Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-293/2025 09.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı tərəfindən cavabdeh "Cənnət-Park" Mənzil Tikinti Kooperatinə qarşı verilmiş “icarə müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi, əmlakların boşaldılması və təhvil verilməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ M: İddiaçı 07 yanvar 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh "Cənnət-Park" Mənzil Tikinti Kooperatinə qarşı verilmiş “icarə müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi, əmlakların boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 08 yanvar 2025-ci il tarixdə İddiaçı nümayəndəsi Vəkil tərəfindən məhkəməyə ərizə təqdim edilərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Beləliklə, təsvir olunanlara əsasən hesab edirəm ki, İddiaçı nümayəndəsi Vəkil “iddia ərizəsinin qaytarılması” barədə ərizəsi təmin edilməli, İddiaçı tərəfindən cavabdeh "Cənnət-Park" Mənzil Tikinti Kooperatinə qarşı verilmiş “icarə müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi, əmlakların boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİM: İddiaçı nümayəndəsi Vəkil “iddia ərizəsinin qaytarılması barədə” ərizəsi təmin edilsin. İddiaçı tərəfindən cavabdeh "Cənnət-Park" Mənzil Tikinti Kooperatinə qarşı verilmiş “icarə müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi, əmlakların boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-293/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-293/2025
09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver