Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-591/2022 23.08.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə İmamqulu oğlunun iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 28 aprel 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 140420 manat məbləğində əsas borc, pul vəsaitlərinin ödənişinin gecikdirilməsinə görə hesablanmış 10600 manat məbləğində ziyanın əvəzi, ödənilmiş 410 manat məbləğində mediasiya xidmətinin haqqı və 31 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 151461 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, icraçı İddiaçı MMC ilə sifarışçi Cavabdeh MMC arasında bağlanmış 12 sentyabr 2018-ci il tarixli XM09/18 nömrəli Xidmət Müqaviləsinə əsasən icraçı İddiaçı MMC tərəfindən sifarişçi "xxxx" MMC-yə 119000 manat məbləğində əsas və 21420 manat məbləğində ƏDV olmaqla, ümumilikdə cəmi 140420 manat həcmində xidmət göstərilmişdir. Xidmətin göstərilməsi İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə verilmiş 26 noyabr 2020-ci il tarixli 058154 nömrəli, 15 dekabr 2020-ci il tarixli 887827 nömrəli, 22 yanvar 2021-ci il tarixli 434572 nömrəli, 15 fevral 2021-ci il tarixli 479647 nömrəli, 17 mart 2021-ci il tarixli 869376 nömrəli və 15 aprel 2021-ci il tarixli 220877 nömrəli e-qaimələrlə (elektron qaimələrlə) təsdiq edilir. Lakin, sifarişçi "xxxx" MMC tərəfindən həmin qaimələrdə göstərilmiş xidmətlərə görə tam ödəniş aparılmamışdır. 12 sentyabr 2018-ci il tarixli XM09/18 nömrəli Xidmət Müqaviləsinin müddəasına əsasən İddiaçı MMC-nin təqdim etdiyi elektron qaimə-fakturalar Cavabdeh MMC tərəfindən qəbul edilsə də, 15 gün müddətində ödənişlər aparılmamışdır. Borcun ödənilməsinə dair Sifarişçi ilə aparılmış danışıqlar nəticə verməmiş və bu günə cavabdeh "xxxx" MMC-nin İddiaçı MMC-yə cəmi 140420 manat borcu qalmışdır. Məhkəməyə müraciət olunmamışdan əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə də mübahisənin həll edilməsi mümkün olmamışdır. Cavabdeh onun risk dairəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi, gеcikdirildiyi bütün hаllаr üçün cаvаbdеhdir və krеditоrа dəymiş zərərin əvəzini də ödəməyə bоrcludur. Mərkəzi Bankın 2020-2021-ci illər üzrə illik faiz dərəcəsi ortalama 7% civarında olmuşdur. Belə olan halda, cavabdeh başqasının pul vəsaitlərinin ödənilməsini kecikdirməklə də 10600 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdehndən İddiaçı xeyrinə 140420 manat məbləğində əsas borc, pul vəsaitlərinin ödənişinin gecikdirilməsinə görə hesablanmış 10600 manat məbləğində ziyanın əvəzi, ödənilmiş 410 manat məbləğində mediasiya xidmətinin haqqının əvəzi və 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 151461 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sifarişçi Cavabdeh (VÖEN **********) ilə icraçı İddiaçı (VÖEN **********) arasında bağlanmış 12 sentyabr 2018-ci il tarixli XM09/18 nömrəli Xidmət Müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu Müqavilənin predmetini tərəflər arasında soyuducu anbarda meyvənin saxlanmasının tənzimlənməsi təşkil edir. Həmin Müqavilənin 1.2-ci bəndinin tələblərinə görə, müqaviləyə əsasən “İcraçı” mülkiyyətində olan Quba rayonu İsnovqışlaq kəndi ərazisində yerləşən soyuducu anbarında “Sifarişçi”nin meyvəsini saxlamağı, “Sifarişçi” isə göstərilən xidmətlərə göstərilən şərtlərlə və müddətdə xidmət haqqını ödəməyi öhdələrinə götürmüşlər. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, saxlanılan meyvənin həcminin hər ay üçün tərtib olunan və həmin müqavilənin tərkib hissəsi olan Əlavə (Akt) ilə müəyyən ediləcəyi nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, müqaviləyə əsasən saxlanılan meyvələr üçün aylıq haqq hər 1 ton (1000 kq) meyvənin saxlanılması üçün 25 manat müəyyən edilmişdir. Ödəmənin 1.3-cü bənd ilə müəyyən edilən Aktı tərəflər imzaladıqdan sonra 15 iş günü ərzində “İcraçı”nın bank hesabına köçürülməsi yolu ilə həyata keçiriləcəyi nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı 12 sentyabr 2018-ci il tarixindən 31 dekabr 2020-ci il tarixinə qədər qüvvədədir. İş materiallarında olan "oktyabr-noyabr 2020, İcarə" qeydi aparılmış 26 noyabr 2020ci il tarixli EBAT seriyalı 058154 nömrəli Elektron Qaimədən görünür ki, icraçı "xxxx" MMC tərəfindən sifarişçi "xxxx" MMC-yə 2020-ci ilin oktyabr və noyabr ayları üzrə (20060 manat + 20060 manat) hesablanmış ƏDV daxil, ümumilikdə cəmi 40120 (qırx min yüz iyirmi) manat məbləğində xidmət haqqı borcunun ödənilməsi ilə əlaqədar 26 noyabr 2020-ci il tarixli EBAT seriyalı 058154 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan "dekabr 2020, İcarə" qeydi aparılmış 15 dekabr 2020-ci il tarixli EBAT seriyalı 887827 nömrəli Elektron Qaimədən görünür ki, icraçı "xxxx" MMC tərəfindən sifarişçi "xxxx" MMC-yə 2020-ci ilin dekabr ayı üzrə hesablanmış ƏDV daxil cəmi 20060 (iyirmi min altmış) manat məbləğində xidmət haqqı borcunun ödənilməsi ilə əlaqədar 15 dekabr 2020-ci il tarixli EBAT seriyalı 887827 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan "yanvar 2021, İcarə" qeydi aparılmış 22 yanvar 2021-ci il tarixli EBAW seriyalı 434572 nömrəli Elektron Qaimədən görünür ki, icraçı "xxxx" MMC tərəfindən sifarişçi "xxxx" MMC-yə 2021-ci ilin yanvar ayı üzrə hesablanmış ƏDV daxil cəmi 20060 (iyirmi min altmış) manat məbləğində xidmət haqqı borcunun ödənilməsi ilə əlaqədar 22 yanvar 2021-ci il tarixli EBAW seriyalı 434572 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan "fevral 2021, İcarə" qeydi aparılmış 15 fevral 2021-ci il tarixli EBAX seriyalı 479647 nömrəli Elektron Qaimədən görünür ki, icraçı "xxxx" MMC tərəfindən sifarişçi "xxxx" MMC-yə 2021-ci ilin fevral ayı üzrə hesablanmış ƏDV daxil cəmi 20060 (iyirmi min altmış) manat məbləğində xidmət haqqı borcunun ödənilməsi ilə əlaqədar 15 fevral 2021-ci il tarixli EBAX seriyalı 479647 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan "mart 2021, İcarə" qeydi aparılmış 17 mart 2021-ci il tarixli EBAY seriyalı 869376 nömrəli Elektron Qaimədən görünür ki, icraçı "xxxx" MMC tərəfindən sifarişçi "xxxx" MMC-yə 2021-ci ilin mart ayı üzrə hesablanmış ƏDV daxil cəmi 20060 (iyirmi min altmış) manat məbləğində xidmət haqqı borcunun ödənilməsi ilə əlaqədar 17 mart 2021-ci il tarixli EBAY seriyalı 869376 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan "aprel 2021, İcarə" qeydi aparılmış 15 aprel 2021-ci il tarixli EBBA seriyalı 220877 nömrəli Elektron Qaimədən görünür ki, icraçı "xxxx" MMC tərəfindən sifarişçi "xxxx" MMC-yə 2021-ci ilin aprel ayı üzrə hesablanmış ƏDV daxil cəmi 20060 (iyirmi min altmış) manat məbləğində xidmət haqqı borcunun ödənilməsi ilə əlaqədar 15 aprel 2021-ci il tarixli EBBA seriyalı 220877 nömrəli elektron qaimə təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Beləliklə də, iddia ərizəsinin məzmunu və iş materialları ilə müəyyən olunur ki, sifarişçi Cavabdeh MMC (VÖEN **********) ilə icraçı İddiaçı MMC (VÖEN **********) arasında bağlanmış 12 sentyabr 2018-ci il tarixli XM09/18 nömrəli Xidmət Müqaviləsi üzrə iddiaçı (icraçı) İddiaçı tərəfindən cavabdeh (sifarişçi) Cavabdehnə 26 noyabr 2020-ci il tarixli EBAT seriyalı 058154 nömrəli, 15 dekabr 2020-ci il tarixli EBAT seriyalı 887827 nömrəli, 22 yanvar 2021-ci il tarixli EBAW seriyalı 434572 nömrəli, 15 fevral 2021-ci il tarixli EBAX seriyalı 479647 nömrəli, 17 mart 2021-ci il tarixli EBAY seriyalı 869376 nömrəli və 15 aprel 2021-ci il tarixli EBBA seriyalı 220877 nömrəli elektron qaimələr təqdim olunmuş və sonuncu həmin elektron qaimələrdə qeyd olunan xidmət haqqı məbləğləri üzrə ƏDV daxil ümumilikdə cəmi 140420 (yüz qırx min dörd yüz iyirmi) manat məbləğində pul vəsaitini ödəməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 140420 manat məbləğində əsas borcun və həmin əsas borcun ödənişinin gecikdirildiyinə görə hesablanmış 10600 manat məbləğində ziyanın əvəzinin cavabdeh "xxxx" MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, ödənilməmiş 140420 manat məbləğində xidmət haqqı borcunun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "xxxx" MMC ilə bu mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı MMC tərəfindən mediatora 410 (dörd yüz) manat məbləğində xidmət haqqı və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən 31 (otuz bir) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, iddia tələbi Cavabdehndən 12 sentyabr 2018-ci il tarixli XM09/18 nömrəli Xidmət Müqaviləsi üzrə göstərilmiş xidmətlərə görə ümumilikdə hesablanmış cəmi 140420 (yüz qırx min dörd yüz iyirmi) manat məbləğində əsas borcun İddiaçı xeyrinə tutulması hissəsində əsaslıdır. Bundan əlavə, İddiaçı iddia tələbində Cavabdehndən "pul vəsaitlərinin ödənişinin gecikdirilməsinə görə hesablanmış 10600 manat məbləğində ziyanın əvəzinin” tutulmasını xahiş etsə də, məhkəmə araşdırması zamanı iddia tələbinin həmin hissədə əsaslılığı müəyyən edilmədiyindən və sübut olunmadığından, "pul vəsaitlərinin ödənişinin gecikdirilməsinə görə hesablanmış 10600 manat məbləğində ziyanın əvəzinin tutulması” barədə tələb təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdehndən 140420 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, mediasiya xidməti ilə əlaqədar İddiaçı MMC tərəfindən mediatora ödənilmiş 410 (dörd yüz on) manat məbləğində xidmət haqqının və 31 (otuz bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir. Həmçinin, hazırkı iddia tələbinin təmin olunmuş hissəsi üzrə hesablanan 430,42 (dörd yüz otuz manat 42 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 399,42 (üç yüz doxsan doqquz manat 42 qəpik) manat (430,42 manat – 31 manat = 399,42 manat) məbləğində pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi Cavabdehndən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100000 manatdan ******* manatadək olduqda 390 manat + 100000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 140420 (yüz qırx min dörd yüz iyirmi) manat məbləğində əsas borc, mediasiya ilə əlaqədar ödənilmiş 410 (dörd yüz on) manat məbləğində xidmət haqqı və 31 (otuz bir) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 140861 (yüz qırx min səkkiz yüz altmış bir) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət rüsumunun qalığı kimi 399,42 (üç yüz doxsan doqquz manat 42 qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-591/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-591/2022
23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver