Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-61/2025 08.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi vəkil Nümayəndə1, mütəxəssis Azərbaycan Respublikası Energetika Nazirliyi “X2 Agentliyi” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə3 iştirakı ilə iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə balans sayğacı əsasında hesabladığı 6648,37 (altı min altı yüz qırx səkkiz manat otuz yeddi qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi vəkil Nümayəndə1 məhkəməyə ərizə təqdim edərək məhkəmə prosesinin gedişində iddia tələbinin artırılması zərurəti yarandığından iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinin geri qaytarılmasını və baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - iddia ərizəsi baxılmamış saxlanılır. Beləliklə məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi vəkil Nümayəndə1 “iddia ərizəsinin baxılmamış saxlanılması barədə” ərizəsi təmin edilməli və həmin ərizə əsasında iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, hazırkı mübahisənin obyektiv həlli məqsədi ilə Sumqayıt Kommersiya Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, e-2-2(119)- 1222/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki və məhkəməmühasibatlıq ekspertizaları keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzi tərəfindən 30 may 2025-ci il tarixli 10/3142; 9/2583 nömrəli ekspert rəyi verilmişdir. Həmin ekspert rəyinə əlavə edilmiş “ekspertiza xərclərinə dair” bildirişdə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində müəyyən edilərək, həmin məbləğin müvafiq qaydada tutularaq aidiyyəti üzrə ödənilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 260.3-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadında işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq dövlət nəfinə tutularaq X1 ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən 03 iyul 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 03 iyul 2024-cü il, saat 12:58; Sumqayıt Kommersiya Məhkəməsi üçün) iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi vəkil Nümayəndə1 ərizəsi təmin edilsin. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq X1 ödənilsin. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən 03 iyul 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 03 iyul 2024-cü il, saat 12:58; Sumqayıt Kommersiya Məhkəməsi üçün) iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-61/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-61/2025
08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver