Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1423/2024 09.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək aralarında bağlanmış 11 dekabr 2023-cü il tarixli xidmət müqaviləsi üzrə 1215 (min iki yüz on beş) manat məbləğində borc, gecikdirilmiş vaxta illik 5% hesablanmaqla 60,75 (altmış manat, yetmiş beş qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 1275,75 (min iki yüz yetmiş beş manat, yetmiş beş qəpik) manat məbləğində pul vəsaitinin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması və müvəqqəti təminat tədbirinin tətbiqi kimi cavabdehin əmlakı və hesabındakı pul vəsaitləri üzərində həbs qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə verilmiş tələb üzrə ərizə və ona əlavə edilmiş sənədlər Sumqayıt Kommersiya Məhkəməsinin 19 iyul 2024-cü il tarixli e-2-2(119)-1304/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci, 152.1.4-cü və 152.1.5-ci maddələrində nəzərdə tutulmuş əsaslarla geri qaytarılmış və bunun, iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmadığı izah edilmişdir. İddiaçı tərəfindən həmin qərardadda göstərilən nöqsanlardan “iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş iddia ərizəsinin “Tərəflər” bölməsində İddiaçı deyil, qanuni nümayəndə kimi qeyd edilməsi, eyni zamanda, iddia ərizəsinin “Tərəflər” bölməsində, o cümlədən ərizənin məzmununda cavabdehin ünvanı göstərilməməsi” halı və “iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada cavabdehə çatdırılmasını təsdiq edən sənədin iş materiallarına əlavə edilməməsi” hallarıı aradan qaldırılmışdır. Lakin iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman qanunvericiliklə müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməməsi halı aradan qaldırılmadan yenidən məhkəməyə müraciət olunmuşdur. Belə ki, iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsində qeyd olunan 16 iyul 2024-cü il tarixli, **********86 nömrəli ödəniş qəbzi ilə müəyyən olunur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan qanunvericilik aktındanda göründüyü kimi hazırkı iddia ilə məhkəməyə müraciət edilən zaman 30 manat məbləğində deyil, 32,75 manat məbləğində dövlət rüsumu ödənilməli idi (30 manat + 275x1/100 = 2,75 manat). Mülki Prosessual Məcəllənin 108.1.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə, dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlarla yanaşı, iddia tələbinin “müvəqqəti təminat tədbiri kimi ”X1” MMCnin əmlakı və hesabındakı pul vəsaitləri üzərinə həbs qoyulması” hissəsində məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə həmin Məcəllənin 157-164-cü maddələrinin tələblərinə riayət edilməklə müstəqil icraatda verilməli və həmin ərizəyə ayrıca icraatda baxılmalıdır (MPMin 159.1-ci maddəsi). Beləliklə, Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə cavabdehə qarşı verilmiş iddia tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələblərinə görə, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1423/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1423/2024
09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver