Məhkəmə qərarları › İş №e-2-2(119)-318/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-318/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-318/2020 15.09.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X10 qızının katibliyi, İddiaçı nümayəndəsi X9 oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 6500 (altı min beş yüz) manat məbləğində borc və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla - cəmi 6530 (altı min beş yüz otuz) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, sifarişçi Cavabdeh ilə icraçı İddiaçı arasında bağlanmış xx xxx 2017-ci il tarixli və xx xxxxxxx 2017-ci il tarixli xidmət göstərilməsinə dair iki müqavilə bağlanmışdır. Həmin Müqavilələrin predmetləri Sifarişçinin tapşırığı əsasında İcraçı tikilməkdə olan “Azərxalça” X8 tərəfindən layihələndirilən xalça istehsalı müəssisəsi binalarında daxili və xarici su və kanalizasiya, isitmə sistemlərinin işlərinin görülməsi olmuşdur. Müqavilələrin şərtlərinə əsasən həmin işlərinin icrası üçün sifarişçi Cavabdeh MMC tərəfindən icraçı İddiaçı hər iki müqavilə üzrə cəmi 50000 (əlli min) manat pul vəsaiti ödənilməli idi. İddiaçı tərəfindən həmin Müqavilələrdə göstərilmiş işlər tam həcmdə başa çatdırılaraq təhvil verilmişdir. Həmin işlərə görə sifarişçi Cavabdeh MMC tərəfindən xx xxxx 2017-ci ildən xx xxxxxx 2018-ci il tarixədək icraçı İddiaçı ümumilikdə 43500 manat pul ödənilmiş olsa da, 6500 manat məbləğində pul ödənilməmişdir. Bununla əlaqədar olaraq xx xxxxxx 2019-cu il tarixində cavabdehə pretenziya verilərək borclu olduğu 6500 manat məbləğində pulun ödənilməsi tələb olunmuş və əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin, yenədə cavabdeh öhdəliyi icra etməmiş və 6500 manat məbləğində pulu ödəməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh "Cavabdeh” X2 6500 manat məbləğində borc və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla - cəmi 6530 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi (qanuni təmsilçisi) məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin (qanuni təmsilçisinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxx 2017-ci il tarixli Xidmət Göstərilməsinə dair Müqavilədən görünür ki, “sifarişçi” Cavabdeh ilə “icraçı” İddiaçı oğlu (VÖEN **********) arasında bağlanmış həmin Müqavilənin şərtlərinə əsasən “icraçı” İddiaçı oğlu “sifarişçi” Cavabdeh sifarişi əsasında hazırkı Müqavilədə göstərilmiş şərtlərlə Quba, Xaçmaz, Qəbələ, İsmayıllı, Ağdam, Tovuz, Ağstafa, Qazax rayonları ərazisində tikilməkdə olan “Azərxalça” X8 tərəfindən layihələndirilən bir mərtəbəli xalça istehsalı müəssisəsi binalarında daxili və xarici su, kanalizasiya və isitmə sistemlərinin işlərinin görülməsini öz üzərinə götürmüşdür (Müqavilənin 1.1-ci bəndi). Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, “Sifarişçi” hazırkı Müqavilənin 1.1-ci bəndində göstərilmiş işlər üçün “İcraçı”ya 35000 (otuz beş min) manat ödəməlidir. Ödəniş görülən işlərə uyğun olaraq və hissə-hissə ödənilir. Ödəniş forması: bank köçürməsi yolu ilə 10 (on) bank günü ərzində həyata keçirilir (Avans olaraq da ödəniş edilə bilər). Həmin Müqavilənin 8.1-ci bəndinə əsasən, Müqavilənin müddəti xx xxx 2017-cı il tarixindən xx xxxxxx 2017-ci il tarixinədək müəyyənləşdirilmişdir. İş materiallarında olan xx xxxxxxx 2017-ci il tarixli Xidmət Göstərilməsinə dair Müqavilədən görünür ki, “sifarişçi” Cavabdeh ilə “icraçı” İddiaçı oğlu (VÖEN **********) arasında bağlanmış həmin Müqavilənin şərtlərinə əsasən “icraçı” İddiaçı oğlu “sifarişçi” Cavabdeh sifarişi əsasında hazırkı Müqavilədə göstərilmiş şərtlərlə Quba, Xaçmaz, Qəbələ, İsmayıllı, Ağdam, Tovuz, Ağstafa, Qazax rayonları ərazisində tikilməkdə olan “Azərxalça” X8 tərəfindən layihələndirilən bir mərtəbəli xalça istehsalı müəssisəsi binalarında daxili və xarici su, kanalizasiya və isitmə sistemlərinin işlərinin görülməsini öz üzərinə götürmüşdür (Müqavilənin 1.1-ci bəndi). Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, “Sifarişçi” hazırkı Müqavilənin 1.1-ci bəndində göstərilmiş işlər üçün “İcraçı”ya 15000 (on beş min) manat ödəməlidir. Ödəniş görülən işlərə uyğun olaraq və hissə-hissə ödənilir. Ödəniş forması: bank köçürməsi yolu ilə 10 (on) bank günü ərzində həyata keçirilir. Həmin Müqavilənin 8.1-ci bəndinə əsasən, Müqavilənin müddəti xx xxxxxxx 2017-cı il tarixindən xx xxxxxxx 2017-ci il tarixinədək müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, xx xxx 2017-ci il tarixli Xidmət Göstərilməsinə dair Müqavilənin və xx xxxxxxx 2017-ci il tarixli Xidmət Göstərilməsinə dair Müqavilənin şərtlərinə uyğun olaraq hər iki Müqavilə üzrə görülməli olan işlərə görə “sifarişçi” Cavabdeh tərəfindən “icraçı” İddiaçı oğluna cəmi 50000 (əlli min) manat (35000 (otuz beş min) manat + 15000 (on beş min) manat) məbləğində pul ödənilməlidir. İş materiallarında olan “Turanbank” X6 Sumqayıt filialı tərəfindən “xx xxxx 2017-ci ildən xx xxxxxxxx 2020-ci ilədək olan müddəti əhatə edən bank əməliyyatları” barədə tərtib edilərək verilmiş xx xxxxxxxx 2020-ci il tarixli Çıxarışdan görünür ki, Cavabdeh tərəfindən İddiaçı bank hesabına xx xxxx 2017-ci ildə 3500 manat, xx xxxx 2017-ci ildə 3500 manat, xx xxxx 2017-ci ildə 3500 manat, xx xxxx 2017-ci ildə 5000 manat, xx xxxx 2017-ci ildə 6000 manat, xx xxxxxx 2017-ci ildə 3000 manat, xx xxxxxx 2017-ci ildə 6000 manat, xx xxxxxxxx 2017-ci ildə 3000 manat, xx xxxxxxx 2017-ci ildə 3000 manat, xx xxxxxxx 2017-ci ildə 2000 manat, xx xxxxxx 2017-ci ildə 1000 manat, xx xxxxxx 2017-ci ildə 2000 manat və xx xxxxxx 2018-ci ildə 2000 manat (sonuncu ödəniş) məbləğlərində ödənişlər edilmişdir və həmin ödənişlərin cəmi məbləği 43500 (qırx üç min beş yüz) manat miqdarındadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, xx xxx 2017-ci il tarixli və xx xxxxxxx 2017-ci il tarixli Xidmət göstərilməsinə dair Müqavilələrin tələblərinə görə “sifarişçi” Cavabdeh sifarişi əsasında görülən işlərin müqabilində “icraçı” İddiaçı oğluna hər iki Müqavilə üzrə ümumilikdə cəmi 50000 (əlli min) manat məbləğində pul ödənilməli olduğu halda, Bank Hesabı vasitəsi ilə cəmi 43500 (qırx üç min beş yüz) manat məbləğdə ödəniş edilmiş və 6500 (altı min beş yüz) manat məbləğində pul vəsaiti isə ödənilməmişdir. Bununla da, cavabdeh (sifarişçi) Cavabdeh hərəkətləri məlum Müqavilələr üzrə yaranmış öhdəliklərin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi üzrə İddiaçı xeyrinə Cavabdehndən 6500 manat məbləğində borcun tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdehndən 6500 manat məbləğində borc İddiaçı xeyrinə tutulmalıdır. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233,358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 6500 (altı min beş yüz) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 6530 (altı min beş yüz otuz) manat məbləğində pul vəsaiti İddiaçı (VÖEN: **********) xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar