Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-333/2025 06.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Cavabdeh qarşı verilmiş “icarə haqqı borcunun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “icarə haqqı borcunun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22 noyabr 2024-cü il tarixə dövlət mülkiyyətində olan torpaq sahəsindən istifadəyə görə dövlət büdcəsinə olan 599,8 (beş yüz doxsan doqquz manat, səksən qəpik) manat məbləğində icarə haqqı borcunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xızı rayon İcra hakimiyyəti başçısının 21 dekabr 2004-cü il tarixli 208 nömrəli sərəncamı və Xızı rayon İcra Hakimiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 dekabr 2004-cü il tarixli 85 nömrəli torpaq icarəsi müqaviləsi əsasında dövlət torpaq fondundan 500 ha torpaq sahəsi icarəyə verən tərəfindən icarəçiyə 15 il müddətinə icarəyə verilmişdir. Həmin icarə müqaviləsi üzrə icarə haqqı müvafiq qaydada ödənilmədiyi üçün cavabdehin dövlət büdcəsinə 599,8 (beş yüz doxsan doqquz manat, səksən qəpik) manat məbləğində icarə haqqı borcu yaranmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan Xızı rayon İcra hakimiyyəti başçısının 21 dekabr 2004-cü il tarixli 208 nömrəli sərəncamından görünür ki, dövlət fondu torpağı olan 11 nömrəli “Şxan” qış otlağı ərazisindən 500 hektar torpaq sahəsi 15 il müddətinə Cavabdeh icarəyə verilmişdir. İş materiallarında olan 22 dekabr 2004-cü il tarixli torpaq sahəsinin verilməsi barədə təhkim aktından görünür ki, Xızı rayon İcra hakimiyyəti başçısının 21 dekabr 2004-cü il tarixli 208 nömrəli sərəncamı ilə Cavabdeh icarəyə verilmiş torpaq sahəsinə baxış keçirilmiş və həmin torpaq sahəsi Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan icarəyə verən (Xızı rayon İcra hakimiyyəti) və icarəçi (Cavabdeh) arasında bağlanmış 21 dekabr 2004-cü il tarixli 85 nömrəli torpaq icarəsi müqaviləsinin 1.1-ci bəndinə əsasən, icarəyə verən icarə əsasında sahəsi 500 ha olan torpaq sahəsini icarəçiyə 15 il müddətinə istifadəyə verir, icarəçi isə onu qəbul edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, icarəçi hər il üçün icarə haqqını ödəməyi öhdəsinə götürür. İcarə haqqı tərəflərin razılığı ilə keçirilən hərracın və müsabiqənin nəticəsindəki satış qiyməti və aidiyyəti icra orqanları tərəfindən müəyyən olunmuş normativ qiymətlər əsasında müəyyənləşdirilir və ödənilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, icarə haqqı 01 yanvar 2005-ci il tarixdən hesablanır. Həmin müavilənin 3.3-cü bəndinə əsasən, icarəçi hər il torpaq vergisi nəzərə alınmaqla ******* manat icarə haqqı ödəməyi öhdəsinə götürür. Həmin müavilənin 5.2-ci bəndinə əsasən, torpaq sahəsindən istifadəyə görə icarə haqqını və digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsidir. İş materiallarına əlavə edilmiş Cavabdeh aid olan şəxsi hesab vərəqəsindən görünür ki, Cavabdeh 08 yanvar 2025-ci il tarixinə torpaq icarəsi müqaviləsi üzrə 600 manat məbləğində icarə haqqı borcu vardır. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 706.2-ci maddəsinə əsasən, torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 23-cü maddəsinə əsasən, torpaq sahəsindən istifadəyə görə icarə haqqını və digər tədiyələri vaxtında ödəmək icarəçinin vəzifəsidir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli 116 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən, həmin Qanunun 14-cü maddəsinin doqquzuncu abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, dövlət mülkiyyətində olan digər torpaqlara münasibətdə isə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.9-cu yarımbəndinə əsasən, dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Dövlət Vergi Xidmətinin vəzifələrindən biridir. Həmin Əsasnamənin 4.0.27-ci yarımbəndinə əsasən, dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Dövlət Vergi Xidmətinin hüquqlarından biridir. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, Xızı rayon İcra hakimiyyəti və Cavabdeh arasında 21 dekabr 2004-cü il tarixli 85 nömrəli torpaq icarəsi müqaviləsi bağlanılmış, icarəyə verən qismində çıxış edən Xızı rayon İcra hakimiyyəti başçısı müqavilə öhdəliklərinə uyğun olaraq həmin müqavilənin predmeti olan torpaq sahəsini cavabdehin istifadəsinə versə də, icarəçi qismində iştirak edən cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək aylıq icarə haqqını tam olaraq ödəməmiş və bununla da öhdəliyini lazımınca yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və 21 dekabr 2004-cü il tarixli 85 nömrəli torpaq icarəsi müqaviləsi üzrə cavabdehdən 599,8 manat məbləğində icarə haqqı borcu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, hazırkı iddia tələbi üzrə ödənilməli dövlət rüsumunun məbləği 30 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən dövlət nəfinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 21 dekabr 2004-cü il tarixli 85 nömrəli torpaq icarəsi müqaviləsi üzrə 599,8 manat məbləğində icarə haqqı borcu tutularaq dövlət büdcəsinə ödənilməli, həmçinin cavabdehdən dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 21 dekabr 2004-cü il tarixli 85 nömrəli torpaq icarəsi müqaviləsi üzrə 22 noyabr 2024-cü il tarixinə hesablanmış 599,8 (beş yüz doxsan doqquz manat, səksən qəpik) manat məbləğində icarə haqqı borcu tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-333/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-333/2025
06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver