Məhkəmə qərarları › İş №e-2-2(119)-49/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-49/2022

29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-49/2022 29.07.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, iddiaçı “X2 San. ve Tic.Ltd.Şti"-nin nümayəndələri – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Nümayəndə3 oğlunun və Nümayəndə1, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 iştirakı ilə, iddiaçı “X2 San. ve Tic.Ltd.Şti" tərəfindən Cavabdehnə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X2 San. ve Tic.Ltd.Şti" 23 noyabr 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin hesabından ******* ABŞ dolları və 302700 avro həcmində borcun, əldən çıxmış fayda üçün ******* manatın, məhkəmə məsrəfləri üçün ödənilmiş 2000 manat (mediasiya xidməti, hüquqi xidmət, dövlət rüsumu) pulun tutularaq iddiaçı “X2 San. ve Tic.Ltd.Şti"-nin hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "X4 and Foundry Company" MMC ilə iddiaçı “X2 San. ve Tic.Ltd.Şti" arasında 09 iyul 2016-cı il tarixdən 28 noyabr 2019-cu il tarixədək olan dövrlərdə bağlanmış ümumən 15 fərqli müqavilələrdən "X4 and Foundry Company" MMC-nin “X2 San. ve Tic.Ltd.Şti"–yə ******* ABŞ dolları və 302700 avro həcmində borcu qalmışdır. 17 mart 2021-ci il tarixli bildirişdə cavabdeh "X4 and Foundry Company" MMC-nin rəhbərliyi də bu borcu təsdiq etmiş və tez müddətdə ödəyəcəyini bildirmişdir. Lakin keçən bu 5 aydan artıq müddət ərzində "X4 and Foundry Company" MMC üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Yuxarıda təsvir olunan mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi üçün mediatora müraciət olunmuş, lakin ilkin mediasiya sessiyasından sonra cavabdeh tərəf mediasiya prosesini davam etdirməkdən imtina etmiş və belə olan halda məsələnin həlli üçün məhkəməyə müraciət edilmişdir. Qeyd edilməlidir ki, cavabdeh "X4 and Foundry Company" MMC iddiaçı “X2 San. ve Tic.Ltd.Şti" arasında olan müqavilələrdən yaranan öhdəlikləri vaxtında yerinə yetirsəydi, yəni cavabdeh iddiaçı “X2 San. ve Tic.Ltd.Şti"–yə borclu olduğu ******* ABŞ dolları və 302700 avro həcmində borcu təxminən 2 ildən artıq müddətə əsassız yerə özündə saxlayıb qazanc əldə etməsəydi, iddiaçı bu müddət ərzində özünə aid olan bu puldan səmərəli istifadə edib, ən azı 2 milyon manat qazanc əldə etmiş olardı. Cavabdeh "X4 and Foundry Company" MMC iddiaçıya olan borcunu ödəməklə yanaşı, əlavə olaraq ******* manat əldən çıxmış faydanı da ödəməlidir. Bundan əlavə məhkəmədən öncə mediasiya prosesinin keçirilməsi ilə bağlı 400 manat məbləğində dövlət rüsumu da iddiaçı tərəfindən ödənilmiş və qəbz ərizəyə əlavə edilmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək iddiaçı “X2 San. ve Tic.Ltd.Şti" tərəfindən 08 fevral 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə (ərizənin mətnində “07 fevral 2022-ci il tarixi” göstərilmişdir) təqdim edilərək, Cavabdehndən ******* manat məbləğində əsas borc, müqavilə şərtləri əsasında bu borc üzrə öhdəliyini yerinə yetirmədiyi üçün 141533 manat məbləğində hesablanmış cərimə, 25528 manat məbləğində əldən çıxmış faydaya görə hesablanmış zərər əvəzi və 2290 manat məbləğində məhkəmə xərcləri (dövlət rüsumu və hüquqi xidmət) olmaqla, ümumilikdə ******* (üç milyon) manat məbləğində pulun tutularaq iddiaçı “X2 San. ve Tic.LTD.Şti"-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında iddiaçı “X2 San. ve Tic.Ltd.Şti”-nin cavabdeh "xxxx" MMC-yə olan 1 milyon 321 min 434 ABŞ dolları və 302700 Avro həcmində borcun və ödənilmiş dövlət rüsumunun, məhkəmə xərclərinin və əldən çıxmış faydanın, ümumilikdə 50000000 (beş milyon) manat pulun alınıb verilməsinə dair iş vardır. İş materiallarına əlavə edilmiş və tərəflər arasında bağlanmış 15 fərqli müqavilənin tərəflərin məsuliyyətinə dair bəndində qeyd olunur ki, “alıcı hesab tarixindən etibarən 20 gün ərzində ödəməni həyata keçirmədiyi halda vaxtında ödənilməyən məbləğin hər gecikdirilən gün üçün 0,05 faizini təşkil edən cəriməni satıcının hesabına ödəməlidir. Ümumi məbləğ müqavilə dəyərindən 5 faiz olmamaq şərtilə”. İşdə olan iddia tələbindən aydın olur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış 15 müqavilə üzrə ümumilikdə ******* manat pulu 1000 gündür ki, üzrsüz səbəbdən ödəmir. Belə olan halda cavabdeh müqavilə şərtlərinə əsasən ümumən 141533 manat cərimə ödəməlidir. Bundan əlavə, cavabdeh 2290 manat ödənilmiş dövlət rüsumu və 25528 manat əldən çıxmış faydaya görə dəymiş zərəri ödəməlidir. Eyni zamanda, iddia ərizəsində qeyd edilən ******* manat əldən çıxmış faydaya görə dəymiş zərərdən imtina edilir. Beləliklə, iddiaçı yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Cavabdeh MMC tərəflər arasında bağlanmış 15 fərqli müqavilə üzrə ümumilikdə ******* manat əsas borcunu, müqavilə şərtləri əsasında bu borc üzrə öhdəliyini yerinə yetirmədiyi üçün hesablanmış 141533 manat cəriməni, 25528 manat əldən çıxmış faydaya görə zərər əvəzini və 2290 manat məhkəmə xərclərini, yəni cəmi ******* (üç milyon) manat pulu iddiaçı tərəfə ödəməlidir (iş vərəqi: 224-225; 227-228). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Cavabdeh nümayəndəsi tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 07 fevral 2022-ci ildə məhkəməyə “iddia tələbinə Etiraz” və “iddia müddətinin keçməsinə dair” Ərizə təqdim edilərək, iddiaçı “X2 San. ve Tic.Ltd.Şti"-nin cavabdeh "X4 and Foundry Company" MMC-yə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsi üzrə 22 noyabr 2018 tarixli SC-001, 28 avqust 2018-ci il tarixli BNF- DEM-08 saylı və onun 2 və 13 saylı əlavələri, 08 may 2018-ci il tarixli, 24 sentyabr 2018-ci il tarixli BNF-DEM-11 saylı, 22 fevral 2016-cı il tarixli 0216-0101 saylı, 18 iyun 2018-ci il tarixli 0618-1801 saylı, 31 iyul 2018-ci il tarixli BNF-DEM-07 saylı və onun 2 saylı əlavəsi və 30 aprel 2018-ci il tarixli müqavilələr üzrə iddia müddətləri keçmiş olduğu üçün həmin müqavilələrlə əlaqədar iddia müddətlərinin keçməsinə dair qərardad qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” və “Ərizə” onunla əsaslandırılmışdır ki, iddiaçı “X2 San. ve Tic.Ltd.Şti" tərəfindən elektron məhkəmə sisteminə 01 fevral 2022-ci ildə yüklənmiş 12 müqavilədən aşağıda sadalanan müqavilələr, yəni 1) 22 noyabr 2018 tarixli SC-001; 2) 28 avqust 2018-ci il tarixli BNF-DEM-08 saylı və onun 2 və 13 saylı əlavələri; 3) 08 may 2018ci il tarixli; 4) 24 sentyabr 2018-ci il tarixli BNF-DEM-11 saylı; 5) 22 fevral 2016-cı il tarixli 0216-0101 saylı; 6) 18 iyun 2018-ci il tarixli 0618-1801 saylı; 7) 31 iyul 2018-ci il tarixli BNF-DEM-07 saylı və onun 2 saylı əlavəsi; 8) 30 aprel 2018-ci il tarixli müqavilələr üzrə iddia müddətləri iddianın məhkəməyə verildiyi 23 noyabr 2021-ci il tarixində keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci fəslinin müvafiq maddələrinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesinin tətbiq edilməsinə gəldikdə isə iddia müddəti dayandırılır. Lakin, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı Qanunun 32.4.2. maddəsinə əsasən “arayışın və ya protokolun tərəflərə təqdim edildiyi gündən” bərpa olunur. İddiaçı tərəfindən təqdim edilən sənədlərdən də görünür ki, ilkin mediasiya ilə bağlı proses 11 sentyabr 2021 tarixində baş tutmuşdu və 12 sentyabr 2021 tarixində arayış təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 03 iyun tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Bu mənada, hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Qarşı tərəf bu məsələdə ona istinad edə bilər ki, müqavilə tam icra olunanadək qüvvədədir. Lakin, Azərbaycan Respublikası Mülki qanunvericiliyi və ümumiyyətlə, dünya praktikasında qəbul olunmuşdur ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır və müqavilənin qüvvədə olması müddətinə aid edilmir. Yuxarıda sadalanan müqavilələrdən isə görünür ki, iddiaçının öhdəliyin icra olunmaması barədə məlumatı olmuş və hətta müqavilədə icra qaydası açıq-aydın şəkildə yazılmışdır. Bundan savayı, iddiaçının elektron məhkəmə sistemində yüklədiyi “X4 And Foundry” MMC tərəfindən onlara ünvanlanmış məktubda qeyd edilmişdir ki, Şirkət öz borcunu tanıyır. Burada qeyd etmək lazımdır ki, həmin sənəd şirkət blankında yazılsa da, üzərində guya direktorun imzası və şirkətin möhürü olsa da, şirkətdə qəbul olunan kimi məktub nə rəsmiləşdirilib, nə sənəd nömrəsi qoyulub, nə də reallıqda qanuni təmsilçi Oleg Zuiev tərəfindən imzalanmışdır. Ən vacib məqamlardan biri də odur ki, Oleg Zuiev türk dilini bilmir və sənədləri heç bir halda anlamadığı dildə imzalaya bilməzdi. Bu gün texniki imkanlarla "X4 and Foundry Company" MMC-nin blankını, direktorunun imzasını və möhürünü hazırlamaq elə də çətin iş deyil. Bir məsələni də qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən elektron məhkəmə sisteminə yüklənmiş 28 avqust 2018 tarixli BNF-DEM-08 saylı müqaviləyə 18 iyun 2018-ci il tarixli Əlavə 3 özündə heç bir məntiq daşımır. Bu vəziyyətdən belə məlum olur ki, həmin müqavilə 28 avqust 2018-ci il tarixində bağlanır, amma onun əlavəsi və ümumiyyətlə, cərimələri 18 iyun 2018-ci il tarixi ilə göstərilir. Bu isə absurddur və qəbuledilməzdir. Bundan əlavə, iddiaçı müqavilələri elektron sistemə yükləyir, amma ödənişlərlə bağlı heç bir məlumat vermir. Misal üçün, BNF-DEM-21 saylı müqavilə üzrə cavabdeh tərəf 22 iyul 2021-ci il tarixində iddiaçının bank hesabına 50000 avro məbləğində pul köçürmüşdür. Dəfələrlə iddiaçıya bildirilmişdir ki, təqdim etdikləri sənədlərdə səhvlər mövcuddur və cavabdehin bankı ödənişi qəbul etməkdən imtina edir. 0618-1801 saylı 18 iyun 2018-ci il tarixli müqavilə üzrə bildirmək lazımdır ki, bu əqdlə bağlı son ödəniş 07 oktyabr 2020-ci il tarixində baş tutmuşdur və ümumilikdə 669,2015,92 ABŞ dolları iddiaçıya ödənilmişdir. BNF-DEM-15 saylı 28 yanvar 2019-cu il tarixli müqavilə ilə əlaqədar isə bildirilir ki, həmin müqavilə üzrə 01 fevral 2019-cu il tarixində borc məbləği tam olaraq ödənilmişdir. Qarşı tərəfi - iddiaçının rəhbəri Kemal adlı şəxsi cavabdeh bir neçə dəfə məsələni sülh yoluyla həll etməyə çağırmış və konkret aylıq ödəniş qrafiki də təqdim etmişdir. Lakin, iddiaçının nümayəndəsi Kemal adlı şəxs çox böyük pul tələb etmişdir. Mövcud vəziyyəti, tələbatı və bazarda qiymətlərin düşməsini nəzərə aldıqda isə bu yükü qaldırmaq şirkət üçün çətindir. Məhkəməyə 0216-0101 saylı müqavilə barədə də məlumat vermək və etirazı ona yönəltmək lazımdır ki, iddiaçı tərəfindən cavabdehə satılan avadanlığın qiyməti 15800000 ABŞ dolları təşkil etmişdir. Bu məbləğdən cavabdeh 15617750 ABŞ dollarını artıq ödəyibdir. Qalıq məbləğin ödənilməməsi səbəbi isə odur ki, iddiaçının satdığı avadanlıq onun texniki şərtlərinə uyğun gəlmir. Göstərilən gündəlik 70 ton əvəzinə şirkət güclə 40 ton istehsal imkanına malikdir. Bundan başqa, satılan avadanlıq həftədə ən azı 2-3 gün yaranan nasazlıqlar səbəbindən dayanır. Bu nasazlıqları aradan qaldırmaq üçün cavabdeh Rusiyadan və Ukraynadan mütəxəssislər dəvət edib, külli miqdarda pul xərcləyib və avadanlığı təmir etdirmiş və etdirməyə hələ də davam edir. Qarşı tərəf avadanlığı quraşdırdıqdan sonra müqavilədə göstərilən şərtlərə əməl etməmiş, test keçirməmiş, təhvil-təslim aktı təqdim etməmişdir. Bu səbəbdən iddiaçı tərəfindən satılmış avadanlığın qiyməti şişdirilmişdir və göstərilən miqdarda dəyəri yoxdur. Bu məsələdə cavabdeh tərəf tam əminliklə bildirir ki, istənilən beynəlxalq səviyyəli ekspert bu faktı təsdiq edə bilər. Bundan əlavə, cavabdeh "X4 and Foundry Company" MMC-nin nümayəndəsi tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 07 mart 2022-ci ildə də məhkəməyə “iddia müddətinin keçməsinə dair” yeni Ərizə təqdim edilərək, tərəflər arasında bağlanmış müqavilələrin müddətini, cavabdehə aid hissədə hər hansı konkret tarixə bağlı olmamasının və icra müddətinin Müqavilələrin 3.1-ci bəndində qeyd olunmasının nəzərə alınaraq, iddia tələbi üzrə iddia müddətinin keçməsinin tətbiq edilməsi xahiş olunmuş və həmin “Ərizə” onunla əsaslandırılmışdır ki, 02 mart 2022ci ildə baş tutmuş baxış iclasında iddiaçının nümayəndəsi iddia müddətinin keçməsi məsələsinə fikrini bildirərkən qeyd etmişdi ki, “2018-ci ilə aid müqavilələrin müddəti 2018-ci ilin dekabr ayında bitir”. Lakin, diqqəti ona cəlb etmək lazımdır ki, 30 aprel 2018, 08 may 2018, 31 iyul 2018, 28 avqust 2018 və 24 sentyabr 2018-ci il tarixli müqavilələrin 9.3-cü bəndində qeyd edilir ki, “bu müqavilə tərəflər onu imzaladığı gündən qüvvəyə minir və mal göndərişlərinə uyğun olaraq 2018-ci ilin dekabr ayına qədər, ödənişlərə uyğun olaraq tərəflər Müqavilə üzrə maliyyə öhdəliklərini yerinə yetirənədək qüvvədə qalacaqdır”. SC- 001 müqaviləsində isə deyilir ki, “bu müqavilə tərəflər onu imzaladığı gündən qüvvəyə minir və mal göndərişlərinə uyğun olaraq 2019-cu ilin dekabr ayına qədər ödənişlərə uyğun olaraq tərəflər Müqavilə üzrə maliyyə öhdəliklərini yerinə yetirənədək qüvvədə qalacaqdır”. Müqavilənin bu bəndindən görünür ki, tərəflər arasında müqavilənin müddəti barəsində ümumi konkretlik mövcud olmamışdır. Doğrudur ki, mal göndərişləri üzrə öhdəliklərin icra müddəti 2018-ci ilin dekabr ayınadək olmuşdur. Hal-hazırda, qarşıda bir tərəfin öhdəlikləri üçün konkret müəyyən edilmiş müddət, digər tərəfin öhdəlikləri üçün isə qeyri-müəyyən müddət mövcuddur. Müqavilənin həmin bəndində qeyd olunduğu kimi maliyyə öhdəlikləri üzrə müddət göstərilməmişdir. Bu isə qeyri-müəyyənliyə bir şərtlə səbəb ola bilərdi ki, müqavilələrin 3.1-ci bəndində 9.3-cü bəndini istisna edən şərt olmasaydı. Bu səbəbdən, cavabdeh hesab edir ki, müqavilənin bu bəndi müqavilənin qüvvədə olmasını yox, çünki müqavilə tərəflər üçün fərqli müddətlərdə qüvvədə ola bilməz, məhz öhdəliklərin icra vaxtını göstərir. İddiaçı satdığı malları ödənişi qəbul etdikdən sonra göndərməli idi və ya ödənişi malları cavabdehə çatdırdığı anda tələb etməli idi. Bu məsələyə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarını qeyd etmək lazımdır. Həmin Qərarın müddəalarına uyğun olaraq hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən belə tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına, axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.2 - 373.4-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.5-ci maddəsi). İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında əks olunmuşdur. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (MM-in 375.1 və 375.2-ci maddələri). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Qeyd olunmalıdır ki, əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Bu baxımdan, tərəflərdən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri tələb olunur. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425.1 və 425.2-ci maddələri). Mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəaları nəzərdə tutmuşdur (bundan sonra ərizədə MMin 399-cu maddəsinin məzmunu qeyd olunur). Sözügedən müqavilələrdə yalnız bu hüquq münasibətlərinə xas olan müqavilələrin qüvvədə olma müddəti və ödəniş edilməsi müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, müqavilələrin qüvvədə olma müddəti belə müqavilələrin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, ödənişin edilmə müddəti isə malın alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, yaranmış münasibətlər müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. MM-in 377-ci maddəsinin müddəaları öhdəliklərin icra edilməməsinə görə maraqlı şəxsin tələb irəli sürməsi üçün iddia müddətinin axımının əsaslarını və qaydalarını tənzimləyir. MM-in 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. Kredit müqaviləsinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün, kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilməməlidir. Bu hüquqi vəziyyət həm MM-in 377.2 və 377.3-cü maddələrində, həm də bütövlükdə MM-in ayrı-ayrı müqavilə növləri ilə bağlı iddia müddətlərinə dair müddəalarında açıq şəkildə öz əksini tapmışdır. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). Eyni zamanda, iddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı özözlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, iddia müddətinin axımı müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Cavabdeh nümayəndəsi tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 09 mart 2022-ci ildə məhkəməyə “iddia müddətinin keçməsinə dair ərizəyə dəqiqləşdirmə” Ərizəsi təqdim edilərək, ərizədə göstərilən müqavilələr üzrə iddia müddətinin Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən tətbiq edilməsi və həmin müqavilələr üzrə icraata xitam verilməsi xahiş olunmuş və həmin “Ərizə” onunla əsaslandırılmışdır ki, ərizədə sadalanan müqavilələr üzrə iddia müddətinin axımı aşağıda göstərilən vaxtda başlayıb: - 1) 30 aprel 2018-ci il tarixli müqavilə üzrə müqavilənin 3.1.a bəndinə uyğun olaraq sifariş verildikdə və həmin bənddə göstərilən sənədlər təqdim edildikdə - yəni, ən geci 30 may 2018-ci il; 2) 08 may 2018-ci il tarixli müqavilə üzrə - müqavilənin 3.1.a bəndinə uyğun olaraq mal təhvilində və göstərilən sənədlər təqdim edildikdə - yəni, ən geci 08 iyun 2018-ci il; 3) 31 iyul 2018-ci il tarixli müqavilə üzrə - müqavilənin 3.1.a bəndinə uyğun olaraq sifariş verildikdə və həmin bənddə göstərilən sənədlər təqdim edildikdə - yəni, ən geci 31 iyul 2018-ci il; 4) 28 avqust 2018-ci tarixli müqavilə üzrə - müqavilənin 3.1.a bəndinə uyğun olaraq həmin bənddə göstərilən sənədlər təqdim edildikdə - yəni, ən geci 28 sentyabr 2018-ci il; 5). 24 sentyabr 2018-ci il tarixli müqavilə üzrə - müqavilənin 3.1.a bəndinə uyğun olaraq sənədlər Satıcı tərəfindən təqdim olunduqdan və mallar çatdırıldıqdan sonra – yəni, ən geci 24 oktyabr 2018-ci il; 6). 18 iyun 2018-ci il tarixli müqavilə üzrə - müqavilənin 2.1.a bəndində göstərilən sənədlər təqdim edildikdən sonra – yəni, ən geci 18 sentyabr 2018-ci il. İddiaçı “X2 San. ve Tic.Ltd.Şti"-nin nümayəndəsi tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 29 mart 2022-ci ildə məhkəməyə “cavabdehin iddia müddətinin keçməsinə dair ərizəsinin təmin olunmaması” barədə Ərizə təqdim edilərək, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi “iddia müddətinin keçməsinə dair” ərizəsində göstərdiyi tərəflər arasında bağlanmış xx.xx.2018ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018ci il tarixli müqavilələrin 9.3-cü bəndi və xx.xx.2018-ci il tarixli müqavilənin isə 8.3-cü bəndi həmin müqavilələrə iddia müddətinin tətbiq olunmasını istisna etdiyi üçün cavabdehin “iddia müddətinin tətbiq olunmasına dair” ərizəsinin təmin olunmaması xahiş olunmuş və həmin “Ərizə” onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi 01 fevral 2022-ci il tarixli ərizəsində qeyd edilir ki, “guya iddiaçının nümayəndəsi məhkəmədə bildirmişdir ki, 2018-ci ilə aid olan müqavilələrin iddia müddəti 2018-ci ilin dekabr ayında bitir.” Əslində, iddiaçı məhkəmədə qeyd etmişdir ki, iddia tələbəri üzrə məhkəməyə təqdim olunmuş bütün müqavilələrdə və o cümlədən, cavabdeh tərəflə bağlanmış müqavilələrin hamısında müqavilələrin 9.3-cü bəndinə əsasən mal göndərişlərinə uyğun olaraq 2018-ci ilin dekabr ayına qədər, ödənişlərə uyğun olaraq isə tərəflər müqavilə üzrə maliyyə öhdəliklərini yerinə yetirənədək qüvvədədir. Müqavilələrdə mövcud olan 9.3-cü bəndin tələbinə əsasən hazırda bu müqavilələr üzrə iddiaçının tələblərinə iddia müddəti tətbiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Tərəflər arasında mövcud olan müqavilələrin 9.3-cü bəndində və buna uyğun müvafiq bəndlərdə cavabdehin maliyyə öhdəliklərini yerinə yetirməsinə dair konkret müddət göstərilməmişdir. Bu səbəbdən də cavabdehin öhdəliklərinə dair hərəkətləri icra etməsi “maliyyə öhdəliklərini yerinə yetirənədək” uzadılmışdır. Cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi ərizəsində göstərir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə bir tərəfin hərəkəti üçün konkret müddət (2018-ci ilin dekabr ayı), digər tərəfin öhdəlikləri üçün isə qeyri-müəyyən müddət mövcuddur. Müqavilənin həmin bəndində qeyd olunduğu kimi, maliyyə öhdəlikləri üzrə müddət göstərilməyib. Bu isə qeyri-müəyyənliyə bir şərtlə səbəb ola bilərdi ki, müqavilələrin 3.1-ci bəndində 9.3-cü bəndini istisna edən şərt olmasın. Əvvəla, cavabdeh tərəfin nümayəndəsi tərəflər arasında bağlanmış müqavilənin özünə məxsus bu qeyrimüəyyənliyinə müqavilə bağlanan zaman aydınlıq gətirsə idi, daha ədalətli və əsaslı ola bilərdi. Müqavilələrin bu şəkildə - yəni, “maliyyə öhdəliklərini tam yerinə yetirməsinədək müqavilənin qüvvədə olması” bəndi iddiaçı tərəfin qarşı tərəfə etdiyi güzəşt və humanizmin nəticəsidir və ola bilsin ki, cavabdeh tərəfin boynu bükük vəziyyətdə yalvarışının nəticəsidir. Digər tərəfdən, müqavilələrin 3.1-ci bəndi 9.3-cü bəndini istisna etmir. Müqavilələrin 3.1.“a” bəndində deyilir ki, bu müqavilənin 100 %-ni təşkil edən ödəniş aşağıdakı sənədlər Satıcı tərəfindən təqdim olunduqdan sonra alıcı tərəfindən bank köçürmə yolu ilə ödənilir. Bu bənddən aydın olur ki, həmin bəndin tələbi icra müddətini deyil, cavabddeh tərəfindən öhdəliklərin icrası qaydasını müəyyən edir. Belə ki, bu bənddə qeyd olunur ki, cavabdehə iddiaçı tərəfindən müqavilədə qeyd olunan sənədlər verildikdən sonra 100% ödəmə edə bilər. Cavabdeh tərəfin nümayəndəsi 01 fevral 2022-ci il tarixli ərizəsinə verdiyi dəqiqləşdirmədə qeyd edir ki, 30 aprel 2018-ci il tarixli, 08 may 2018-ci il tarixli, 31 iyul 2018-ci il tarixli, 28 avqust 2018-ci il tarixli, 24 sentyabr 2018-ci il tarixli müqavilələr üzrə - müqavilələrin 3.1.a bəndinə uyğun olaraq sənədlər Satıcı tərəfindən təqdim olunduqdan və mallar çatdırıldıqdan sonra ən geci hər bir müqavilənin bağlanma tarixinə 1 (bir) ay əlavə olunmaqla və 18 iyun 2018-ci il tarixli müqavilə üzrə müqavilənin 3.1.a bəndində göstərilən sənədlər təqdim edildikdən sonra, yəni ən geci 18 sentyabr 2018-ci il tarixdən iddia müddəti tətbiq edilməsini və bu müqavilələr üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əvvəla, yuxarıda qeyd olunan müqavilələrdə qeyd etdiyi 1 (bir) aylıq müddətdə iddiaçının müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi iddiaçının nə qədər işgüzar və ədalətli tərəf olduğunun bariz nümunəsidir. İşdə olan sənədlərdən və cavabdehin məhkəməyə təqdim etdiyi müqavilələr üzrə hesablaşma cədvəlindən aydın olur ki, tərəflər arasında bağlanmış 18 iyun 2018-ci il tarixli 0618-1801 saylı müqavilə üzrə cavabdeh 07 oktyabr 2020-ci il tarixdə müvafiq miqdarda göndərməli olduğu “Ferro Silisin” bir hissəsini iddiaçıya göndərmişdir. Ən azı cavabdeh bu halı nəzərə alıb, heç olmasa, bu müqaviləyə iddia müddətinin tətbiqinə dair xahişindən imtina etməli idi. Çünki Mülki Məcəllənin 380-cı maddəsinin tələbi cavabdehin mülahizəsi ilə istinad olunmuş iddia müddətini rədd edir. Bu hal onu təsdiq edir ki, cavabdeh tərəfin nümayəndəsi hərəkətlərində səmimi deyil, hər vəchlə məsuliyyətdən yayınmaq istəyir. Cavabdeh "X4 and Foundry Company" MMC-nin nümayəndəsi tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 20 iyul 2022-ci ildə məhkəməyə “iddia tələbinə Etiraza Əlavə” təqdim edərək, iddiaçı tərəfin elektron məhkəmə sisteminə yüklədiyi və iddiaçı tərəfin “borcun etirafı” kimi qəbul etdiyi sənədə yazılı etirazını bildirib, iddia müddətinin keçməsini nəzərə alaraq BNF-DEM-05, BNF-DEM- 06, BNF-DEM-07, BNFDEM-08, BNF-DEM-11 və 0618-1801 nömrəli müqavilələr üzrə iddia tələbinin həmin hissədə təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraza Əlavə” onunla əsaslandırılmışdır ki, “borcun etiraf olunması” kimi təqdim olunmuş həmin sənəd “A4” formatlı 2 səhifədən ibarətdir. Sənədin birinci səhifəsində “dollar”la və ikinci səhifədə isə “avro”larla olan məbləğlər qeyd olunmuşdur. Sənəd özü isə türk dilində yazılmışdır. Bir daha qeyd edilməlidir ki, cavabdehin qanuni təmsilçisi Oleq Zuiev türk dilini bilmir və bu sənədi imzalaya bilməzdi. Sənədin üzərində cavabdeh tərəfindən aparılmış qeydiyyat nömrəsi, yəni sənədin rəsmi göndəriş nömrəsi də yoxdur. Ümumiyyətlə, belə bir məktub cavabdeh Şirkətdə mövcud deyildir. Həmin təqdim edilmiş sənədin blank forması isə cavabdeh “X4 And Foundry” MMC-yə məxsus deyil, fərqlidir. Bunun üçün, “X4 And Foundry” MMC tərəfindən həmin sənədin tarixinə yaxın tarixlərdə üçüncü şəxslərə göndərilmiş məktubları nümunə kimi bu Etiraza əlavə edilmişdir. Sənədin birinci səhifəsində “Sayın İlgili” qeyd edilmişdir. Cavabdeh tərəfindən göndərilən digər məktublardan göründüyü kimi, məktublarda hər dəfə konkret şəxslərin adları göstərilib. İddiaçının təqdim etdiyi məktubdan isə onun alıcısının kimliyi aydın olmur. Sənədin 1-ci səhifəsində “borc məbləğləri” cədvəldə sıralanmayla gedir, lakin həmin vərəqin sonunda nə imza, nə də möhür yoxdur. Sənədin ikinci səhifəsində isə yeni sıralama başlayır, lakin nə tarix, nə də rəqəmlərin nəyə aid olduğu bəlli olmur. Qeyd etmək lazımdır ki, möhür, imza və cavabdeh tərəfindən qəbul edilən və avroyla göstərilən məbləğ “X4 And Foundry” MMC-nin mühasibat sənədləri üzrə borc məbləğinə uyğun olduğundan, ikinci səhifə cavabdeh tərəfindən mübahisələnmir. Təqdim edilmiş sənədin 1-ci səhifəsi isə “X4 And Foundry” MMC-nin mühasibat sənədləri ilə təsdiq edilmir, cavabdeh tərəfindən qəbul edilmir və həmin sənəddə qeyd olunan məlumatlar mübahisəlidir. Təqdim edilmiş sənədin 1-ci səhifəsində nə imza, nə də ki möhür vardır və hər hansı şəxs tərəfindən təsdiq edilməmişdir. Həmçinin, Şirkətin blankı da orijinala uyğun deyil. Əlavə olaraq bildirilməlidir ki, cavabdeh tərəfindən tətbiq edilən iş praktikası belədir ki, hər-hansı bir borc məbləği kontragentlə üzləşmə aktı əsasında təsdiqlənir və bu heç bir vaxt birtərəfli, qeydiyyatsız, müəssisəyə aid olmayan blank üzərində aparılmır. Qeyd etmək lazımdır ki, iddiaçı ilə cavabdeh arasında borcun etirafı ilə bağlı hər hansı üzləşmə aktı mövcud deyildir. İddiaçının iddia tələbləri üzrə iddia müddətləri ötürülmüşdür. Məhz bu səbəbdən də cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair yazılı ərizə təqdim edilmiş və həmin ərizədə iddia müddətinin tətbiqi ilə bağlı hüquqi və faktiki əsaslar qeyd olunmuşdur. Bunu iddiaçı tərəf də çox gözəl bilir. Görünür, məhz bu səbəbdən də heç bir sübut əhəmiyyəti olmayan, “borcun etirafı” adlı hər hansı şəxs tərəfindən təsdiq olunmayan, hər hansı hüquq və vəzifə yaratmayan sənəd iddia ərizəsinə əlavə edilmişdir. Cavabdeh "X4 and Foundry Company" MMC-nin nümayəndəsi tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 28 iyul 2022-ci ildə məhkəməyə yenidən “iddia tələbinə Etiraza Əlavə” təqdim edilərək, iddiaçının nümayəndəsi tərəfindən elektron kabinet vasitəsilə sistemə yerləşdirilmiş “BNF-DEM-21 App 3” saylı sənəd qanunla müəyyən olunmuş müddət bitdikdən sonra təqdim edildiyindən icraata qəbul edilməməsi xahiş olunmuş və həmin “Etiraza Əlavə” onunla əsaslandırılmışdır ki, iddiaçının nümayəndəsi tərəfindən yerləşdirilmiş bu sənəd mahiyyət etibarilə Mülki-Prosessual Məcəllənin 53-cü maddəsinə uyğun şəkildə iddia tələbinin həcmini artırmağa yönəlmiş sənəd kimi qəbul edilməlidir və Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı tərəfin kifayət qədər vaxtı və imkanı olub ki, həmin sənədi və məbləği öz iddia tələbində əks etdirsin, qanunla müəyyən olunmuş müddət ərzində təqdim etsin. Lakin, iddiaçı tərəf nədənsə, “iddia predmetinə” aid sənədi qanunla müəyyən olunmuş müddət bitdikdən sonra təqdim etmişdir. İddiaçı “X2 San. ve Tic.Ltd.Şti"-nin nümayəndəsi tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 29 iyul 2022-ci ildə məhkəməyə “Məlumat” təqdim edilərək bildirilmişdir ki, hazırkı kommersiya işi üzrə cavabdeh "X4 and Foundury Company" MMC-nin iddiaçı “X2 San ve X7”-yə “BNF-DEM 21 APPX 4” saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə 143914,40 ABŞ dolları borcu qalmaqdadır. Belə ki, cavabdeh tərəfin keçən məhkəmə prosesində “BNF-DEM 21” saylı müqavilə üzrə təqdim etdiyi 143914,40 ABŞ dolları məbləğində pulun ödənməsinə dair qəbzdə ödənişin təyinatının kvarsitə görə olduğu açıq-aşkar görünür. Lakin, 143914,40 ABŞ dolları məbləğində olan borc kvarsitə görə deyil, “BNF-DEM 21 APPX 4” saylı xx.xx.2019-cu il tarixli "Əlavə ehtiyyat hissələrinə görə" bağlanmış müqavilə üzrə yaranmışdır və hazırda həmin müqavilə üzrə borc ödənilməmişdir. Ona görə də, cavabadeh tərəfin məhkəməyə sonuncu olaraq təqdim etdiyi “etiraza əlavə” əsassızdır. Çünki, iddiaçı tərəf tələbin mahiyyətini əks etdirən “BNF-DEM 21 APXX 4” saylı müqaviləni işin baxışına qədər olan hazırlıq iclasında iş materiallarına əlavə etmişdir. Mülki qanunvericiliyin tələbinə əsasən sübutetmə yükü iddiaçı tərəfin üzərində olduğundan, sonuncu müqavilə də təqdim edilir ki, məhkəmə araşdıran zaman aydın olsun ki, qalıq borc məbləği hələ də qalmaqdadır və cavabdeh tərəfindən ödənilmiş məbləğ kvarsitə görə ödənilmiş məbləğdir. Məhkəmə iclasında iddiaçı “X2 San. ve Tic.Ltd.Şti"-nin nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edib, iddia ərizəsində, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə və “cavabdehin iddia müddətinin keçməsinə dair ərizəsinin təmin olunmaması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdehndən ******* manat məbləğində əsas borc, müqavilə şərtləri əsasında bu borc üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün hesablanmış 141533 manat məbləğində cərimə, 25528 manat əldən çıxmış faydaya görə hesablanmış zərər əvəzi və 2290 manat məbləğində məhkəmə xərcləri olmaqla, ümumilikdə ******* manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı “X2 San. ve Tic.LTD.Şti"-nin hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi və o, məhkəmə iclasında verdiyi izahatlarında öz mövqeyini - iddia tələbinin sübutu olaraq əsli məhkəməyə təqdim olunmuş “X2 San. ve Tic.Ltd.Şti"-yə 17 mart 2021-ci il tarixinə mövcud olmuş borcun miqdarı ilə əlaqədar "X4 and Foundry Company" MMC-nin blankında Türk dilində tərtib olunmuş, iki vərəqdən ibarət və 2-ci vərəqi “X5 Zuiev” qeyd edilməklə imzalanıb-möhürlənmış, 1-ci vərəqində isə imza və möhür olmayan nömrəsiz 17 mart 2021-ci il tarixli sənəddə qeyd olunan məlumatlarla və iddiaçı “X2 San. ve Tic.Ltd.Şti" ilə Cavabdeh arasında bağlanmış alqısatqı müqavilələrinin şərtləri ilə əsaslandırdı. Məhkəmə iclasında iddiaçı “X2 San. ve Tic.Ltd.Şti"-nin digər nümayəndəsi Nümayəndə1 da iddia tələbini müdafiə edib, iddia ərizəsində, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə və “cavabdehin iddia müddətinin keçməsinə dair ərizəsinin təmin olunmaması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdehndən ******* manat məbləğində əsas borc, müqavilə şərtləri əsasında bu borc üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün hesablanmış 141533 manat məbləğində cərimə, 25528 manat əldən çıxmış faydaya görə hesablanmış zərər əvəzi və 2290 manat məbləğində məhkəmə xərcləri olmaqla, ümumilikdə ******* manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı “X2 San. ve Tic.LTD.Şti"-nin hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini - "X4 and Foundry Company" MMCnin blankında tərtib olunmuş iki vərəqdən ibarət nömrəsiz 17 mart 2021-ci il tarixli sənəddə qeyd olunan məlumatlarla və tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinin şərtləri ilə əsaslandırdı. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini qismən qəbul etdiyini bildirib, 07 fevral 2022-ci ildə vermiş olduğu “iddia tələbinə Etiraz” və “iddia müddətinin keçməsinə dair” Ərizədə, 07 mart 2022-ci ildə vermiş olduğu “iddia müddətinin keçməsinə dair” yeni Ərizədə, 09 mart 2022-ci ildə vermiş olduğu “iddia müddətinin keçməsinə dair ərizəyə dəqiqləşdirmə” Ərizəsində, 20 iyul 2022-ci ildə vermiş olduğu “iddia tələbinə Etiraza Əlavə”də və 28 iyul 2022-ci ildə vermiş olduğu “iddia tələbinə Etiraza Əlavə”də göstərilənlərə uyğun izahatlar verərək, öz mövqeyini - iddiaçı tərəfindən iddia tələbinin əsaslandırıldığı sübut kimi məhkəməyə təqdim olunmuş “X2 San. ve Tic.Ltd.Şti"-yə “17 mart 2021-ci il tarixinə mövcud olmuş borcla əlaqədar "X4 and Foundry Company" MMC-nin blankında Türk dilində tərtib olunmuş, iki vərəqdən ibarət və 2-ci vərəqi “X5 Zuiev” qeyd edilməklə imzalanıb-möhürlənmış, 1-ci vərəqində isə imza və möhür olmayan” nömrəsiz 17 mart 2021-ci il tarixli sənədin cavabdeh MMC-nin müvafiq səlahiyyətli vəzifəli şəxsi tərəfindən və MMC-də bu kimi sənədlər üçün nəzərdə tutulan formada və məzmunda tərtib edilməməsi, həmin sənədin tərtib edildiyi "xxxx" cavabdeh MMC-nin blankına oxşadılsa da, əslində MMC-nin blankı olmaması, həmin sənəddə qeyd olunan borc məbləğlərinin bəzilərinin düzgün qeyd edilməməsi və həmin sənədi cavabdeh tərəfin qəbul etməməsi, hazırkı iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 17 iyun 2022-ci il tarixli 9/2827 nömrəli ekspert Rəyində olan məlumatların da nəzərə alınmalı olması, tərəflər arasında mövcud müqavilələr üzrə ödənilməmiş pul vəsaitləri üzrə düzgün hesabatın cavabdeh MMC-nin özü tərəfindən məhkəməyə təqdim olunması, lakin həmin hesabatlarda ödənilmədiyi qeyd olunmuş BNF-DEM-05, BNF-DEM-06, BNF-DEM- 07, BNFDEM-08, BNF-DEM-11 və 0618-1801 nömrəli müqavilələr üzrə iddia müddətinin ötürülməsi və buna görə də, həmin müqavilələr üzrə ödənilməmiş borc məbləğlərinə iddia müddətinin tətbiq edilərək, iddia müddəti keçmiş həmin borclar və eləcə də, cavabdeh tərəfin təqdim etdiyi hesabatla təsdiq olunmayan borclar üzrə iddia tələbinin rədd edilməli olması, bəzi borcların ödənilməsində iddiaçı Şirkətin sənədləri düzgün tərtib etməməsi səbəbindən gecikmələrə yol verilməsi nəzərə alınaraq iddia tələbində əldən çıxmış fayda və cərimə kimi tələb olunan pul vəsaitlərinin əsassız olduğu üçün rədd edilməli olması və cavabdeh tərəfin təqdim etdiyi hesabatda nəzərdə tutulan və iddia müddəti keçməmiş borclarla əlaqədar iddia tələbinin isə qismən təmin oluna bilməsi və bu zaman borc məbləğinin iddia tələbində qeyd olunduğu kimi “manatla” tutulmalı olması ilə əsaslandırdı. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, Cavabdeh MMC-nin işçisidir və həmin MMC ilə bağlı sənədlərin qeydiyyatı, kargüzarlıq işləri, sənədlərin direktora imzaya verilməsi, MMC-dən kənara göndərilən sənədlərin və məktubların qeydiyyatının aparılması, xarici dildə olan sənədlərin tərcümə edilməsi kimi əmək funksiyaları vardır. MMC-dən sənədlər və məktublar göndəriləndə blankda qeydiyyat nömrəsi və kod olur. Yəni, MMC-nin blankında tərtib edilən sənədin nömrəsi kimi “sıra sayını göstərən rəqəm, drob işarəsi 1, defis, il, defis G, drob işarəsi, BNFFC” şəklində kodla tərtib edilməklə, sənəd qeydə alınaraq göndərilir. İş materiallarında olan "X4 and Foundry Company" MMC-nin blankında Türk dilində tərtib olunmuş, iki vərəqdən ibarət və 2-ci vərəqi “Genel Müdür” və əl yazısı ilə "xxxx" qeyd edilməklə imzalanıb-möhürlənmış, 1ci vərəqində isə imza və möhür olmayan nömrəsiz 17 mart 2021-ci il tarixli sənədin altındakı ünvan MMC-nin şablon "xxxx" formasındakı kimi deyildir. Şablonda əvvəl nömrə göstərilir. Qeydiyyat zamanı məktuba rəngli səhifə, nömrə və tarix qoyulur. Şirkətin hazır blank formasının üzərində dəyişiklik etmək olmur. MMC-də mətnlər “X6” şrifti ilə yazılır. Göstərilən məktub isə "xxxx" şrifti ilə yazılmışdır. MMC-nin blank formasında loqo və ünvan 1-ci səhifədə olur, əgər 2-ci və digər səhifələr varsa, hər səhifə imza ilə təsdiq olunur. 2-ci səhifədə loqo və ünvan olmur. Şablonun üzərində çəpinə yazı yazmaq olmur. “X2 San. ve Tic.Ltd.Şti"-yə sənədlər skan edilib e-mail vasitəsi ilə azərbaycan və ya rus dilində göndərilir. Göndərilən sənədlər elektron qaydada qeydiyyata alınır və məktub skan edilib, surəti elektron bazada saxlanılır. Lakin, MMC-nin elektron bazasında təqdim edilən 17 mart 2021-ci il tarixli sənədin surəti və yaxud onun 1-ci və 2-ci səhifəsinin surətləri yoxdur. Mühasibatlığa da sənədlər üçün nömrələri o, verir və sənəd iki vərəqdən ibarət olduqda sənədin 1-ci səhifəsində nömrə qoyulur. Göstərilən sənəddə isə ümumiyyətlə nömrə yoxdur. Yəni həmin sənəd MMC-də müvafiq qaydada qeydiyyata alınmamışdır. O, MMC-də 2018-ci ildən işləyir və indiyədək onun təcrübəsində qeydiyyata alınmadan sənəd göndərilməsi halı olmamışdır. Göstərilən sənəddə məktubun kimə ünvanlandığı da göstərilməmiş və məktubun sol yuxarı küncündə olan “Sayın ilgili” ifadəsi isə "xxxx" deməkdir. MMC-nin “X2 San. ve Tic.Ltd.Şti"-yə göndərilmiş başqa məktublar da var. Həmin məktublar ya Azərbaycan, ya da Rus dilindədir, Türk dilində məktub yazılmayıb. Əgər məktubda göstərilən məlumatlar bir cədvəldədirsə, sıra ardıcıllığı hər iki vərəqdə ümumi olmalı idi. Həmin sənədin sonunda direktorun adı və soyadı olaraq "xxxx" sözü əl yazısı ilə yazılmışdır. Halbuki, MMC-nin bütün sənədlərində və məktubda direktorun adı və soyadı əl yazısı ilə deyil, kompyuterlə yazılır. MMC-yə daxil olan və göndərilən bütün sənədlərin qeydiyyatını onun özü aparsa da, hazırkı 17 mart 2021-ci il tarixli sənədi görməmiş və onun qeydiyyatını aparmamışdır. Bu isə MMC-nin kargüzarlıq qaydalarına uyğun deyildir. Çünki, MMC-nin kargüzarlıq qaydalarına görə kənara göndərilən bütün sənədlər qeydiyyata alınmalı və MMC-nin öz blankında tərtib edilməlidir. Məhkəmə, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatları, şahid ifadəsini, iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizəni və “cavabdehin iddia müddətinin keçməsinə dair ərizəsinin təmin olunmaması” barədə ərizəni, cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”ları və “iddia müddətinin keçməsinə dair” Ərizələri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları və tədqiq edilən iş materialları ilə müəyyən olunur ki, 2016-2019-cu illər ərzində iddiaçı “X2 San. ve Tic.Ltd.Şti" ilə Cavabdeh (VÖEN **********) arasında çoxsaylı alqı-satqı müqavilələri bağlanaraq, həmin müqavilələr və müqavilələrin əlavələri əsasında həmin tərəflər arasında uzunmüddətli və külli miqdarda mal və pul vəsaitlərinin dövriyyəsini əhatə edən alqı-satqı münasibətləri olmuş və bu münasibətlər zamanı bir sıra müqavilələr üzrə tərəflər arasında ödənilməmiş pul vəsaitləri ilə əlaqədar borc öhdəliyi yaranmışdır. Yəni, cavabdeh "X4 and Foundry Company" MMC-nin 2016-2019-cu illər ərzində bağlanmış müqavilələrin bir hissəsi üzrə iddiaçı “X2 San. ve Tic.Ltd.Şti"-yə ödənilməmiş borcu qalmışdır. Yaranmış borcun ödənilməsi ilə əlaqədar iddiaçı “X2 San. ve Tic.Ltd.Şti" Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış müxtəlif alqı-satqı müqavilələri üzrə yaranmış borcla əlaqədar Cavabdeh MMC-dən ******* manat məbləğində əsas borc, müqavilə şərtləri əsasında bu borc üzrə öhdəliyini yerinə yetirmədiyi üçün 141533 manat cərimə, 25528 manat əldən çıxmış faydaya görə zərər əvəzi və 2290 manat məhkəmə xərcləri olmaqla, ümumilikdə ******* manat məbləğində pulun tutularaq iddiaçı “X2 San. ve Tic.LTD.Şti"-nin hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və bu tələbini - tərəflər arasında bağlanmış müqavilələr və “X2 San. ve Tic.Ltd.Şti"-yə 17 mart 2021-ci il tarixinə mövcud olmuş borcla əlaqədar "X4 and Foundry Company" MMC-nin blankında Türk dilində tərtib olunmuş, iki vərəqdən ibarət və 2-ci vərəqi “Genel Müdür” və əl yazısı ilə "xxxx" sözləri qeyd edilməklə imzalanıb-möhürlənmış, 1-ci vərəqində isə imza və möhür olmayan, nömrəsiz 17 mart 2021-ci il tarixli sənədlə (bundan sonra, "xxxx") əsaslandırmışdır. Qeyd etmək lazımdır ki, “X2 San. ve Tic.Ltd.Şti" və Cavabdeh MMC arasında bağlanmış müqavilələr üzrə çoxsaylı alqı-satqı münasibətlərinin olması və bu müqavilələr üzrə malların alınması və alınan malların bir hissəsinin pulunun ödənilməsi, müəyyən bir hissəsinin isə ödənilməməsi məhkəmə tədqiqatı zamanı mübahisə predmeti olmasa da, Cavabdeh MMC iddiaçı tərəfin iddia tələbini əsaslandırdığı "xxxx"in cavabdeh MMC tərəfindən tərtib edilərək verilmədiyini, həmin sənəddə qeyd olunan bəzi məlumatların səhv olduğunu, həmin sənədlərdə olan bir sıra məlumatların cavabdeh tərəfindən məhkəməyə təqdim olunan rəsmi sənədlərlə təsdiq olunmadığını və həmin sənədi “borcun etirafı” kimi qəbul edilməli olmamasını bildirərək, məlum sənədi və həmin sənəddə olan bir sıra məlumatları mübahisələndirmiş və həmin mübahisəli xüsusatları təkzib edən maliyyə-mühasibatlıq sənədlərini məhkəməyə təqdim etmişdir. Lakin, iddiaçı tərəf isə iddia ərizəsində tələb etdiyi əsas borcu, yəni tərəflər arasında olan müqavilələr üzrə yaranmış borc məbləğlərini, ödənilmiş və yaxud ödənilməmiş pul vəsaitlərini təsdiq edən hər hansı bir mötəbər sübut hesab edilə biləcək rəsmi sənədi (hesabatı və s.) kifayət qədər şərait və vaxt verilməsinə baxmayaraq məhkəməyə təqdim etməmiş və məhkəmə iclaslarında birmənalı olaraq iddia tələbini təşkil edən əsas borc məbləğini "xxxx"də olan məlumatlarla əsaslandırmışdır. Halbuki, cavabdeh tərəf tərtib olunması ona istinad edilən "xxxx"dən imtina etmiş və məhkəməyə təqdim etdiyi sübutlarla həmin sənədin mötəbər sübut kimi qəbul edilməli olmasını şübhə altına salmışdır. Qeyd etmək lazımdır ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 17 iyun 2022-ci il tarixli 9/2827 nömrəli ekspert Rəyinin nəticə hissəsində də satıcı “X2 San. ve Tic.LTD.Şti” ilə alıcı "X4 and Foundry Company" MMC arasında bağlanmış 22 fevral 2016-cı il tarixli 0216-0101 nömrəli müqavilə üzrə ödənilməmiş borcun məbləği 13609,78 ABŞ dolları (15800***-*******0,22) müəyyən edilmişdir. Halbuki, məlum "xxxx"də həmin 22 fevral 2016-cı il tarixli 0216-0101 nömrəli müqavilə üzrə ödənilməmiş borcun miqdarının “182250 ABŞ dolları” məbləğində olduğu qeyd olunmuşdur. İş materiallarından görünür ki, məhkəmə araşdırması zamanı 22 fevral 2016-cı il tarixli 0216-0101 nömrəli Müqavilə üzrə ödənilməmiş borcun məbləği və 18 iyun 2018-ci il tarixli 0618-1801 nömrəli müqavilə üzrə isə köçürülmüş pulun miqdarı barədə tərəflər fərqli rəqəmlər göstərdiklərinə və bu halların ekspertiza vasitəsi ilə müəyyən edilməsi zərurəti yarandığından, kommersiya işi üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 17 iyun 2022-ci il tarixli 9/2827 nömrəli ekspert Rəyində “X2 San. Ve Tic.LTD.Şti” (bundan sonra “Satıcı” adlandırılan) ilə Cavabdeh (bundan sonra “Alıcı” adlandırılan) arasında bağlanmış 22 fevral 2016-cı il tarixli 0216-0101 nömrəli müqavilə üzrə ödənilməmiş borcun miqdarının 13609,78 ABŞ dolları (15800***-*******0,22) məbləğində olduğu müəyyən edilmişdir. Eləcə də, həmin Rəydə “X2 San. Ve Tic.LTD.Şti” tərəfindən Cavabdeh MMC-nin hesabına isə ümumilikdə ******* ABŞ dolları məbləğində ödəniş edildiyi qeyd olunmuşdur. Qeyd etmək lazımdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borcun tələb edildiyi müqavilələrin əksəriyyəti üzrə iddiaçı “X2 San. ve Tic.LTD.Şti” - “Satıcı”, "X4 and Foundry Company" MMC - “Alıcı” olsa da, yalnız bir müqavilə üzrə, yəni 18 iyun 2018-ci il tarixli 0618-1801 nömrəli müqavilə üzrə "X4 and Foundry Company" MMC - “Satıcı”, “X2 San. ve Tic.LTD.Şti” - “Alıcı” olmuşdur və sonuncu tərəfindən həmin Müqavilə üzrə köçürülmüş ******* ABŞ dolları məbləğində pul vəsaitinə görə satıcı "X4 and Foundry Company" MMC tərəfindən cəmi 669216 ABŞ dolları məbləğində mal göndərilmişdir. İş materiallarında olan tərəflər arasında bağlanmış Müqavilələrdən görünür ki, həmin müqavilələr üzrə öhdəliklər (mal təchizatı və yaxud pulun ödənilməsi) yerinə yetirilmədikdə və yaxud, öhdəliklər gecikmələrlə yerinə yetirildikdə, öhdəliyin yerinə yetirilməsini pozan tərəfdən cərimə şəklində pul vəsaitlərinin hesablanaraq digər tərəfə ödənilməsi də nəzərdə tutulmuşdur. İş materiallarında olan "xxxx" ASC vasitəsi ilə həyata keçirilən 206OCT********** nömrəli Debit haqqında Bildirişdən görünür ki, "X4 and Foundry Company" MMC tərəfindən “X2 San. ve Tic.Ltd.Şti"-nin hesabına 16 may 2019-cu il tarixli BNF-DEM-21 nömrəli Müqavilə üzrə 143914,40 (yüz qırx üç min doqquz yüz on dörd dollar 40 sent) ABŞ dolları məbləğində pul vəsaiti (iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, 143914 ABŞ dolları məbləğində malın alınması satıcı “X2 San. ve Tic.Ltd.Şti" ilə alıcı "X4 and Foundry Company" MMC arasında tərtib olunmuş 16 may 2019-cu il tarixli BNF-DEM- 21 nömrəli Müqavilənin 04 saylı Əlavəsində nəzərdə tutulmuşdur) köçürülmüşdür (i/v: 267- 268). İş materiallarında olan "xxxx" ASC vasitəsi ilə həyata keçirilən 206OCT********** nömrəli Debit haqqında Bildirişdən görünür ki, "X4 and Foundry Company" MMC tərəfindən “X2 San. ve Tic.Ltd.Şti"-nin hesabına 16 may 2019-cu il tarixli BNF-DEM-21 nömrəli Müqavilə üzrə 50000 (əlli min) avro məbləğində pul vəsaiti köçürülmüşdür (məhkəmə iclasında həmin köçürmənin olmasını iddiaçı tərəfin nümayəndələri də təsdiq etmişlər), (i/v: 212-213). İş materiallarında olan, iddiaçı tərəfindən iddia tələbinin əsaslandırıldığı əsas sübut növü kimi məhkəməyə təqdim olunmuş "xxxx"də isə ayrı-ayrı müqavilələr üzrə ödənilməmiş borcun məbləği aşağıdakı kimi göstərilmişdir (cavabdeh tərəf həmin sənədin "X4 and Foundry Company" MMC tərəfindən tərtib edilmədiyini və ümumiyyətlə, həmin sənədin mötəbərliliyini mübahisələndirdiyi üçün, həmin sənəd heç bir məzmun və forma dəyişikliyi olmadan göstərilir): (1-ci səhifə) “Sayın İlgili, xx.xx.2021 xx.xx.2021 tarihi itiban ile X4 Foundry Company aşağıdakı tabloda belirtilen; 1.321.434 US$ ve 302.700 EURO tutarı, X2 San. Ve Tic. Ltd. Şti. ne borcu olduğunu kabul etmektedir. KONTRAT YAPİLAN NO AÇİKLAMA KONTRAT NO TOPLAM BEDEL KALAN BORÇ TARİHİ ÖDEME AKREDİTİF BEDELİ PEŞİN ÖDEMEDEN KALAN 1 xx.xx.2016 0216-0101 $15.800.000,00 $15.617.750 $182.250 DEMORADAN BNFFC YE YAPİLAN 2 FeSi ALİM ÖDEMESİ xx.xx.2018 0618-1801 $1.000.000,00 $669.216 $330.784 AZERBEYCAN GÜMRÜKLERİNDE ÖDENEN 3 CEZALAR $17.530,00 $0 $17.530 MAKEDONYALİ PERSONELLER İÇİN MAAŞ 4 ÖDEMELERİ xx.xx.2018 sc-ooı $97.570,00 $0 $97.570 5 376,6 TON KOMUR İHRACATİ xx.xx.2018 BNF-DEM- 11 $56.640 $0 $56.640 6 200 TON SEMİ KOK İHRACATİ xx.xx.2018 BNF-DEM- 11 $71.054 $0 $71.054 7 150 TON METKOK İHRACATİ xx.xx.2018 BNF-DEM- 08 $58.500,00 $0 $58.500 TOPLAM YAPİLAN 8 KUARSİT-9430 TON İHRACATLAR $820.582 $588.914 $231.668 APPENDİX 9 SODERBERG - 230,657 TON 8.05.2018 NO:1 $219.124 ,15 $95.000 $124.124 DÖKÜM AĞZİ DELİK TİKAMA ÇAMURU-İOTON 10 8.05.2018 0418-0023 $7.400,ОС $0 $7.400 BNF-DEM- 21 11 YEDEKMALZEMELER xx.xx.2019 APPX4 $143.914 до $0 $143.914 TOPLAM $1.321.434 (2-ci səhifə) APPENDİX 1 KOLON İZOLATÖR SS CİVATA 4.09.2019 NO:9 77.000,00 € 0,00 € 77.000,00 € APPENDİX 2 PASLANMAZ PANELLER 4.09.2019 NO:10 126.000,00 € 0,00 € 126.000,00 € 3 KONDANSATÖR -15 ADET xx.xx.2019 BNF-DEM-21 14.700,00 € 0,00 € 14.700,00 € BNF-DEM- 4 EPGCBORU xx.xx.2019 21APPX 13 85.000,00 € 0,00 € 85.000,00 € TOPLAM 302.700,00 € Məhkəmə iclasında yuxarıda təsvir olunan hallara görə, yəni iddiaçı tərəf iddia tələbində tələb olunan əsas borcun miqdarını "xxxx"lə əsaslandırdığına görə, həmin sənəddə olan məlumatlarla əlaqədar cavabdeh tərəfin mövqeyi ətraflı araşdırılmış və cavabdehin nümayəndəsi təqdim etmiş olduğu etiraz, ərizə və maliyyə-mühasibatlıq sənədlərində olan məlumatlara istinad etməklə "xxxx"də (bundan sonra “Sənəd”) əksini tapmış məlumatlara mövqeyini aşağıdakı kimi bildirmişdir: - 1). Cavabdehin nümayəndəsi “Sənəd”in 1-ci vərəqindəki cədvəlin 4-cü bəndində qeyd olunmuş 97570 ABŞ dolları məbləğində borcun və “Sənəd”in 2-ci vərəqindəki cədvəlin 1-ci, 2-ci, 3-cü və 4-cü bəndlərində qeyd olunmuş ümumilikdə 302700 avro borcun 50000 avro məbləğinin ödənildiyi (iş materiallarında həmin ödənişin olmasını təsdiq edən qəbz mövcuddur - i/v: 212-213) üçün həmin 4 bəndə qeyd olunan müqavilələr üzrə cəmi 252700 avro borcun qaldığını təsdiq etmişdir. - 2). Cavabdehin nümayəndəsi “Sənəd”in 1-ci vərəqindəki cədvəlin 1-ci bəndində qeyd olunmuş “182250 ABŞ dolları məbləğində” borcun olmasını qəbul etməmiş və həmin bənddə qeyd olunan 22 fevral 2016-cı il tarixli 0216-0101 nömrəli müqavilə üzrə ödənilməmiş borcun miqdarının məhkəmə-mühasibatlıq ekspertizasının 17 iyun 2022-ci il tarixli 9/2827 nömrəli Ekspert Rəyi ilə müəyyən edilmiş 13609,78 ABŞ dolları məbləğində olmasını təsdiq etsə də, alınmış avadanlığın həmin Müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı Şirkət tərəfindən sınağının aparılmaması səbəbindən və avadanlığın lazımi güclə işləməsi təmin edilmədiyindən, həmin borcun ödənilməsindən imtina edildiyini və buna görə də, qeyd olunan müqavilə üzrə 13609,78 ABŞ dolları məbləğində qalıq borcun cavabdehdən tutulmasına etiraz etdiyini bildirmişdir. - 3). Cavabdehin nümayəndəsi “Sənəd”in 1-ci vərəqindəki cədvəlin 2-ci bəndində qeyd olunmuş 330784 ABŞ dolları məbləğində borcun olmasını təsdiq etmiş və həmin borcun məlum cədvəldə qeyd olunduğu kimi deyil, cavabdeh "X4 and Foundry Company" MMC - “Satıcı”, iddiaçı “X2 San. ve Tic.LTD.Şti” - “Alıcı” olmaqla bağlanmış 18 iyun 2018ci il tarixli 0618-1801 nömrəli müqavilə üzrə sonuncunun "X4 and Foundry Company" MMC-nin hesabına ******* ABŞ dolları məbləğində ödənilmiş pul vəsaitinə görə cavabdeh tərəfindən 669216 ABŞ dolları məbləğində malın göndərildiyini, qalan 330784 ABŞ dolları məbləğində malın isə göndərilmədiyi üçün həmin miqdarda borcun yarandığını bildirsə də, məhkəməyə təqdim etmiş olduğu “iddia müddətinin keçməsinə dair” ərizələr əsasında iddia müddəti keçdiyi üçün 330784 ABŞ dolları məbləğində borcun tələb olunmasına iddia müddətinin tətbiq edilməsini xahiş edərək, həmin borcun cavabdehdən tutulmasına etiraz etdi. - 4). Cavabdehin nümayəndəsi “Sənəd”in 1-ci vərəqindəki cədvəlin 5-ci bəndində qeyd olunmuş 56640 ABŞ dolları, 6-cı bəndində 71054 ABŞ dolları, 7-ci bəndində qeyd olunmuş 58500 ABŞ dolları, 8-ci bəndində qeyd olunmuş 231668 ABŞ dolları, 9-cu bəndində qeyd olunmuş 124124 ABŞ dolları və 10-cu bəndində qeyd olunmuş 7400 ABŞ dolları məbləğində borcların olmasını təsdiq etsə də, məhkəməyə təqdim etmiş olduğu “iddia müddətinin keçməsinə dair” ərizələr əsasında iddia müddəti keçdiyi üçün qeyd olunan borcların tələb olunmasına da iddia müddətinin tətbiq edilməsini xahiş edərək, həmin borcların cavabdehdən tutulmasına etiraz etdi. - 5). Cavabdehin nümayəndəsi “Sənəd”in 1-ci vərəqindəki cədvəlin 3-cü bəndində “X1 Cezalar” kimi qeyd olunmuş 17530 ABŞ dolları məbləğində borcu qəbul etməyərək, həmin borcun tam əsassız olduğu və tərəflər arasında bağlanmış müqavilə şərtləri və digət mötəbər sübutlarla təsdiq olunmadığına görə həmin borcun cavabdehdən tutulmasına etiraz etdi. - 6). Cavabdehin nümayəndəsi “Sənəd”in 1-ci vərəqindəki cədvəlin 11-ci bəndində “BNF- DEM- 21 APPX4” nömrəli Müqavilə borcu kimi qeyd olunmuş 143914 ABŞ dolları məbləğində borcun ödənildiyi (iş materiallarında həmin ödənişin olmasını təsdiq edən qəbz mövcuddur - i/v: 267-268) üçün qəbul etmədiyini bildirərək, tələb olunmasının əsassız olduğuna görə həmin borcun cavabdehdən tutulmasına etiraz etdi. Göründüyü kimi, cavabdeh tərəf məhkəmə prosesi zamanı iddiaçı tərəfin iddia tələbini əsaslandırdığı "xxxx"də ümumilikdə ******* ABŞ dolları miqdarında hesablanmış borcun 97570 ABŞ dolları məbləğində hissəsinin və ümumilikdə 302700 avro midarında hesablanmış borcun isə 252700 avro məbləğində hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına etiraz etməsə də, “X1 Cezalar” kimi qeyd olunmuş 17530 ABŞ dolları məbləğində borcu əsassız olduğuna və 143914 ABŞ dolları məbləğində borc isə ödənildiyinə görə tamamilə qəbul etməmişdir. Eyni zamanda, cavabdeh tərəf "xxxx"də qeyd olunmuş 330784 ABŞ dolları, 56640 ABŞ dolları, 71054 ABŞ dolları, 58500 ABŞ dolları, 231668 ABŞ dolları, 124124 ABŞ dolları və 7400 ABŞ dolları məbləğində borcların olmasını təsdiq etsə də, məhkəməyə təqdim etmiş olduğu “iddia müddətinin keçməsinə dair” ərizələr əsasında iddia müddəti keçdiyi üçün qeyd olunan həmin borcların tələb olunmasına iddia müddətinin tətbiq edilməsini xahiş etmiş və iddia müddətləri ötürüldüyünə görə həmin borcların cavabdehdən tutulmasına etiraz etmişdi. Eləcə də, cavabdeh tərəf “Sənəd”in 1-ci vərəqindəki cədvəlin 1-ci bəndində qeyd olunan 22 fevral 2016-cı il tarixli 0216-0101 nömrəli müqavilə üzrə ödənilməmiş borcun miqdarının məhkəmə-mühasibatlıq ekspertizasının 17 iyun 2022-ci il tarixli 9/2827 nömrəli ekspert Rəyi ilə müəyyən edilmiş 13609,78 ABŞ dolları məbləğində olmasını təsdiq etsə də, həmin Müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı Şirkət tərəfindən avadanlığın sınağı aparılmadığı və avadanlığın lazımi güclə işləməsi təmin edilmədiyinə görə, həmin müqavilə üzrə 13609,78 ABŞ dolları məbləğində qalıq borcun cavabdehdən tutulmasına etiraz etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla və işin konkret halları ilə müəyyən olunur ki, iddiaçı “X2 San. ve Tic.Ltd.Şti" ilə cavabdeh "X4 and Foundry Company" MMC arasında bağlanmış müqavilələr üzrə ödənilməmiş borc məbləğləri yaranmış və iddiaçı "xxxx"də ümumilikdə ödənilməmiş borc məbləğləri kimi göstərilmiş cəmi ******* ABŞ dolları miqdarında borcun və cəmi 302700 avro midarında borcun cavabdehdən tutulması qənaətinə gələrək, həmin borc məbləğləri ilə əlaqədar 23 noyabr 2021-ci ildə “pul tələbi” barədə iddia ərizəsi və 08 fevral 2022-ci ildə isə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış müxtəlif ailqı-satqı müqavilələri üzrə yaranmış borcla əlaqədar Cavabdeh MMC-dən ******* manat əsas borc, müqavilə şərtləri əsasında bu borc üzrə öhdəliyini yerinə yetirmədiyi üçün hesablanmış 141533 manat cərimə, 25528 manat əldən çıxmış faydaya görə hesablanmış zərər əvəzi və 2290 manat məhkəmə xərcləri olmaqla, ümumilikdə ******* manat məbləğində pulun tutularaq iddiaçı “X2 San. ve Tic.LTD.Şti"-nin hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və eləcə də, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "X4 and Foundry Company" MMC ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı “X2 San. ve Tic.Ltd.Şti" tərəfindən mediatora 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən isə ümumilikdə cəmi 1890 (min səkkiz yüz doxsan) manat (30+150+910+800) məbləğində dövlət rüsumu ödənilmişdir (23 sentyabr 2021-ci il tarixli ********* nömrəli, 13 oktyabr 2021-ci il tarixli ********* nömrəli, 22 noyabr 2021-ci il tarixli ********* nömrəli, 07 fevral 2022-ci il tarixli ********* nömrəli Ödəniş Qəbzləri, 06 sentyabr 2021-ci il tarixli 112484 nömrəli Mədaxil Qəbzi və 11 sentyabr 2021ci il tarixli N 2021-001938 nömrəli mediasiya arayışı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, hazırkı iddia tələbi “2830649 manat məbləğində əsas borcun tutulması” hissəsində qismən əsaslıdır. Çünki, yuxarıda qeyd olunduğu kimi iddiaçı tərəf məlum iddia tələbini "xxxx"də qeyd olunan məlumatlarla əsaslandıraraq, həmin sənəddə qeyd olunan cəmi ******* ABŞ dolları və 302700 Avro məbləğində qeyd olunan borcların ümumi miqdarını Azərbaycan manatı ilə hesablayaraq, ümumilikdə “2830649 manat” məbləğində əsas borcun cavabdehdən tutulmasını xahiş etsə də, məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlar, cavabdeh tərəfin izahatları və təqdim etdiyi sənədlər, ekspertiza rəyi və işin digər konkret hallarına görə ümumi borcun məcmusuna daxil olan - 50000 avronun (ödənilmişdir), 143914 ABŞ dollarının (ödənilmişdir), 17530 ABŞ dollarının (əsaslılığı müəyyən olunmamışdır) və 168640,22 ABŞ dollarının (ekspert rəyinə görə 182250 ABŞ dolları məbləğində hesablanmış borcun 13609,78 ABŞ dolları əsaslı hesab edilmişdir: 182250 - 13609,78 = 168640,22) hazırkı iddia tələbi üzrə ödənilməmiş borc olması öz təsdiqini tapmamışdır. Bu halda isə, "xxxx"də qeyd olunan cəmi ******* ABŞ dolları məbləğində borcun 991349,78 ABŞ dolları (1321434-143914-17530-168640,22=991349,78) hissəsinin və eləcə də, həmin “Sənəd”də qeyd olunan cəmi 302700 avro məbləğində borcun isə 252700 avro (302700-50000=252700) hissəsinin ödənilmədiyi və borc qalığı kimi qaldığı müəyyən olunur. Məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış müqavilələr üzrə cavabdehin ümumilikdə 991349,78 ABŞ dolları məbləğində və 252700 avro məbləğində ödənilməmiş borcunun olması öz təsdiqini tapır və iddia tələbi əsas borc üzrə qeyd olunan həmin məbləğlər həddində əsaslıdır. Lakin, cavabdehdən “25528 manat məbləğində əldən çıxmış faydaya görə hesablanmış zərərin əvəzinin tutulması” hissəsində isə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və bu tələb sübut olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76-cı maddəsinin tələbləri ilə müəyyən olunur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur və həmin sübut növlərindən biri də qanuni yolla əldə edilmiş yazılı sübutlardır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Göründüyü kimi, Mülki-Prosessual Məcəllənin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan – hazırkı mübahisə üzrə də iddia tələbini təsdiq edən mötəbər sübutlar (“əsaslı şübhədən kənar” sübutlar) iddiaçı tərəfindən məhkəməyə təqdim olunmalı, iddia ərizəsində iddia tələbi iddiaçı tərəfin malik olduğu və məhkəməyə təqdim etdiyi sübutlar əsasında müvafiq qaydada əsaslandırılmalı və eləcə də, iş üzrə aparılan məhkəmə araşdırmasında da iddiaçı tərəfindən iddia tələbi sübut edilməli idi. Lakin, hazırkı iddia tələbinin sübutu kimi məhkəməyə təqdim olunmuş və ətraflı tədqiq edilmiş "xxxx"in yuxarıda qeyd olunan hallara görə “əsaslı şübhədən kənar” sübut kimi qəbul edilməsi mümkün deyildir. Bununla belə, iddiaçı tərəfindən təqdim olunmuş tərəflərin münasibətlərinin və mövcud mübahisənin mahiyyətinin müəyyən edilməsində əhəmiyyətə malik olan sənədlər, ekspertiza rəyi, cavabdeh tərəfin məhkəməyə təqdim etmiş olduğu maliyyə-hesabat sənədləri və iş materiallarında olan sübuti əhəmiyyət daşıyan digər sənədlər, o cümlədən də qanunvericilik norması olaraq “tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad etməsi” (MPM-in 106-3-cü maddəsi) - hazırkı iddia tələbi üzrə tələb olunan borcun ödənilməmiş hissəsinin müəyyən edilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Eləcə də, iddiaçının cavabdehdən “141533 manat məbləğində cərimənin tutulması” tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehdən cəmi 10000 (on min) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldılarkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış Müqavilələrinin tələblərinə görə satılan malların dəyərinin ödənilmə müddətinin və qaydasının müəyyən edilməsinə baxmayaraq, həmin müqavilə şərtlərinə riayət olunmadığı halda - müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər iddiaçı tərəfindən vaxtında görülməyərək, uzun müddət sonra məhkəməyə müraciət edilməsi və bununla əlaqədar hesablanan cərimə məbləğinin də yüksək həddə artması və cərimə məbləğinin artmasına iddiaçı tərəfin də hərəkətsizliyinin səbəb olması nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmçinin, məhkəmə qeyd etməyi lazım bilir ki, hazırkı mübahisə üzrə tərəflərin istinad etdiyi müqavilələr üzrə ödənişlər “ABŞ dolları” və “avro” ilə nəzərdə tutulmasına və 23 noyabr 2021-ci ildə verilmiş ilkin iddia ərizəsində də borcun “ABŞ dolları” və “avro” ilə tələb olunmasına baxmayaraq, məhkəmə prosesində iki nəfər nümayəndə ilə təmsil olunan iddiaçı tərəf 08 fevral 2022-ci ildə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edib, həmin ərizədəki yeni tələbində borcun miqdarını və borcun hesablanmalı olan pul vahidini dəyişərək, cavabdehdən borcun tutulmasını “manat”la tələb etmiş və məhkəmə prosesinin sonunadək də bu mövqeyini dəyişməyib, bütün məhkəmə iclaslarında borcun cavabdehdən “manat”la, yəni “2830649 manat məbləğində əsas borc” olaraq tutulmasını xahiş edərək, iddia tələbini sonadək “manat”la ifadə etmişdir. Cavabdeh tərəf isə borcun ondan “manat”la tutulmasına etiraz etməmiş və məhkəmə araşdırması zamanı təsdiq olunan borcun cavabdehdən “manat”la tutulmasına razı olduğunu bildirmişdir. Odur ki, məhkəmə, iddiaçı tərəfin iddia tələbini və cavabdeh tərəfin mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin “hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olması” tələbinə əsasən hesab edir ki, qətnamədə cavabdehdən tutulmalı olan borc məbləği iddiaçının 08 fevral 2022-ci ildə məhkəməyə təqdim etmiş olduğu ərizəsindəki iddia tələbində ifadə olunmuş pul vahidi ilə, yəni “manat”la tutumalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarı iə formalaşmış hüquqi mövqeyə əsasən, Mülki- Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Eyni zamanda, cavabdeh tərəfin məhkəməyə təqdim etmiş olduğu “iddia müddətinin tətbiq edilməsi” barədə ərizələrlə əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, həmin ərizələrdə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməli olması müqavilələrin “3.1ci bəndləri” ilə əsaslandırılmış, iddiaçı tərəf isə həmin ərizəyə etirazında məlum müqavilələrin “9.3-cü bəndinə” istinad etmişdir (həmin bəndlərin məzmunu tərəflərin ərizə və etirazlarında qeyd olunmuşdur və onların təkrar qeyd olunmasına lüzum yoxdur). Məhkəmə isə, məlum müqavilələr əsasında müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi qaydaları və müddətlərini, bir neçə il ərzində tərəflər arasında mövcud olmuş və hər iki tərəfi qane edən işgüzar münasibətləri və qarşılıqlı öhdəliklərin icra olunması xüsusiyyətlərini, tərəflərin bir müqavilədə deyil, bir neçə müqavilədə eyni məzmunda müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi qaydası və müddətlərinin mahiyyətini, bu qayda və müddətlərlə əlaqədar müqavilə bəndlərini təfsir edərkən hər iki müqavilə tərəfi ilə əlaqədar ədalətli yanaşmanın təmin edilməli olmasını və məhkəməyə müraciət olunanadək müqavilələr üzrə tərəflərin hərəkət və davranışlarını nəzərə alaraq, hesab edir ki, hazırkı iş üzrə ödənilmədiyi müəyyən edilmiş borc məbləğlərinin aid olduğu müqavilələr üzrə iddia müddətləri ötürülməmişdir və buna görə də, cavabdeh tərəfin “iddia müddətinin tətbiq edilməsi” barədə ərizələri təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinin tələblərinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (maddə 404.1) və bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (maddə 404.2). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və iddiaçı “X2 San. ve Tic.Ltd.Şti"-nin xeyrinə Cavabdehndən ümumilikdə 2124007,09 manat məbləğində əsas borc və 10000 manat məbləğində cərimə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Dövlət Büdcəsinə ödəmiş olduğu dövlət rüsumunun 1857 (min səkkiz yüz əlli yeddi) manat məbləğində əvəzi və mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının əvəzi cavabdeh "X4 and Foundry Company" MMCdən tutularaq iddiaçı “X2 San. ve Tic.Ltd.Şti"-yə ödənilməlidir. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti də Cavabdeh MMC-dən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.5-ci maddəsinə əsasən, iddia qiyməti ******* manatdan çox olduqda 1290 manat + ******* manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50000 manatdan çox olmamaqla) məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 2124007,09 (iki milyon yüz iyirmi dörd min yeddi manat 09 qəpik) manat məbləğində əsas borc, 10000 (on min) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və 1857 (min səkkiz yüz əlli yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2136264,09 (iki milyon yüz otuz altı min iki yüz altmış dörd manat 09 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “X2 San. ve Tic.Ltd.Şti"-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti Cavabdehndən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar