Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1673/2022 16.12.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bağırov Əkbər Məmməd oğlunun, Cavabdeh nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Nümayəndə3 Elşən oğlunun iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “X10lərinin pirat nüsxələrinin istehsalının və satışının qadağan edilməsi, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 09 sentyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “X10lərinin pirat nüsxələrinin istehsalının və satışının qadağan edilməsi, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 müəllifi olduğu və əmlak hüquqları iddiaçı "xxxx" MMC-yə məxsus X10lərinin – “Azərbaycan dilindən didaktik materiallar – 1-ci sinif”, “Azərbaycan dilindən didaktik materiallar – 2-ci sinif”, “Azərbaycan dilindən didaktik materiallar – 3-cü sinif”, “Azərbaycan dilindən didaktik materiallar – 4-cü sinif”, “Azərbaycan dilindən testlər – 1-ci sinif”, “Azərbaycan dilindən testlər - 2-ci sinif”, “Azərbaycan dilindən testlər – 3-cü sinif”, “Azərbaycan dilindən testlər - 4-cü sinif”, “Riyaziyyatdan didaktik materiallar – 1-ci sinif”, “Riyaziyyatdan didaktik materiallar – 2-ci sinif”, “Riyaziyyatdan didaktik materiallar – 3-cü sinif”, “Riyaziyyatdan didaktik materiallar – 4-cü sinif”, “Riyaziyyatdan testlər - 1-ci sinif”, “Riyaziyyatdan testlər – 2-ci sinif”, “Riyaziyyatdan testlər – 3-cü sinif”, “Riyaziyyatdan testlər – 4-cü sinif”, “İbtidai sinif şagirdinin stolüstü kitabı” (Qaydalar), “Hüsnxət” (məktəbəqədər üçün), “Hüsnxət” (1-ci sinif uçün) və “Hüsnxət” (2-ci sinif üçün) kitablarının (Azərbaycan və rus dillərində) - cəmi 36 adda kitabların istehsalının və satışının Cavabdeh MMC-yə qadağan edilməsi və Cavabdeh MMC tərəfindən iddiaçı "xxxx" MMC-yə vurulmuş zərərin əvəzi olaraq 9500 (doqquz min beş yüz) manatın, mediasiya üçün ödənilmiş 100 (yüz) manatın və 15 (on beş) manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC X2 müəllifi olduğu 36 adda “X10ləri”nin əmlak hüquqlarının müəyyən müddətə MMC-yə verilməsinə dair 11 mart 2022-ci il tarixdə müəlliflə “Müəllif müqaviləsi” bağlamışdır. Həmin müqaviləyə əsasən X2 müəllifi olduğu “X10ləri”nin – “Azərbaycan dilindən didaktik materiallar – 1-ci sinif”, “Azərbaycan dilindən didaktik materiallar – 2-ci sinif”, “Azərbaycan dilindən didaktik materiallar – 3-cü sinif”, “Azərbaycan dilindən didaktik materiallar – 4-cü sinif”, “Azərbaycan dilindən testlər – 1-ci sinif”, “Azərbaycan dilindən testlər - 2-ci sinif”, “Azərbaycan dilindən testlər – 3-cü sinif”, “Azərbaycan dilindən testlər - 4-cü sinif”, “Riyaziyyatdan didaktik materiallar – 1-ci sinif”, “Riyaziyyatdan didaktik materiallar – 2-ci sinif”, “Riyaziyyatdan didaktik materiallar – 3-cü sinif”, “Riyaziyyatdan didaktik materiallar – 4-cü sinif”, “Riyaziyyatdan testlər - 1-ci sinif”, “Riyaziyyatdan testlər – 2-ci sinif”, “Riyaziyyatdan testlər – 3-cü sinif”, “Riyaziyyatdan testlər – 4-cü sinif”, “İbtidai sinif şagirdinin stolüstü kitabı” (Qaydalar), “Hüsnxət” (məktəbəqədər üçün), “Hüsnxət” (1-ci sinif uçün) və “Hüsnxət” (2-ci sinif üçün) kitablarının (Azərbaycan və rus dillərində) nəşr olunması və satışı ilə bağlı bütün hüquqlar "xxxx" MMC-yə məxsusdur. Cavabdeh MMC isə "xxxx" MMC-nin hüquqlarını pozaraq X2 müəllifi olduğu, lakin nəşr olunması və satış hüquqları isə "xxxx" MMC-yə məxsus X10ləri kitablarının istehsalını və satışını həyata keçirir. Bununla da Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin qanunvericiliklə qorunan hüquqları pozulur və sonuncuya maddi zərər dəyir (bundan sonra iddia ərizəsində “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 14cü, 15-ci, 30.1-ci, 44.2-ci, 45-ci və 47-ci maddələrinə, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, 5-ci, 6-cı, 7-ci və 8-ci maddələrinə istinad olunmuşdur). Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçı "xxxx" MMC tərəfindən 18 oktyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edilərək, X2 müəllifi olduğu və əmlak hüquqları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus X10lərinin - “Azərbaycan dilindən didaktik materiallar - 1-ci sinif”, “Azərbaycan dilindən didaktik materiallar - 2-ci sinif”, "Azərbaycan dilindən didaktik materiallar - 3-cü sinif", "Azərbaycan dilindən didaktik materiallar – 4-cü sinif", "Azərbaycan dilindən testlər – 1-ci sinif", "Azərbaycan dilindən testlər - 2-ci sinif", "Azərbaycan dilindən testlər - 3-cü sinif", "Azərbaycan dilindən testlər - 4-cü sinif", "Riyaziyyatdan didaktik materiallar - 1-ci sinif", "Riyaziyyatdan didaktik materiallar - 2-ci sinif", "Riyaziyyatdan didaktik materiallar - 3-cü sinif", "Riyaziyyatdan didaktik materiallar - 4-cü sinif", "Riyaziyyatdan testlər - 1-ci sinif", "Riyaziyyatdan testlər - 2-ci sinif", "Riyaziyyatdan testlər - 3-cü sinif", "Riyaziyyatdan testlər - 4-cü sinif", "İbtidai sinif şagirdinin stolüstü kitabı (Qaydalar)", "Hüsnxət (məktəbəqədər üçün)", "Hüsnxət (1-ci sinif üçün)" və "Hüsnxət (2-ci sinif üçün)" kitabları (Azərbaycan və rus dillərində) olmaqla, cəmi 36 (otuz altı) adda kitabların istehsalının və satışının Cavabdehnə qadağan edilməsi və Cavabdeh MMC tərəfindən iddiaçı "xxxx" MMC-yə vurulmuş zərərin əvəzi olaraq 29500 (iyirmi doqquz min beş yüz) manatın, mediasiya üçün ödənilmiş 100 (yüz) manat pulun və 235 (iki yüz otuz beş) manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin ərizə - istifadəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müəllif X7 arasında 11 mart 2022-ci il tarixli 11-03 nömrəli Müəllif Müqaviləsinin bağlanması, həmin Müqavilədə nəzərdə tutulan X2 müəllifi olduğu, nəşr olunması və satış hüquqlarının isə "xxxx" MMC-yə məxsus olan X10lərinin Cavabdeh MMC tərəfindən istehsal olunması və pirat nüsxələrinin satışının bütün ölkə ərazisində həyata keçirilməsi və bu hərəkətlərin iddiaçı "xxxx" MMC-yə dəymiş zərərin miqdarını xeyli artması ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “X10lərinin pirat nüsxələrinin istehsalının və satışının qadağan edilməsi, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər Cavabdeh nümayəndəsinin vəsatəti əsasında məhkəmə tərəfindən X7 və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində məhkəmə prosesinə cəlb edilmişlər. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər Cavabdeh tərəfindən məhkəməyə 04 oktyabr 2022-ci ildə “iddia tələbinə qarşı yazılı Etiraz” və 19 oktyabr 2022-ci ildə isə “subyektiv hüququn olmaması ilə bağlı iddia tələbinin rədd edilməsi barədə” Vəsatət təqdim edilərək, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “X10lərinin pirat nüsxələrinin istehsalının və satışının qadağan edilməsi, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC iddia tələbinin faktiki əsası kimi iddiaçı ilə müəllif X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Müəllif Müqaviləsini qeyd etmişdir. Cavabdeh tərəf hesab edir ki, iddia tələbi əsassızdır və bi iddia hüquqdan suiistifadədir. Etiraz üçün ilkin olaraq işin faktiki hallarının qeyd edilməsi daha məqsədə uyğundur. İlk olaraq, məhkəmənin diqqətinə çatdırılır ki, müəllif X7 ilə Cavabdeh MMC arasında uzun müddətli əməkdaşlıq olmuşdur. Belə ki, Cavabdeh MMC 10 ilə yaxın həmin müəllifin kitablarının çapı və satışı ilə məşğul olmuşdur. Əldə edilən gəlirin 30 faizi isə müəlliflə bağlanmış müqaviləyə əsasən ona ödənilmişdir. Həmçinin, müəllifin kitablarının satışının təkmilləşdirilməsi də cavabdeh tərəfindən həyata keçirilmişdir. Belə ki, kitabların tanıtımı, dərs vəsaiti kimi zəruri olması üçün redaktə işlərini (yəni kitabların rus dilinə tərcümə edilməsini, kitabdakı qüsurların redaktə edilməsini, kitabların məktəblərdə tanıtımını və s.) məhz Cavabdeh MMC həyata keçirmişdir. Yəni, 10 ilə yaxın müddət ərzində kitabların nəşr edilməsi və satışının həyata keçirilməsi cavabdehlə müəllif arasında bağlanmış müəlliflik müqaviləsinə əsasən həyata keçirilmişdir. Bu qədər uzun müddət tərəflər arasında qarşılıqlı etimad formalaşmışdır. Tərəflər arasındakı hüquq münasibətlərinin hələ də davam etdiyi 2021-ci ildə qeyd edilən dərs vəsaitlərinin çoxsaylı nüsxələri cavabdeh tərəfindən nəşr edilsə də, həmin ildə pandemiya ilə bağlı satışın həyata keçirilməsi mümkün olmamışdır. 2022-ci ildə isə müəllif iddiaçı ilə müqavilə bağlamış olsa da, bu hal cavabdehin daha əvvəldən nəşr etdirdiyi kitabların satışına maneə təşkil etməməlidir. Çünki, kitabların nəşri və satışı 2022-ci ilə kimi məhz cavabdehin müstəsna hüququnda olmuşdur. İddaçı isə cavabdeh tərəfindən nəşr edilən dərs vəsaitlərinin satışının qarşısını almaq üçün, kitab satışını həyata keçirən şəxsləri DTX-nın əməkdaşları ilə hədələmişdir. Təbii ki, belə olan halda heç bir satış mərkəzi cavabdehlə fəaliyyət göstərmək istəməyəcəkdir. Bu halda isə iddiaçının hərəkətləri cavabdehə zərər vurmaqdan başqa bir şey deyildir. Çünki, cavabdehin uzun illərdir formalaşdırdığı ticari imici ləkələnir və nəşr etdiyi kitabları satmamaqla kifayət qədər zərərə uğrayır. Həmçinin, məlum dərs vəsaitlərinin təşkili üçün cavabdeh tərəfindən bankdan külli miqadarda kredit götürülmüşdür. Belə ki, "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdeh 700000 (yeddi yüz min) manat kredit götürmüşdür. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh 170000 (yüz yetmiş min) manat kredit götürmüşdür. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh 343500 (üç yüz qırx üç min beş yüz) manat kredit götürmüşdür. Yekun olaraq yuxarıda qeyd edilənlər ümumiləşdirilərək bildirilir ki, a) Cavabdehlə müəllif arasında müqavilə bağlanmış (10 ilə yaxındır), b) Cavabdeh müəllifin kitablarının bazarda tanınması üçün zəruri olan bütün hərəkətləri etmiş, c) Cavabdeh kitabların redaktəsini həyata keçirmiş, d) Cavabdeh kitabların rus dilinə tərcümə edilməsini təmin etmiş, e) Cavabdeh məktəblərdə kitabların tanıtımını realizə etmiş, f) Cavabdeh uzun illər dərs vəsaitlərindən əldə edilən gəlirin 30 faizini müəllifə ödəmiş, g) İddiaçı sadəcə, 2022-ci ildən dərs vəsaiti ilə bağlı hüquqları əldə etsə də, müqaviləyə zidd hərəkətlər etmişdir, h) İddiaçı kitabların satışına mane olmaq üçün, kitab mərkəzlərinə cavabdeh barəsində yalan məlumatlar vermişdir (guya cavabdehin dərs vəsaitlərini çap etməyə hüququ olmamışdır, əgər cavabdehin nəşr etdiyi dərs vəsaitlərinin satışı həyata keçirilərsə DTX-nın əməkdaşları kitab satışını həyata keçirənləri narahat edəcəkdir və s.). Hüquqi əsaslandırma isə iki istiqamət üzrə aparılacaqdır. Birinci istiqamət - cavabdehlə müəllif arasında yaranmış olan hüquq münasibətləri, ikinci istiqamət isə - iddiaçının cavabdehə qarşı iddia qaldırmaq hüququnun olub-olmaması baxımından. Birinci istiqamət üzrə aşağıdakılar qeyd edilir: - işin faktiki hallarında qeyd edilənlərdən də aydın olur ki, cavabdeh ilə müəllif arasında müqavilə münasibətləri olmuşdur və cavabdeh 10 ilə yaxındır ki, müəllifin razılığı ilə onun dərsliklərini nəşr edir. Münasibətlər o qədər etibarlı hala gəlmişdir ki, cavabdeh bankdan müxtəlif vəsaitlər götürüb, qeyd edilən dərsliklərin nəşrini həyata keçirmişdir. Lakin müəllif 2022-ci ildə əməkdaşlığa son qoysa da, 2021-ci ildə nəşr edilmiş kitabların satışına heç bir maneə törədə bilməz. Bununla bağlı ilkin olaraq qeyd edilir ki, mülki qanunvericilikdə hüquqlardan istifadə olunmasına dair ümumi mahiyyətdə iki maddə xüsusi diqqət çəkir. Biri Mülki Məcəllənin 5.3-cü maddəsi, ikincisi isə 560-cı maddəsidir (bundan sonra Azərbaycan Rspublikası Mülki Məcəlləsinin 5.3-cü və 560-cı maddələrinin məzmunu qeyd olunur). Məhkəmənin nəzərinə çatdırılır ki, müəllif Aygün Məcidova uzun illər cavabdehlə birlikdə işləmiş və cavabdeh isə dərs vəsaitlərinin satışından əldə edilən gəlirin 30 faizini həmin müəllifə ödəmişdir. Bu halın uzun illər davam etməsi cavabdehdə müəllifə qarşı etimad formalaşmışdır ki, müəllif bu halı nəzərə almadan, cavabdehlə aralarında olan hüquq münasibətlərinə xitam verərək, cavabdehin nəşr etdiyi dərs vəsaitlərini nəzərə almadan, iddiaçı ilə Müəllif Müqaviləsi bağlamışdır. Bu isə yuxarıda qeyd edilənlərə əsasən bir mənalı olaraq öz hüququndan vicdanlı istifadə etməmək deməkdir. Müəllif cavabdehə dərs vəsaitlərini nəşr etməyə uzun illər icazə vermiş, uzun illər cavabdehdən dərs vəsaitlərinin satışından gəlirini almışdır. Belə olan halda cavabdehin 2022-ci ilə qədər nəşr etdiyi dərs vəsaitlərinin satışına qadağa qoyulmasının tələb edilməsi müəlliflə aralarında yaranmış müqavilə münasibətlərinə ziddir və hüquqdan sui-istafədədir. Müəllifin cavabdehin 2022-ci ilə qədər nəşr etmiş dərs vəsaitlərinin satışının həyata keçirilməsinə maneə törətmək hüququ yoxdur. Çünki, cavabdeh 2022-ci ilə qədər müəllifin razılığı ilə dərs vəsaitlərini çap etmiş və satışını həyata keçirmişdir. Bu isə o deməkdir ki, müəllif cavabdehə qarşı onu arxayın salmış rəftar göstərmişdir və belə olan halda cavabdehin çap edilmiş dərs vəsaitlərinin satışının həyata keçirilməsinə heç bir maneə yaradıla bilməz. Bu hüquqa hətta müəllif də sahib deyildir. Əks təqdirdə cavabdeh özü böyük miqdarda ziyana məruz qalacaqdır. Bu isə hüququn mahiyyətinə ziddir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən müəllifin cavabdehə qarşı 2022-ci ilə qədər nəşr edilmiş dərs vəsaitlərinin satışına dair hər hansı iddia irəli sürə bilməməsi, iddiaçıya da aiddir. Yəni, iddiaçı da 2022-ci ilə qədər nəşr edilmiş dərs vəsaitlərinin satışına dair heç bir iddia tələbi irəli sürə bilməz. İddiaçı yalnız 11 mart 2022ci il tarixindən sonra dərc edilmiş dərs vəsaitlərinin satışına qarşı iddia irəli sürə bilər. Əks halda iddiaçının buna, yəni 11 mart 2022-ci il tarixindən əvvəl nəşr edilmiş kitablara görə hər hansı bir iddia verməsinə subyektiv hüququ yoxdur. Məhkəmə iclaslarında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin artırılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin olunması və X2 müəllifi olduğu və 11 mart 2022-ci il tarixli Müəllif müqaviləsinə əsasən əmlak hüquqları isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus X10lərinin, yəni Azərbaycan və rus dillərində nəşr olunmuş “Azərbaycan dilindən didaktik materiallar - 1-ci sinif”, “Azərbaycan dilindən didaktik materiallar - 2-ci sinif”, "Azərbaycan dilindən didaktik materiallar - 3-cü sinif", "Azərbaycan dilindən didaktik materiallar – 4-cü sinif", "Azərbaycan dilindən testlər – 1-ci sinif", "Azərbaycan dilindən testlər - 2-ci sinif", "Azərbaycan dilindən testlər - 3-cü sinif", "Azərbaycan dilindən testlər - 4-cü sinif", "Riyaziyyatdan didaktik materiallar - 1-ci sinif", "Riyaziyyatdan didaktik materiallar - 2-ci sinif", "Riyaziyyatdan didaktik materiallar - 3-cü sinif", "Riyaziyyatdan didaktik materiallar - 4-cü sinif", "Riyaziyyatdan testlər - 1-ci sinif", "Riyaziyyatdan testlər - 2-ci sinif", "Riyaziyyatdan testlər - 3-cü sinif", "Riyaziyyatdan testlər - 4-cü sinif", "İbtidai sinif şagirdinin stolüstü kitabı", "Hüsnxət - məktəbəqədər üçün", "Hüsnxət - 1-ci sinif üçün" və "Hüsnxət - 2-ci sinif üçün" kitabları olmaqla, cəmi 36 adda kitabların istehsalının və satışının Cavabdehnə qadağan edilməsi və Cavabdeh tərəfindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə vurulmuş zərərin əvəzi olaraq 29500 manatın, mediasiya üçün ödənilmiş 100 manat pulun və 235 manat dövlət rüsumunun Cavabdehndən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini - istifadəçi "xxxx" MMC ilə müəllif X7 arasında bağlanmış 11 mart 2022-ci il tarixli 11-03 nömrəli “Müəllif müqaviləsi”nə əsasən sonuncunun müəllifi olduğu iddia tələbində qeyd olunan 36 adda X10ləri üzrə əmlak hüquqları iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olduğundan, Cavabdeh həmin müqavilədə nəzərdə tutulan X10lərinin istehsalı və satışı ilə məşğul olmasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq iddiaçının əmlak hüquqlarının pozulması, bu pozuntu nəticəsində iddiaçıya maddi zərər vurulması və cavabdehin bu fəaliyyətini davam etdirməsinin cavabdeh tərəfindən iddiaçıya vurulan zərərin həcminin daha da artması ilə əsaslandırdı. Məhkəmə iclaslarında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirib, “iddia tələbinə qarşı yazılı Etirazda” və “subyektiv hüququn olmaması ilə bağlı iddia tələbinin rədd edilməsi barədə” Vəsatətdə yazılanlara uyğun izahat verərək, əsassız olduğu üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı verilmiş “X10lərinin pirat nüsxələrinin istehsalının və satışının qadağan edilməsi, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, Cavabdeh MMC ilə müəllif X7 arasında 2012-ci ildən başlayan və 2022-ci ilədək davam edən, yəni təxminən 10 ilə yaxın müddət ərzində sonuncunun müəllifi olduğu dərs vəsaitlərinin nəşri, istehsalı və satışı üzrə birgə əməkdaşlıqları olmuşdur. Belə ki, mübahisə predmeti olan X10lərinin nəşri, istehsalı və satışı ilə əlaqədar Cavabdeh MMC ilə müəllif X7 arasında daha əvvəl, yəni 2012-ci ildən 5 il müddətinə yazılı formada bağlanmış müqavilə olmuş və həmin müqavilənin müddəti 2017-ci ildə bitdikdən sonra müqavilənin müddəti yazılı qaydada uzadılmasa da, cavabdehlə müəllif arasında 2012-ci ildə bağlanmış yazılı müqavilədə nəzərdə tutulan şərtlər daxilində həmin müqavilə münasibətləri davam etmişdir. Cavabdeh bütün bu illər ərzində müəllifin dərs vəsaitlərinin hazırlanmasını, nəşrini və satışını həyata keçırərək, əldə olunan gəlirdən müəllifə çatacaq pulun da ödənilməsini təmin etmişdir. Lakin, 2012-ci ildə 5 il müddətinə Cavabdeh MMC ilə müəllif Aygün Məcidova arasında bağlanmış müqavilənin surəti hal-hazırda cavabdeh tərəfdə olmasa da, məhkəmə araşdırması zamanı həmin müqavilənin surətinin məhkəmə prosesində 3-cü şəxs qismində iştirak edən müəllif Aygün Məcidovada olduğu müəyyən edilsə də, sonuncu edilən təkliflərə baxmayaraq həmin müqaviləni məhkəməyə təqdim etməmişdir. Bununla belə, mübahisə predmeti olan dərs vəsaitlərinin istehsalı və satışı ilə əlaqədar cavabdehlə müəllif arasında 2012-ci ildən 5 illik yazılı müqavilə olması, tərəflərin həmin müqavilə münasibətlərini 5 illik müddətin bitdiyi 2017-ci ildən sonra da davam etdirmələri və bu münasibətlər üzrə əldə edilən gəlirdən cavabdehin müəllifə pul ödənişləri etməsi, yəni cavabdehin mövcud müqavilə əsasında qeyd olunan fəaliyyəti həyata keçirməsi təsdiq edilmişdir. Qeyd etmək lazımdır ki, məlum kitabların istehsalı üçün materiallar müəllif Aygün Məcidova tərəfindən “vörd” formasında verilmiş və bütün birgə fəaliyyət dövründə həmin materialların redaktə edilməsi, korreksiyası, çapı, tərcüməsi və reklamının həyata keçirilməsi, həmçinin Aygün Məcidovanın müxtəlif sərgilərdə iştirakının təmin edilməsi ilə bağlı bütün xərclər Cavabdeh MMC tərəfindən çəkilmiş və bunların edillməsini sübut edən “votsap” yazışmaları, fotoşəkillər və s. məhkəməyə təqdim olunmuşdur. Bu halın özü isə sübut edir ki, Cavabdeh MMC Aygün Məcidovanın müəllifi olduğu X10lərinin nəşrini, istehsalını və satışını həyata keçirərkən heç bir piratçılıqla məşğul olmamış və cavabdehin istehsal və satışını həyata keçirdiyi X10ləri pirat nüsxələr olmamışdır. Çünki, cavabdehlə müəllif arasında həmin fəaliyyətlə bağlı müqavilə münasibətləri mövcud olmuş və cavabdeh müəllifin öz razılığı ilə qeyd olunan fəaliyyəti həyata keçirmişdir. İddiaçı isə yalnız belə bir fəaliyyətlə əlaqədar müəlliflə müvafiq müqaviləni 11 mart 2022-ci ildə bağlamışdır. Ona görə də, iddiaçının bu sahədə hüquqları da 11 mart 2022-ci ildən sonrakı dövrə aid ola bilər. Cavabdeh MMC tərəfindən isə sonuncu partiya kitablar 2021-ci ilin noyabr ayında çap olunmuş və həmin dövrdə də satışa buraxılmışdır. Hal-hazırda isə Cavabdeh MMC tərəfindən Aygün Məcidovanın müəllifi olduğu dərs vəsaitlərinin satışı həyata keçirilmir. "xxxx" MMC ilə Aygün Məcidova arasında məlum müqavilə 11 mart 2022-ci ildə bağlanmış və həmin müqavilə bağlandığı tarixdən sonra cavabdeh tərəfindən Aygün Məcidovanın müəllifi olduğu kitabların istehsalı həyata keçirilməmişdir. Yəni, həmin kitabların sonuncu dəfə nəşri, yəni istehsalı 2021-ci ilin noyabr ayında baş tutmuş və həmin dövrdə isə iddiaçı ilə müəllif arasında heç bir müqavilə olmamışdır. Ona görə də, iddiaçı müqavilə bağladığı 11 mart 2022-ci ildən əvvəlki dövrdə olmuş fəaliyyətlə əlaqədar hər hansı bir hüquqa malik deyildir və bağlamış olduğu məlum müqavilənin tarixindən əvvəlki dövrlə əlaqədar iddiaçının heç bir iddia qaldırmaq hüququ yoxdur. Eyni zamanda, müəllif Aygün Məcidova Cavabdeh MMC ilə müqavilə münasibətlərinə son qoyub, iddiaçı "xxxx" MMC ilə hər hansı bir müqavilə bağlayacağı ilə əlaqədar cavabdeh tərəfə hər hansı bir rəsmi məlumat verməmişdir. Cavabdeh tərəf isə belə bir müqavilənin olması barədə məlumatı satış mərkəzlərindən almışdır. Həmin dövrdə isə cavabdeh qeyd olunan dərs vəsaitlərinin istehsalı və nəşri ilə məşğul olmamışdır və hal-hazırda da məşğul olmur. Həmçinin, iddiaçı həmin kitabların satışının Cavabdeh MMC-yə qadağan edilməsini də tələb edə bilməz. Çünki, hal-hazırda satış mərkəzlərində olan kitabları cavabdeh tərəf iddiaçının bağlamış olduğu müqavilədən əvvəl nəşr etmiş və onların satılmaması cavabdehə maddi zərər vurulması ilə nəticələnə bilər. Bundan əlavə, mediasiya və pretenziya mərhələsində vurulmuş zərərin əvəzi olaraq pul tələbi ilə bağlı iddia 9500 manat həcmində olsa da, məhkəmə prosesi başlandıqdan sonra həmin məbləğ 29500 manata qədər artırılmışdı. Lakin, 29500 manat məbləğində olan tələblə bağlı cavabdehlə mediasiya sessiyası keçirilməmiş və pretenziya məktubu göndərilməmişdir. Ona görə də, pul tələbi ilə bağlı iddia 29500 manata qaldırıla bilməzdi. Bundan əlavə, ümumiyyətlə iddia tələbi 9500 manat və yaxud 29500 manat olmasından asılı olmayaraq, bu mübahisə üzrə iddiaçının cavabdehdən vurulmuş zərərin əvəzi olaraq pul tələb etməsi də tamamilə əsassızdır. Çünki, cavabdeh heç bir qanunsuz və məlum dərs vəsaitlərinin müəllifi olan şəxsin razılığı olmadan hər hansı bir fəaliyyət göstərməmiş və həmin dərs vəsaitlərinin sonuncu nəşri isə iddiaçının müəlliflə bağlamış olduğu 11 mart 2022-ci il tarixli müqavilədən xeyli əvvəl, yəni 2021-ci ilin noyabr ayında olmuşdur. Eyni zamanda Cavabdeh MMC-nin Aygün Məcidova ilə bağladığı müqavilə qüvvədən düşməmişdir və müqavilə qüvvədə olduğu üçün Aygün Məcidova başqa bir nəşriyyatla ikinci müqavilə bağlaya bilməzdi. Cavabdehlə olan müqavilənin ləğv edilməsi ilə bağlı Aygün Məcidova tərəfindən isə Cavabdeh MMC-yə heç bir bildiriş təqdim olunmamışdır. İddiaçı tərəf isə Aygün Məcidova ilə Cavabdeh MMC-nin arasında müqavilə münasibətlərinin mövcudluğundan, sonuncunun Aygün Məcidovanın müəllifi olduğu kitabları çap etməsindən və satılmayan kitablarının qaldığından xəbərdar olduğu halda, 11 mart 2022-ci il tarixli müqaviləni bağlamışdır. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən Aygün Məcidova nəşr olunmuş kitabları öncədən razılaşdırılmış müddətə qədər "xxxx" MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Halbuki, Aygün Məcidovada kitablar olmamışdır və həmin bənddə Cavabdeh MMC tərəfindən nəşr edilən kitablar nəzərdə tutulmuşdur. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Nümayəndə3 izahatında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “X10lərinin pirat nüsxələrinin istehsalının və satışının qadağan edilməsi, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə əlaqədar “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq normalarını qeyd etməklə, iddiaçı "xxxx" MMC ilə müəllif X7 arasında iddia tələbində qeyd olanan əsərlər üzrə müstəsna hüquqların ötürülməsinə dair 11 mart 2022-ci il tarixdə Müəllif müqaviləsi bağlanmış olduğundan, həmin müqavilə əsasında məlum müəlliflik hüququ obyektlərinə dair bütün əmlak və iqtisadi hüquqların müqavilə üzrə qarşı tərəf olaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ötürülmüş olduğunu təsdiq etdi. 29 noyabr 2022-ci ildə keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 izahatında iddia tələbində qeyd olunan müəllifi olduğu X10lərinin istehsalı, nəşri və satışı ilə əlaqədar onunla Cavabdeh arasında 2012-ci ildə 5 il müddətinə müqavilə bağlandığını və həmin müqavilə əsasında onların bu sahədə bir neçə il ərzində baş tutan və 2021-ci ilin payızınadək davam edən birgə fəaliyyətlərinin olduğunu, lakin cavabdeh tərəfin müəllif olaraq ona çətinliklə və yubatmalarla pul ödəməsindən narazı qaldığına görə 2021-ci ilin payızında bununla bağlı öz narazılığını bildirib, şifahi olaraq Cavabdeh MMC-yə bu sahədə onunla birgə fəaliyyətinə son verdiyini elan etdiyini və bundan sonra, yəni 11 mart 2022-ci ildə isə iddiaçı "xxxx" MMC ilə Müəllif Müqaviləsi bağlayıb, mübahisə predmeti olan 36 adda məlum X10ləri ilə əlaqədar əmlak hüquqlarını, yəni həmin dərs vəsaitlərinin istehsalı, nəşri və satış hüquqlarını iddiaçı MMC-yə vermiş olduğunu və həmin müqavilə bağlandıqdan sonra qeyd olunan dərs vəsaitlərinin istehsalı, nəşri və satışı ilə əlaqədar Cavabdeh MMC-nin heç bir hüququnun olmadığını təsdiq etdi. Həmin iclasda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 cavab olaraq bildirmişdi ki, müəllifi olduğu X10lərinin istehsalı və satışı ilə əlaqədar onunla Cavabdeh MMC arasında 2012-ci ildə bağlanmış yazılı müqavilənin bir nüsxəsi onda olsa da, o, həmin müqaviləni məhkəməyə təqdim etmək üçün gətirməmişdir. Bununla belə, Cavabdeh MMC ilə müəllifi olduğu X10lərinin istehsalı və satışı ilə əlaqədar 2012-cildə 5 il müddətinə müqavilə bağlasalar da, onlar bu sahədə 10 il fasiləsiz əməkdaşlıq etmişlər. Yəni, müqavilənin 5 illik müddəti bitdikdən sonra həmin müqavilə yazılı qaydada yenilənməsə də, onların X10lərinin hazırlanması və satışı üzrə birgə fəaliyyətləri müqavilənin müddəti yazılı qaydada uzadılmadan davam etmişdir. O, müəllifi olduğu kitabların 2021-ci ilin sentyabr ayına qədər Cavabdeh MMC tərəfindən çap edildiyini bilmiş, Cavabdeh MMC-nin nəşr olunan kitablarının sayına müdaxilə etməmiş, kitabların nəşr olunmasına narazılıq bildirməmiş və bu fəaliyyətlə əlaqədar Cavabdeh MMC tərəfindən verilən qonorarları almışdır. Lakin, vaxtlı-vaxtında qonorarı ödənilmədiyinə görə 2021-ci ilin sentyabr ayında Cavabdeh MMC-yə “daha onlarla yox, başqa nəşriyyatla işləyəcəyini” bildirəndə, Cavabdeh MMC-dən ona “müəyyən qədər kitabların qaldığı” bildirilmiş və Cavabdeh MMC onun başqa bir nəşriyyatla müqavilə bağladığına ciddi yanaşmamışdır. Buna görə də o, 2022-ci ildə yeni işləməyə başladığı "xxxx" MMC-dən həmin kitabların müəyyən ödəniş müqabilində Cavabdeh MMC-dən alınmasını xahiş etmişdir. Lakin, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 iş üzrə 16 dekabr 2022-ci il tarixinə təxirə salınmış məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, həmin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq həmin iclasın mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 iştirakı olmadan keçirilməsini və onun iştirakı olmadan işin baxılmasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin artırılması” barədə ərizəni, “iddia tələbinə qarşı yazılı Etiraz”ı, “subyektiv hüququn olmaması ilə bağlı iddia tələbinin rədd edilməsi barədə” Vəsatəti, şahid ifadəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Cavabdeh onun ailəsinə məxsusdur, həmin MMC-nin fəaliyyətinin həyata keçirilməsində o, yaxından iştirak edir və bu fəaliyyətlə əlaqədar müəllif X3 çoxdan tanıyır. Belə ki, Cavabdeh MMC 2010-cu ildə kitab mağazası açmış və mətbəə yaratmağa qərar vermişdi. Mətbəə açılışı prosesində də X7 ilə tanışlıq olmuş və 2012-ci ildə Cavabdeh MMC ilə müəllif X7 arasında, sonuncunun müəllifi olduğu X10lərinin istehsalı, nəşri və satışı üçün 5 il müddətinə yazılı müqavilə bağlanmışdır. 2012-ci ildən etibarən Cavabdeh MMC bütün bu illər ərzində Aygün Məcidovanın müəllifi olduğu dərs vəsaitlərinin hazırlanmasını, nəşrini və satışını həyata keçırərək, əldə olunan gəlirdən müəllifə çatacaq pulun da ona ödənilməsini təmin etmişdir. Məlum X10lərinin istehsalı üçün materiallar müəllif Aygün Məcidova tərəfindən “vörd” formasında verilmiş və bütün birgə fəaliyyət dövründə həmin materialların redaktə edilməsi, korreksiyası, çapı, tərcüməsi və reklamının həyata keçirilməsi, həmçinin Aygün Məcidovanın müxtəlif sərgilərdə iştirakının təmin edilməsi ilə bağlı bütün xərclər Cavabdeh MMC tərəfindən çəkilmişdir. X9 Cavabdeh MMC ilə müqavilə bağlayanadək “Çaşıoğlu” mətbəəsi ilə əməkdaşlıq etdiyindən, 2012-ci ildə onların arasında müqavilə bağlandıqda Cavabdeh MMC həmin dövrədək “Çaşıoğlu” mətbəəsi tərəfindən nəşr olunmuş lakin satılmamış kitabları alıb, sonuncunun bu müqavilə ilə məruz qala biləcəyi zərəri əvvəldən ödəmişdir. 2012-ci ildə birgə fəaliyyətə başlayarkən Cavabdeh MMC Aygün Məcidovanın cəmi 4 ədəd kitabı ilə işə başlamış olsa da, birgə fəaliyyət dövründə Cavabdeh MMC-nin maddi dəstəyi və təşkilatçılığı ilə müəllifin nəşr olunan kitablarının sayı 40-a çatmışdı. 10 il davam edən birgə fəaliyyət ərzində Cavabdeh MMC tərəfindən müəllif Aygün Məcidovanın kitablarının istehsalı, reklamı və satışı həyata keçirilmişdi. Bütün bu fəaliyyət dövründə kitabların satışından əldə edilən gəlirdən Aygün Məcidovanın da müəllif olaraq qonorarları ödənilmişdir. "xxxx" MMC isə əlavə gəlir əldə etməkdən ötrü kitabların qiymətini artırmamışdır. Kitabların qiyməti baha olmadığından və hər kəsin həmin kitabları almağa imkanı çatdığından Aygün Məcidova ilə əməkdaşlıq 10 il davam etmişdi. Bunun mənfi təsiri isə ondan ibarət idi ki, onlar müəllifə daha yüksək qonorar təklif edə bilmirdilər, çünki öz gəlirləri də az idi. Lakin, Pandemiya dövründə yaranmış vəziyyətə görə Aygün Məcidovaya ödənişlərin edilməsində çətinlik yaranmışdı. Bununla belə, ödənişləri gecikdirilsə də, müəllifə kitab satışından qazanılan məbləğə uyğun ödənişlər edilirdi. Təxminən 2022-ci ilin yay aylarında isə satış məntəqələrindən zəng gəldi ki, Elçin adlı şəxs onlara X7 ilə müqavilə bağladığını və buna görə də Cavabdeh MMC-nin nəşr etdiyi kitabların satışını həyata keçirməməyi tapşırmışdır. O, bununla əlaqədar Aygün Məcidova ilə danışdıqda isə, sonuncu fikrinin qəti olduğunu və Cavabdeh MMC ilə daha çalışmaq istəmədiyini bildirmişdi. O, Aygün Məcidovaya onun müəllifi olduğu kitabların nəşr olunmasında və satışının həyata keçirilməsində nə qədər əziyyətin olduğunu bildirmiş və əgər fikri qətidirsə, bu məsələni qaydasında həll etməyi təklif etmişdi ki, onlara zərər dəyməsin. X7 bununla razılaşmış və "xxxx" MMC ilə işləmək niyyətində olmasa da, bu məsələ həll edilərkən "xxxx" MMC-yə zərər dəyməsini istəmədiyini qeyd etmişdi. Bundan sonra o, telefon vasitəsilə əlaqə saxladığı "xxxx" MMCnin direktoru Elçin müəllimə Aygün Məcidova ilə müqavilənin olduğunu, neçə illərdi onun "xxxx" MMC ilə əməkdaşlıq etdiyini və "xxxx" MMC-də çoxlu qalıq kitab qaldığını bildirmişdi. Həmin kitab qalıqlarını isə cırıb atmaq, yandırmaq düzgün deyildi. Çünki "xxxx" MMC bunun qonorarını ödəmiş və vergisini vermiş olsa da, həmin kitablar sadəcə olaraq satılmamış və qalıq kimi əldə qalmışdır. Lakin, bu danışığın heç bir nəticəsi olmamış və onlar "xxxx" MMC-də qalıq kimi qalmış kitablarla əlaqədar heç bir razılığa gələ bilməmişlər. "xxxx" MMC tərəfindən satış məntəqələrinə edilən müraciətlər əsasında isə satış məntəqələri "xxxx" MMC-nin nəşr etmiş olduğu kitabları satmadan geri qaytarmışlar ki, bununla da "xxxx" MMC-yə daha çox zərər dəymişdir. Cavabdeh MMC tərəfindən 2022-ci ildə bir ədəd belə əlavə nüsxə çap olunmamışdır. Çap olunmuş kitablar əvvəlki illərə, yəni 2021-ci ilin payızınadək olan dövrə aiddir. Cavabdeh MMC-yə müəllif Aygün Məcidova ilə "xxxx" MMC arasında müqavilə bağlanması barədə heç bir rəsmi məlumat verilməmişdir. Aygün Məcidova 2021-ci ilin sentyabr ayında Cavabdeh MMC ilə işləməyəcəyi və kitabların satışına qadağa qoyacağı ilə bağlı ona heç nə bildirməmişdir. Təhsil sahəsində kitab nəşrinin qaydası belədir ki, müəllifə qonorar ödənildikdən sonra onunla işləməyə başlanılır. Cavabdeh MMC də müəllif Aygün Məcidovaya ödənişi etdikdən sonra onunla işləməyə, növbəti il üçün kitab nəşr edilməsinə başlamışdır. 2021-ci ilin təxminən sentyabr ayında X7 ona ödəniləcək məbləğin müəyyən hissəsinin ödənilməmiş qaldığını bildirərək, ondan ödənişin həyata keçirilməsini xahiş etmişdir. Həmin vaxt Türkiyədə olduğu üçün Aygün Məcidovaya ödənişin edilməsini öz atasına demişdir. Atası isə ödənişi gecikdirdiyi üçün Aygün Məcidovaya həmin ödənişin həyata keçirilməsi 2022-ci ilə təsadüf etmişdi. Həmin ödəniş 2021-2022-ci ilin ödənişləri idi. Hal-hazırda isə Cavabdeh MMC Aygün Məcidovanın müəllifi olduğu kitabların nəşrini həyata keçirmir və sonuncu dəfə nəşr 2021ci ilin noyabr ayında həyata keçirilmişdir. Hal-hazırda Cavabdeh MMC satış üçün Aygün Məcidovanın müəllifi olduğu kitabları satış məntəqələrinə də təqdim etmir və satış məntəqələrində olan kitablar isə mübahisə başlanmamışdan əvvəl verilmiş kitablardır. İş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş “istifadəçi” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “müəllif” X7 arasında bağlanmış 11 mart 2022-ci il tarixli 11-03 nömrəli “Müəllif Müqaviləsi”nin 2.1-ci bəndindən görünür ki, “Müəllif” bu Müqavilə ilə nəzərdə tutulan şərtlər daxilində özünün müəllifi olduğu: Azərbaycan dilindən didaktik materiallar - 1 sinif, Azərbaycan dilindən didaktik materiallar - 2 sinif, Azərbaycan dilindən didaktik materiallar - 3 sinif, Azərbaycan dilindən didaktik materiallar - 4 sinif, Azərbaycan dilindən testlər - 1 sinif, Azərbaycan dilindən testlər - 2 sinif, Azərbaycan dilindən testlər - 3 sinif, Azərbaycan dilindən testlər - 4 sinif, Riyaziyyatdan didaktik materiallar - 1 sinif, Riyaziyyatdan didaktik materiallar - 2 sinif, Riyaziyyatdan didaktik materiallar - 3 sinif, Riyaziyyatdan didaktik materiallar - 4 sinif, Riyaziyyatdan testlər - 1 sinif, Riyaziyyatdan testlər - 2 sinif, Riyaziyyatdan testlər - 3 sinif, Riyaziyyatdan testlər - 4 sinif, Дидактические материалы по математике - 1 класс, Дидактические материалы пo математике - 2 класс, Дидактические материалы по математике - 3 класс, Дидактические материалы по математике - 4 класс, Тесты по математике - 1 класс, Тесты по математике - 2 класс, Тесты по математике - 3 класс, Тесты по математике - 4 класс, Дидактические материалы по русскому языку - 1 класс, Дидактические материалы по русскому языку - 2 класс, Дидактические материалы по русскому языку - 3 класс, Дидактические материалы по русскому языку - 4 класс, Тесты по русскому языку - 1 класс, Тесты по русскому языку - 2 класс, Тесты по русскому языку - 3 класс, Тесты по русскому языку - 4 класс, İbtidai sinif şagirdinin stolüstü kitabı (Qaydalar), Hüsnxət (məktəbəqədər üçün), Hüsnxət (1-ci sinif üçün) və Hüsnxət (2-ci sinif üçün) kitablarının (cəmi 36 adda) kütləvi şəkildə nəşr olunması üçün “İstifadəçi”nin hüququna verir və kitabları öncədən razılaşdırılmış müddətə qədər "xxxx" MMC-yə təhvil verməyi öhdəsinə götürür və təhvil verir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, “İstifadəçi” bu müqavilə ilə verilən müstəsna hüquqa uyğun olaraq “X10ləri”nin çapını və istifadəsini hər il üçün vəsaitin satışından asılı olmayaraq 50000 (əlli min) manatı qonorarı “Müəllif”ə ödəməyi öhdəsinə götürür (Ödəniş forması: hissə-hissə; ödəniş qaydası: köçürmə və ya nəğd; ödəniş müddəti: “X10”lərinin təhvil verildiyi zaman). Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, müqavilə tərəflər arasında imzalandıqdan və qüvvəyə mindikdən sonra “Müəllif”in yuxarıda adı çəkilən X10lərinin ölkə daxilində və xaricində çap və yayım hüquqları yalnız "İstifadəçi”yə məxsusdur. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən, “İstifadəçi" müəllifin soyadı, adı, atasının adı dəqiq müəyyən edilmiş X10lərindən istifadə etməyi öhdəsinə götürür. Həmin Müqavilənin 4.4-cü bəndinə əsasən, "X10”lərindən müstəsna istifadə hüququ müqavilə müddəti ərzində “istifadəçi"yə məxsusdur. Həmin Müqavilənin 4.7-ci bəndinə əsasən, Müəllif Müqaviləsi üzrə verilən hüquqlar, müqavilədə başqa hal nəzərdə tutulmadıqda, qeyri-müstəsna hüquqlar olur. Həmin Müqavilənin 4.9-cu bəndinə əsasən, müqavilə 5 il müddətə bağlanır. 5 ilin sonunda tərəflərin müqavilə ilə bağlı hər hansı əlavəsi olmazsa, müqavilə növbəti 5 il müddətinə qüvvədə qalır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" MMC və "xxxx" MMC tərəfindən nəşr edilmiş müxtəlif X10ləri tədqiq edilərkən müəyyən olunmuşdur ki, həmin vəsaitlərin müəllifi X4r və eyni növ vəsaitin üz qabıqları və arxa qabıqları fərqli olsalar da (məzmunları, suallar, tapşırıqlar və s.) tamamilə eynidir), onların heç birində nəşr ili göstərilməmiş, bəzilərində isə nəşri həyata keçirən "xxxx" MMC-nin adı qeyd olunmamışdır. Eyni zamanda, nəşri "xxxx" MMC-yə aid edilən kitablarla birlikdə onların satış məntəqəsindən alınmasını təsdiq edən 2022-ci ilə aid “kassa qəbzləri” də iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuşdur və həmin “qəbz”lərdə olan məlumatlarla müəyyən edilir ki, nəşri "xxxx" MMC-yə aid edilən kitablar 2022-ci ildə müxtəlif satış məntəqələrindən əldə edilmişdir. İş materiallarında olan (iddiaçı tərəfindən təqdim olunmuşdur) tarixi və nömrəsi olmayan, vərəqin yuxarı hissəsində “Asmir" MMC-nin adı qeyd olunmuş, vərəqin sonunda isə "xxxx" MMC-nin direktoru tərəfindən imzalanaraq möhürlənmiş və "Müqavilə nümunəsi ilə bağlı qeyd" adlanan “müraciət”də göstərilir ki, Cavabdeh MMC-nin X6 ilə birgə fəaliyyəti zamanı ərsəyə gələn kitabların çapı, satılması və yayılması ilə bağlı qaydaları ümumiləşdirərək aşağıdakı müddəalar nəzərə alınsın. Öncəki illərdə cap olunmuş (Azərbaycan dili 1-ci sinif testləri və didaktik materiallar. Azərbaycan dili 2-ci sinif testləri və didaktik materiallar, Azərbaycan dili 3-cü sinif testləri və didaktik materiallar, Azərbaycan dili 4-cü sinif testləri və didaktik materiallar, Riyaziyyat 1-ci sinif testləri və didaktik materialları, Riyaziyyat 2-ci sinif testləri və didaktik materialları, Riyaziyyat 3-cü sinif testləri və didaktik materialları, Riyaziyyat 4-cü sinif testləri və didaktik materialları, Hüsnxətt, İbtidai siniflər üçün qayda kitabları) kitabların hər birinin satışı qanunidir. "Asmir” MMC-nin təşəbbüsü ilə yuxarda adları çəkilən kitablar rus dilinə tərcümə olunub dərsdən kənar vəsait kimi satışa buraxılmışdır. Köhnə nəşr kitabların satış hüququ Cavabdeh MMC-yə məxsusdur. Başqa şirkət, firma və satış məntəqələrinin Cavabdeh MMC-nin həyata keçirdiyi satış üzrə şikayət və narazılıqlarının heç biri əsaslı deyil. Məhkəmə araşdırması zamanı iddiaçı və cavabdeh tərəfin məhkəməyə təqdim etmiş olduqları səs yazısı, “votsap” mobil tətbiq vasitəsilə həyata keçirilən yazışmalar, fotoşəkillər və digər təqdim olunmuş sənədlər də proses iştirakçılarının iştirakı ilə tədqiq olunmuşdur. Məhkəmə araşdırması zamanı işin konkret halları və proses iştirakçılarının izahatları ilə işin mübahisə edilməyən halları kimi müəyyən edilmişdir ki, 2012-ci ildə Cavabdeh (VÖEN **********) ilə hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X7 arasında sonuncunun müəllifi olduğu “X10ləri”nin istehsalı və satışı ilə əlaqədar 5 il müddətinə müqavilə bağlanmış və həmin müqavilə əsasında 2012-ci ildən etibarən X2 müəllifi olduğu və hazırkı iş üzrə mübahisə predmeti kimi çıxış edən “X10ləri”nin istehsalı və satışı ilə Cavabdeh MMC məşğul olmuşdur. Qeyd etmək lazımdır ki, “X10ləri”nin istehsalı və satışı ilə məşğul olan Cavabdeh MMC ilə müəllif X7 arasında 2012-ci ildə 5 il müddətinə sonuncunun müəllifi olduğu “X10ləri”nin istehsalı və satışı barədə yazılı müqavilənin bağlandığını məhkəmə araşdırması zamanı hər iki həmin müqavilə tərəfi etiraf etmiş olsalar da, məhkəmə iclaslarında Cavabdeh MMC-nin nümayəndəsi həmin müqavilənin nüsxəsinin onlarda olmadığını bildirmiş, 3-cü şəxs X7 isə həmin Müqavilənin bir nüsxəsinin onda olduğunu etiraf etmişdir. Lakin, həmin müqavilənin məhkəməyə təqdim olunması ilə əlaqədar Cavabdeh MMC-nin nümayəndəsinin xahişini və məhkəmənin tövsiyyəsini 3-cü şəxs X7 nəzərə almamış və o, qeyd olunan həmin Müqavilənin özünü və yaxud surətini məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq, məhkəmə iclaslarında hər iki tərəfin izahatları ilə təsdiq olunmuşdur ki, Cavabdeh MMC ilə müəllif X7 arasında sonuncunun müəllifi olduğu X10lərinin istehsalı və satışı ilə əlaqədar 2012-ci ildə 5 il müddətinə bağlanmış müqavilə əsasında Cavabdeh MMC həmin dərs vəsaitlərinin istehsalını və satışını həyata keçirmiş və bu fəaliyyət hər iki tərəfin qarşılıqlı razılığı əsasında məlum müqavilənin müddəti bitdikdən sonra da, yəni 2021-ci ilin sonlarınadək davam etmiş və məlum dərs vəsaitlərinin hazırlanması, nəşri və satışı üzrə olan bu birgə fəaliyyət zamanı Cavabdeh MMC tərəfindən müəllif X5 müxtəlif vaxtlarda və məbləğlərdə “qonorar” olaraq pul vəsaitləri ödənilmişdir. Lakin, bu birgə fəaliiyət üzrə olan pul ödənişləri ilə əlaqədar yaranmış narazılıqlar səbəbindən müəllif X7 bu sahədə Cavabdeh MMC ilə olan birgə fəaliyyətinə son qoyaraq, müəllif olaraq “istifadəçi” "xxxx" MMC ilə 11 mart 2022-ci il tarixli 11-03 nömrəli “Müəllif Müqaviləsi” bağlayaraq, həmin müəllifi olduğu cəmi 36 adda (rus və azərbaycan dillərində) X10lərinin kütləvi şəkildə nəşr olunması, yəni ölkə daxilində və xaricində çap və yayım hüquqlarını 5 il müddətinə “istifadəçi” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) vermişdir. Bundan sonra isə hazırkı iş üzrə iddiaçı olan "xxxx" MMC Cavabdeh MMC-nin bu vəsaitlərin nəşri və satışı ilə məşğul olmasının qarşısını almaq üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, yaranmış mübahisənin həlli ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh MMC ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə mediatora müraciət olunaraq, iddiaçı "xxxx" MMC tərəfindən mediatora 100 (yüz) manat məbləğində xidmət haqqı, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən 15 (on beş) manat məbləğində və “iddia tələbinin həcminin artırılması” barədə ərizə verilərkən isə 64 (altmış dörd) manat məbləğində dövlət rüsumu ödənilmişdir (26 iyul 2022-ci il tarixli MŞB/4-01486 nömrəli Mediasiya Arayışı, 19 avqust 2022-ci il tarixli ********* nömrəli Ödəniş Qəbzi və 18 oktyabr 2022-ci il tarixli ********* nömrəli Ödəniş Qəbzi). Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. Həmin Qanunun 15-ci maddəsinə əsasən, müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır. Həmin Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən, bu Qanunun 15-ci maddəsi ilə nəzərdə tutulmuş əmlak hüquqları müəlliflər və müəlliflik hüquqlarının digər sahibləri tərəfindən müəllif müqaviləsi üzrə verilə bilər. Əmlak hüquqlarının verilməsi müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (müstəsna lisenziya), yaxud qeyri-müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (qeyri-müstəsna lisenziya) əsasında həyata keçirilə bilər. Həmin Qanunun 30-cu maddəsinin 2-ci bəndinə əsasən, müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi üzrə (müstəsna lisenziya) müəllif və ya müəlliflik hüquqlarının digər sahibi əsərdən müəyyən üsulla və müqavilədə müəyyən edilmiş həddə istifadəyə müstəsna hüququnu başqa şəxsə verir və bununla həmin şəxsə digər şəxslərin də əsərdən bu cür istifadə etməsinə icazə vermək və ya qadağan etmək hüququnu verir. Həmin Qanunun 30-cu maddəsinin 3-cü bəndinə əsasən,, qeyri-müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi üzrə (qeyri-müstəsna lisenziya) müəllif və ya müəlliflik hüquqlarının digər sahibi istifadəçiyə həmin əsərdən eyni üsulla istifadəyə razılıq almış başqa şəxslə bərabər istifadəyə icazə verir. Həmin Qanunun 30-cu maddəsinin 4-cü bəndinə əsasən, müəllif müqaviləsi üzrə verilən hüquqlar, müqavilədə başqa hal nəzərdə tutulmadıqda, qeyri-müstəsna hüquqlar olur. Həmin Qanunun 31-ci maddəsinin tələblərinə görə, müəllif müqaviləsində istifadənin müddəti haqqında şərt olmadıqda, həmin müqavilə bağlandığı tarixdən 5 il keçəndən sonra müəllif tərəfindən pozula bilər, həm də istifadəçi müqavilənin pozulması haqqında 6 ay əvvəldən yazılı xəbərdar edilməlidir. Müəllif müqaviləsində ərazi haqqında şərt olmadıqda, müqavilə üzrə nəzərdə tutulan hərəkətlər Azərbaycan Respublikasının ərazisi ilə məhdudlaşdırılır. Həmin Qanunun 44-cü maddəsinin tələblərinə görə, müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər. İstehsalı (hazırlanması) və ya yayılması müəlliflik hüququnun və ya əlaqəli hüquqların pozulmasına səbəb olan əsər və ya fonoqram nüsxələri pirat nüsxələr sayılır. Həmin Qanunun 45-ci maddəsinin tələblərinə əsasən, müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər: 1) zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; 2) zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi; 3) hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadirə olunması; 4) pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, pirat məhsul - hüquq sahibinin razılığı olmadan hazırlanan (istehsal edilən) və yayılan audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun və kitabın nüsxələridir (maddə 1.0.9) və piratçılıq – pirat məhsulun hazırlanması (istehsalı) və yayılmasıdır (maddə 1.0.10). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, istifadəçi "xxxx" MMC ilə müəllif X7 arasında bağlanmış 11 mart 2022-ci il tarixli 11-03 nömrəli Müəllif Müqaviləsinə əsasən sonuncunun müəllifi olduğu cəmi 36 adda (rus və azərbaycan dillərində) X10lərinin kütləvi şəkildə nəşr olunması, yəni ölkə daxilində və xaricində çap və yayım hüquqları 5 il müddətinə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş və qeyd olunan Müqavilə şərtlərinə əsasən həmin dərs vəsaitləri üzrə iddiaçı "xxxx" MMC-nin müvafiq hüquqları 11 mart 2022-ci il tarixindən etibarən yaranmışdır. Həmin dövrə qədər isə 2012-ci ildən etibarən qeyd olunan X10ləri üzrə müvafiq istehsal və satış hüquqları müəllif X7 tərəfindən Cavabdehnə verilmiş və sonuncu bu sahədə müəlliflə həyata keçirdiyi birgə fəaliyyətlə mübahisə predmeti olan həmin X10lərinin istehsal və satışını həyata keçirmiş və bu fəaliyyətlə bağlı “qonorar” olaraq müəllifə müəyyən məbləğlərdə ödənişlər etmişdir. Məhkəmə araşdırması zamanı isə iddiaçı tərəf cavabdehin 2022-ci ildə, yəni müəlliflə 11 mart 2022-ci il tarixli 11-03 nömrəli Müəllif Müqaviləsi bağlandıqdan sonra da qeyd olunan dərs vəsaitlərini Cavabdeh MMC-nin istehsal (nəşr) etməsini təsdiq edən hər hansı bir sübut təqdim etməmiş, Cavabdeh MMC isə həmin dərs vəsaitlərindən sonuncu dəfə 2021-ci ilin noyabr ayında çap (nəşr) etdiyini etiraf etmişdir. Yəni, məhkəmə araşdırması zamanı X2 müəllifi olduğu X10lərini Cavabdeh MMC-nin 2012-ci ildən etibarən müəllifin öz razılığı və müvafiq müqavilə əsasında müəlliflə birgə fəaliyyətləri əsasında 2021-ci ilin sonlarınadək nəşr edib satışını təşkil etməsi təsdiq olunsa da (məhkəmə araşdırması zamanı qeyd olunan fəaliyyətlə əlaqədar olan proses iştirakçıları tərəfindən Cavabdeh MMC ilə müəllif X7 arasında bu fəaliyyətlə bağlı 2012-ci ildə müqavilənin bağlanmış olmasını, həmin müqavilə əsasında qeyd olunan müqavilənin müddəti bitdikdən sonra da tərəflər arasında şifahi razılıq və əməkdaşlıq əsasında məlum kitabların nəşrinin və satışının həyata keçirilməsi və həmin kitabların nəşri üzrə müəllifə müəyyən məbləğlərdə ödənişlərin edilməsi mübahisələndirilməmişdir), Cavabdeh MMCnin 11 mart 2022-ci ildən sonra həmin X10lərinin nəşrini (istehsalını) həyata keçırməsi sübuta yetməmişdir. Lakin, 11 mart 2022-ci il tarixli 11-03 nömrəli Müəllif Müqaviləsi bağlandıqdan sonra da satış məntəqələrində Cavabdeh MMC-nin nəşr etdiyi X2 müəllifi olduğu məlum dərs vəsaitlərinin satışının həyata keçirildiyi təsdiq olunmuşdur. Odur ki, təsvir olunanlarla belə nəticəyə gəlinir ki, Cavabdeh MMC-nin 2012-ci ildən 2021-ci ilin sonlarınadək davam edən mübahisə predmeti olan X10lərinin istehsalı və satışı üzrə fəaliyyəti - həmin vəsaitlərin müəllifi X2 razılığı və aşkar surətdə ifadə olunmuş iradəsi əsasında baş tutmuş və cavabdehin məlum 11 mart 2022-ci il tarixli 11-03 nömrəli Müəllif Müqaviləsi bağlandıqdan sonra bu kitabların nəşr (istehsal) edilməsi müəyyən olunmamışdır. Bu halda isə Cavabdeh MMC-nin qeyd olunan fəaliyyəti nəticəsində hazırlanan X10ləri “pirat məhsul”, yəni hüquq sahibinin razılığı olmadan hazırlanan (istehsal edilən) və yayılan məhsul, fəaliyyətin özü isə “piratçılıq”, yəni pirat məhsulun hazırlanması (istehsalı) və yayılması kimi qiymətləndirilə bilməz. Lakin, istifadəçi "xxxx" MMC ilə müəllif X7 arasında 11 mart 2022-ci il tarixli 11-03 nömrəli Müəllif Müqaviləsi bağlandıqdan sonra məlum X10lərinin istehsal və satış hüquqları Müəllif tərəfindən iddiaçı "xxxx" MMC-yə verildiyindən, Cavabdeh MMC artıq bu vəsaitlərin istehsalı və satışı ilə məşğul ola bilməz. Ona görə də, istifadəçi "xxxx" MMC ilə müəllif X7 arasında bağlanmış 11 mart 2022-ci il tarixli 11-03 nömrəli Müəllif müqaviləsinə əsasən X2 müəllifi olduğu və əmlak hüquqları iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş Müqavilədə qeyd olunan cəmi 36 adda "X10ləri"nin istehsalının və satışının Cavabdehnə qadağan edilməsi barədə iddia tələbinin əsaslılığı öz təsdiqini tapır. Eyni zamanda, Cavabdeh MMC-nin satış məntəqələrində olan X10lərini iddiaçının bağlamış olduğu 11 mart 2022-ci il tarixli müqavilədən xeyli əvvəl, yəni sonuncu dəfə 2021-ci ilin noyabr ayında nəşr etməsi barədə iddiaya etirazına münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəf bu barədə, yəni müəlliflə birgə fəaliyyəti dövründə hansı miqdarda hansı vəsaitləri nəşr etmiş olması, onların hansı hissəsinin (miqdarı, adı və s.) satılmaması, satış məntəqələrində hansı miqdarda satış üçün nəzərdə tutulan vəsaitlərin olması və s. barədə məhkəməyə heç bir sübut təqdim etməmiş və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" MMC tərəfindən nəşr edilmiş müxtəlif növ X10lərinin heç birində isə “nəşr ili” göstərilməmişdir. Bu baxımdan məhkəmə, iddiaçının iddia tələbini “dərs vəsaitləri"nin satışının cavabdehə qadağan edilməsi hissəsində də təmin edərkən "xxxx" MMC-nin qanuni surətdə 11 mart 2022-ci ilə qədər nəşr etdiyi, lakin həmin dövrdən sonra satılmayan dərs vəsaitləri barədə məhkəmədə hər hansı bir məlumatın (miqdarı, növü və s. barədə) olmamasını nəzərə alaraq, mübahisəli X10lərinin satışının cavabdehə qadağan edilməli olması qənaətinə gəmişdlir. Çünki, yuxarıda qeyd olunan məlumatlar olmadığı halda, cavabdeh "xxxx" MMC-yə əvvəllər nəşr etdiyi X10lərinin satışına icazə verilməsi sui-istifadə edilməsi halları və bu sui-istifadənin isə iddiaçının maraq və mənafelərinə zərər vurulması ilə nəticələnə bilər. Eləcə də, yuxarıda təsvir olunanlara və aşağıda qeyd edilənlərə əsasən müəyyən olunur ki, iddia tələbinin “Cavabdeh MMC tərəfindən iddiaçı "xxxx" MMC-yə vurulmuş zərərin əvəzi olaraq 29500 (iyirmi doqquz min beş yüz) manat pulun Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi” hissəsində əsaslı olması isə məhkəmə araşdırması zamanı təsdiq olunmamışdır. Belə ki, Cavabdeh MMC-nin məlum fəaliyyəti ilə ona 29500 (iyirmi doqquz min beş yüz) manat məbləğində zərər vurulmasını iddiaçı "xxxx" MMC mötəbər sübutlar əsasında sübut edə bilməmişdir. Bundan əlavə, işin konkret halları ilə müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" MMC ilə müəllif X7 arasında 11 mart 2022-ci il tarixli 11-03 nömrəli Müəllif müqaviləsi bağlananadək, Cavabdeh MMC-nin mübahisə predmeti olan X10lərinin istehsal və satışı həmin müəllifin öz razılığı ilə və müəllifin iradəsinə uyğun həyata keçirilən qanuni fəaliyyət olmuş və 11 mart 2022-ci il tarixindən sonra isə Cavabdeh MMC-nin qeyd olunan məhsulların istehsalı ilə məşğul olması məhkəmə araşdırması zamanı təsdiq olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76-cı maddəsinin tələbləri ilə müəyyən olunur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur və həmin sübut növlərindən biri də qanuni yolla əldə edilmiş yazılı sübutlardır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Göründüyü kimi, Mülki-Prosessual Məcəllənin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan – hazırkı mübahisə üzrə də “Cavabdeh MMC tərəfindən iddiaçı "xxxx" MMC-yə vurulmuş zərərin əvəzi olaraq 29500 (iyirmi doqquz min beş yüz) manat pulun Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi” barədə iddia tələbini təsdiq edən mötəbər sübutlar (“əsaslı şübhədən kənar” sübutlar) iddiaçı tərəfindən məhkəməyə təqdim olunmalı, iddia ərizəsində iddia tələbi iddiaçı tərəfin malik olduğu və məhkəməyə təqdim etdiyi sübutlar əsasında müvafiq qaydada əsaslandırılmalı və eləcə də, iş üzrə aparılan məhkəmə araşdırmasında da iddiaçı tərəfindən həmin iddia tələbi sübut edilməli idi. Eyni zamanda, qeyd etmək lazımdır ki, məhkəmə araşdırması zamanı Cavabdeh MMC tərəfindən istehsal olunmuş məlum X10lərinin 2022-ci ildə də satış məntəqələrində aşkar olmasının təsdiq edilməsi - birmənalı olaraq “Cavabdeh MMC-nin iddiaçıya zərər vurması və bu zərərin cavabdehin ödəməli olması” kimi qəbul oluna bilməz. Çünki, işin konkret halları ilə müəyyən edilmişdir ki, müəllif X7 2012-ci ildən mübahisə predmeti olan fəaliyyət sahəsində birgə fəaliyyət göstərdiyi Cavabdeh MMC ilə əməkdaşlığına son verib, müəllifi olduğu həmin X10lərinin yeni bir istehsalçısı olaraq iddiaçı "xxxx" MMC ilə müqavilə bağlaması barədə Cavabdeh MMC-ni rəsmi qaydada məlumatlandırmamışdır. Bundan əlavə, dərs vəsaitlərinin istehsalı və satışı fəaliyyətinin spesifik xüsusiyyətləri barədə məlumatlı olan iddiaçı "xxxx" MMC isə müəllif X2 müəllifi olduğu X10lərinin digər bir hüquqi şəxs, yəni Cavabdeh MMC və yaxud hər hansı bir digər şəxs vasitəsi ilə istehsal edilərək satış bazarına çıxarılmasını və bu fəaliyyət zamanı əvvəlcədən nəşr olunmuş məhsulların da satış məntəqələrində (anbarlarda və s.) olmasının qanunauyğun bir hal (fəaliyyət) olmasını nəzərə almayaraq, 11 mart 2022-ci il tarixli 11-03 nömrəli Müəllif Müqaviləsi bağlayarkən, qeyd olunan bu halların onun fəaliyyətinə neqativ təsirlər törətməsi ehtimalının minimuma endirmək üçün ondan əvvəl bu fəaliyyəti həyata keçirən şəxslə, yəni Cavabdeh MMC ilə müəllifin iştirakı ilə müvafiq əlaqə quraraq, həmin müqaviləni bağlamamışdan əvvəl fəaliyyət xüsusiyyətlərini, eləcə də müqavilə bağlandığı halda ondan əvvəl Cavabdeh MMC-nin həmin müəllifin razılığı əsasında nəşr edilmiş olan məhsulların satışdan çıxarılması və digər mümkün hərəkətlər barəsində razılığa gəlinə bilərdi (müəllifin iddiaçıdan daha əvvəl cavabdehə icazəsini vermiş olduğu və bu icazədən gəlir əldə etmiş olduğu uzun illər davam edən birgə fəaliyyət zamanı istehsal edilən “X10ləri” - pirat nüsxələr kimi qiymətləndirilə bilməz). Qeyd olunan fəaliyyətə bu cür yanaşma isə mülki hüquq münasibətlərinin subyektləri olan iddiaçıya, cavabdehə və yaxud, digər hər hansı bir üçüncü şəxsə maddi zərər vurulması ehtimalını azalda, hətta aradan qaldıra bilər. Nəzərə almaq lazımdır ki, Mülki Qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən, vicdanla hərəkət etməli olmalarını və hüquqdan sui-istifadə hallarına yol verilməməsini də təsbit etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 560-cı maddəsinin tələblərinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir və hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (maddə 560.1), və eyni zamanda, hüquqdan sui-istifadəyə yol verilmir və bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (maddə 560.2). Həmin Məcəllənin 560.3-cü maddəsinin tələblərinə görə, qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi və digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi - hüquqdan sui-istifadə kimi qəbul edilən hərəkətlərdir. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı "xxxx" MMC ilə müəllif X7 arasında 11 mart 2022-ci il tarixli 11-03 nömrəli Müəllif Müqaviləsi bağlandıqdan sonra Cavabdeh MMC-nin qeyd olunan məhsulların istehsalı ilə məşğul olması məhkəmə araşdırması ilə təsdiq olunmadığından və eyni zamanda, satış məntəqələrində Cavabdeh MMC-nin məlum müqavilə bağlananadək müəllifin razılığı ilə istehsal olunmuş məhsulların olmasının isə mübahisə predmeti olan fəaliyyətin xüsusiyyətlərinə uyğun olan qanunauyğun nəticə olması və bu nəticənin neqativ təsirlərinin qarşısının alınması üçün iddiaçı məlum Müqaviləni bağlayarkən, müqavilənin icrası zamanı mənafeyinin qorunması məqsədilə həmin Müqavilədə nəzərdə tutulan fəaliyyəti ondan əvvəl həyata keçirən Cavabdeh MMC ilə hər hansı bir danışıqlar apararaq, qarşılıqlı mənafe və hərəkətlərinin xüsusatlarını müəyyən etmədən 11 mart 2022-ci il tarixli 11-03 nömrəli Müəllif müqaviləsini bağlaması və bu Müqavilənin icrası zamanı Cavabdeh MMC-nin məlum Müqavilədən əvvəl müəllifin razılığı ilə nəşr edilmiş vəsaitlərin satış məntəqələrində olmasından iddiaçıya iddia tələbində qeyd olunan “29500 manat məbləğində zərər vurulması” təsdiq edilmədiyindən - “Cavabdeh MMC tərəfindən iddiaçı "xxxx" MMC-yə vurulmuş zərərin əvəzi olaraq 29500 (iyirmi doqquz min beş yüz) manat pulun Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi” barədə iddia tələbi - əsaslılığı sübut olunan iddia tələbi hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və istifadəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müəllif X7 arasında bağlanmış 11 mart 2022-ci il tarixli 11-03 nömrəli Müəllif müqaviləsinə əsasən X2 müəllifi olduğu və əmlak hüquqları iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Azərbaycan dilindən didaktik materiallar - 1-ci sinif”, “Azərbaycan dilindən didaktik materiallar - 2-ci sinif”, "Azərbaycan dilindən didaktik materiallar - 3-cü sinif", "Azərbaycan dilindən didaktik materiallar – 4-cü sinif", "Azərbaycan dilindən testlər – 1-ci sinif", "Azərbaycan dilindən testlər - 2-ci sinif", "Azərbaycan dilindən testlər - 3-cü sinif", "Azərbaycan dilindən testlər - 4-cü sinif", "Riyaziyyatdan didaktik materiallar - 1-ci sinif", "Riyaziyyatdan didaktik materiallar - 2-ci sinif", "Riyaziyyatdan didaktik materiallar - 3-cü sinif", "Riyaziyyatdan didaktik materiallar - 4-cü sinif", "Riyaziyyatdan testlər - 1-ci sinif", "Riyaziyyatdan testlər - 2-ci sinif", "Riyaziyyatdan testlər - 3-cü sinif", "Riyaziyyatdan testlər - 4-cü sinif", "İbtidai sinif şagirdinin stolüstü kitabı (Qaydalar)", "Hüsnxət (məktəbəqədər üçün)", "Hüsnxət (1-ci sinif üçün)" və "Hüsnxət (2-ci sinif üçün)" kitabları (Azərbaycan və rus dillərində) olmaqla, cəmi 36 (otuz altı) adda "X10ləri"nin istehsalı və satışı Cavabdehnə (VÖEN **********) qadağan edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddia tələbi qismən təmin olunduğundan, mediasiya xidməti ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mediatora ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqının 50 (əlli) manat hissəsi və 79 (yetmiş doqquz) manat (15 + 64 = 79 manat) məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdehndən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Həmçinin, hazırkı iddia tələbinin qiymətləndirilməyən iddia olaraq təmin olunmuş hissəsi üzrə hesablanan cəmi 100 (yüz) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 21 (iyirmi bir) manat (100 manat – 79 manat = 21 manat) məbləğində pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi Cavabdehndən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İstifadəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müəllif X7 arasında bağlanmış 11 mart 2022-ci il tarixli 11-03 nömrəli Müəllif müqaviləsinə əsasən X2 müəllifi olduğu və əmlak hüquqları iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Azərbaycan dilindən didaktik materiallar - 1-ci sinif”, “Azərbaycan dilindən didaktik materiallar - 2-ci sinif”, "Azərbaycan dilindən didaktik materiallar - 3-cü sinif", "Azərbaycan dilindən didaktik materiallar – 4-cü sinif", "Azərbaycan dilindən testlər – 1-ci sinif", "Azərbaycan dilindən testlər - 2-ci sinif", "Azərbaycan dilindən testlər - 3-cü sinif", "Azərbaycan dilindən testlər - 4-cü sinif", "Riyaziyyatdan didaktik materiallar - 1-ci sinif", "Riyaziyyatdan didaktik materiallar - 2-ci sinif", "Riyaziyyatdan didaktik materiallar - 3-cü sinif", "Riyaziyyatdan didaktik materiallar - 4-cü sinif", "Riyaziyyatdan testlər - 1-ci sinif", "Riyaziyyatdan testlər - 2-ci sinif", "Riyaziyyatdan testlər - 3-cü sinif", "Riyaziyyatdan testlər - 4-cü sinif", "İbtidai sinif şagirdinin stolüstü kitabı (Qaydalar)", "Hüsnxət (məktəbəqədər üçün)", "Hüsnxət (1-ci sinif üçün)" və "Hüsnxət (2-ci sinif üçün)" kitabları (Azərbaycan və rus dillərində) olmaqla, cəmi 36 (otuz altı) adda "X10ləri"nin istehsalı və satışı Cavabdehnə (VÖEN **********) qadağan edilsin. Cavabdeh Cavabdehndən mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 50 (əlli) manat hissəsinin əvəzi və 79 (yetmiş doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 129 (yüz iyirmi doqquz) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət rüsumunun qalığı kimi 21 (iyirmi bir) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1673/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1673/2022
16.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver