təqdim etdiyi 2 saylı Formaların ən sonuncuları 2017-ci ilin dekabr ayı olmaqla, İddiaçı2 ASC tərəfindən təsdiq edilmişdir. Bütün bu faktlar olduğu halda, İcraçının müqavilə öhdəliklərini vaxtında yerinə yetirməməsini iddia etmək absurddur. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı2 X17 nümayəndəsi X21 iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etmədiyini bildirərək, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, ilkiniddianın təmin edilməsi və Cavabdeh1ndən 166100 manat məbləğində pul vəsaitinin İddiaçı2 X17 xeyrinə tutulması, qarşılıqlı iddianın isə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı2 ASC-nin nümayəndəsi X5 cavab olaraq bildirdi ki, tərəflər arasında bağlanmış Baş Podrat Müqaviləsi üzrə İddiaçı2 ASC sifarişçi olaraq üzərinə düşən öhdəlikləri yerinə yetirmiş olsa da, Cavabdeh1 MMC İcraçı olaraq üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməyərək, Quba xalça emalatxanası üzrə işləri xx xxxxxxx 2017-ci ildə tamamlaya bilməmiş və bu səbəbdən də bununla bağlı İcraçının təşəbbüsü ilə bir neçə dəfə imzalanmış Razılaşmalarla işlərin görülmə müddəti xx xxxx 2018-ci il tarixinədək uzadılmışdır. Buna baxmayaraq, İcraçı yenə də işləri qüsurlu yerinə yetirdiyi üçün başqa bir Təşkilatla Müqavilə bağlanaraq, həmin işlərin qüsurları aradan qaldırılmışdır. Məlum Baş Podrat Müqaviləsi üzrə müəyyən edilmiş müqavilə dəyəri tam olaraq Cavabdeh1 MMC-nin hesabına ödənilmişdir. Çünki, Müqavilə üzrə görülməli işlərin dəyəri Dövlət Büdcəsindən ayrılmış olduğundan, İddiaçı2 ASC həmin ayrılmış pulu 2017-ci ilin sonunadək ödəməsəydi, Maliyyə Nazirliyi həmin vəsaiti geri çəkəcəkdi. Yalnız həmin Müqavilədə nəzərdə tutulan işlər İcraçı tərəfindən tam olaraq yerinə yetirilmədiyi üçün Müqavilədə nəzərdə tutulan məbləğin 250000 manat hissəsi Cavabdeh1 MMC-yə ödənilməmişdir. Çünki, işlərin kəsiri ilə bağlı başqa bir Təşkilatla müqavilə bağlanmış və həmin məbləğ ona ödənilmişdir. Tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə görə Podratçı müqavilə üzrə obyektin təhvil verilmə müddətini gecikdirildiyi hər gün üçün işlərin ümumi dəyərinin 0,5 faizi məbləğində cərimə ödəməli olduğuna görə, gecikdirilən günlər üçün cərimə hesablanmış və həmin cərimə müqavilənin ümumi dəyərindən çox olduğu üçün 10 faizədək azaldılaraq, cərimə məbləği 166100 manat həddində müəyyən edilmişdir. Cərimə xx xxxxxxx 2017-ci il tarixindən sonrakı dövrə hesablanıb. Cavabdeh1 MMC-nin qarşılıqlı iddia ərizəsində tələb olunan mal-material qalığı tərəflər arasında Müqavilə münasibətləri pozulduqdan sonra İddiaçı2 ASC-nin anbarından çıxarıldığı üçün həmin tələb təmin olunmamalıdır. Qarşılıqlı iddia ərizəsində əlavə işlərə görə ƏDV daxil ******* manat məbləğində pulun tələb olunması da əsassızdır. Sifarişçinin razılığı olmadan həmin məbləğdə əlavə işlər görülə bilməzdi. Məlum Müqavilə üzrə ödənilməli pul Dövlət Büdcəsindən ayrıldığı üçün, əvvəlcədən razılaşdırılmamış işlərə görə pulun Dövlət Büdcəsindən alınaraq ödənilməsi mümkün deyildir. Buna görə də, İcraçı tərəfindən əlavə işlərə görə tərtib edilmiş aktların yalnız cəmi 121062,61 manat məbləğində olan 8 aktı Sifarişçi tərəfindən qəbul edilərək təsdiq olunmuşdur. Lakin, həmin məbləğ İcraçıya ödənilməmişdir. İddiaçı2 ASC-nin iddiası təmin olunduğu halda, həmin 8 akt üzrə hesablanmış cəmi 121062,61 manat məbləğində pulun Cavabdeh1 MMC-nin xeyrinə tutulmasını mübahisələndirmir. Cavabdeh1 MMC-nin əlavə işlər kimi özünün gördüyünü iddia etdiyi işlər isə onun tərəfindən deyil, başqa qurumlar tərəfindən görülmüşdür. Cavabdeh1 MMC layihədə olan işləri lazımi qaydada görmədiyi halda, özünün tərtib etdiyi aktlarda göstərilən əlavə işləri görə bilməzdi. Tərəflər arasında bağlanmış məlum Müqavilələr üzrə işlər qüsurlu görüldüyünə görə Hesablama Palatası tərəfindən Cavabdeh1 MMC-yə sanksiya tətbiq olunmuş və sonuncudan Dövlət Büdcəsinə 370000 manatdan artıq pul tutulmuşdur. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 qanuni təmsilçisi Cavabdeh2 qarşılıqlı iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsini qəbul etmədiyini bildirərək, qarşılıqlı iddia ərizəsində yazılanlara uyğun izahat verərək, qarşılıqlı iddianın təmin edilməsi və İddiaçı2 X15 1219089,90 manat əsas borc və 267605,10 manat X26 borcu olmaqla, ümumilikdə ******* manat məbləğində pul vəsaitinin tutulması, 261982 manat məbləğində anbar qalığı olan mal-materialın geri qaytarılması və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh1nə ödənilməsi, ilkin iddianın isə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 MMC-nin qanuni təmsilçisi Cavabdeh2 suallara cavab olaraq bildirdi ki, Müqavilə öhdəlikləri Cavabdeh1 MMC tərəfindən pozulmamışdır. Bunu istismar aktları, Forma 2-lər və s. sənədlər təsdiq edir. Quba şəhərindəki obyekt vaxtında hazır olmuş və həmin obyektin 2017-ci ilin dekabr ayında rəsmi açılışı olmuşdur. Hesablama Palatası işlərdə qüsur olduğuna görə Cavabdeh1 MMC-yə cərimə yazmış olsa da, həmin cərimə məlum Müqavilə üzrə görülən işlərlə bağlı olmuşdur, əlavə işlərlə bağlı olmamışdır. Cavabdeh1 MMC-nin gördüyü işlər faktiki olaraq yerində olduğuna və əlavə görülən işlər smetada nəzərdə tutulmadığına görə həmin görülən işlər əlavə işlər hesab edilməlidir. Məsələn, “şapka” daşın qoyulması, hasara karnizin vurulması və yaxud, sinə daşın qoyulması əlavə işlərdəndir və Sifarişçi İcraçıya əlavə işlərlə əlaqədar yazılı deyil, şifahi göstərişlər vermiş və İcraçı bununla bağlı Sifarişçiyə məktub göndərmiş olsa da, sonuncu həmin məktuba təkzib cavabı verməmişdir. Əlavə işlər müqavilədə nəzərdə tutulmayan işlərdir və bu işlərlə bağlı heç bir ödəniş edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə, tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib, ilkin iddia ərizəsini, qarşılıqlı iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia təmin, qarşılıqlı iddia isə qismən edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş İddiaçı2 X18 baş mühəndis vəzifəsində işləyən X16 ifadəsində Cavabdeh1 MMC tərəfindən Müqavilə öhdəlikləri lazımi qaydada yerinə yetirilmədiyi üçün sonuncu ilə müqavilə münasibətlərinə xitam verildiyini və məlum işlərin tamamlanması üçün başqa podratçı təşkilatla müqavilə bağlandığını təsdiq etdi. İş materiallarında olan, “sifarişçi” İddiaçı2 X22 ilə “icraçı” Cavabdeh1 (VÖEN **********) arasında bağlanmış xx xxx 2017-ci il tarixli Tikinti üçün Baş Podrat Müqaviləsinin 1.1-ci bəndindən görünür ki,həmin Müqavilənin qüvvədə olduğu müddət ərzində Sifarişçinin müqavilə ilə müəyyən olan tapşırıqlarına əsasən “İcraçı” Quba şəhərində layihələndirilən bir mərtəbəli xalça istehsalı binasında tikinti-quraşdırma və abadlaşdırma işlərini vaxtında təhvil verməli, Sifarişçi isə öz növbəsində işlərin aparılması üçün lazımı şəraiti yaratmalı, işlərin nəticəsini qəbul etməli və müqavilə dəyərini ödəməlidir. Həmin Müqavilənin 2-ci bəndinə əsasən, Müqavilə üzrə İşlərin başlanma vaxtı - xx xxx 2017-cı il tarixi, İşlərin qurtarma vaxtı – xx xxxxxxx 2017-ci il tarixi müəyyən edilmişdir. Həmin Müqavilənin 3.2.4-cü bəndinə əsasən, İcraçı obyektin bu müqavilədə təhvil verilmə müddətinin pozulmasına görə, Sifarişçiyə hər gecikmə günü üçün müqavilə üzrə görüləcək tikinti işlərinin ümumi dəyərinin 0,5 faizi məbləğinə cərimə (penya) ödəyir. Həmin Müqavilənin 4-cü bəndinə əsasən,müqavilə üzrə görüləcək tikinti quraşdırma işlərin ümumi dəyəri smetaya uyğun olaraq ƏDV ilə birlikdə ******* (bir milyon yeddi yüz on bir min) manat təşkil edir. İş materiallarında olan, “sifarişçi” İddiaçı2 X22 ilə “icraçı” Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli X2 görünür ki, sifarişçi «İddiaçı2” ASC ilə icraçı Cavabdeh1 MMC arasında Quba rayon Xalça emalatxanasının tikintisi üçün bağlanmış xx xxx 2017-ci il tarixli müqavilədə göstərilən qiyməti smetada göstərilən qiymətlə uyğunlaşdırmaqdan ötrü onlar “1711000” əvəzinə ******* (bir milyon altı yüz altmış bir min) manat (ƏDV daxil) hesab edilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan, “sifarişçi” İddiaçı2 X22 ilə “icraçı” Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli Müqavilənin müddətinin uzadılmasına dair Razılaşmadan görünür ki, “sifarişçi” İddiaçı2 ASC və “icraçı” Cavabdeh1 MMC Quba və Qazax rayonlarında inşa edilən Xalça emalatxanalarında işlər tam başa çatdırılmadığından, tərəflər arasında bağlanmış müqavilələrin müddətinin eyni şərtlər daxilində xx xxxxxx 2017-ci il tarixədək uzadılması barədə razılığa gəlmişlər. İş materiallarında olan, “sifarişçi” İddiaçı2 X22 ilə “icraçı” Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli Müqavilənin müddətinin uzadılmasına dair Razılaşmadan görünür ki, “sifarişçi” İddiaçı2 ASC və “icraçı” Cavabdeh1 MMC Quba və Qazax rayonlarında inşa edilən Xalça emalatxanalarında tamamlanma işləri tam başa çatdırılmadığından və Sifarişçiyə təhvil verilmədiyindən, tərəflər arasında bağlanmış müqavilələrin müddətinin eyni şərtlər daxilində xx xxxxxx 2017-ci il tarixədək uzadılması barədə razılığa gəlmişlər. İş materiallarında olan, “sifarişçi” İddiaçı2 X22 ilə “icraçı” Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli Müqavilənin müddətinin uzadılmasına dair Razılaşmadan görünür ki, “sifarişçi” İddiaçı2 ASC və “icraçı” Cavabdeh1 MMC Ağdam, Ağstafa, Tovuz, Qəbələ, İsmayıllı, Qazax, Quba və Xaçmaz rayonlarında inşa edilən Xalça emalatxanalarında tamamlanma işləri tam başa çatdırılmadığından və Sifarişçiyə təhvil verilmədiyindən, tərəflər arasında bağlanmış müqavilələrin müddətinin eyni şərtlər daxilində xx xxxx 2018-ci il tarixədək uzadılması barədə razılığa gəlmişlər. İş üzrə məhkəmə baxışı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxx 2020-ci il tarixli 25295 №-li Ekspert Rəyindən görünür ki, elektron qaimələrin reyestri, İddiaçı2 ASC-nin analitik uçot kitabı və «İddiaçı2” ASC tərəfindən Cavabdeh1 MMC-yə köçürülmüş vəsaitlərin çıxarış məlumatlarına əsasən Cavabdeh1 MMC-nin gördüyü işlərə görə «İddiaçı2” ASC tərəfindən Cavabdeh1 MMC-yə 2017-ci il ərzində 13665039,69 manat, 2018-ci il ərzində isə 1242931,83 manat məbləğində ödənişlər aparılmışdır. İş üzrə məhkəmə baxışı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxx 2020-ci il tarixli 25364 №-li Ekspert Rəyindən görünür ki, Quba, Xaçmaz, Qəbələ, İsmayıllı, Ağdam, Tovuz, Ağsafa və Qazax rayonlarında İddiaçı2 X19 məxsus inzibati binalarının inşaası zamanı müxtəlif növ və eləcə də, gizli təmir işləri aparıldığından, həmin sahələrdə aparılmış yenidənqurma, təmir-tikinti və ayrıla bilməyən yaxşılaşdırılmalarına sərf olunmuş materialların və əmək haqqının miqdarını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin, mülki iş materialında və əlavə olunmuş Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 tərfindən imzalanmış (əlavə işlər üzrə təhvil-təslim) aktda göstərilən işlər araşdırılmış və faktiki olaraq həmin işlərin yerində olduğunu nəzərə alaraq, əlavə aparılan yenidənqurma, təmir-tikinti və ayrıla bilməyən yaxşılaşdırılma işlərinə cəmi 1.328.286,15 manat məbləğində vəsaitin sərf olunduğu müəyyən edilmişdir. İş materiallarında olan İsmayıllı şəhərində, Xaçmaz rayonu Qaradağ-Buduq kəndində, Quba şəhərində, Qəbələ şəhərində, Qazax şəhərində, Tovuz rayonu Düz Cırdaxan kəndində, Ağstafa şəhərində vəAğdam rayonu Quzanlı qəsəbəsində layihələndirilənbir mərtəbəli xalça istehsalı müəssisəsi binalarında əlavə tikinti-quraşdırma işlərinin görülməsi ilə əlaqədar tərtib edilərək, icraçı Cavabdeh1 MMC və sifarişçi «İddiaçı2” ASC tərəfindən təsdiq edilmiş Aktlara (8 ədəd Akt) əsasən müəyyən olunur ki, həmin Aktlarda göstərilən ünvanlarda yerləşən obyektlərdə aparılan əlavə xidmətlərin dəyəri ƏDV daxil olmaqla, cəmi 121062,61 (yüz iyirmi bir min altmış iki manat 61 qəpik) manat (6429,72 manat + 39914,67 manat + 5113,46 manat + 5770,05 manat + 4934,76 manat + 9580,80 manat + 5150,65 manat + 44168,50 manat) məbləğindədir və hər iki tərəf həmin Aktları imzalamış və möhürləmişdir. Əlavə işlərin görülməsi ilə əlaqədar tərtib edilmiş digər Aktlar isə sifarişçi İddiaçı2 X22 tərəfindən imzalanmamış və möhürlənməmişdir. İş materillarında olan, sifarişçi İddiaçı2 ASC ilə icraçı “xxxxxxxxxxxxxxxxx” MMC arasında bağlanılmış xx xxxxxxxx 2018-ci il tarixli Xidmətlərin Göstərilməsinə dair Müqavilədən görünür ki, həmin Müqavilənin qüvvədə olduğu müddət ərzində Sifarişçinin müqavilə ilə müəyyən olan tapşırıqlarına əsasən “İcraçı” Ağdam, Ağstafa, Tovuz, Qazax, Quba, Xaçmaz, Qəbələ və İsmayıllı rayonlarında tikinti-quraşdırma və abadlıq işlərinin həyata keçirildiyi vaxt yol verilmiş qüsurları aradan qaldırmaq xidmətini həyata keçirir. “Sifarişçi” isə işlərin aparılması üçün lazımi şəraiti yaratmalı, işlərin nəticəsini qəbul etməyi və xidmətin dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilə üzrə xidmətlər 2018-ci ilin oktyabr ayı ərzində Sifarişçiyə təhvil verilir (2-ci bənd). Müqavilə üzrə görüləcək xidmətlərin cəmi dəyəri ƏDV daxil 250000 (iki yüz əlli min) manat təşkil edir (4.1-ci bənd). Müqavilə imzalandığı andan qüvvəyə minir və xx xxxxxx 2018-ci il tarixinədək qüvvədədir (6.1-ci bənd). İş materiallarında olan İddiaçı2 X20 Dövlət Büdcəsindən ayrılan vəsaitlərin icrasının və dövlət əmlakından istifadəsinin auditinin nəticələrinə dair tərtib edilmiş xx xxxxxxxx 2019-cu il tarixli Auditor Hesabatının 2.1.9-ci bəndində göstərilir ki, İddiaçı2 ASC-nin işçi qrupu tərəfindən “Cavabdeh1" MMC-nin podratçısı olduğu 8 obyekt üzrə tərtib olunmuş “Qüsur aktları”na əsasən 250000 manat məbləğində işlərin yerində olmadığı aşkar olunmuş və “Qüsur aktlar”ı Qrupun üzvləri və Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 tərəfindən imzalanmışdır. İş həcminin yerində olmaması səbəbindən “Cavabdeh1" MMC ilə “İddiaçı2" ASC arasında yaranmış 250000 manat məbləğində kteditor borcu azaldılmış və müvafiq mühasibat yazılışı verilmişdir. Həmin Hesabatın 3.5.1-ci bəndi ilə müəyyən olunur ki, "Tovuz Xalça istehsalı Emalatxanasının tikintisi" obyekti üzrə 174620,3 manat, "Qazax Xalça istehsalı Emalatxanasının tikintisi" obyekti üzrə 170393,5 manat və 6 rayon (Ağstafa, Qəbələ, ismayıllı, Xaçmaz, Quba, Ağdam) xalça istehsalı emalatxanaları üzrə 26285,5 manat olmaqla, ümumilikdə 371299,3 manat məbləğində artırılmış iş həcminin dəyərinin podratçı təşkilat "Cavabdeh1" MMC tərəfindən dövlət büdcəsinə ödənilərək bərpa edilməsi təklif olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 753.2-ci maddəsinə əsasən, əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Həmin Məcəllənin 753.3-cü maddəsinə əsasən, əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. Həmin Məcəllənin 753.4-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, xx xxx 2017-ci il tarixli Tikinti üçün Baş Podrat Müqaviləsinin tələblərinə uyğun olaraq “icraçı” Cavabdeh1 MMC Quba şəhərində layihələndirilən bir mərtəbəli xalça istehsalı binasında tikinti-quraşdırma və abadlaşdırma işlərinixx xxxxxxx 2017-ci ilədək yekunlaşdıraraq “sifarişçi” «İddiaçı2” ASC-nə təhvil verməli olduğu halda, həmin tarixədək bu öhdəliyini yerinə yetirə bilməmiş və buna görə də, tərəflər arasında imzalanmış Razılaşmalara əsasən həmin işlərin görülmə müddəti son olaraq xx xxxx 2018-ci il tarixinədək (xx xxxxxxx 2017-ci il tarixli razılaşma ilə - xx xxxxxx 2017-ci il tarixindək, xx xxxxxx 2017-ci il tarixli razılaşma ilə - xx xxxxxx 2017-ci il tarixinədək və xx xxxxxx 2017-ci il tarixli razılaşma ilə - xx xxxx 2018-ci il tarixinədək) uzadılmışdır. Həmin Razılaşmalarda müqavilə müddətinin uzadılmasının səbəbi kimi “işlərin başa çatdırılmaması və sifarişçiyə təhvil verilməməsi” göstərilmişdir. Buna görə də, məlum Podrat Müqaviləsinin 3.2.4-cü bəndinə əsaslanaraq Sifarişçi tərəfindən İcraçıya 166100 (yüz altmış altı min yüz) manat məbləğindəcərimə hesablanmışdır. Məhkəmə araşdırması zamanı icraçı Cavabdeh1 MMC-nin qanuni təmsilçisi həmin cərimə məbləğinin miqdarını mübahisələndirməsə də, Podrat Müqaviləsi üzrə İcraçının üzərinə götürdüyü öhdəlikləri pozmadığını və Quba şəhərində layihələndirilən bir mərtəbəli xalça istehsalı binasının tikintisi vaxtında yekunlaşdırılaraq Sifarişçiyə təhvil verildiyini bildirərək, həmin tələb olunan cərimə məbləğinin tutulmasına etirazını bildirmişdir. Lakin, məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla İcraçının məlum Müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməməsi öz təsdiqini tapmışdır. Eləcə də, yuxarıda təsvir olunanlara əsasən qarşılıqlı iddia üzrə verilmiş tələblərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, Ağdam rayonu Quzanlı qəsəbəsində, Tovuz rayonu Düz Cırdaxan kəndində, Xaçmaz rayonu Qaradağ-Buduq kəndində Ağstafa şəhərində, İsmayıllı şəhərində, Qəbələ şəhərində, Quba şəhərində və Qazax şəhərində layihələndirilən bir mərtəbəli xalça istehsalı müəssisəsi binalarında əlavə tikintiquraşdırma işlərinin görülməsi ilə əlaqədar tərtib edilərək icraçı Cavabdeh1 MMC və sifarişçi «İddiaçı2” ASC tərəfindən təsdiq edilmiş Aktlara (8 ədəd Akt) əsasən həmin obyektlərdə əlavə görülən işlərə görə ƏDV daxil cəmi 121062,61 (yüz iyirmi bir min altmış iki manat 61 qəpik) manat məbləğində pul vəsaitinin xərcləndiyi və həmin pul vəsaitinin Sifarişçi tərəfindən İcraçıya ödənilmədiyi təsdiq olunmuşdur. Lakin, əlavə görülən işlərə görə qarşılıqlı iddia ərizəsində tələb olunan pul vəsaiti qalan hissədə öz təsdiqini tapmamışdır. Qeyd etmək lazımdır ki, xx xxxx 2020-ci il tarixli 25364 №-li Ekspert Rəyində əlavə aparılan yenidənqurma, təmir-tikinti və ayrıla bilməyən yaxşılaşdırılma işlərinə cəmi 1.328.286,15 manat məbləğində vəsaitin sərf olunduğu müəyyən edilmiş olsa da, həmin Rəydə Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 tərfindən imzalanmış (əlavə işlər üzrə təhvil-təslim) aktlarına və faktiki olaraq həmin işlərin yerində olmasına görə qeyd olunan nəticəyə gəlindiyi qeyd olunmuşdur. Lakin, həmin Aktların 121062,61 (yüz iyirmi bir min altmış iki manat 61 qəpik) manat məbləğində pul vəsaitini əks etdirən hissəsindən başqa, digər Aktlar Sifarişçi tərəfindən təsdiq edilməmiş və eləcə də, həmin əlavə işlərin görülməsinin Sifarişçi ilə razılaşdırılması, həmçinin yerində olan məlum işlərin məhz Cavabdeh1 MMC və yaxud, digər icraçı tərəfindən yerinə yetirilib-yetirilməməsi öz təsdiqini tapmamışdır. Buna görə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 103-cü maddəsinin tələblərinə uyğun olaraq həmin ekspert Rəyi qeyd olunan halın müəyyən edilməsində mötəbər sübut kimi qəbul oluna bilməz. Həmçinin, qarşılıqlı iddia ərizəsində “261982 (iki yüz altmış bir min doqquz yüz səksən iki) manat məbləğində anbar qalığı olan mal-materialın geri qaytarılması” barədə iddia tələbində qaytarılması tələb olunan əmlakların adı və digər zəruri əlamətləri qeyd edilməyərək, iddia tələbi dəqiq ifadə olunmamış və eyni zamanda, məhkəmə araşdırması zamanı həmin qarşılıqlı iddia tələbi mötəbər sübutlar əsasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı2 ASC-nin Cavabdeh1 MMC-nə qarşı “pul tələbi” barədə iddiası əsaslı, Cavabdeh1 MMC-nin İddiaçı2 ASC-nə qarşı “borcun tutulması” barədə qarşılıqlı iddia tələbi isə qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli və Cavabdeh1 MMC-dən 166100 manat məbləğində cərimə (penya) İddiaçı2 ASC-nin xeyrinə tutulmalıdır. Eləcə də, qarşılıqlı iddia qismən təmin edilməli və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 ASC-dən 121062,61 manat məbləğində borc iddiaçı Cavabdeh1 MMCnin xeyrinətutulmalıdır. Qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaitinin 150 (yüz əlli) manatı "Cavabdeh1” X6, 50 (əlli) manatı isə İddiaçı2 X15 dövlət nəfinə tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Eyni zamanda, ilkin iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə cavabdehə aid edilməli, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 5 (beş) manatı isə qarşılıqlı iddia üzrə cavabdehə, qalan 25 (iyirmi beş) manatı isə qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı2 X17 Cavabdeh1nə qarşı “pul tələbi” barədə iddia tələbi təmin edilsin. Cavabdeh1ndən 166100 (yüz altmış altı min yüz) manat məbləğində cərimə (penya) və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 166130 (yüz altmış altı min yüz otuz) manat məbləğində pul vəsaiti İddiaçı2 X17 xeyrinə tutulsun. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 X14rşı “borcun tutulması” barədə qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 X15 121062,61 (yüz iyirmi bir min altmış iki manat 61 qəpik) manat məbləğində borc və 5 (beş) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 121067,61 (yüz iyirmi bir min altmış yeddi manat 61 qəpik) manat məbləğində pul vəsaiti qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 xeyrinə tutulsun. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaitinin 150 (yüz əlli) manatı "Cavabdeh1” X6, 50 (əlli) manatı İddiaçı2 X15 dövlət nəfinə tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar