Məhkəmə qərarları › İş №e-2-2(119)-330/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-330/2021

21.01.2021 · Əmr icraatı - Fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-330/2021 21.01.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, kreditor Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Borclu qarşı əmr icraatı qaydasında verilmiş “borcun tutulması” barədə ərizəni nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: Kreditor Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə əmr icraat qaydasında Borclu qarşı “borcun tutulması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, “borcludan dövlət büdcəsinə 74463,59 manat borcun tutulması” barədə məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə əmrinin verilməsinə dair ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, kreditor Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi əmr icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, “Borclu dövlət büdcəsinə 74463,59 manat borcun tutulması” barədə məhkəmə əmrinin verilməsini xahiş etmiş və həmin tələb “vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi ödəyicisi olan Borclu xx xxxxxx 2020-ci il tarixinə dövlət büdcəsinə 74463,59 manat borcu yaranması” ilə əsaslandırılmışdır. Lakin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə vergi ödəyicilərinin vergi borclarının hesablanaraq dövlət büdcəsinə alınması üçün dövlət vergi orqanlarının kifayət qədər səlahiyyətləri vardır (vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri fəaliyyətlərini nizamlayan qanunvericilik normalarını bildikləri üçün hazırkı qərardadda onların bir-bir sadalanmasına ehtiyac yoxdur) və bunun üçün, yəni vergi borcunun hesablanaraq tutulması üçün - əlavə olaraq məhkəmə əmrinin və yaxud, qətnaməsinin qəbul edilməsinə zərurət yoxdur (vergi borclarının yığılması ilə əlaqədar hansı tədbirlərin görülməsi üçün məhkəməyə müraciət edilməli olması Azərbaycan Respublikası Vergi Məcəlləsində müəyyən edilmişdir). Eyni zamanda, qeyd etmək lazımdır ki, vergi ödəyiciləri tərəfindən mübahisələndirilməyən vergi borclarının dövlət büdcəsinə alınması məqsədilə vergi orqanları tərəfindən qaldırılan iddialar vergilərin dövlət büdcəsinə ödənilməsi prosesinin müddətini lüzumsuz olaraq uzada bilər. Buna görə də, vergi orqanlarının səlahiyyətlərini və vergi borclarının hesablanaraq yığılmasını nizamlayan qanunvericilik aktlarına əsasən inzibati orqan olaraq dövlət vergi orqanlarına bu sahədə müvafiq qərarların qəbul edilməsi üçün kifayət qədər səlahiyyətlər verilmişdir və həmin qanunvericilik aktlarının tələblərinə görə vergi borclarının hesablanaraq tutulması üçün məhkəmə aktının qəbul edilməsi tələb olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə - hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 279.1-ci maddəsinə əsasən, məhkəmə - məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir. Həmin Məcəllənin 279.3-cü maddəsinin tələblərinə görə, məhkəmə əmrinin verilməsi haqqında ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 276 və 279-cu maddələrini rəhbər tutub, QƏRARA A L D İ: Kreditor Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Borclu qarşı əmr icraatı qaydasında verilmiş “borcun tutulması” barədə ərizənin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar