Məhkəmə qərarları › İş №e-2-2(119)-1815/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1815/2025

30.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1815/2025 30.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “icarə haqqının tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 05 sentyabr 2025-ci il tarixdə Cavabdehnə qarşı “icarə haqqının tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 3, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsinin Cavabdehnə icarəyə verilməsinə dair 19 may 2017-ci il tarixində 3M-177 reyestr nömrəli icarə müqaviləsi üzrə 19800 (on doqquz min səkkiz yüz) manat məbləğində icarə haqqının, Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı Şamaxı yolunun 14cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsinin Cavabdehnə icarəyə verilməsinə dair 19 may 2017-ci il tarixli 3M-178 reyestr nömrəli icarə müqaviləsi üzrə 29700 (iyirmi doqquz min yeddi yüz) manat məbləğində icarə haqqının və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 239 (iki yüz otuz doqquz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 may 2017-ci il tarixli AB05M52 nömrəli alqı-satqı müqaviləsi üzrə iddiaçı 65000 (altmış beş min) manat ödəyərək, Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 3, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsini, 10 may 2017-ci il tarixli AB05M53 nömrəli alqı-satqı müqaviləsi üzrə isə 120000 (yüz iyirmi min) manat ödəyərək Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsini almışdır. Əmlakları aldıqdan sonra Cavabdeh sədri X1 xahişi üzrə hər iki əmlakın cavabdehə icarəyə verilməsinə dair müqavilənin müddətli bağlanmasına razılıq vermişdir. Bakı şəhəri 54 saylı notariat ofisində tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı- Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 3, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan və Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahələrinin Cavabdehnə icarəyə verilməsinə dair müvafiq olaraq 19 may 2017-ci il tarixli 3M-177 reyestr nömrəli və 19 may 2017-ci il tarixli 3M-178 reyestr nömrəli icarə müqavilələri bağlanılmışdır. Hər iki müqavilədə icarə müddəti 19 may 2020-ci il tarixinədək müəyyən olunmuş, müddətin bitməsinə bir ay qalmış həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürülməzsə, icarə müddətinin bir il müddətinə uzadılmış hesab edilməsi nəzərdə tutulmuşdur. Bu hesabla 19 may 2021-ci il tarixi müqavilənin son müddətidir və müqavilənin sözügedən bəndindən də göründüyü kimi, müqavilənin hər il bir dəfə uzadılması yox, məhz bir dəfə bir il müddətinə uzadılması müəyyən edilmişdir. Hər iki müqavilə üzrə icarə haqları bu günədək İddiaçı ödənilməmiş, sonda bütün icarə haqlarının birlikdə ödəniləcəyi deyilmiş, o da cavabdehə olan inamına, X1 xahişlərinə görə müqavilə müddətində ödəniş edilmədən, sonra ödənilmək şərti ilə ona məxsus əmlaklardan istifadə edilməsinə razılıq vermişdir. Lakin müqavilə müddəti bitdiyi və bir il də uzadıldığı halda, ona heç bir ödəniş edilməmişdir. Uzadılma ilə birlikdə müəyyən edilmiş tarixdən artıq iki ildən çox müddətin keçməsinə baxmayaraq, hazırda heç bir hüquqi qüvvəsi olmayan müqavilədən əsassız şəkildə sui-istifadə edərək cavabdeh onun əmlaklarını boşaldaraq təhvil vermir, ödənişləri də ödəməyərək ona əlavə ziyan vurur. Qeyd olunur ki, İddiaçı Cavabdehnə qarşı “icarə müqavilələrinin xitam verilmiş hesab edilməsi, əmlakların boşaldılması və təhvil verilməsi” tələbi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciə etmiş və məhkəmənin 11 iyul 2025-ci il tarixli e-2-2(119)-321/2025 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. Dəfələrlə yazılı, şifahi xəbərdarlıqlara, illər üzrə ödənilməli olan icarə haqqlarının tam şəkildə ödənilməsinin tələb edilməsinə baxmayaraq pozuntuya yol verildiyindən sonuncu dəfə pretenziya məktubu göndərilərək 03 sentyabr 2025-ci il tarixinədək Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 3, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsinin “icarəyə verilməsinə dair 19 may 2017-ci il tarixində 3M-177 reyestr nömrəli icarə müqaviləsi üzrə 19800 (on doqquz min səkkiz yüz) manat məbləğində icarə haqqının, Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair 19 may 2017-ci il tarixli 3M-178 reyestr nömrəli icarə müqaviləsi üzrə 29700 (iyirmi doqquz min yeddi yüz) manat məbləğində icarə haqqının ödənilməsi tələb edilmişdir. Cavabdeh 12 dekabr 2025-ci il tarixdə ərizə təqdim edərək bildirmişdir ki, hazırkı iş üzrə iddiaçının iddia tələbi "icarə haqqı" tələbidir. Qeyd edilən tələb üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçının bildirdiyinə görə o, 2017-ci il müqavilələrindən irəli gələn və ödənilməyən icarə haqqlarını tələb edir. Lakin icarə haqqı üzrə iddia müddəti 3 ildir. Buna görə məhkəmədən iddia müddətinin tətbiq edilərək iddianın rədd olunması xahiş edilmişdir. İddiaçı nümayəndəsi Vəkil 24 dekabr 2015-ci il tarixdə ərizə verərək bildirmişdir ki, işin hallarından göründüyü kimi iddiaçı müqavilə bağlanıldığı vaxtdan, yəni 19 may 2017-ci il tarixindən pretenziya müddətinə kimi, yəni 03 sentyabr 2025-ci il tarixə kimi hər iki müqavilə üzrə ayrı-ayrılıqda (toplamda 8 il 3 ay müddət üçün) ödənişlərin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin cavabdeh ərizə ilə müraciət edərək iddia müddətinin keçməsi səbəbi ilə iddianın tam rədd edilməsini xahiş etmişdir. Həmin ərizənin təmin edilməsi işin hallarına, qanunvericiliyin tələblərinə adekvat deyil. Çünki, müqavilənin bağlanmasından və iddiaçının iddia ilə məhkəməyə müraciət etməsindən keçən 8 il 3 ay müddətində əmlaklar qüvvədə olmuş müqavilələr üzrə cavabdehin istifadəsində olmuş, cavabdeh bu müddətdə müqavilələrin ləğvi üçün müraciət etməmişdir, bu hal da cavabdehin icarə müqavilələri üzrə öhdəlik daşıdığını, illərlə müəyyənləşmiş ödənişləri iddiaçıya verməli olduğunu bir daha təsdiq edir. Qanunvericiliyin tələbi üzrə iddiaçı keçən sonuncu üç il üzrə ödənişləri tələb etməkdə tam haqlıdır. Çünki, qeyd edilən icarə obyektləri məhkəmə qətnaməsi üzrə icra qaydasında cari ilin oktyabr ayında iddiaçıya geri qaytarılanadək cavabdehin istifadəsində olmuş və müqavilələr də qeyd edilən müddət ərzində cavabdeh tərəfindən ləğv edilmədiyindən həmin vaxta kimi aylar, illər üzrə ödənişləri ödəmək vəzifəsi daşımışdır. Bir sözlə, hər iki müqavilə üzrə ən azından son 3 il müddətində ödənilməmiş ümumilikdə 18000 (on səkkiz min) manat məbləğində icarə haqqı (130 kvadrat metr olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair 19 may 2017-ci il tarixində 3M-177 reyestr nömrəli icarə müqaviləsi üzrə icarə haqqı qismində 12x3x200=7200 manat və 240 kvadrat metr olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair 19 may 2017-ci il tarixində 3M-178 reyestr nömrəli icarə müqaviləsi üzrə icarə haqqı qismində 12x3x300=10800 manat) cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin və ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini, ərizələri, işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 3M-177 nömrəli notariat işindən görünür ki, icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış 19 may 2017-ci il tarixli icarə müqaviləsinə əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, 11 saylı qeyriyaşayış sahəsi ünvanında yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsi icarəyəverən İddiaçı tərəfindən icarəçi Cavabdehnə icarəyə verilmişdir. Həmin müqavilənin 2-ci bəndinə görə icarəyə verilən əmlak 10 may 2017-ci il tarixli AB05M52 qeydiyyat nömrəli müqaviləyə əsasən tam mülkiyyət üzrə icarəyəverənə məxsusdur. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti 19 may 2020-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha bir il müddətinə uzadılmış hesab edilir. Müqavilənin 4-cü bəndində icarəyə götürən Cavabdeh tərəfindən icarəyəverənə aylıq 200 manat icarə haqqı ödənilməsi təsbit edilmişdir. İş materiallarında olan 3M-178 nömrəli notariat işindən görünür ki, icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh 19 may 2017-ci il tarixli icarə müqaviləsinə əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, 11 saylı qeyri-yaşayış sahəsi ünvanında yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsi icarəyəverən İddiaçı tərəfindən icarəçi Cavabdehnə icarəyə verilmişdir. Həmin müqavilənin 2-ci bəndinə görə icarəyə verilən əmlak 10 may 2017-ci il tarixli AB05M53 qeydiyyat nömrəli müqaviləyə əsasən tam mülkiyyət üzrə icarəyəverənə məxsusdur. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti 19 may 2020-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha bir il müddətinə uzadılmış hesab edilir. Müqavilənin 4-cü bəndində icarəyə götürən Cavabdeh tərəfindən icarəyəverənə aylıq 300 manat icarə haqqı ödənilməsi təsbit edilmişdir. Müqavilənin 7-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. İş materiallarında olan Sumqayıt Kommersiya Məhkəməsinin 11 iyul 2025-ci il tarixli e-2-2(119)-321/2025 nömrəli qətnaməsinə əsasən İddiaçı Cavabdehnə qarşı “icarə müqavilələrinin xitam verilmiş hesab edilməsi, əmlakların boşaldılması və təhvil verilməsi” tələbi barədə iddiasının təmin edilməsi, İddiaçı ilə cavabdeh Cavabdeh arasında bağlanmış Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 3, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsinin Cavabdehnə icarəyə verilməsinə dair 19 may 2017-ci il tarixli 3M-177 reyestr nömrəli icarə müqaviləsinin və Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsinin Cavabdehnə icarəyə verilməsinə dair 19 may 2017-ci il tarixli 3M-178 reyestr nömrəli icarə müqaviləsinin xitam verilmiş hesab edilməsi, Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 3, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsinin və Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılması və İddiaçı təhvil verilməsi qərara alınmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra 04 sentyabr 2025-ci il tarixdə müvafiq qaydada icraya yönəldilmiş və Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan İsmayılov 08 sentyabr 2025-ci il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-321/2025-056 nömrəli icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. İş materiallarında olan Abşeron rayon İcra və probasiya şöbəsinin rəis müavini, icra məmuru, tələbkar İddiaçı nümayəndəsi, borclu Cavabdeh nümayəndəsi tərəfindən imzalanmış 20 oktyabr 2025-ci il tarixli aktdan görünür ki, "xxxx" yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsi yeri müəyyən edilərək tələbkara təhvil verilmişdir. İş materiallarında olan Abşeron rayon İcra və probasiya şöbəsinin rəis müavini, icra məmuru, tələbkar İddiaçı nümayəndəsi, borclu Cavabdeh nümayəndəsi tərəfindən imzalanmış 24 oktyabr 2025-ci il tarixli aktdan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 3, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsi ölçülərək tələbkara təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən 31 avqust 2025-ci il tarixdə Cavabdehnə göndərilmiş pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdehndən 03 sentyabr 2025-ci il tarixinədək Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 3, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsinin “icarəyə verilməsinə dair 19 may 2017-ci il tarixində 3M-177 reyestr nömrəli icarə müqaviləsi üzrə 19800 (on doqquz min səkkiz yüz) manat məbləğində icarə haqqının və Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair 19 may 2017-ci il tarixli 3M-178 reyestr nömrəli icarə müqaviləsi üzrə 29700 (iyirmi doqquz min yeddi yüz) manat məbləğində icarə haqqının ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə əsasən kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Göründüyü kimi, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, icarəyə verən İddiaçı icarəçi Cavabdeh ilə bağladığı 19 may 2017-ci il tarixində 3M-177 reyestr nömrəli icarə müqaviləsinə əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 3, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsini və 19 may 2017-ci il tarixli 3M-178 reyestr nömrəli icarə müqaviləsinə əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsini cavabdehə icarəyə vermiş və həmin qeyri-yaşayış sahələri faktiki olaraq 2025-ci ilin oktyabr ayına kimi cavabdehin istifadəsində olmuşdur. İddiaçı həmin müqavilələrdən irəli gələn üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh tərəfindən icarə haqları ödənilməməklə, öhdəliklər lazımi qaydada icra edilməmişdir. Buna görə də iddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutları müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan əmlakı icarəyə götürmək hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında icarə haqqının iddiaçıya ödənilməsinə dair vəzifələrin də daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə əsasında iddiaçıdan qeyri-yaşayış sahələrini icarəyə götürməsinə dair hüququndan istifadə etmiş olsa da, icarə haqqını ödəməməklə, tərəflər arasında bağlanmış müqavilə şərtləri üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Odur ki, iddiaçı ödənilməmiş icarə haqqı borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, araşdırılan mübahisə üzrə Cavabdeh ərizə təqdim edərək iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. - 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. - 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-cü il 15 fevral tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin. İddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq olunur. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Başqa sözlə, iddia müddətinin keçməsi tələb hüququnun özünü deyil, onun məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır. Bu baxımdan iddia müddəti qanunla cavabdehə verilən özünümüdafiə vasitəsidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Göründüyü kimi, iddiaçı isə həmin müqavilələrin bağlandığı tarixlərdən 8 il 3 ay müddətinə hesablanmış icarə haqqı borclarının ödənilməsini tələb edir. Məlum olduğu kimi, icarə müqaviləsi üzrə ödənilməli icarə haqqı vaxtaşırı ödəmədir. – bu vaxtaşırılıq günlərlə, həftələrlə, aylarla, rüblərlə və ya illərlə müəyyənləşdirilə bilər. Hazırkı işdə vaxtaşırılıq aylıq olaraq müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətinin üç il olması nəzərə alınmaqla, Cavabdeh hazırkı mübahisə üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi qismən əsaslı hesab edilməklə, son üç ildən əvvəlki dövr üçün hesablanaraq tələb olunan icarə haqqı borcuna üç illik iddia müddəti tətbiq edilməli və son üç il ərzində ödənilməmiş icarə haqları – 19 may 2017-ci il tarixli 3M- 177 reyestr nömrəli icarə müqaviləsi üzrə 7200 manat (aylıq icarə haqqı 200 manat x36 ay (3 il)=7200 manat) və 19 may 2017-ci il tarixli 3M-178 reyestr nömrəli icarə müqaviləsi üzrə 10800 (aylıq icarə haqqı 300 manat x36 ay (3 il)=10800 manat) məbləğində icarə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “239 (iki yüz otuz doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə uyğun hesablanmış 144 (yüz qırx dörd) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonar həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdehndən İddiaçı ilə cavabdeh Cavabdeh arasında bağlanmış Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 3, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsinin Cavabdehnə icarəyə verilməsinə dair 19 may 2017-ci il tarixli 3M-177 reyestr nömrəli icarə müqaviləsi üzrə 7200 (yeddi min iki yüz) manat məbləğində icarə haqqı, Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsinin Cavabdehnə icarəyə verilməsinə dair 19 may 2017-ci il tarixli 3M-178 reyestr nömrəli icarə müqaviləsi üzrə 10800 (on min səkkiz yüz) manat məbləğində icarə haqqı və 144 (yüz qırx dörd) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 18144 (on səkkiz min yüz qırx dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Cavabdehndən İddiaçı ilə cavabdeh Cavabdeh arasında bağlanmış Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 3, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsinin Cavabdehnə icarəyə verilməsinə dair 19 may 2017-ci il tarixli 3M-177 reyestr nömrəli icarə müqaviləsi üzrə 7200 (yeddi min iki yüz) manat məbləğində icarə haqqı, Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində "xxxx" yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, 11 saylı ünvanda yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsinin Cavabdehnə icarəyə verilməsinə dair 19 may 2017-ci il tarixli 3M-178 reyestr nömrəli icarə müqaviləsi üzrə 10800 (on min səkkiz yüz) manat məbləğində icarə haqqı və 144 (yüz qırx dörd) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 18144 (on səkkiz min yüz qırx dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar