Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-248/2022 13.09.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən podrat müqaviləsi üzrə öhdəliyini icra etmədiyinə görə podratçıya ödəməli olduğu 596500 (beş yüz doxsan altı min beş yüz) ABŞ dolları məbləğində kompensasiyanın ödənilən anda manatla məzənnəsinin, vurduğu 27583,44 (iyirmi yeddi min beş yüz səksən üç manat 44 qəpik) manat məbləğində maddi ziyanın və dövlət rüsumu kimi ödənilmiş 1311 (min üç yüz on bir) manat pulun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin iyun ayında İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Gəncə şəhərində 5000 metr məsafədə 1000 millimetrlik ölçüdə mikrotunelinq işlərinin həyata keçirilməsi ilə bağlı podrat müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə sifarişçi icra layihələrini təsdiq etdikdən, müvafiq torpaq mexanikası analizləri həyata keçirildikdən sonra podratçı tərəfindən “Full Face” aparatı vasitəsi ilə diametri 1000 millimetr ölçüdə tunel qazılaraq eyni ölçülü boru çəkməklə ayda 170 metr uzunluğundan az olmayaraq, cəmi 5000 metr məsafədə mikrotunelinq işləri görülməli, sifarişçi tərəfindən həmin işlər qəbul olunaraq dəyəri ödənilməlidir. Həmçinin sifarişçi müqavilədə nəzərdə tutulan işlərin görülməsi üçün tunelqazan aparatın İran İslam Respublikasından gətirilməsi ilə bağlı zəmanətin verilməsini, zərurət olarsa, xüsusi icazə və lisenziyaların alınmasını, aparatın daşınaraq layihə yerinə yerləşdirilməsini və bununla bağlı xərclərin ödənilməsini, iş yerinin hazırlanmasını, aparatın normal fəaliyyəti üçün qaldırıcı kran, qoşqulu və adi yük maşını, zəruri sayda işçi qüvvəsi, su və materialların təmin edilməsini, şaftların yer dəyişməsi və daşınmasını, mikrotunelinq aparatından çıxan torpaq və materialların daşınmasını, layihənin icra müddətində podratçının işçi qüvvəsinin daşınması üçün öz hesabına nəqliyyat vasitəsi ilə təmin edilməsini, 7 nəfərdən artıq olmamaqla podratçının işçi qüvvəsinin məskunlaşması üçün bütün avadanlıqlarla təchiz olunmuş 2 mənzillə təmin olunmasını, şaftların quraşdırılması və layihənin icrası üçün qazıntı və bərkitmə işlərinin görülməsini, lazım olan sayda bacaların tikilməsini, aparat üçün zəruri olan hallarda və miqdarda bentonit və hidravlik yağlarının əldə edilməsini, hazırlanmasını və daşınmasını, tələb olunan sayda dizel generatorlarının təmin edilməsini, onların yanacaqla təmin olunmasını, şaft yerinin standart borularla təmin olunmasını, iş yekunlaşdıqda tunelqazan aparatın podratçı tərəfindən ölkədən çıxarılmasına zəmanətlərin verilməsini və s. öhdəsinə götürmüşdür. Qiymətli və nadir tapılan tunelqazan aparatın boş dayanmasının podratçıya ziyan vurmasının qarşısının alınması üçün müqavilədə sifarişçinin öhdəliyinin icrasını gecikdirməsi nəticəsində podratçıya dəyən ziyanların kompensasiya edilməsi, gecikmə 1 gündən 7 günə qədər olduqda sifarişçi tərəfindən hər gecikdirilmiş gün üçün 700 ABŞ dolları, gecikmə 7 gündən 20 günə qədər olduqda hər gecikdirilmiş gün üçün 2000 ABŞ dolları, gecikmə 20 gündən artıq olduqda, hər gecikdirilmiş gün üçün 4000 ABŞ dolları kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Lakin buna baxmayaraq, cavabdeh ilk gündən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, öhdəliklərin icrasını gecikdirmiş, bununla iddiaçıya ziyan vurmuşdur. Belə ki, iddiaçı özügedən tunelqazan aparatı İran İslam Respublikasından gətirib 10 sentyabr 2019-cu il tarixdə Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsində bəyan etməklə Gəncə şəhərinə gətirmiş, lakin cavabdeh-sifarişçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işin planlaşdırıldığı Gəncə şəhərinin Sülh küçəsində mikrotunelin tikintisi yerini vaxtında hazır etməməsi səbəbindən iddiaçı-podratçı İddiaçı işçiləri 16 sentyabr 2019-cu il tarixdən 10 oktyabr 2019-cu il tarixə kimi 24 gün ərzində boş dayanmış, işləyə bilməmişlər (24 gün x 4000$ = 96000$). Cavabdeh tərəfindən iş yerinə 13 oktyabr 2019-cu il tarixdə kran, 18 oktyabr 2019-cu il tarixdə beton, 20 oktyabr 2019-cu il tarixdə separator, 22 oktyabr 2019-cu il tarixdə kran, 23 oktyabr 2019-cu il tarixdə dizel yanacağı, 24 və 26 oktyabr 2019-cu il tarixdə beton verilməməsi səbəbindən iddiaçı 7 gün boş dayanmağa məcbur olmuşdur (7 gün x 700$ = 4900$). Bundan başqa cavabdeh tərəfindən 09 noyabr 2019-cu il tarixdən 06 dekabr 2019-cu il tarixə kimi iş yerinin borular və kranla təchiz edilməməsi səbəbindən iddiaçı daha 28 gün boş dayanmışdır (28 gün x 4000$ = 112000$). Cavabdeh əvvəlcədən məlumat vermədən 28 dekabr 2019-cu il tarixdən 06 yanvar 2020-ci il tarixə kimi Yeni il bayramı tətilləri ilə əlaqədar iş yerini işçi qüvvəsi və materiallarla təchiz etmədiyindən iddiaçının işçiləri 9 gün boş dayanmağa məcbur olmuşlar (9 gün x 2000$ = 18000$). Cavabdeh tərəfindən iş yerinə 8 fevral 2020-ci il tarixdən 11 fevral 2020-ci il tarixə kimi 4 gün ərzində dizel yanacağı, 8 mart 2020-ci ildən 11 mart 2020-ci ilə kimi 4 gün kran verilməməsi səbəbindən iş dayanmışdır (4 gün x 700$ + 4 gün x 700$ = 5600$). 2020-ci ilin mart ayının əvvəllərində məlum olmuşdur ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Müqavilə üzrə üzərinə götürdüyü daha bir öhdəliyi yerinə yetirməmiş, İran İslam Respublikasından gətirilmiş və 6 ay müddətinə, 06 mart 2020-ci ilə kimi müvəqqəti idxal xüsusi gömrük proseduru altına yerləşdirilmiş tunelqazan aparata tətbiq edilmiş gömrük rüsumu və vergisindən ibarət gömrük xərclərini ödəməmişdir. İddiaçı cavabdehdən öhdəliyini yerinə yetirməsini tələb etmiş, lakin cavabdeh bundan imtina etmiş, aralarında narazılıq yaranmışdır. Buna görə iddiaçı DGK-nin Qərb Ərazi Baş Gömrük İdarəsinin hesabına 27583,44 manat məbləğində gömrük xərclərini ödəməyə məcbur olmuşdur. Bundan sonra, 01 aprel 2020-ci ildən 01 iyul 2020-ci ilə kimi cavabdehin iş yerini separatorla təchiz etməməsi nəticəsində iddiaçı 90 gün ərzində boş dayanmalı olmuşdur (90 gün x 4000$ = 360000$). İddiaçının cavabdehə ünvanladığı 21 oktyabr 2020-ci il tarixli məktubda (pretenziya) həmin müddət mexaniki səhv olaraq 60 gün göstərilmiş, nəticədə kompensasiya məbləği 120000 ABŞ dolları hesablanmışdır. Boşdayanmaların cavabdehin öhdəliyinin icrasını gecikdirməsi səbəbindən baş verməsi faktları İddiaçı səlahiyyətli nümayəndəsi Safari Shahramın tərtib etdiyi, özü ilə yanaşı sifarişçi və podratçının işçiləri X3, X4, X5, Fikrət Ələsgərov və X1 imzaladıqları gündəlik sənədlərlə təsdiq olunmuşdur. Cavabdehin öhdəliyini yerinə yetirməməsi, öhdəliyinin icrasını gecikdirməsi səbəbindən iddiaçı ilə aralarında yaranmış narazılıqlardan sonra cavabdeh 01 iyul 2020-ci il tarixdə müqavilədən birtərəfli qaydada imtina etmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi Nümayəndə 29 aprel 2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndinə əsasən tunelqazan aparatın Azərbaycan Respublikasına gətirilməsi və ölkədən çıxarılması ilə bağlı bütün xərclər sifarişçi (cavabdeh "xxxx" MMC) tərəfindən ödənilməlidir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmiş, iddiaçı tərəfindən İran İslam Respublikasından gətirilmiş və müvəqqəti idxal xüsusi gömrük proseduru altına yerləşdirilmiş tunelqazan aparata tətbiq edilmiş gömrük rüsumu və vergisindən ibarət gömrük xərclərini ödəməmişdir. İddiaçı cavabdehdən öhdəliyini yerinə yetirməsini tələb etmiş, lakin cavabdeh bundan imtina etmiş, aralarında narazılıq yaranmışdır. Buna görə iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin hesabına 27583,44 manat məbləğində gömrük xərclərini ödəməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsindən əldə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, özüyeriyən tunelqazan aparatı 10 sentyabr 2019-cu il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilərkən iddiaçı tərəfindən gömrük bəyannaməsi üzrə 1616,60 manat gömrük rüsumu, ölkədən 10 noyabr 2020-ci il tarixdə əks istiqamətə çıxarılarkən 1451,40 manat gömrük rüsumu ödənilmişdir. Bundan əlavə aylıq ödənişin məbləği 4601,37 manat təşkil etdiyindən 14 ay ərzində iddiaçı hər ay 4601,37 manat olmaqla, cəmi 64418,76 manat ödəniş etmişdir. Ödənişlərin gecikdirilməsinə görə iddiaçı 600 manat cərimə ödəməyə məcbur olmuşdur. Bundan başqa, iddiaçı hər ay 37 manat, cəmi 518 manat məbləğində ƏDV ödəmiş, gömrük xərclərinə cəmi 68604,76 manat sərf etmişdir. Bundan əlavə, cavabdehin digər bir öhdəliyini yerinə yetirməməsi, əcnəbi işçilər üçün iş vizası almaması səbəbindən iddiaçının nümayəndələri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4 və 578.1-ci maddələri ilə məsuliyyətə cəlb edilərək 3400 manat məbləğində inzibati cərimə ödəməyə məcbur olmuşlar. Göstərilən xərclər cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsində baş verdiyindən onun tərəfindən ödənilməlidir. Buna görə də, həmin hissədə vulmuş ziyanın məbləğinin 72004,76 (68604,76 + 3400) manat olması nəzərə alınmaqla iddia tələbinin həcmi artırılmalıdır. Göstərilənlərə əsasən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən podrat müqaviləsi üzrə öhdəliyini icra etmədiyinə görə podratçıya ödəməli olduğu 596500 ABŞ dolları məbləğində kompensasiyanın ödənilən anda manatla məzənnəsinin, vurduğu 72004,76 manat ziyan məbləğinin və dövlət rüsumu kimi ödənilmiş 1311 manat pulun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə 11 aprel 2022-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçındən 36000 (otuz altı min) ABŞ dolları məbləğində pulun ödəmə gününə manatla alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti əsas sifarişçidən götürdüyü öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar cavabdeh şirkətlə müqavilə bağlamış və Gəncə ərazisində torpaq altı qazıntı işlərinin görülməsini ona həvalə etmişdir. Ərazidə geoloji araşdırma aparmayan və torpağın münbitliyini öyrənməyən cavabdeh işlərə başlayandan sonra müvəqqəti idxal proseduru qaydasında ölkəyə gətirdikləri qazma maşınının işlədilməsində qüsurlara yol vermiş və daşlıq ərazidən keçməyən nəqliyyat vasitəsi qırılaraq işi yerinə yetirə bilməmişdir. Öz üzərinə götürdüyü öhdəliyə əsasən cavabdeh sifarişçidən 51000 manat köçürmə ilə, 50000 ABŞ dolları (manatla 85000 manat) isə nağd şəkildə, cəmi 136000 manat məbləğində pul almışdır. Müqavilə şərtlərində hesablanma ABŞ dolları ilə nəzərdə tutulduğundan ödənilən məbləğ 80000 ABŞ dolları məbləğində edir. Məhkəmə araşdırması zamanı da cavabdeh İddiaçı nümayəndəsi 70000 ABŞ dolları pulu sifarişçidən aldıqlarını və görməli olduqları işin yarısını gördüklərini təsdiqləmişdir. Yəni, öhdəlik üzrə görülməli olan 100 metrlik işin yalnız 80 metri görülmüşdür. Bu isə hər metri 550 ABŞ dollarından hesablanmaqla 44000 ABŞ dolları edir. Belə olan təqdirdə cavabdeh tərəfindən 36000 ABŞ Dolları məbləğində pul geri qaytarılmalıdır. İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən 29 aprel 2022-ci il tarixdə məhkəməyə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi qarşılıqlı iddia ərizəsinə yazılı etirazını təqdim etmişdir və etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilədə 100 metr uzunluğunda mikrotunelinq işlərinin görülməsinə dair hər hansı göstəriş yoxdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəməyə müvafiq sənədləri təqdim etməsə də, məhz İddiaçı tərəfindən məhkəmədə 80 metr uzunluğunda tunelin qazılması və buna görə 51000 manat və 50000 ABŞ dollarının alınması etiraf edilmişdir. Lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən artıq ödənilmiş 36000 ABŞ dolları ona ödənilməməlidir. Belə ki, tərəflər arasında müqavilə bağlanıb. Podratçı tərəfindən işə başlandıqdan 2 ay sonra sifarişçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müqavilənin 6.2, 6.3 və 6.4-cü bəndlərinin tələblərini yerinə yetirməməsi, yəni iş yerinin, qaldırıcı kran, torpaq daşınması üçün avtomaşın, dizel yanacağı, işçi qüvvəsi, su və s. materiallarla təmin edilməməsi səbəbindən iş dayanmışdır. Həmin vaxt sifarişçinin maliyyə sıxıntılarının olmasını nəzərə alaraq işin dayanmaması üçün tərəflər razılığa gəlmişlər ki, sifarişçinin göstərilən öhdəlikləri podratçı tərəfindən qarşılanmaqla mikrotunelinq işlərinin 1 metrinə görə müqavilədə nəzərdə tutulduğu kimi 550 ABŞ dolları deyil, 1000 ABŞ dolları ödəniləcəkdir. Buna görə də sifarişçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 80 metr uzunluğunda mikrotunelinq işlərinə görə İddiaçınə həmin hesabla 80000 ABŞ dolları ödənilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsində İddiaçı tərəfindən 12 ay ərzində 6 nəfər işçi üçün hər ay 600 manat, gözətçi üçün 300 manat, cəmi 39600 manat əmək haqqı, işçilər üçün 2 mənzilə görə ayda 900 manat olmaqla, cəmi 10800 manat ödənilmiş, işçilərə vaxtında iş icazəsi alınmadığına görə 3400 manat cərimə ödənilmiş, qaldırıcı kran üçün 10000 manat, dizel yanacağına 20000 manat, su təchizatına təxminən 3000 manat, qazılmış torpağın daşınmasına 2000 manat pul, cəmi 88800 manat xərclənmişdir. Göründüyü kimi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırda tələb etdiyi 36000 ABŞ dollarının (məzənnə ilə 61200 manat) qarşılığında İddiaçı bundan 17600 manat artıq, cəmi 88800 manat pul xərcləmişdir. Buna görə də, qarşılıqlı iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi Nümayəndə yazılı çıxış təqdim edərək izahatında iddia ərizəsini müdafiə edib qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, ilkin iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia ərizəsinin rədd edilməsi və qarşılıqlı iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni, qarşılıqlı iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin və qarşılıqlı iddia ərizələri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, sifarişçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə podratçı İddiaçı arasında Gəncə şəhərində “Full Face” aparatı vasitəsi ilə 5000 m məsafədə 1000 mm ölçüdə mikrotunelinq işlərinin görülməsi üçün müqavilə bağlanmışdır. Müqavilənin 3-cü bəndinə əsasən 1000 mm ölçülü X11 aparatının lazım olan su çəlləyi və ya saykelon va dizel generatoru ve separator plantı istisna olmaqla, ona aid digər hissələri ilə birlikdə əldə edilməsi, müqavilə tərəflərinin razılaşdığı kimi bir neçə növbəli işdə təcrübəli mütəxəssis operatorlar və köməkçi operatorlardan istifadə etmək və əvvəlcədən deyilmiş amillərin məvaciblərinin ödənilməsi, mikrotuninq aparatının təmir və servis xərcləri, eləcə də aparata lazım olan ehtiyat hissələri və istifadə olunan maddələr və aparatın texniki işlərinin xərcləri podratçının öhdəsinə düşür. Həmin müqavilənin 4-cü bəndinə görə müqavilənin ilkin müddəti İran təqvimi ilə üç ildir və tərəflər arasında razılaşma əldə olunarsa, bu müddət artırıla bilər. Mikrotuninq müqavilə üzrə ilkin metrajı nəzərə alınaraq 1000 mm ölçülü boru ilə yerinə yetirilməsi üçün icra planı təsdiqləndikdən və təqdim edildikdən sonra torpağın mexaniki baxımdan tədqiq edilməsi və sifarişçi bəndindəki öhdəliklərə riayət etməklə hər ay 30 gün olmaqla icrası mümkün olan 170 m. uzunluqda və sifarişçinin xahişi ilə işin sürətləndirilməsi təklif olunduğu hallarda tərəflərin yazılı razılığı ilə mümkün sürətdə işlərin sürətləndiriləcəkdir və bu razılaşma bu müqavilənin ayrılmaz hissəsi olaraq ona qoşma və əlavə ediləcəkdir. Həmin müqavilənin 6-cı bəndinə görə sifarişçinin öhdəliklərinə daxildir: 1) aparatın daşınaraq gətirilməsi və layihə yerində yerləşdirilməsi üçün lazım olan xərclərin ödənilməsi, zəruri olan lisenziyaların alınması istiqamətində lazım olan işlərin görülməsi və zəmanətlərin verilməsi, eləcə də podratçının xeyrinə olan vaxtlarda aparatların xaric edilməsinə şəraitin yaradılması üçün lazım olan zəmanətlərin verilməsi; 2) Aşağıdakı hallar üçün qaldırıcı kran, treyler, yük maşını, eləcə də istənilən sayda işçi qüvvəsi, tanker və istənilən sayda və ölçüdə digər ləvazimatların təmin edilməsi - a) ilkin quraşdırma üçün aparatların yerlərinin dəyişdirilməsi; - b)qazıntı yerinə köçürülməsi üçün aparatın yerdəyişməsi; - c) mikrototununq aparatlarından torpaq, maddə və xaric olunası materialların daşınması; - d) anbarlarda və saykolonda aparat üçün lazım olan zəruri miqdarda suyun təmini; - e) iş əsnasında aparata lazım olan işlərin görülməsi üçün şirkətin aperatorları və nümayəndələri tərəfindən daşınma işləri və aparatın yerinin dəyişdirilməsi və zəruri servis xidmətləri; 3) Layihənin icrası zamanı istənilən vaxtda podratçının işçi personallarının iş başına çatdırılması məqsədilə uyğun avtomobil və sürücünün təmin edilməsi və bununla bağlı xərclərin ödənilməsi; 4) Şirkətin işçi personalının məskunlaşması məqsədilə lazımi səviyyədə rifah şəraitinin yaradılması şərtilə iki ev, maksimum 7 yerlik yerin təmin edilməsi və bununla bağlı xərclərin ödənilməsi və bu yerlərdə ilin müxtəlif fəsillərində qızdırma və soyutma məsələsinin də nəzərə alınması; 5) Aparatını quraşdırılması və layihənin icra edilməsinə lazım olan şəraitin yaradılması üçün uyğun yerin hazırlanması baxımından qazıntı və platformanın qazılması və bundan sonra hər hansı yolla olursa olsun ilkin razılaşma sənədlərində müəyyən edilmiş əsaslı lükun inşa edilməsi (Platformaların təkmilləşdirilməsi və aparatın dayaq hissəsinin burulması, eləcə də mikrotuninq aparatlarının oturacağı və eniş-yoxuşunun hazırlanması xüsusunda, eləcə də əməliyyatlar, lazım olan işçi qüvvəsi və materialların, texniki göstəricilər və ilkin müqavilədə sifarişçinin öhdəsinə düşən digər məsələlərin təmin edilməsi podratçının öhdəliyinə daxil deyil); 6) Lazım gəldikdə bentonitin və aparat üçün lazım olan miqdarda standart hidravlika yağının əldə edilməsi, daşınması və hazır vəziyyətə gətirilməsi; 7) Tərəflər arasında maliyyə təbadülatının aparılması məqsədilə hesabın açılması xüsusunda lazım olan təzminatların təqdim edilməsi, işin nəzarətdə saxlanılaraq bütün lazımi xərclərin ödənişi üçün podratçı və podratçı amilləri ilə əməkdaşlıq etmək, layihə başa çatanadək təkrar şəkildə vizanın alınması, podratçı və onunla gəlmiş olanlar üçün Azərbaycan Respublikasında oturum almaq, mümkün olduğu təqdirdə podratçıya aid olan istənilən növ kəsrlərin, o cümlədən vergi, ƏDV, sığorta və digər maddi məsələlərin alınması hüquqi və maddi baxımdan sifarişçinin öhdəliyinə daxildir. (Açıqlama: Hər ay görülmüş işin vergisi və ƏDV-si mühasibatçı tərəfindən hesablanmalı və sifarişçi tərəfindən podratçının hesabına ödəniş edilmək üçün təqdim edilməlidir və yuxarıda qeyd olunan ödəmələr sifarişçinin yerinə yetirməli olduğu öhdəliklərdən hesab olunur) və s. Həmin müqavilənin 7-ci bəndinə görə sifarişçi istənilən səbəb üzündən öz öhdəliyinin icrasının yerinə yetirilməsində (işin icrasına dair ilkin vaxt qrafiki həmin müqaviləyə qoşma edilmişdir və müqavilənin tərkib hissəsi hesab olunur) gecikmə və təxir üzündən podratçıya dəymiş ziyanın bir hissəsinin kompensasiya edilməsi məqsədilə gecikdirilmiş hər bir günün müqabilində 700 dollar cərimə olunaraq hesablanıb podratçının alacağı məbləğinə əlavə ediləcəkdir və podratçı bu məbləği sifarişçidən tələb etmə hüququna malikdir. Cərimə məbləği müqavilə üzrə razılaşdırılmış və qoşma edilmiş qrafikə uyğun olaraq sifarişçinin öhdəliklərinə başladığı andan etibarən daşınma və son çıxış vaxtınadək nəzərdə tutulacaqdır. Müqavilənin 14-cü bəndinə əsasən işin (vəzifə və hüquqların şərhinə uyğun olaraq) və 1000 mm-lik mikrotununqin icrası üçün uzunluğuna hər bir metrə görə 550 ABŞ dolları nəzərdə tutularaq mikrotuninqin hər bir mərhələsinin icrasından sonra 3-cü bəndə uyğun olaraq sifarişçi tərəfindən podratçının hesabına köçürülməlidir. Açıqlama 1. Hər mərhələ dedikdə nə nəzərdə tutulur: Tərəflərə göstərilmiş və müqaviləyə qoşma edilmiş çertyojdakı iki platforma (qazıntı işinə başlanan nöqtə) arasındakı məsafə və bu məsafə dəyişkən və fərqlidir. Açıqlama 2. Qeyd etmək lazımdır ki, podratçının işin hər mərhələsinin yerinə yetirilməsi zamanında icra etmə tərzinin təsdiqlənmə işi gərək podratçının nümayəndəsi və sifarişçinin dövlət nümayəndəsi vasitəsi ilə baş tutmalıdır, podratçının problemi olduğu halda mümkün qədər nəzərə alınmalı və nöqsanın aradan qaldırılması haqda rapor sifarişçinin nümayəndəsi tərəfindən həmin bənddə əvvəlcədən deyilmiş metodla və əlbəttə ki, tərəflərin hüquq və vəzifələri riayət olunmaq şərtilə olmalıdır. Açıqlama 3. Ödənişdə gecikmə və təxir: Sifarişçi tərəfindən lazım olan araşdırmalara apanldıqdan və sifarişçinin təsdiqləri alındıqdan sonra 72 saatdan çox olmamaq şərtilə sifarişçi yuxarıda qeyd olunan zamandan 24 saat ərzində podratçının bütün borclarını ödəməlidir. Qeyd etmək lazımdır ki, hər gecikdirilmiş günə görə 300 dollar podratçının hesabına köçürülməsi nəzərdə tutulur və bu gecikdirmə 10 gündən artıq olarsa ümumilikdə müqavilə ləğv edilməli sifarişçi sazişin ləğvinə görə dəymiş ziyanı ödəməli olacaqdır və belə olan halda podratçı öz işçi personalını və aparatlarını öz ölkəsi istiqamətində ölkədən xaric edə bilər və çəkilmiş bütün xərclər sifarişçinin borcu kimi nəzərə alınıb qeyd olunacaqdır. Açıqlama 4: Bu müqavilə üzrə birinci ilkin ödəniş 50000 ABŞ zolları olmaqla aparat Azərbaycn Respublikası ərazisinə daxil olduqdan sonra podratçıya ödənilməlidir. Qabaqcadan ödənilmiş ilkin ödəniş (birinci və ikinci ödəniş) məbləğdən 4 faizin kəsr edilməsi belədir ki, podratçının fəaliyyətinin hesabatının hər məbləğindən kəsr edilir. Belə ki, müqavilənin sonunda əvvəlcədən ödəniş məbləği tam ödənilməlidir. Sifarişçi aparat layihənin icra ediləcəyi yerdə yerləşdirildiyindən sonra bu müqavilə üzrə ikinci ilkin ödəniş olaraq podratçıya 50000 dollar məbləğini ödəməlidir. Açıqlama 5: Müqavilənin başlanma tarixi 1000 mm ölçülü mikrotuling müqaviləsi bağladıqdan 15 gün sonradır. Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. - 762-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. İddiaçı Məhdud Məsuliyyətli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən podrat müqaviləsi üzrə öhdəliyini icra etmədiyinə görə pul tələb etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı özü müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Belə ki, özügedən tunelqazan maşın İran İslam Respublikasından 2019-cu ilin sentyabr ayında Gəncə şəhərinə gətirilmiş, müqavilənin 4-cü bəndində 1 ay müddətinə orta hesabla 170 m uzunluğunda mikrotunelinq işlərinin görülməsi qeyd olunsa da, lakin İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin elekton poçt ünvanına göndərdiyi 23 dekabr 2019-cu il tarixli məktubda 22 metr mikrotunelinq işləri görüldüyü qeyd olunmuşdur. İddiaçı tərəfindən 2020-ci ilin iyul ayına kimi cəmi 80 metr uzunluğunda mikrotunelinq işləri görülmüş və öhdəliyə tam əməl edilmədiyindən 2020-ci ilin iyul ayının 1-də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilədən imtina etmişdir. İddiaçı boşdayanma hallarına görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müqavilənin 7-ci bəndinə əsaslanaraq 596500 ABŞ dolları məbləğində kompensasiyanın ödənilən anda məzənnəsinin tutulmasını xahiş etmişdir. Məhkəmə həmin hissə ilə bağlı qeyd edir ki, müqavilənin 7-ci bəndinə əsasən sifarişçinin öhdəliyinin icrasını gecikdirməsi nəticəsində podratçıya dəyən ziyan kompensasiya olunarkən müqaviləyə əlavə olunan ilkin vaxt qrafikinin əsas götürüldüyü qeyd olunsa da, İddiaçı həmin sənədi məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqsiri üzündən boşdayanma hallarını təsdiq etmək üçün ilkin vaxt qrafikinin əvəzinə özünün möhürü və ad, soyadı, ata adı göstərilməyən 3 nəfər şəxsin imzaladığı sənədləri təqdim etmişdir. 01 iyul 2022-ci il tarixli məhkəmə iclasında dindirilən şahidlər – X3, X4 və X5 həmin sənədləri imzaladığını bildirsə də, həmin şəxslərin səlahiyyətli şəxs olmalarına dair sənədlər məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda İddiaçı müqavilənin 6-cı bəndinə istinad edərək özügedən tunelqazan maşınla bağlı ödənilmiş 68604,76 manat gömrük xərcləri və iş vizası alınmadığından iki əcnəbi işçinin inzibati məsuliyyətə cəlb edilərək inzibati cərimə olunmasına görə ödənilmiş 3400 manat pul olmaqla, cəmi 720004,76 manat zərərin əvəzinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı nümayəndəsi Nümayəndə və İddiaçı direktor müavini X2 izahatında özügedən tunelqazan maşın Azərbaycan Respublikasına gətirilərkən 4597 manat pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənildiyini bildirmişlər. Məhkəmə qeyd edir ki, sifarişçinin podratçı qarşısında olan öhdəliklərinin göstərildiyi müqavilənin 6-cı bəndində tunelqazan maşınla bağlı gömrük xərclərinin ödənilməsi barədə hər hansı bir müddəa öz əksini tapmamışdır. Həmçinin qeyd olunmalıdır ki, 2020-ci ilin iyul ayının 1-də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən podrat müqaviləsindən imtina edildiyi halda aparat 4 ay 10 gün sonra - 2020-ci il noyabrın 10-da ölkədən çıxarılmışdır. Bununla yanaşı bildirilir ki, İddiaçı nümayəndəsi Nümayəndə etirazında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 80000 ABŞ dollarından iki əcnəbi işçi iş vizası alınmadığından inzibati məsuliyyətə cəlb edildiyinə görə tətbiq edilmiş 3400 manat inzibati cərimənin ödənildiyini qeyd etmişdir. Bundan başqa "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 80 metr mikrotunelinq işi görüldüyü halda podratçıya 80000 ABŞ dolları ödəniş edildiyi qeyd edərək 36000 (otuz altı min) ABŞ dolları məbləğində pulun ödəmə gününə manatla məzənnəsinin alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə etirazında qeyd etmişdir ki, müqavilədə hər metrə görə 550 ABŞ dolları ödənilməsi qeyd olunsa da, tərəflər işin dayanmaması üçün hər metrə görə 1000 ABŞ dolları ödənilməsi barədə şifahi razılığa gəlmişlər və buna görə köçürmə yolu ilə 51000 manat, nağd şəkildə 50000 ABŞ dolları (cəmi 80000 ABŞ dolları) ödənilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin məbləği iş vizası alınmadığından iki əcnəbi işçinin inzibati məsuliyyətə cəlb edildiyinə görə tətbiq edilmiş inzibati cəriməyə, işçilərin əmək haqqına, onların mənzillə təmin olunmasına, dizel yanacağı, su təchizatı, torpağın daşınması və s. üçün xərcləmişdir. Qarşılıqlı iddia ərizəsi ilə bağlı məhkəmə qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 36000 (otuz altı min) ABŞ dolları məbləğində pulun İddiaçınə geri qaytarılmasını zəruri edən halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri əsassız olduğundan təmin edilməməlidir. İlkin və qarşılıqlı iddia ərizələri təmin edilmədiyinə görə ilkin iddia ərizəsi üzrə məhkəmə xərcləri iddiaçıya, qarşılıqlı iddia ərizəsi üzrə məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsi üzrə məhkəmə xərcləri İddiaçınə aid edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçınə qarşı verilmiş pul tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi üzrə məhkəmə xərcləri cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-248/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-248/2022
13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver