Məhkəmə qərarları › İş №e-2-2(119)-42/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-42/2020

09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-42/2020 09.10.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X19 qızının katibliyi, iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) X8 nümayəndəsi X6, cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Şamaxı rayonu Mirikənd Bələdiyyəsinin nümayəndəsi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bayramov Cabbar Bayram oğlunun iştirakı ilə, X2 cavabdeh Şamaxı rayonu Mirikənd Bələdiyyəsinə qarşı “torpaq sahəsindən çıxarılma və zərərin ödənilməsi” tələbi barədə və birləşdirilmiş iş üzrə iddiaçı Şamaxı rayonu Mirikənd Bələdiyyəsinin cavabdehlər X9 və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X12rşı “icarə müqaviləsinin və şəhadətnamənin ləğv edilməsi” tələbi barədə iddia ərizələrinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 xx xxxxxx 2019-cu ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Şamaxı rayonu Mirikənd Bələdiyyəsinə qarşı “torpaq sahəsindən çıxarılma və zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şamaxı rayon Mirikənd Bələdiyyəsinin onun xüsusi mülkiyyətində olan Şamaxı-Meysəri yolunun sol kənarında yerləşən 8 ha torpaq sahəsindən və daimi istifadəsində olan 20 hektar torpaq sahəsindən çıxarılması, tikililərin bərpa edilməsi və əldən çıxmış 100000 manat məbləğində faydanın cavabdehdən alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxxx 2017-ci ildə iddiaçı Şamaxı rayonu Mirikənd Bələdiyyəsinin cavabdehlər X9 və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X12rşı “icarə müqaviləsinin və şəhadətnamənin ləğv edilməsi” tələbi barədə iddia ərizəsiilə Şamaxı rayon Məhkəməsinə müraciət edərək, Şamaxı rayon Qaravəlli Bələdiyyəsinin xx xxxx 2005-ci il tarixli 07 saylı qərarı ilə Qaravəlli kənd ərazisində yerləşən 20 ha örüş sahəsinin icarəyə verilməsinə dair Bələdiyyə ilə X11 arasında bağlanmış xx xxxx 2005-ci il tarixli müqavilənin və X8 adına verilmiş torpaqdan müvəqqəti istifadə hüququna dair JN-7692, KOD 41013028 saylı şəhadətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şamaxı rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Şamaxı rayonu Mirikənd Bələdiyyəsinin həmin iddiası təmin edilmiş olsa da, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadına əsasən həmin Qətnamə ləğv edilmiş və həmin iddia tələbinə dair iş aidiyyəti üzrə iqtisadi qaydada baxılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Həmin kommersiya işi xx xxxxxx 2020-ci ildə Sumqayıt Kommersiya Məhkəməsinin icraatına daxil olmuşdur Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-2(119)-112/2020 nömrəli qərardadı ilə iddiaçı Şamaxı rayonu Mirikənd Bələdiyyəsinin cavabdehlər X9 və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X12rşı “icarə müqaviləsinin və şəhadətnamənin ləğv edilməsi” tələbi barədə iddia ərizəsinə dair 2-2(119)-112/2020 nömrəli kommersiya işi X2 cavabdeh Şamaxı rayonu Mirikənd Bələdiyyəsinə qarşı “torpaq sahəsindən çıxarılma və zərərin ödənilməsi" tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-42/2020 nömrəli kommersiya işi ilə bir icraatda birləşdirilmiş və birləşdirilmiş kommersiya işinə e-2-2(119)-42/2020 nömrəsi verilmişdir. Həmin iş üzrə xx xxxxxxx 2020-ci ildə keçirilən məhkəmə baxış iclasında X2 və cavabdeh Şamaxı rayonu Mirikənd Bələdiyyəsinin nümayəndələri tərəfindən yuxarıda qeyd olunan məlum iddia ərizələrinə dair e-2-2(119)-42/2020 nömrəli kommersiya işi üzrə tərəflər arasında bağlanmış xx xxxxxxx 2020-ci il tarixli Barışıq Sazişi və yazılı ərizə (ərizədə və Barışıq Sazişində Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 5, 14, 52 və 191-ci maddələrinin tələblərinə istinad olunmuşdur) təqdim edilərək, həmin Barışıq Sazişinin məhkəmə tərəfindən təsdiq edilərək, işin icraatına xitam verilməsi xahiş olunmuşdur. Məhkəməyə təqdim edilmiş xx xxxxxxx 2020-ci il tarixli Barışıq Sazişinin məzmunu ilə müəyyən olunur ki, kommersiya işi üzrə tərəflər olaraq X11 və Şamaxı rayon Mirikənd Bələdiyyəsi yuxarıda qeyd olunan iddia tələbləri üzrə razılaşmaya gələrək, aşağıdakı məzmunda və şərtlərlə həmin Barışıq Sazişini imzalamışlar: - “ 1. X4 rayon Mirikənd Bələdiyyəsinə qarşı torpaq sahəsindən çıxarılma, vurulan ziyanın bərpa edilməsi və əldən çıxmış fayda barədə iddia tələbindən imtina edir.

2. X4 Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli 104 saylı sərəncamı ilə Şamaxı rayon Meysəri kənd sakini X5 ayrılmış Şamaxı rayon Qaravəlli kəndində yerləşən 20 ha torpaq sahəsi Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X5 verilmiş xx.xx.2003-cü il tarixli 136 saylı qeydiyyat vəsiqəsinə əsasən üzərində mülkiyyət hüququ rəsmiləşdirilmiş ümumi sahəsi 2274.4 kv. metr olan 3 ədəd tövlə və ümumi sahəsi 68.1 kv.metr olan 2 ədəd çoban evinə dair Şamaxı rayon Mirikənd Bələdiyyəsinə və digər şəxslərə qarşı hazırkı iddia predmeti ilə bağlı hər hansı iddia qaldırmayacağı barədə öhdəlik götürür, həmin torpaq sahəsinin Şamaxı rayon Mirikənd Bələdiyyəsinə məxsus olduğunu mübahisələndirmədən qəbul edir və həmin torpaq sahəsinə olan daimi istifadə hüququndan imtina edir.

3. X4 rayon Qaravəlli kəndində yerləşən 20 ha torpaq sahəsindən, o cümlədən Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X5 verilmiş xx.xx.2003-cü il tarixli 136 saylı qeydiyyat vəsiqəsinə əsasən üzərində mülkiyyət hüququ rəsmiləşdirilmiş ümumi sahəsi 2274.4 kv. metr olan 3 ədəd tövlə və ümumi sahəsi 68.1 kv. metr olan 2 ədəd çoban evinin yerləşdiyi torpaq sahəsinə fiziki və ya digər formada müdaxilə etməməyi öhdəsinə götürür.

4. Şamaxı rayon Mirikənd Bələdiyyəsi, X8 iddiadan imtinası və gələcəkdə Şamaxı rayon Qaravəlli kəndində yerləşən 20 ha torpaq sahəsindən, o cümlədən Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi Baş dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X5 verilmiş xx.xx.2003-cü il tarixli 136 saylı qeydiyyat vəsiqəsinə əsasən üzərində mülkiyyət hüququ rəsmiləşdirilmiş ümumi sahəsi 2274.4 kv. metr olan 3 ədəd tövlə və ümumi sahəsi 68,1 kv. metr olan 2 ədəd çoban evinin yerləşdiyi torpaq sahəsinə dair iddia qaldırmamağı, habelə həmin sahəyə fiziki və ya digər formada müdaxilə etməməyi müqabilində X9 150.000 (yüz əlli min) manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürür. Şamaxı rayon Mirikənd Bələdiyyəsi, bu saziş imzalandığı gündən 5 gün ərzində 150.000 (yüz əlli min) manat kompensasiyanı Barışıq Sazişi təsdiq edilən gün bank vasitəsilə X8 adına “AccessBank” Qapalı Səhmdar Cəmiyyətində açılmış hesaba köçürməyi öhdəsinə götürür.

5. Şamaxı rayon Mirikənd X1 qarşı "icarə müqaviləsinin və şəhadətnamənin ləğv edilməsi barədə" iddiasından imtina edir”. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara və Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 52-ci və 191-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, tərəflərin məhkəmə işini xx xxxxxxx 2020-ci il tarixli Barışıq Sazişi ilə qurtarmaları heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə qəbul olunmalıdır. Qeyd etmək lazımdır ki, xx xxxxxxx 2020-ci il tarixli Barışıq Sazişi birləşdirilmiş iş üzrə iddiaçı Şamaxı rayonu Mirikənd Bələdiyyəsinin “icarə müqaviləsinin və şəhadətnamənin ləğv edilməsi” tələbi barədə iddia ərizəsində ikinci cavabdeh qismində göstərilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X15 də hər hansı bir hüququnu və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.5-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə - hakim iş üzrə icraata xitam verməlidir. Beləliklə də, məhkəmə tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edirki, X2 cavabdeh Şamaxı rayonu Mirikənd Bələdiyyəsinə qarşı “torpaq sahəsindən çıxarılma və zərərin ödənilməsi” tələbi barədə və birləşdirilmiş iş üzrə iddiaçı Şamaxı rayonu Mirikənd Bələdiyyəsinin cavabdehlər X9 və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X12rşı “icarə müqaviləsinin və şəhadətnamənin ləğv edilməsi” tələbi barədə iddia ərizələrinə dair kommersiya işi üzrə tərəflər arasında bağlanmış xx xxxxxxx 2020-ci il tarixli Barışıq Sazişi təsdiq edilməli və həmin Barışıq Sazişinin təsdiq olunması ilə əlaqədar kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

X2 cavabdeh Şamaxı rayonu Mirikənd Bələdiyyəsinə qarşı “torpaq sahəsindən çıxarılma və zərərin ödənilməsi” tələbi barədə və birləşdirilmiş iş üzrə iddiaçı Şamaxı rayonu Mirikənd Bələdiyyəsinin cavabdehlər X9 və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X12rşı “icarə müqaviləsinin və şəhadətnamənin ləğv edilməsi” tələbi barədə iddia ərizələrinə dair kommersiya işi üzrə tərəflər arasında bağlanmış xx xxxxxxx 2020-ci il tarixli Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: - “ 1. X4 rayon Mirikənd Bələdiyyəsinə qarşı torpaq sahəsindən çıxarılma, vurulan ziyanın bərpa edilməsi və əldən çıxmış fayda barədə iddia tələbindən imtina edir.

2. X4 Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli 104 saylı sərəncamı ilə Şamaxı rayon Meysəri kənd sakini X5 ayrılmış Şamaxı rayon Qaravəlli kəndində yerləşən 20 ha torpaq sahəsi Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X5 verilmiş xx.xx.2003-cü il tarixli 136 saylı qeydiyyat vəsiqəsinə əsasən üzərində mülkiyyət hüququ rəsmiləşdirilmiş ümumi sahəsi 2274.4 kv. metr olan 3 ədəd tövlə və ümumi sahəsi 68.1 kv.metr olan 2 ədəd çoban evinə dair Şamaxı rayon Mirikənd Bələdiyyəsinə və digər şəxslərə qarşı hazırkı iddia predmeti ilə bağlı hər hansı iddia qaldırmayacağı barədə öhdəlik götürür, həmin torpaq sahəsinin Şamaxı rayon Mirikənd Bələdiyyəsinə məxsus olduğunu mübahisələndirmədən qəbul edir və həmin torpaq sahəsinə olan daimi istifadə hüququndan imtina edir.

3. X4 rayon Qaravəlli kəndində yerləşən 20 ha torpaq sahəsindən, o cümlədən Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X5 verilmiş xx.xx.2003-cü il tarixli 136 saylı qeydiyyat vəsiqəsinə əsasən üzərində mülkiyyət hüququ rəsmiləşdirilmiş ümumi sahəsi 2274.4 kv. metr olan 3 ədəd tövlə və ümumi sahəsi 68.1 kv. metr olan 2 ədəd çoban evinin yerləşdiyi torpaq sahəsinə fiziki və ya digər formada müdaxiləetməməyi öhdəsinə götürür.

4. Şamaxı rayon Mirikənd Bələdiyyəsi, X8 iddiadan imtinası və gələcəkdə Şamaxı rayon Qaravəlli kəndində yerləşən 20 ha torpaq sahəsindən, o cümlədən AzərbaycanRespublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi Baş dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X5 verilmiş xx.xx.2003-cü il tarixli 136 saylı qeydiyyat vəsiqəsinə əsasən üzərində mülkiyyət hüququ rəsmiləşdirilmiş ümumi sahəsi 2274.4 kv. metr olan 3 ədəd tövlə və ümumi sahəsi 68,1 kv. metr olan 2 ədəd çoban evinin yerləşdiyi torpaq sahəsinə dair iddia qaldırmamağı, habelə həmin sahəyə fiziki və ya digər formada müdaxilə etməməyi müqabilində X9 150.000 (yüz əlli min) manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürür. Şamaxı rayon Mirikənd Bələdiyyəsi, bu saziş imzalandığı gündən 5 gün ərzində 150.000 (yüz əlli min) manat kompensasiyanı Barışıq Sazişi təsdiq edilən gün bank vasitəsilə X8 adına “AccessBank” Qapalı Səhmdar Cəmiyyətində açılmış hesaba köçürməyi öhdəsinə götürür.

5. Şamaxı rayon Mirikənd X1 qarşı "icarə müqaviləsinin və şəhadətnamənin ləğv edilməsi barədə" iddiasından imtina edir”.

Barışıq Sazişinin təsdiq olunması ilə əlaqədar X2 cavabdeh Şamaxı rayonu Mirikənd Bələdiyyəsinə qarşı “torpaq sahəsindən çıxarılma və zərərin ödənilməsi” tələbi barədə və birləşdirilmiş iş üzrə iddiaçı Şamaxı rayonu Mirikənd Bələdiyyəsinin cavabdehlər X9 və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X12rşı “icarə müqaviləsinin və şəhadətnamənin ləğv edilməsi” tələbi barədə iddia ərizələrinə dair kommersiya işi üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar