Məhkəmə qərarları › İş №e-2-2(119)-320/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-320/2020

24.04.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-320/2020 24.04.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Tağıyev Xəqani Qəhrəman oğlu – Kreditor ASC-nin “xxxx” KFT MMC-yə qarşı məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor ASC “xxxx” KFT MMC-yə qarşı məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizənin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinin tələblərinə uyğun olaraq, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, ərizədə tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gələn borcun tutulmasına dair məhkəmə əmrinin çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa, məhkəmə əmri verilə bilər. Məhkəmə hesab edir ki, lizinq müqaviləsi sadə əqd sayıla bilməz və buna görə hazırkı tələbə əmr icraatı qaydasında baxıla bilməz. Yəni, ərizəyə məhkəmə qaydasında baxılmalı deyil. Azərbaycan Respublikası MPM-nin 279.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olduğunu göstərir. Beləliklə, hazırkı ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığı üçün iddianın yolverilməzliyinə görə ərizənin qəbul olunmasından imtina edilməli və ərizəçiyə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü və 263- 264-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Kreditor ASC-nin “xxxx” KFT MMC-yə qarşı məhkəmə əmrinin çıxarılmasına dair ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunsun. Ərizəçiyə izah olunsun ki, bu məsələ ilə əlaqədar iddia icraatı qaydasında Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar