Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-430/2023 11.05.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18820,5 (ƏDV daxil) manat məbləğində xidmət haqqı və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində mediasiya xərci olmaqla, cəmi 19020,5 (on doqquz min iyirmi manat əlli qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışıdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 22 iyun 2022-ci il tarixli MSA/AB-06/22 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə icraçı sifarişçinin tapşırığına əsasən müqavilənin əlavələrində təsvir olunan işləri həyata keçirib sifarişçiyə təhvil verməyi, sifarişçi isə işləri qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini icraçıya ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən sifarişçi tərəfindən icraçıya işlərin haqqının ödənişi mərhələlərlə yerinə yetirilmiş işlərə görə tərəflər arasında müvafiq təhvil-təslim aktı imzalandıqdan sonra icraçı tərəfindən təqdim edilmiş hesab sənədləri sifarişçi tərəfindən təsdiq olunan tarixdən 10 iş günü ərzində icraçıya ödənilir. İddiaçı müqavilə üzrə müəyyən olunan işləri yerinə yetirərək cavabdehə təhvil vermişdir. Lakin cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Belə ki, cavabdeh iddiaçının yerinə yetirib təhvil verdiyi işlərin dəyərini bu günə kimi tam şəkildə ödəməli olduğu halda, qismən ödəmiş, nəticədə iddiaçıya 18820,5 manat (ƏDV daxil) ödənilməyən borcu qalmışdır. İddiaçı cavabdehə pretenziya göndərərək ödənilməli olan xidmət haqqının 3 (üç) iş günü ərzində ödənilməsini xahiş etsə də, cavabdeh bu istiqamətdə hər hansı addım atmamışdır. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq iddiaçı mübahisənin həlli məqsədilə ilkin mediasiya sessiyasında iştirak etmişdir. Beləlilə, 18820,5 manat (ƏDV daxil) xidmət haqqı, o cümlədən ödənilmiş mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı 03 aprel 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edərək cavabdehdən 18820,5 (ƏDV daxil) manat məbləğində xidmət haqqı, mediasiya ilə əlaqədar ödənilmiş 200 manat mediasiya xərci və hüquqi yardımla əlaqədar ödənilmiş 400 manat məbləğində xidmət haqqı olmaqla, cəmi 19420,5 (on doqquz min dörd yüz iyirmi manat əlli qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı 11 aprel 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək cavabdehdən 18820 (ƏDV daxil) manat məbləğində xidmət haqqı, mediasiya ilə əlaqədar ödənilmiş 200 manat mediasiya xərci və hüquqi yardımla əlaqədar ödənilmiş 400 manat məbləğində xərc olmaqla, cəmi 19420 (on doqquz min dörd yüz iyirmi) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin, “iddia tələbinin həcminin artırılması” barədə ərizənin və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbində qeyd olunan borcu qəbul etdiklərini, şirkətin maliyyə vəziyyətində problemlər olduğu üçün borcu ödəyə bilmədiklərini, yaxın zamanlarda həmin məbləği ödəyəcəklərini qeyd etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin artırılması” barədə ərizəni, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan sifarişçi Cavabdeh ilə icraçı İddiaçı arasında bağlanmış 22 iyun 2022-ci il tarixli MSA/AB-06/22 nömrəli xidmət müqaviləsinin 1.1-ci bəndinə görə icraçı sifarişçinin tapşırığına əsasən bu müqavilənin əlavələrində təsvir olunan işləri həyata keçirib sifarişçiyə təhvil verməyi, sifarişçi isə işləri qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini icraçıya ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə görüləcək işlərin haqqı əlavələrdə göstərilən cədvələ uyğun olaraq hesablanacaqdır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən sifarişçi tərəfindən icraçıya işlərin haqqının ödənişi mərhələlərlə yerinə yetirilmiş işlərə görə tərəflər arasında müvafiq təhvil-təslim aktı imzalandıqdan sonra, icraçı tərəfindən təqdim edilmiş hesab sənədləri sifarişçi tərəfindən təsdiq olunan tarixdən 10 iş günü ərzində icraçıya ödənilir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən işlər tam həcmdə yerinə yetirildikdən sonra tərəflər arasında yekun təhvil-təslim aktı imzalanır. İş materiallarında olan sifarişçi Cavabdeh ilə icraçı İddiaçı arasında bağlanmış 22 iyun 2022-ci il tarixli MSA/AB-06/22 nömrəli xidmət müqaviləsinin həmin tarixli 1 nömrəli Əlavəsinə əsasən görüləcək iş və göstəriləcək xidmətlərin dəyəri 29264 manat (ƏDV daxil) təşkil edir. Sifarişçi müqavilə imzalandıqdan sonra 3 gün ərzində müqavilənin dəyərinin 10444 manat hissəsini icraçıya ödəməyi, qalan işin xidmət haqqını isə icraçı və sifarişçi tərəfindən akt imzalandıqdan sonra 3 iş günü ərzində ödənilməsini öz öhdəsinə götürür. İş materiallarında olan sifarişçi Cavabdeh ilə icraçı İddiaçı arasında bağlanmış 22 iyun 2022-ci il tarixli MSA/AB-06/22 nömrəli xidmət müqaviləsinin həmin tarixli 2 nömrəli Əlavəsinə əsasən görüləcək iş və göstəriləcək xidmətlərin dəyəri 2813,12 manat (ƏDV daxil) təşkil edir. Sifarişçi müqavilə imzalandıqan sonra 3 gün ərzində müqavilənin dəyərinin 100 %-ni icraçıya ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 22 iyul 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, 22 iyun 2022-ci il tarixli MSA/AB-06/22 nömrəli xidmət müqaviləsinin 1 nömrəli Əlavəsinə əsasən bu aktda qeyd olunmuş ümumilikdə 29264 manat (ƏDV daxil) dəyərində işlər yerinə yetirilərək sifarişçiyə təhvil verilmişdir. İş materiallarında olan 22 iyul 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, 22 iyun 2022-ci il tarixli MSA/AB-06/22 nömrəli xidmət müqaviləsinin 2 nömrəli Əlavəsinə əsasən bu aktda qeyd olunmuş ümumilikdə 2813,12 manat (ƏDV daxil) dəyərində işlər yerinə yetirilərək sifarişçiyə təhvil verilmişdir. İş materiallarından görünür ki, 22 iyun 2022-ci il tarixli MSA/AB-06/22 nömrəli xidmət müqaviləsinin 1 nömrəli Əlavəsi üzrə İddiaçı tərəfindən Cavabdehnə 29264 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 29 avqust 2022-ci il tarixli EBCC seriyalı 724004 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, 22 iyun 2022-ci il tarixli MSA/AB-06/22 nömrəli xidmət müqaviləsinin 2 nömrəli Əlavəsi üzrə İddiaçı tərəfindən Cavabdehnə 2813 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 20 iyul 2022-ci il tarixli EBCA seriyalı 364320 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankının kredit haqqıda bildirişlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçınə 22 iyun 2022-ci il tarixli MSA/AB-06/22 nömrəli xidmət müqaviləsi üzrə 04 iyul 2022-ci il tarixdə 8850,84 manat məbləğində avans, həmin müqaviləyə əsasən təqdim olunmuş EBCA seriyalı 364320 nömrəli elektron qaimə üzrə 20 iyul 2022-ci il tarixdə 2384 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan İddiaçı sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının ƏDV sub-uçot hesabına 04 iyul 2022-ci il tarixdə 1593,16 manat və 20 iyul 2022-ci il tarixdə isə 429,12 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan iddia tərəfindən tərtib olunaraq məhkəməyə təqdim edilmiş 19 aprel 2023-cü il tarixli maliyyə arayışından göstərilir ki, 22 iyun 2022-ci il tarixli MSA/AB- 06/22 nömrəli xidmət müqaviləsi üzrə icraçı ümumi dəyəri ƏDV daxil 32077,12 manat təşkil edən işləri yerinə yetirərək sifarişçiyə təhvil vermiş, sifarişçi isə həmin xidmətlərin müqabilində ƏDV daxil cəmi 13257,12 manat ödəmiş və onun qalıq xidmət haqqı borcu 18820 manat təşkil edir. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, Cavabdeh ilə icraçı İddiaçı arasında bağlanmış 22 iyun 2022-ci il tarixli MSA/AB-06/22 nömrəli xidmət müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı üzərinə düşən işləri yerinə yetirərək cavabdehə təhvil vermiş, lakin cavabdeh öhdəliyini tam icra etməyərək xidmət haqqını tam ödəməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 18820 manat məbləğində (ƏDV daxil) xidmət haqqının Cavabdehndən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, ödənilməmiş xidmət haqqının lazımi qaydada ödənilməsi ilə bağlı cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə bu mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlarla və eyni zamanda cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xidmət müqaviləsi üzrə cavabdeh öz öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir və buna görə də həmin müqavilə üzrə ödənilməmiş ƏDV daxil olmaqla 18820 manat məbləğində xidmət haqqıının cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. - 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdehndən (VÖEN **********) ƏDV daxil olmaqla 18820 manat məbləğində xidmət haqqı İddiaçı xeyrinə tutulmalıdır. Həmçinin, iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci və hüquqi yardımla əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində xərc də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eləcə də, Cavabdehndən dövlət nəfinə 146,46 (yüz qırx altı manat 46 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehndən (VÖEN **********) ƏDV daxil olmaqla 18820 (on səkkiz min səkkiz yüz iyirmi) manat məbləğində xidmət haqqı, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci və hüquqi yardımla əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində xərc olmaqla, cəmi 19420 (on doqquz min dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdehndən dövlət nəfinə 146,46 (yüz qırx altı manat 46 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-430/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-430/2023
11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver