Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-163/2025 10.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil1, Cavabdeh nümayəndəsi Nümayəndə1 və nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20 aprel 2021-ci il tarixli, BCC-C1- 1270 nömrəli podrat müqaviləsi üzrə Cavabdehndən 1278008,84 (bir milyon iki yüz yetmiş səkkiz min səkkiz manat səksən dörd qəpik) manat məbləğində əsas borc, 230041,44 (iki yüz otuz min qırx bir manat qırx dörd qəpik) manat məbləğində ƏDV borcu, 2023-cü il üzrə gecikdirilmiş vaxt üçün illik 10,55% infilyasiya dərəcəsinə əsasən hesablanmış 134829,84 (yüz otuz dörd min səkkiz yüz iyirmi doqquz manat səksən dörd qəpik) manat məbləğində faiz borcu və 1626 (min altı yüz iyirmi altı) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1644492,12 (bir milyon altı yüz qırx dörd min dörd yüz doxsan iki manat on iki qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında 20 aprel 2021-ci il tarixli BCC-C1-1270 nömrəli podrat müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən podratçı smetada razılaşdırılmış həcm və qiymətdə Sumqayıt Kimya Sənaye Parkının ərazisində ümumi sahəsi 1.5 hektar olan X4 bina və qurğularının tikintiquraşdırma işlərinin, zavodun istismara verilməsi və müqavilədə göstərilən vaxtda layihə gücünə çatdırılması öhdəliklərini yerinə yetirməyi, başa çatdırmağı və sifarişçiyə hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə podratçının gördüyü işlər müqabilində razılaşdırılmış haqqı ödəməyi üzərinə götürmüşdür. Müqavilə və ona əlavə olunmuş sazişlər əsasında podratçı tərəfindən bütün öhdəliklər tam yerinə yetirilmiş və bu barədə tərəflər arasında görülmüş işlərin təhvil-təslimi barədə aktlar (Forma 2) tərtib edilərək müvafiq qaydada imzalanmışdır. Lakin görülmüş xidmətlər müqabilində podratçıya ödənilməli xidmət haqqının müəyyən hissəsi sifarişçi tərəfindən ödənilməyərək müxtəlif bəhanələrlə öhdəliklərin icrasından imtina edilmişdir. Bu səbəbdən sifarişçinin podratçıya 1278008,84 (bir milyon iki yüz yetmiş səkkiz min səkkiz manat səksən dörd qəpik) əsas borcu yaranmış və öhdəliklərin icra edilməsi üçün müqavilə ilə müəyyənləşdirilmiş müddətdən xeyli vaxt keçməsinə baxmayaraq hələ də ödəniş edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Mərkəzi Bankının 2023-cü il üzrə uçot faiz dərəcəsi 02 fevral 2023-ci il tarixə 8.5%, 30 mart 2023-cü il tarixə 8,75%, 04 may 2023-cü il tarixə 9%, 02 noyabr 2023-cü il tarixə 8.5%, 21 dekabr 2023-cü il tarixə 8 % təşkil etmişdir. Odur ki, 2023-cü il üzrə cavabdehdən tutulmalı olan faiz borcu, orta illik uçot faiz dərəcəsinin 8,55 % olması nəzərə alınmaqla qanunvericiliyə uyğun olaraq 2 faiz dərəcəsi də əlavə olunaraq 10,55 % hesablanmaqla 134829,84 (yüz otuz dörd min səkkiz yüz iyirmi doqquz) manat təşkil edir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil1 14 mart 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 20 aprel 2021-ci il tarixli, BCC-C1-1270 nömrəli podrat müqaviləsi üzrə Cavabdehndən 1207284,22 (bir milyon iki yüz yeddi min iki yüz səksən dörd manat iyirmi iki qəpik) manat məbləğində əsas borc, 217311,17 (iki yüz on yeddi min üç yüz on bir manat on yeddi qəpik) manat məbləğində ƏDV borcu, 2023-cü il üzrə gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 75402,52 (yetmiş beş min dörd yüz iki manat əlli iki qəpik) manat və 2024-cü il üzrə gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 74312,02 (yetmiş dörd min üç yüz on iki manat iki qəpik) manat məbləğində faiz borcu, 1626 (min altı yüz iyirmi altı) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1575935,93 (bir milyon beş yüz yetmiş beş min doqquz yüz otuz beş manat doxsan üç qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil1 10 iyul 2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 20 aprel 2021-ci il tarixli, BCC-C1-1270 nömrəli podrat müqaviləsi üzrə Cavabdehndən 1207284,22 (bir milyon iki yüz yeddi min iki yüz səksən dörd manat iyirmi iki qəpik) manat məbləğində əsas borc, 217311,17 (iki yüz on yeddi min üç yüz on bir manat on yeddi qəpik) manat məbləğində ƏDV borcu, 13 sentyabr 2024-cü il tarixdən 14 mart 2025-ci il tarixədək olan müddət üzrə gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 14153,16 (on dörd min yüz əlli üç manat on altı qəpik) manat məbləğində faiz borcu, 1626 (min altı yüz iyirmi altı) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1440374,38 (bir milyon dörd yüz qırx min üç yüz yetmiş dörd manat otuz səkkiz qəpik) manat pul vəsaitinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə1 04 dekabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etdiklərini və tərəflər arasında borcun ödənilməsi ilə bağlı şifahi razılıq əldə edildiyini bildirərək, barışıq sazişinin bağlanması üçün məhkəmə hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir. O, 06 yanvar 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında isə 287284,21 manat məbləğində görülən işlərlə bağlı elektron qaimə-faktura göndərilmədiyini, buna görə həmin məbləğ çıxılmaqla iddia tələbini qəbul etdiklərini bildirmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil2 izahatında bildirmişdir ki, işin araşdırılmış hallarından, eləcə də iş üzrə təyin edilmiş mütəxəssis rəyindən, o cümlədən, aidiyyəti dövlət qurumunun apardığı müvafiq yoxlamaların nəticələrindən də görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus müəssisənin tikintisi həyata keçirilən zaman bir sıra ciddi nöqsanlara yol verilmiş, bununla da görülmüş işlər qüsurlu və keyfiyyətsiz həyata keçirilmiş, nəticədə isə cavabdeh müəssisəyə külli miqdarda real, faktiki, habelə dolayı zərər dəymişdir. X1 mütəxəssisləri tərəfindən verilmiş 01 iyul 2025-ci il tarixli 85 nömrəli mütəxəssis rəyindən görünür ki, müəssisəyə baxış zamanı zavod qurğularının təməlinin tikintisində bir sıra texniki qüsurların olduğu, torpaq işlərinin keyfiyyətsiz aparıldığı, qurğuların daşıyıcı konstruksiyalarında istifadə olunan betonun alt qatında boşluqların yarandığı, həmçinin torpaq səthində lokal sürüşmələr və çökmə proseslərinin əmələ gəldiyi müəyyən edilmişdir. Ətraflı baxış və texniki yoxlama nəticəsində, eləcə də Cavabdeh MMC tərəfindən tərtib olunmuş akta əsasən görülmüş işlərin keyfiyyətinin podratçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə sifarişçi "Azərsulfat” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 20 aprel 2021-ci il tarixində bağlanmış BCC-C1- 1270 nömrəli podrat müqaviləsi və ona edilmiş əlavələrdə göstərilmiş texniki şərtlərə uyğun olmadığı müəyyən edilmişdir. Ümumilikdə, müəssisədə 52 fərqli qüsur aşkar edilərək mütəxəssis rəyində təsvir edilmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, tikinti zamanı kipləşdirmə işləri tikintinin əsasını təşkil edən layihəyə uyğun olaraq aparılmamışdır. Rəydə qeyd olunur ki, Cavabdeh MMC-nin ərazisində keçirilmiş baxış zamanı müəssisənin zavod qurğularının təməl hissələrinin tikintisi zamanı torpaq işlərinin texniki norma və standartlara uyğun aparılmadığı müəyyən edilmişdir. Aparılmış baxış nəticəsində daşıyıcı konstruksiyaların alt qatında kipləşdirmənin qeyri-kafi səviyyədə aparılması səbəbindən betonun altında boşluqların yarandığı, torpaq qatında isə lokal sürüşmə və çökmə hallarının baş verdiyi müşahidə olunmuşdur. Bu hallar tikinti zamanı texnoloji ardıcıllığın pozulması, materialların keyfiyyətsiz seçilməsi və torpaq əsasının düzgün hazırlanmayaraq layihəyə uyğun şəkildə bərkidilməməsi ilə əlaqələndirilir. Bu müşahidələr əsasında mövcud vəziyyətin daha dərindən araşdırılması məqsədilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına ETLKİM İnstitutu”na müraciət olunmuşdur. Ərazidə aparılmış baxış və laborator analizlər nəticəsində obyektin tikintisi zamanı bir sıra texniki qüsurların mövcudluğu müəyyən edilmişdir. Aparılmış texniki baxış və qiymətləndirmə nəticəsində müəssisə ərazisində müxtəlif texnoloji qurğular üzrə aşkar edilmiş qüsurların aradan qaldırılması üçün əlavə bərpa və təmir-bərkitmə işlərinin həyata keçirilməsi zəruri hesab olunur. Qüsurların spesifik xarakteri onların tikinti prosesində texnoloji ardıcıllığın pozulması, material seçimində keyfiyyət standartlarına riayət edilməməsi və montaj işlərinin texniki normalara uyğun aparılmaması ilə bağlı olduğu göstərilmişdir. Rəydə o da qeyd olunmuşdur ki, podratçı tərəfindən yol verilmiş qüsurların aradan qaldırılması üçün ümumilikdə, ******* manat və həmin işlərin görülməsi üçün müəssisənin 9-12 ay ərzində boş dayanması tələb olunur. Bundan əlavə, məhkəmə icraatının gedişində iddiaçı tərəfindən cavabdehə məxsus müəssisədə qüsurların mövcud olub-olmaması ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərdövlətsənayelayihə” DLİ-yə müraciət olunmuş, İnstitut tərəfindən müəssisənin texniki vəziyyəti barədə rəy verilmişdir. Həmin rəydən görünür ki, binaların daxili sahələrindəki döşəmələrdə və metal konstruksiyalı qurğuların ətrafındakı döşəmələrdə çökmə prosesinin getdiyi, mişarlanmış əhəng daşından olan və öz yükünü daşıyan xarici və daxili arakəsmə divarlarında qalınlığı 1-2 mm olan, üfüqi istiqamətli keçici çatlar, zavod ərazisinin asfalt qatında və binaların ətrafındakı piyada səkilərində çökmə əlamətləri müşahidə edilmişdir. Zavodun gələcəkdə təhlükəsiz istismarını təmin etmək məqsədi ilə çökmə əlamətləri olan döşəmələrdə layihə əsasında bərpa-təmir işlərinin aparılması məqsədəuyğun hesab edilmişdir. Yuxarıda sadalanan rəylərdən belə aydın olur ki, iddiaçı tərəfindən görülmüş işlər qüsurlu olmuş, öhdəlikləri tam və keyfiyyətlə yerinə yetirilməmişdir. İş üzrə təqdim edilmiş sənədlərin, texniki rəylərin və müqavilə şərtlərinin təhlilindən aydın olur ki, cavabdeh zavodun tikintisini iddiaçıya həvalə etmiş, lakin işlərin icrası zamanı iddiaçı öhdəliklərini lazımınca və keyfiyyətlə yerinə yetirməmişdir. Belə ki, razılaşdırılmış qarantiya müddəti ərzində zavodda çoxsaylı qüsurlar meydana çıxmış, bu barədə iddiaçıya məlumat verilsə də, o, öz zəmanət öhdəliklərini icra etməmiş, nəticədə bir sıra qüsurlar cavabdeh tərəfindən öz hesabına aradan qaldırılmış, bir çox texniki nasazlıqlar isə hələ də mövcuddur. Bununla yanaşı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, muzdun ödənilməsinin xüsusi mexanizmi müəyyən olunmuşdur. Belə ki, cavabdehə müqavilənin 5.5.4-cü bəndi ilə ümumi muzd məbləğinin 10%-i həcmində tutma hüququ verilmişdir. Bu mexanizm layihədə yaranacaq qüsurların aradan qaldırılması və cavabdehin risklərini kompensasiya etmək məqsədi daşıyır və təminat funksiyası yerinə yetirir. Müvafiq olaraq, bu hissənin iddiaçıya ödənilməsi yalnız işlərin keyfiyyətlə və qüsursuz icra olunması şərti ilə mümkündür. İddiaçının iddiası yalnız işlərin görülməsinə görə muzd məbləğinin tam ödənilməsinə yönəlmişdir. Lakin təqdim olunmuş ekspertiza rəyləri, texniki baxış aktları və dövlət qurumlarının rəyləri əsasında sübuta yetirilmişdir ki, görülmüş işlər müqavilənin texniki və keyfiyyət tələblərinə uyğun icra olunmamış, təhlükəli konstruktor nasazlıqlar, kipləşdirilməmiş torpaq layları, beton altında boşluqlar, sürüşmələr və çökmələr qeydə alınmışdır. Bu səbəbdən zavodun tam istismarı mümkün olmamış və cavabdeh külli miqdarda zərərə məruz qalmışdır. Bundan əlavə, iddiaçı işlərin layihəyə uyğun icra olunduğunu iddia etsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 768.1.3-cü maddəsinə, habelə müqavilənin 4.4-cü bəndinə əsasən podratçı layihədə və ya texniki sənədlərdə aşkarlanan qüsurlar barədə sifarişçiyə vaxtında məlumat verməyə borcludur. İddiaçı bu öhdəliyini pozaraq, qruntun keyfiyyətsizliyini və uyğunsuzluqları sifarişçiyə bildirməmiş, bu isə onun məsuliyyətini istisna etmir. Nəticə etibarilə, iddiaçının tələbi hüquqi və faktiki baxımdan əsassızdır. Belə ki, görülmüş işlər müqavilə və texniki normativlərə uyğun icra olunmayıb, zəmanət müddətində meydana gəlmiş qüsurlar hələ də aradan qaldırılmayıb, cavabdehə real və dolayı zərər dəymişdir, müqavilə ilə müəyyən olunmuş 10 %-lik tutma təminat xarakteri daşıyır və heç bir halda ödənilə bilməz. Mülki Məcəllənin müvafiq normaları iddiaçının tələb etdiyi muzdun əvəzləşdirilə biləcəyini və ya azaldıla biləcəyini nəzərdə tutur. Cavabdehin nümayəndəsi sadalananlara əsasən, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə1 izahatında 20 aprel 2021-ci il tarixli BCC-C1-1270 nömrəli podrat müqaviləsinə əsasən görülən işdə olan qüsurlarla bağlı cavabdeh tərəfindən iddiaçıya heç bir rəsmi müraciət ünvanlanmadığını, şirkət rəhbərləri arasında işgüzar münasibətlərlə yanaşı yaxın şəxsi münasibətlər olduğundan qüsurlarla bağlı şirkət əməkdaşlarının zəng vasitəsilə əlaqə saxladıqlarını, iddiaçıya əlavə icra ilə bağlı müraciət edilmədiyini, lakin qüsurlarla bağlı qüsur aktları tərtib olunduğunu bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni, işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan podratçı İddiaçı MMC ilə sifarişçi Cavabdeh MMC arasında bağlanmış 20 aprel 2021-ci il tarixli BCC-C1-1270 nömrəli podrat müqaviləsinin 1.1-ci bəndinə əsasən podratçı “sifarişçinin tələblərinə əsasən və smetada razılaşdırılmış həcmlər və qiymətlər çərçivəsində Sumqayıt Kimya Sənaye Parkının ərazisində ümumi sahəsi 1,5 ha olan X4 bina və qurğularının tikinti-quraşdırma işlərinin, zavodun istismara verilməsi və müqavilədə göstərilən vaxtda tam layihə gücünə çatdırılması öhdəliklərini yerinə yetirməyi, başa çatdırmağı və sifarişçiyə tam hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə podratçının gördüyü işlərin müqabilində müqavilədə razılaşdırılmış haqqı müqavilənin şərtlərinə əsasən ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 3.2.2-ci bəndinə görə podratçının gördüyü işlərin keyfiyyəti və ya həcmi iş qrafikinə, smetaya, sifarişçinin və ya layihələndirici və nəzarətçi şirkətin tapşırıqlarına uyğun gəlmədikdə bunları podratçıdan öz hesabına aradan qaldırmağı tələb etmək sifarişçinin hüququdur. Həmin müqavilənin 3.3.10-cu bəndinə görə podratçı hər ayın sonunda işlərə dair öncədən tərəflər arasında razılaşdırılmış formada hesabatları sifarişçi və sifarişçinin təyin etdiyi nümayəndəsinə təqdim etməlidir. Həmin müqavilənin 4.1-ci bəndinə görə işlərin müddətlərini və gedişatını əks etdirən iş qrafiki müqavilənin tərkib hissəsi olan 3 saylı Qoşmasında öz əksini tapmışdır. İşlərin gedişatı zamanı iş qrafikində hər hansı dəyişikliklər yalnız sifarişçinin razılığı əsasında həyata keçiriləcəkdir. Həmin müqavilənin 4.5-ci bəndinə görə podratçı qüsurlara görə məsuliyyət müddəti ərzində hər hansı işin icra olunduğu işlərin hər hansı hissəsinin, sözügedən iş tamamlanana qədər, zədələnməsinə və ya ona ziyan vurulmasına görə məsuliyyət daşıyır. Həmin müqavilənin 4.7-ci bəndinə görə podratçı işləri 31 dekabr 2021-ci il tarixədək tamamlamalı və sifarişçiyə təqdim etməlidir. İşlərin sonunda podratçı görülmüş işlər və çəkilmiş xərclər barədə izahlı smetanı və hesabatı sifarişçiyə təqdim etməlidir. Sifarişçinin etirazı olmadığı halda görülmüş işlərin qəbulu hər iki tərəfin və ya onların səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiqlənən və müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktı əsasında həyata keçirilir. Həmin müqavilənin 11-ci bəndinə görə görülmüş işlər üçün qarantiya müddəti, işlər başa çatdıqdan və müvafiq təhvil-təslim aktı imzalandıqdan sonra binalar üzrə 2 (iki) il, digər işlərin yekunları üzrə 1 (bir) il müddətindədir. Əgər işlərin təqdim edilməsi nəticəsində qüsurlar vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı bu qüsurları 15 təqvim günü ərzində öz hesabına aradan qaldırmalıdır və ya yeni işlər görməlidir. Podratçı qüsuru 15 təqvim günü ərzində aradan qaldıra bilmirsə, onda sifarişçi müqavilə və qanun üzrə digər hüquqlarına xələl gətirmədən öz mülahizəsinə əsasən, qüsurlu işləri podratçının riski və xərci hesabına özü yerinə yetirə və ya başqaları tərəfindən yerinə yetirilməsini təmin edə bilər. Qüsurun aradan qaldırılması üçün sifarişçi tərəfindən müvafiq qaydada çəkilən xərclər sifarişçi tərəfindən podratçıya sözügedən xərclərin ödənilməsi haqqında tələbnamə alındıqdan sonra 5 gün ərzində ödənilməlidir və ya işlərə görə ödəyəcəyi məbləği qüsurların aradan qaldırılması üçün çəkilmiş xərclərə uyğun azalda bilər. İş materiallarında olan 20 aprel 2021-ci il tarixli BCC-C1-1270 nömrəli podrat müqaviləsi üzrə 2022-ci ilin 20 iyun-31 iyul ayları üçün yerinə yetirilmiş işlərin qəbul aktına və 11 oktyabr 2022-ci il tarxili forma 2 sənədinə əsasən müqavilə üzrə cəmi görülən işlərin dəyəri 6332947,37 manat, əvvəlki aylarda görülmüş işlərin dəyəri 6045663,16 manat olmaqla, hesabat ayında 287284,21 manat dəyərində işlər sifarişçi tərəfindən qəbul edilmişdir. İş materiallarında olan 20 aprel 2021-ci il tarixli BCC-C1-1270 nömrəli podrat müqaviləsi üzrə 2022-ci ilin 21 may-20 iyun ayları üçün yerinə yetirilmiş işlərin qəbul aktına və 20 iyun 2022-ci il tarixli forma 2 sənədinə əsasən müqavilə üzrə cəmi görülən işlərin dəyəri 6045663,16 manat, əvvəlki aylarda görülən işlərin dəyəri 5578236,74 manat olmaqla, hesabat ayında 467426,42 manat dəyərində işlər sifarişçi tərəfindən qəbul edilmişdir. İş materiallarında olan 20 aprel 2021-ci il tarixli BCC-C1-1270 nömrəli podrat müqaviləsi üzrə 2022-ci ilin mart-aprel-20 may ayları üçün yerinə yetirilmiş işlərin qəbul aktına və 25 may 2022-ci il tarixli forma 2 sənədinə əsasən müqavilə üzrə cəmi görülən işlərin dəyəri 5578236,74 manat, əvvəlki aylarda görülən işlərin dəyəri 4664417,70 manat olmaqla, hesabat ayında 913819,04 manat dəyərində işlər sifarişçi tərəfindən qəbul edilmişdir. İş materiallarında olan 20 aprel 2021-ci il tarixli BCC-C1-1270 nömrəli podrat müqaviləsi üzrə 2022-ci ilin fevral ayında yerinə yetirilmiş işlərin qəbul aktına və 14 mart 2022-ci il tarixli forma 2 sənədinə əsasən müqavilə üzrə cəmi görülmüş işlərin dəyəri 4664417,70 manat, əvvəlki aylarda görülmüş işlərin dəyəri 3751821,93 manat olmaqla, hesabat ayında 912595,77 manat dəyərində işlər sifarişçi tərəfindən qəbul edilmişdir. İş materiallarında olan 20 aprel 2021-ci il tarixli BCC-C1-1270 nömrəli podrat müqaviləsi üzrə yerinə yetirilmiş işlərin qəbul aktına və 10 fevral 2022-ci il tarixli forma 2 sənədinə əsasən müqavilə üzrə cəmi görülən işlərin dəyəri 3751821,93 manat, əvvəlki aylarda görülmüş işlərin dəyəri 3300501,43 manat olmaqla, 451320,50 manat dəyərində işlər sifarişçi tərəfindən qəbul edilmişdir. İş materiallarında olan 20 aprel 2021-ci il tarixli BCC-C1-1270 nömrəli podrat müqaviləsi üzrə yerinə yetirilmiş işlərin qəbul aktına və 17 noyabr 2021-ci il tarixli forma 2 sənədinə əsasən müqavilə üzrə cəmi görülən işlərin dəyəri 2200857,48 manat, əvvəlki aylarda görülmüş işlərin dəyəri 1101429,53 manat olmaqla, hesabat ayında 1099427,95 manat dəyərində işlər sifarişçi tərəfindən qəbul edilmişdir. İş materiallarında olan 20 aprel 2021-ci il tarixli BCC-C1-1270 nömrəli podrat müqaviləsi üzrə 2021-ci ilin may-avqust ayları üzrə yerinə yetirilmiş işlərin qəbul aktına və 30 sentyabr 2021-ci il tarixli forma 2 sənədinə əsasən müqavilə üzrə cəmi görülmüş işlərin dəyəri 1101429,52 manat olmaqla, hesabat ayında 1101429,52 manat dəyərində işlər sifarişçi tərəfindən qəbul edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 1299686,83 dəyərində işlərin görülməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBK seriyalı 182244 nömrəli, 1297324,98 dəyərində işlərin görülməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBN seriyalı 337681 nömrəli, 1297579,86 dəyərində işlərin görülməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBBP seriyalı 532390 nömrəli, 532558,19 manat dəyərində işlərin görülməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBBR seriyalı 047263 nömrəli, 1076863,01 manat dəyərində işlərin görülməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBBS seriyalı 871558 nömrəli, 1078306,47 manat dəyərində işlərin görülməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBBX seriyalı 008680 nömrəli, 551563,18 dəyərində işlərin görülməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBBY seriyalı 570704 nömrəli elektron qaiməfakturalar təqdim olunmuşdur. İş materiallarında olan ödəniş sənədlərinə əsasən tərəflər arasında bağlanmış 20 aprel 2021-ci il tarixli müqavilə üzrə Cavabdeh tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına 21 may 2021-ci il tarixində avans ödənişi olaraq ******* manat əsas və 180000 manat ƏDV, 19 oktyabr 2021-ci il tarixində 329491,53 manat əsas və 59308,47 manat ƏDV, 27 oktyabr 2021-ci il tarixində 461480,55 manat əsas və 83066,50 manat ƏDV, 16 dekabr 2021-ci il tarixində 798770,41 manat əsas və 143778,67 manat ƏDV, 07 fevral 2022-ci il tarixində 794304,37 manat əsas və 142974,79 manat ƏDV, 28 mart 2022ci il tarixində 354031,91 manat əsas və 63725,74 manat ƏDV, 28 mart 2022-ci il tarixində 667429,77 manat əsas və 120137,36 manat ƏDV, 26 may 2022-ci il tarixində 500000 manat əsas və 90000 manat ƏDV, 26 iyul 2022-ci il tarixində 149429,98 manat əsas və 26897,40 manat ƏDV, 24 sentyabr 2024-cü il tarixində 20000 manat əsas və 3600 ƏDV, 07 noyabr 2024-cü il tarixində 15000 manat əsas və 2700 manat ƏDV, 03 dekabr 2024-cü il tarixində 15000 manat əsas və 2700 manat ƏDV, 29 dekabr 2024-cü il tarixində 20724,63 manat əsas və 3730,43 manat ƏDV ödənişi olmaqla, cəmi 5125663,15 manat əsas və 922619,36 manat ƏDV ödənişi edilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 09 sentyabr 2024-cü il tarixli məktubla Cavabdehnə müraciət edərək, 20 aprel 2021-ci il tarixli müqavilə üzrə ümumilikdə 1278008,84 (bir milyon iki yüz yetmiş səkkiz min səkkiz manat səksən dörd qəpik) borcun 13 sentyabr 2024-cü il tarixədək ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 16 dekabr 2024-cü il tarixli məktubla müraciət edərək, 287284,21 manat həcmində olan borc çıxılmaqla, tərtib edilmiş ödəniş cədvəli üzrə 06 yanvar 2025-ci il tarixinə olan 920000 manat əsas borc və 165600 manat ƏDV borcunun 2025-ci ildə 580000 manat, 2026-cı ildə isə 340000 manat əsas borc olmaqla ödənilməsini təklif etmişdir. İş materiallarında olan “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 01 iyul 2025-ci il tarixli 85 nömrəli mütəxəssis rəyində göstərilir ki, podratçı İddiaçı QSC ilə sifarişçi Cavabdeh MMC arasında bağlanmış 20 aprel 2021-ci il tarixli podrat müqaviləsi və ona edilmiş əlavələr əsasında baş plan üzrə görülən işlər tam həcmdə yerinə yetirilmişdir. Ətraflı baxış və texniki yoxlama nəticəsində görülmüş işlərin keyfiyyətinin tərəflər arasında bağlanmış 20 aprel 2021-ci il tarixli podrat müqaviləsi və ona edilmiş əlavələrdə göstərilmiş texniki şərtlərə uyğun olmadığı müəyyən edilmişdir. Cavabdeh MMC-nin ərazisində keçirilmiş baxış zamanı müəssisənin zavod qurğularının təməl hissələrinin tikintisi zamanı torpaq işlərinin texniki norma və standartlara uyğun aparılmadığı müəyyən edilmişdir. Aparılmış baxış nəticəsində daşıyıcı konstruksiyaların alt qatında kipləşdirmənin qeyri-kafi səviyyədə aparılması səbəbindən betonun altında boşluqların yarandığı, torpaq qatında isə lokal sürüşmə və çökmə hallarının baş verdiyi müşahidə olunmuşdur. Bu hallar tikinti zamanı texnoloji ardıcıllığın pozulması, materialların keyfiyyətsiz seçilməsi və torpaq əsasının düzgün hazırlanmayaraq layihəyə uyğun şəkildə bərkidilməməsi ilə əlaqələndirilir. Aparılmış texniki baxış və qiymətləndirmə nəticəsində müəssisə ərazisində müxtəlif texnoloji qurğular üzrə aşkar edilmiş qüsurların aradan qaldırılması üçün əlavə bərpa və təmir-bərkitmə işlərinin həyata keçirilməsi zəruri hesab olunur. Qüsurların spesifik xarakteri onların tikinti prosesində texnoloji ardıcıllığın pozulması, material seçimində keyfiyyət standartlarına riayət edilməməsi və montaj işlərinin texniki normalara uyğun aparılmaması ilə bağlı olduğu göstərilmişdir. Aparılmış tədqiqatlar nəticəsində aşkar edilmiş qüsurların aradan qaldırılması üçün tələb olunan materiallar və iş həcminin ümumi dəyəri 1.023.510 manat məbləğində müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış 20 aprel 2021-ci il tarixli podrat müqaviləsi və ona əlavələr üzrə nəzərdə tutulan işlərin bir qisminin tam yerinə yetirilməməsi və keyfiyyət baxımından müqavilə və əlavələrində göstərilən texniki şərtlərə uyğun olmaması səbəbindən planlaşdırılmış illik təmir istisna olmaqla, son üç il ərzində texniki nasazlıqlar səbəbindən zavodda 7 dəfə planlaşdırılmamaış bərpa işləri aparılmış, bu isə istehsal prosesinə ciddi mənfi təsir göstərmişdir. Bundan əlavə, mövcud qüsurların aradan qaldırılması üçün görüləcək işlər zamanı da zavodun fəaliyyəti dayandırılmalıdır. Ümumi boşdayanma müddəti (görülmüş və görülməli işlər üçün) 9-12 ay təşkil edir. Nəticə etibarilə, aparılmış bərpa işlərinə çəkilmiş xərclər və zavodun fəaliyyətsiz dövrləri ilə bağlı yaranmış maddi itkilər ümumi zərər kimi qiymətləndirilir. Zavodun fəaliyyətsiz dövrləri ilə bağlı yaranmış maddi itkilərə dair qiymətləndirmə Cavabdeh MMC tərəfindən təqdim olunacaqdır. Eyni zamanda təqdim olunacaq maddi itki məbləğinə çəkilmiş xərclər və görülməli işlər üçün tələb olunan vəsait də əlavə olunmalıdır. Bununla da dəymiş ziyanın məbləği formalaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. - 763.1-ci maddəsinə uyğun olaraq əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. - 763.2-ci maddəsinə görə əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. - 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, podratçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan işləri yerinə yetirərək təhvil-təslim aktları əsasında Cavabdehnə təhvil vermişdir. Müqavilə üzrə təhvil alınmış işlərin ümumi dəyəri 6332947,37 manat və 1.139.930,52 manat ƏDV təşkil etmiş, Cavabdeh tərəfindən görülmüş işlərə görə ümumilikdə 5125663,15 manat əsas borc və 922619,36 manat ƏDV ödənişi həyata keçirilmişdir. Cavabdeh müqavilə üzrə ödənişin tam həyata keçirilməməsini podratçı tərəfindən işlərin qüsurlu icra edilməsi ilə əlaqələndirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 763.1-ci və 764.1-ci maddələrinin tələbinə uyğun olaraq sifarişçi aşkara çıxan qüsurlarla bağlı əlavə müddət müəyyən etməklə podratçıdan əlavə icra tələb etməli, qüsurların aradan qaldırılması üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsurlar tamamilə aradan qaldırılmazsa, sifarişçi qüsurları özü aradan qaldırıb çəkilmiş xərclərin əvəzini ödəməyi tələb edə bilər. Eyni zamanda, tərəflər arasında bağlanmış 20 aprel 2021-ci il tarixli podrat müqaviləsinin 11.2-ci bəndində sifarişçinin qüsurlu görülmüş işlərin əvəzində əlavə icra tələb etmək hüququ, podratçının isə bu qüsurları 15 təqvim günü ərzində öz hesabına aradan qaldırmaq və ya yeni işlər görmək vəzifəsi nəzərdə tutulmuşdur. Müqavilənin 11.3cü bəndinə görə isə podratçı qüsuru 15 təqvim günü ərzində aradan qaldıra bilməzsə, sifarişçi qüsurlu işləri podratçının riski və xərci hesabına özü yerinə yetirə və ya başqaları tərəfindən yerinə yetirilməsini təmin edə bilər. Qüsurun aradan qaldırılması üçün sifarişçi tərəfindən müvafiq qaydada çəkilən xərclər, sözügedən xərclərin ödənilməsi haqqında tələbnamə alındıqdan sonra 5 gün ərzində podratçı tərəfindən ödənilməlidir və ya sifarişçi işlərə görə ödəyəcəyi məbləği qüsurların aradan qaldırılması üçün çəkilmiş xərclərə uyğun azalda bilər. Lakin cavabdehin qüsurlarla bağlı iddiaçıya müraciət etməsi, əlavə icra tələb etməsi, bununla bağlı əlavə müddət təyin etməsi iş materiallarında olan sübutlarla təsdiqini tapmır. Həmçinin cavabdehin nümayəndəsi Nümayəndə1 görülən işdə olan qüsurlarla bağlı cavabdeh tərəfindən iddiaçıya heç bir rəsmi müraciət ünvanlanmadığını, şirkət rəhbərləri arasında işgüzar münasibətlərlə yanaşı yaxın şəxsi münasibətlər olduğundan qüsurlarla bağlı şirkət əməkdaşları ilə zəng vasitəsilə əlaqə saxladıqlarını, lakin iddiaçıya əlavə icra ilə bağlı müraciət edilmədiyini bildirmişdir. Məhkəmə həmçinin nəzərə alır ki, cavabdehin nümayəndəsi Nümayəndə1 06 yanvar 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında 287284,21 manat çıxılmaqla iddia tələbini qəbul etdiklərini bildirmiş, o cümlədən cavabdehin iddiaçıya ünvanladığı 16 dekabr 2024cü il tarixli məktubda da 287284,21 manat həcmində olan borc çıxılmaqla, 06 yanvar 2025-ci il tarixinə 920000 manat əsas və 165600 manat ƏDV borcunun olması qəbul edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə işlərin qüsurlu icra edilməsinə görə ödənişin həyata keçirilməməsi barədə cavabdehin bildirdikləri ilə razılaşmır və mövqeyini əsassız hesab edir. Məhkəmə cavabdehin 287284,21 manat dəyərinə görülmüş işlərlə bağlı elektron qaimə-faktura göndərilmədiyi üçün həmin borcun çıxılması ilə bağlı dəlilini də əsaslı hesab etmir. Belə ki, aralarında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq tərəflər müqavilə üzrə öhdəliklərin icrasının rəsmiləşdirilməsini təhvil-təslim və forma 2 aktları əsasında həyata keçirmiş, müqavilə üzrə 2022-ci ilin 20 iyun-31 iyul ayları üçün yerinə yetirilmiş işlərin qəbul aktına və 11 oktyabr 2022-ci il tarxili forma 2 sənədinə əsasən müqavilə üzrə cəmi görülən işlərin dəyəri 6332947,37 manat, əvvəlki aylarda görülmüş işlərin dəyəri 6045663,16 manat olmaqla, hesabat ayında 287284,21 manat dəyərində işlər sifarişçi Cavabdeh tərəfindən qəbul edilmiş, həmin sənəd cavabdehin möhürü və direktorunun imzası ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərar). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 20 aprel 2021-ci il tarixli BCC-C1-1270 nömrəli podrat müqaviləsi üzrə ödənilməmiş 1207284,22 (bir milyon iki yüz yeddi min iki yüz səksən dörd manat iyirmi iki qəpik) manat məbləğində əsas borcun və 217311,16 (iki yüz on yeddi min üç yüz on bir manat on altı qəpik) manat məbləğində ƏDV-nin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə cavabdehdən 13 sentyabr 2024-cü il tarixindən 14 mart 2025-ci il tarixinədək olan müddət üzrə gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 14153,16 (on dörd min yüz əlli üç manat on altı qəpik) manat faiz borcunun tutulmasını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.2-ci maddəsinə görə aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: - 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; - 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə, habelə iddiaçının xəbərdarlığından sonra da öhdəliyini icra etmədiyindən, iddiaçı öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin (əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, ən azı illik beş faizin) ödənilməsini borcludan tələb etməkdə haqlıdır və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə əsasən 13 sentyabr 2024-cü il tarixindən 14 mart 2025-ci il tarixinə hesablanmış 14153,16 (on dörd min yüz əlli üç manat on altı qəpik) manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.5-ci maddəsinə əsasən iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddia tələbinin “1626 (min altı yüz iyirmi altı) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 1509,37 (min beş yüz doqquz manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonar həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdehndən 1207284,22 (bir milyon iki yüz yeddi min iki yüz səksən dörd manat iyirmi iki qəpik) manat məbləğində əsas borc, 217311,16 (iki yüz on yeddi min üç yüz on bir manat on altı qəpik) manat məbləğində ƏDV, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 14153,16 (on dörd min yüz əlli üç manat on altı qəpik) manat məbləğində pul və 1509,37 (min beş yüz doqquz manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1440257,91 (bir milyon dörd yüz qırx min iki yüz əlli yeddi manat doxsan bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 1207284,22 (bir milyon iki yüz yeddi min iki yüz səksən dörd manat iyirmi iki qəpik) manat məbləğində əsas borc, 217311,16 (iki yüz on yeddi min üç yüz on bir manat on altı qəpik) manat məbləğində ƏDV, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 14153,16 (on dörd min yüz əlli üç manat on altı qəpik) manat məbləğində pul və 1509,37 (min beş yüz doqquz manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1440257,91 (bir milyon dörd yüz qırx min iki yüz əlli yeddi manat doxsan bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Aliyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-163/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-163/2025
10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver