Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-452/2021 04.03.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, Kreditor Açıq Səhmdar Cəmiyyəti tərəfindən Borclu qarşı əmr icraatı qaydasında verilmiş “borcun tutulması” barədə ərizəni nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: Kreditor Kreditor Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə əmr icraat qaydasında Borclu qarşı “borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, SR-2065 markalı, 701205 şassi nömrəli, E48192 mühərrik nömrəli taxılyığan kombayna görə 3 500 (üç min beş yüz) manat məbləğdə ödənilməmiş borc və 20 (iyirmi) manat dövlət rüsumu olmaqla, cəmi 3520 (üç min beş yüz iyirmi) manat məbləğində pul vəsaitinin Borclu tutularaq Kreditor ASC-yə (“xxxx” ASC-yə) ödənilməsi barədə məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə əmrinin verilməsinə dair ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Kreditor Açıq Səhmdar Cəmiyyəti əmr icraat qaydasında Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Borclu arasında bağlanmış xx xxx 2020-ci il tarixli 06/00173 nömrəli lizinq müqaviləsi əsasında yaranmış “3500 (üç min beş yüz) manat borc məbləğinin tutulması” barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Lakin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin “məhkəmə əmri verilə bilən tələblərin əsasları”nın müəyyən olunduğu 276-cı maddəsinə əsasən həmin tələbə əmr icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2-ci maddəsinin tələblərinə əsasən, tələb - sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa (maddə 276.2.2); tələb - ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə dair notarius tərəfindən verilmiş protestə əsaslanırsa (maddə 276.2.3); tələb - alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə (maddə 276.2.4); tələb hesablanmış, lakin işçiyə ödənilməmiş əmək haqqı barəsində verilmişdirsə (maddə 276.2.5); tələb - polis orqanları tərəfindən cavabdehin və ya borclunun axtarışı üzrə xərclərin alınması haqqında verilmişdirsə (maddə 276.2.6); tələb - fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması haqqında verilmişdirsə (maddə 276.2.7) – məhkəmə əmri verilə bilər. Göründüyü kimi, “lizinq münasibətləri” üzrə yaranmış borcun tutulması ilə bağlı məhkəmə əmrinin verilməsi - məhkəmə əmri verilə biləcək tələblərin dəqiq siyahısının təsbit olunduğu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276-cı maddəsində nəzərdə tutulmamışdır (lizinq müqaviləsi sadə yazılı formada bağlanmış əqd deyildir). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 279.2.1-ci maddəsinə əsasən, verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 276 və 279-cu maddələrini rəhbər tutub, Q Ə R A R A A L D İ: Kreditor Açıq Səhmdar Cəmiyyəti tərəfindən Borclu qarşı əmr icraatı qaydasında verilmiş “borcun tutulması” barədə ərizənin qəbul olunmasından imtina edilsin. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması, kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-452/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-452/2021
04.03.2021 · Əmr icraatı - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver