Məhkəmə qərarları › İş №e-2-2(119)-62/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-62/2025

12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-62/2025 12.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə və iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh tərəfindən cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçınə qarşı verilmiş “müqavilənin ləğv edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanılmış 14 avqust 2023-cü il tarixli TC14/08/23 nömrəli müqavilə üzrə 166010,70 (yüz altmış altı min on manat, yetmiş qəpik) manat məbləğində borc, 8300,53 (səkkiz min üç yüz manat, əlli üç qəpik) manat məbləğində əldən çıxmış fayda, 8300,53 (səkkiz min üç yüz manat, əlli üç qəpik) manat məbləğində dəbbə pulu və 473 (dörd yüz yetmiş üç) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 183084,76 (yüz səksən üç min səksən dörd manat, yetmiş altı qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 14 avqust 2023-cü il tarixli TC14/08/23 nömrəli müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən müəyyən olunmuş 214610,7 manat dəyərində işlər iddiaçı tərəfindən icra olunmuşdur. Görülmüş işlər və xidmətlərə görə 214610,7 manat məbləğində olan borcdan cavabdeh tərəfindən 48600 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin 166010,7 manat qalıq borcu mövcuddur və həmin borcu ödəməkdən yayınır. Mübahisənin pretenziya qaydasında həll edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh 16 iyul 2024-cü il tarixində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 14 avqust 2023-cü il tarixli müqavilənin 1.1-ci maddəsinə əsasən, sifarişçi təmir-tikinti xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada təmir tikinti xidmətləri götürməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci maddəsində göstərilmişdir ki, göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edilir. Göründüyü kimi, iddiaçı görülməli olan işlərin həcmi barədə hesab-faktura tərtib edərək təqdim etməli olduğu halda cavabdehə hansısa hesab-faktura təqdim etməmişdir. Məhkəməyə sübut kimi təqdim edilmiş 14 avqust 2023-cü il tarixli TC14/08/23 nömrəli xidmət müqaviləsinə əsasən işlərin yerinə yetirilməsinə dair akt cavabdehə təqdim olunmamış, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Eyni zamanda Naxçıvan şəhər Vergilər İdarəsi tərəfindən İddiaçı MMC-nin “riskli vergi ödəyicisi” hesab edilməsi ilə bağlı 13 may 2024-cü il tarixli **********301700 saylı qərar qəbul edilməsi sübut edir ki, İddiaçı MMC tərəfindən bu cür qanunsuz əməllərin həyata keçirilməsi ilk dəfə deyildir. Müqavilədə nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi üçün İddiaçı MMC-yə işə başlamaq üçün zəruri materialların alınması məqsədilə qarşılıqlı razılıqla avans qismində 48600 manat ödənilmişdir. İşin yerinə yetirilməsi üçün müqavilədə nəzərdə tutulmuş məbləğin iş başladıqdan sonra qarşı tərəfə hissə-hissə ödənilməsi razılaşdırılmışdır. İddiaçı MMC tərəfindən yalnız ödənilmiş məbləğ həcmində işlər icra olunmuşdur. Görülən işlər natamam icra edilmiş və keyfiyyətli görülməmiş, bu səbəbdən qənaətbəxş hesab edilməmişdir. İşlərin icra edildiyi əmlakın mülkiyyətçisi ilə razılığa əsasən, obyektin qalan hissəsinin təmiri mülkiyyətçi tərəfindən həyata keçirilmişdir. İddiaçı MMC tərəfindən dəfələrlə elektron qaimə vurulsa da, öhdəlik icra olunmadığı üçün Cavabdeh MMC tərəfindən rədd edilmiş, həmçinin qarşı tərəfə bir neçə dəfə şifahi qaydada bildiriş göndərilərək müqavilənin ikitərəfli ləğvi təklif edilmişdir. Cavabdehin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən ilkin iddia tələbinin rədd edilməsi və tərəflər arasında bağlanılmış 14 avqust 2023-cü il tarixli TC14/08/23 nömrəli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi 10 sentyabr 2024-cü il tarixində məhkəməyə vəsatətlə müraciət edərək cavabdehin sifarişi əsasında təmir olunmuş qeyri-yaşayış sahəsində işlərin yerinə yetirilməsi barədə aktda və elektron qaiməfakturalarda qeyd edilmiş təmir-tikinti işlərinin aparılıb-aparılmamasının müəyyən edilməsi məqsədilə məhkəmə-tikinti-texniki ekspertizanın keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin vəsatət təmin edilərək məhkəmənin 29 oktyabr 2024-cü il tarixli e-2- 2(119)-1223/2024 nömrəli qərardadı əsasında iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi 11 avqust 2025-ci il tarixində məhkəməyə vəsatətlə müraciət edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş ekspert rəyinin məzmununa əsasən, iş üzrə tikinti-texniki ekspertizası keçirilmiş, lakin qarşı tərəfin maraqlarına zidd olduğu üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmədən natamam, qərəzli rəy verilmişdir. Belə ki, ekspert hər 3 sual üzrə qeyd etmişdir ki, qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Məhkəməyə məlumdur ki, qeyd olunan obyektdə görülən işlərlə yanaşı, görülmüş işlərin qiyməti, dəyəri də mübahisəlidir. Belə olan halda həqiqəti əks etdirməyən, natamam verilərək qarşı tərəfin maraqlarına uyğun tərtib edilmiş ekspert rəyinin heç bir mötəbərliyi yoxdur. Qərardadda qeyd olunan suallar düzgün cavablandırılmamış, qarşı tərəfin maraqlarına uyğun olaraq hazırlanmışdır. Ekspert rəyində qeyd olunur ki, təqdim edilmiş aktda qeyd olunan işlərin bir qismi görülmüşdür, lakin hansı işlərin görülməməsi və dəyəri müəyyən olunmamışdır. Rəy tam deyildir. Məhkəmə görülən işlərin dəyərini sual etsə də, ekspert bunu cavablandırmamışdır. Bundan başqa hansı işlərin tam olaraq görülməsi, onların dəyəri göstərilməmiş, obyektin təmir xərcinin ümumi nə qədər təşkil etməsi müəyyən edilməmişdir. Təqdim edilmiş aktda qeyd olunan işlər və onların dəyəri ilə qarşı tərəfin təqdim etdiyi qiymətləndirmə rəyində kəskin ziddiyətlər olduğundan və qərardadda qeyd olunan suallar cavablandırılmayaraq natamam, anlaşılmayan rəy verildiyindən mübahisəyə son qoymaq üçün mütləq şəkildə iş üzrə təkrar tikinti-texniki ekspertizası və obyektin tam təmiri üçün görülmüş işlərin dəyərini müəyyən etmək üçün qiymətləndirmə aparılması üçün qanunvericiliyin tələbinə uyğun olaraq ekspertiza təyin edilməli və ekspertizanın aparılması digər ekspertlərə həvalə olunmaqla məhkəmənin iştirakı ilə tədqiqatın aparılması təmin edilməlidir. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi göstərilənləri nəzərə alaraq hazırkı iş üzrə təkrar tikinti-texniki və işlərin qiymətləndirilməsinə dair ekspertiza keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 12 avqust 2025-ci il tarixli e-2-2(119)-62/2025 nömrəli qərardadı ilə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi tərəfindən verilmiş təkrar məhkəmə tikinti-texniki və məhkəməəmtəəünaslıq ekspertizalarının keçirilməsinə dair vəsatətin təmin edilməməsi qərara alınmışdır. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək vəsatətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 11 sentyabr 2024-cü il və 29 oktyabr 2024-cü il tarixli iclaslarında iştirak edən iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi izahatlarında bildirmişdir ki, tərəflərin rəhbərləri aralarında dostluq münasibətləri olmuş və Azərbaycan Respublikasına gələrək birgə əməkdaşlıq həyata keçirmişdirlər. Cavabdeh təşkilatın rəhbərindən ödənişləri tələb etdikdə o, maddi imkanının aşağı olduğunu, maddi imkanı yaxşılaşan kimi xəbər edəcəyini bildirmiş və həmin vaxt qaimə-fakturanın göndərilməsini xahiş etmişdir. Təmsil etdiyi təşkilatın rəhbəri ona etibar etdiyinə görə xeyli müdət gözləmişdir. İşlər müqavilə bağlandığı gündən sonrakı gün görülməyə başlamış, 25 noyabr 2023-cü il tarixində işlərin görülməsi başa çatmışdır. Görülmüş işlərin təhvil verilməsi ilə bağlı hər iki tərəfin adlarının qeyd edildiyi təhvil-təslim aktı var. Sadəcə olaraq cavabdeh təşkilat həmin aktı imzalamaqdan imtina etdiyi üçün işlərin görülməsi ilə bağlı aktda yalnız iddiaçı təşkilatın adı, möhürü və imzası vardır. Həmin aktda tarix qeyd edilməmişdir. Həmin aktın şifahi olaraq 23-25 noyabr 2023-cü il tarixlərində tərtib edildiyi bildirimişdir. Cavabdeh təkilat artıq ödənişləri 21 iyun 2024-cü il tarixli elektron qaimə-faktura əsasında həyata keçirdiyi üçün həmin ödəniş qaimədə qeyd edilən məbləğdən çıxılaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş qiymətləndirmə rəyində göstərilən məbləğlər cavabdeh təşkilatın maraqlarına uyğun olaraq xeyli miqdarda azaldılmışdır. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi məhkəmədən qiymətləndirmə rəyi təqdim edilməsinə şərait yaradılmasını xahiş etmişdir. Məhkəmənin 02 oktyabr 2024-cü il və 29 oktyabr 2024-cü il tarixli iclaslarında iştirak edən cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi izahatlarında bildirmişdir ki, 21 iyun 2024-cü il tarixli elektron qaimə-faktura işlər görüldükdən xeyli sonra göndərilmiş, buna görə də təmsil etdiyi təşkilat tərəfindən təsdiq edilməmişdir. İddiaçı təşkilatın işçilərlə xidmət haqqının ödənilməməsi ilə bağlı problemləri var. İddiaçı təşkilatın rəhbərliyi təmsil etdiyi təşkilat tərəfindən ödənilmiş pulları işçilərə verməmişdir. İşçilərə tələb etdikləri ödənişləri həyata keçirmək üçün təmsil etdiyi təşkilata qarşı əsassız iddia irəli sürülmüşdür. 21 iyun 2024-cü il tarixli elektron qaimə-faktura məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdən qısa müddət əvvəl göndərilmişdir. Əslində elektron qaiməfakturalar təmir zamanı işlər hissə-hissə görüldükcə göndərilməli idi. Çünki iddiaçı təşkilat şəxsi vəsaiti hesabına həmin təmir işlərini görə bilməzdi. Təsdiq edilmiş 3 elektron qaiməfakturada nəzərdə tutulmuş məbləğdən əlavə ödəniş edilməsinin səbəbi tərəflərin rəhbərləri arasında yaxşı münasibətlərin olmasıdır. Belə ki, iddiaçı təşkilatın rəhbəri pul lazım olduğunu bildirmiş, təmsil etdiyi təşkilatın rəhbəri də elektron qaimə-faktura tələb etməmiş, əlbəəl (nağd) qaydada ödənişi həyata keçirmişdir. İş materiallarında olan işlərin yerinə yetirilməsi ilə bağlı tərtib edilmiş akt cavabdeh təşkilata təqdim edilməmiş, birtərəfli qaydada tərtib edilmiş və imzalanmışdır. Həmin sənəddə təmsil etdiyi təşkilatın adı əksini tapmamış və imzalaması üçün qrafa da ayrılmamışdır. Eyni zamanda iddiaçı təşkilat tərəfindən müəyyən hissədə işlərin görüldüyünü qəbul edir. Vicdanlılıq prinsipi əsas götürülərək təsdiq edilən elektron qaimə-fakturadan artıq ödənişlər də həyata keçirilmişdir. Həmin ödənişlər razılıq əsasında iddiaçı təşkilata nağd şəkildə köçürülmüşdür. Lakin sındırma-sökmə işləri həyata keçirilmədiyinə, təmir işləri zamanı bahalı materiallara ehtiyac olmadığına görə iddia ərizəsi ilə tələb olunan məbləğ absurddur. İddiaçı təşkilat tərəfindən həyata keçirilmiş işlər natamam və keyfiyyətsiz olduğuna görə, işlərin görülməsi başqa şəxslərə həvalə edilmişdir. Məhkəmə iddia ərizəsini, qarşılıqlı iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia və qarşılıqlı iddia təmin edilməməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 14 avqust 2023-cü il tarixli TC14/08/23 nömrəli xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən, sifarişçi (Cavabdeh MMC) təmir-tikinti xidmətlərinin göstərilməsini sifariş verib icraçıya (İddiaçı MMC-yə) razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada təmirtikinti xidmətləri göstərməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən xidmət Aktı (və ya aktları) ilə müəyyənləşdirilir. Bu Müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, icraçı sifarişçinin sifariş verdiyi təmir-tikinti xidmətlərini həyata keçirir (işi icra edir). Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, icraçının yerinə yetirdiyi işlər işlərin icra olunma aktı imzalanmaqla sifarişçi tərəfindən təhvil alınır. Həmin müqavilənin 3.1.2-ci və 3.1.3-cü yarımbəndlərinə əsasən, işi icrasından sonra təhvil almaq və göstərilmiş xidmətin dəyərini ödəmək sifarişçinin vəzifələridir. Həmin müqavilənin 3.2.1-ci və 3.2.4-cü yarımbəndlərinə əsasən, müqavilədə nəzərdə tutulan qaydada sifarişçinin müəyyən etdiyi təmir-tikinti xidmətləri həyata keçirmək və xidməti vicdanla yerinə yetirib sifarişçiyə təhvil vermək icraçının vəzifələridir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edilir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, hazırkı müqavilə üzrə hesablaşmalar nağd qaydada və ya bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, müqavilə tərəflər arasında imzalandığı andan qüvvəyə minir və 14 avqust 2024-cü ilə qədər qüvvədədir. Tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsi təşəbbüsü ilə çıxış etməzsə, müqavilə avtomatik qaydada növbəti ilə/illərə uzadılır. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə göndərilmiş 31 avqust 2023-cü il tarixli EBDN seriyalı 269769 nömrəli elektron qaimə-faktura üzrə 20001,24 manat məbləğində dəyəri olan işlərin, 05 sentyabr 2023-cü il tarixli EBDN seriyalı 638820 nömrəli elektron qaimə-faktura üzrə 6035,7 manat məbləğində dəyəri olan işlərin, 05 sentyabr 2023-cü il tarixli EBDN seriyalı 570038 nömrəli elektron qaimə-faktura üzrə 6726 manat məbləğində dəyəri olan işlərin, 21 iyun 2024-cü il tarixli MT2406 seriyalı 10975888 nömrəli elektron qaimə-faktura üzrə 181849,02 manat məbləğində dəyəri olan işlərin görüldüyü qeyd edilmişdir. İş materiallarında olan 28 avqust 2023-cü il tarixli **********/638325173 nömrəli ödəniş tapşırığı üzrə 20000 manat, 30 avqust 2023-cü il tarixli BD1 nömrəli ödəniş tapşırığı üzrə 8474,57 manat, 06 sentyabr 2023-cü il tarixli ********** /642973831 nömrəli ödəniş tapşırığı üzrə 4237,29 manat, 21 noyabr 2023-cü il tarixli **********/676709180 nömrəli ödəniş tapşırığı üzrə 8474,57 manat məbləğində olmaqla, cəmi 41186,43 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına köçürülmüşdür. İş materiallarında olan 27 iyun 2024-cü il tarixli 002Bİ nömrəli maliyyə arayışının məzmununda Cavabdeh MMC-nin 166012,03 manat məbləğində borcunun olduğu qeyd edilmişdir. İş materiallarında olan yalnız İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmiş 14 avqust 2023-cü il tarixli TC14/08/23 nömrəli müqaviləyə əsasən işlərin yerinə yetirilməsinə dair aktda cəmi 214612,03 manat dəyərində işlərin görüldüyü qeyd edilmişdir. İş materiallarında olan yalnız İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmiş 14 avqust 2023-cü il tarixli TC14/08/23 nömrəli müqaviləyə əsasən işlərin yerinə yetirilməsinə dair təvil-təslim aktında cəmi 214612,15 manat dəyərində işlərin görüldüyü qeyd edilmişdir. İş materiallarında olan cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin 16 oktyabr 2024-cü il tarixli QXM/417 nömrəli rəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, X1 44 B ünvanında yerləşən məkana çəkilmiş təmir xərclərinin dəyərinin 42116 manat məbləğində olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 05 iyun 2025-ci il tarixli 10/9437 nömrəli ekspert rəyinin nəticə hissəsində: 1-ci sual üzrə: Bakı şəhəri Nərimanov rayonu X2 44B ünvanında yerləşən qeyriyaşayış sahəsinin orta təmirli vəziyyətdə olduğu və qeyri-yaşayış sahəsinin bir hissəsinin (sex) döşəməsi isti döşəmə olmaqla üstü metlaxla üzləndiyi, divarları və tavanı boya ilə rənglənmişdir, dəhliz tikilisinin döşəməsi, divarları və tavanı boya ilə rənglənmişdir, anbar tikilisinin döşəməsi sement məhlulu ilə hamarlanmış, divarları və tavanı boya ilə rənglənmişdir. Qeyd edilir ki, tikiş sexinə giriş-çıxış iki laylı (avtomat) qapı vasitəsilə olduğu müəyyən edilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir; 2-ci sual üzrə: Bakı şəhəri Nərimanov rayonu, X2 44B ünvanında yerləşən qeyriyaşayış sahəsinin təmiri ilə əlaqədar iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “İşlərin yerinə yetirilməsi barədə akt”da və iş materialındakı elektron qaimə-fakturada nəzərdə tutulan işlərlə qeyriyaşayış sahəsinin daxilində faktiki olan təmir işləri müqaisə olduğu zamanı İddiaçı MMC tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “İşlərin yerinə yetirilməsi barədə akt”da və iş materialındakı elektron qaimə-fakturada nəzərdə tutulan işlərişlərin bütövlüklə görülmədiyi müəyyən edilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir; 3-cü sual üzrə: Bakı şəhəri Nərimanov rayonu, X2 44B ünvanında yerləşən qeyriyaşayış sahəsinin təmiri ilə əlaqədar "xxxx" MMC tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş 16 oktaybr 2024-cü il tarixli 417 nömrəli qiymətləndirmə rəyində nəzərdə tutulan işlərlə qeyri-yaşayış sahəsinin daxilində faktiki olan təmir işləri müqayisə olduğu zaman qiymətləndirmə rəyində qeyd edilən işlərin bütövlüklə görüldüyü müəyyən edilmişdir” qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC 14 avqust 2023-cü il tarixli TC14/08/23 nömrəli müqavilə üzrə 166010,70 manat məbləğində borcun, 8300,53 manat məbləğində əldən çıxmış faydanın və 8300,53 manat məbləğində dəbbə pulunun cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmasını xahiş etsə də, iddianın əsaslı olması iş materialları ilə təsdiq edilmir. Belə ki, iddia tələbinin qanuni əsası podrat münasibətlərini tənzimləyən mülki-hüquq normalarıdır, yəni tərəflər arasında podrat müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) cavabdehə (qarşılıqlı üzrə iddiaçıya) təmir-tikinti xidmətlərinin göstərilməsini, cavabdeh (qarşılıqlı üzrə iddiaçı) isə nağd qaydada və ya bank hesabına köçürmə yolu ilə razılaşdırılmış xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə işlərin 14 avqust 2023-cü il tarixində görülməyə başlanılması və 25 noyabr 2023-cü il tarixində başa çatması işin mübahisəsiz halıdır (tərəflərin nümayəndələri izahatlarında bu halı qarşılıqlı olaraq təsdiq etmişdirlər). İşin mübahisəsiz olan digər halı isə cavabdeh (qarşılıqlı üzrə iddiaçı) tərəfindən iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdehə) 31 avqust 2023-cü il tarixli EBDN seriyalı 269769 nömrəli, 05 sentyabr 2023-cü il tarixli EBDN seriyalı 638820 nömrəli, 05 sentyabr 2023-cü il tarixli EBDN seriyalı 570038 nömrəli elektron qaimə-fakturalar üzrə həm köçürmə yolu ilə, həm də nağd qaydada cəmi 48600 manat məbləğində pul vəsaitinin ödənilməsidir. Hazırkı iddianın əsasını təşkil edən 181849,02 manat dəyərində işlərin görüldüyü qeyd edilən 21 iyun 2024-cü il tarixli MT2406 seriyalı 10975888 nömrəli elektron qaiməfaktura isə cavabdeh (qarşılıqlı üzrə idiaçı) tərəfindən təsdiq edilməmiş və həmin elektron qaimə-faktura üzrə hər hansı ödəniş edilməmişdir. Podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən 11 iyun 2018-ci il tarixli qərarı). Podrat müqaviləsi mahiyyətcə sifarişçi tərəfindən sifariş edilmiş işlərin icraçı tərəfindən yerinə yetirilməsini, bunun müqabilində isə icraçıya muzd (şərtləşdirilmiş və ya adi muzd) ödənilməsini ehtiva edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərildiyi kimi, bu növ müqavilələr bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəli olduğundan müqavilənin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Eyni zamanda, tərəflər arasında müqavilə bağlanmışdırsa, məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 2.4-cü bəndinə əsasən, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) yerinə yetirdiyi işlər işlərin icra olunma aktı imzalanmaqla cavabdeh (qarşılıqlı üzrə idiaçı) tərəfindən təhvil alınır. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi tərəfindən işlərin görüldüyünü təsdiq etmək üçün məhkəməyə təqdim edilmiş 14 avqust 2023-cü il tarixli TC14/08/23 nömrəli müqaviləyə əsasən işlərin yerinə yetirilməsinə dair aktda cəmi 214612,03 manat dəyərində və 14 avqust 2023-cü il tarixli TC14/08/23 nömrəli müqaviləyə əsasən işlərin yerinə yetirilməsinə dair təhvil-təslim aktında isə cəmi 214612,15 manat dəyərində işlərin görüldüyü qeyd edilsə də, həmin akt yalnız İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir. İstinad edilən birinci aktda, ümumiyyətlə aktın tarixi qeyd edilməmişdir, üstəlik digər müqavilə tərəfinin (icraçı Cavabdeh MMC-nin) həmin aktı imzalaması və (və ya) möhürləməsi üçün qrafa mövcud deyildir. İstinad edilən ikinci aktda tarix olaraq 14 avqust 2023 qeyd edilmişdir və lakin digər müqavilə tərəfi (sifarişçi Cavabdeh MMC) həmin aktı imzalamamış və (və ya) möhürləməmişdir. Yuxarıda qeyd edildiyi kimi işlərin 14 avqust 2023-cü il tarixində görülməyə başlanılması işin mübahisəsiz halıdır. Əgər istinad edilən ikinci təhvil-təslim aktı həqiqətən işlərin görülməyə başladığı 14 avqust 2023-cü il tarixində tərtib edilmişdirsə, işlərin görülməsini sifariş edən Cavabdeh MMC-nin həmin aktı imzalamadığı halda icraçı (İddiaçı MMC) tərəfindən nə üçün işləri görülməsinə başlamasının səbəbi aydın deyildir. Göründüyü kimi, tərəflər arasındakı podrat müqaviləsi 14 avqust 2023-cü ilə bağlanmış (ikitərəfli imzalanmış və möhürlənmişdir), işlər də faktiki olaraq həmin tarixdə görülməyə başlanılmışdır. Belə olduğu halda, məntiqlisi budur ki, üzərində 14 avqust 2023-cü il tarixi qeyd edilən və 214612,15 manat dəyərində işlərin görüləcəyini ehtiva edən təhvil-təslim aktı da həmin tarixdə qarşılıqlı olaraq imzalanmalı və möhürlənməliydi. Bütün bunlar onu göstərir ki, istər 214612,03 manat dəyərində işlərin görüldüyünü, istərsə də 214612,15 manat dəyərində işlərin görüldüyünü ehtiva edən İddiaçı MMC tərəfindən təqdim edilmiş təhvil-təslim aktları birtərəfli qaydada tərtib edilmişdir və həmin aktlar həqiqətən də həmin dəyərdə işlərin görülməsini təsdiq edən mötəbər sübutlar kimi qiymətləndirilə bilməz. Bundan əlavə, işlərin görüldüyü müddətlər daxilində, yəni xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək icraçı (İddiaçı MMC) sifarişçiyə 3 ədəd elektron qaimə-faktura göndərmişdir (hər birinə yuxarıda istinad edilmişdir). Sifarişçi (Cavabdeh MMC) məhz bu fakturalar üzrə həmin fakturalarda göstəriləndən də artıq ödənişlər etmişdir (İddiaçı MMCnin nümayəndəsi məhkəmənin 29 oktyabr 2024-cü il tarixdə keçirilmiş iclasında artıq ödənişlərin 21 iyun 2024-cü il tarixli elektron qaimə-faktura üzrə edildiyini bildirsə, ödəniş tapşırıqları ilə müəyyən edilir ki, bütün ödənişlər işlərin icra edildiyi dövrlər daxilində edilmişdir; Cavabdeh MMC-nin nümayəndəsi əlavə ödənişlərin icraçı hüquqi şəxsin rəhbərinin xahişi ilə əlaqədar və onunla yaxın münasibətlərinin olmasını nəzərə alaraq edildiyini bildirmişdir). İşlərin görülüb qurtardıqdan təxminən 7 ay sonra isə icraçı (İddiaçı MMC) tərəfindən sifarişçiyə 181849,02 manat dəyərində işlərin görüldüyü qeyd edilən 21 iyun 2024-cü il tarixli MT2406 seriyalı 10975888 nömrəli elektron qaimə-faktura göndərilmişdir. Məhkəmə yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, işlərin başa çatdığı vaxtdan təxminən 7 ay sonra göndərilmiş və cavabdeh tərəfindən təsdiqlənməyən qaimə-faktura da həmin fakturada qeyd edilən işlərin görülməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. İşin bu halı, əlavə olaraq Mülki Məcəllənin 753.1-ci maddəsi baxımından dəyərləndirildikdə də, işlərin görülüb qurtarmasından xeyli müddət sonra göndərilmiş qaimə-fakturaya əsasən, məbləğin tələb edilməsi əsaslı hesab edilə bilməz, çünki istinad edilən normaya əsasən, şərtləşdirilmiş muzd (hazırkı iş üzrə icraçı tərəfindən işlərin görüldüyü dövrdə sifarişçiyə göndərilmiş elektron qaimə-fakturalarda göstərilən məbləğlər) ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 05 iyun 2025-ci il tarixli 10/9437 nömrəli ekspert rəyində Bakı şəhəri Nərimanov rayonu, X2 44B ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmiri ilə əlaqədar iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “İşlərin yerinə yetirilməsi barədə akt”da və iş materialındakı elektron qaimə-fakturada nəzərdə tutulan işlərlə qeyri-yaşayış sahəsinin daxilində faktiki olan təmir işləri müqayisə olunduğu zaman İddiaçı MMC tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “İşlərin yerinə yetirilməsi barədə akt”da və iş materialındakı elektron qaimə-fakturada nəzərdə tutulan işlərin bütövlüklə görülmədiyinin müəyyən edildiyi qeyd edilmişdir. Həmin rəydə, həmçinin qeyd edilmişdir ki, Bakı şəhəri Nərimanov rayonu, X2 44B ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmiri ilə əlaqədar "xxxx" MMC tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş 16 oktyabr 2024-cü il tarixli 417 nömrəli qiymətləndirmə rəyində nəzərdə tutulan işlərlə qeyri-yaşayış sahəsinin daxilində faktiki olan təmir işləri müqayisə olduğu zaman qiymətləndirmə rəyində qeyd edilən işlərin bütövlüklə görüldüyü müəyyən edilmişdir. Göründüyü kimi, istinad edilən ekspert rəyində də iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən iddianın əsası kimi istinad edilən sənədlərdə (işlərin yerinə yetirilməsi barədə akt, 21 iyun 2024-cü il tarixli elektron qaimə-faktura) göstərilən işlərin icra edilmədiyi qeyd edilmişdir. Qeyd edilməsi yerinə düşər ki, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi 29 oktyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında görülmüş işlərin dəyərinə dair qiymətləndirmə rəyinin təqdim edilməsinə şərait yaradılmasını xahiş etsə də, həmin vaxtdan hazırkı məhkəmə aktının qəbul edildiyi tarixədək işlərin dəyəri ilə bağlı hər hansı ixtisaslı təşkilatın və ya şəxsin rəyi məhkəməyə təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC tərəfindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-yə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsində tərəflər arasında bağlanılmış 14 avqust 2023-cü il tarixli TC14/08/23 nömrəli müqavilənin ləğv edilməsi xahiş edilmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən, müqavilə tərəflər arasında imzalandığı andan qüvvəyə minir və 14 avqust 2024-cü ilədək qüvvədədir. Tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsi təşəbbüsü ilə çıxış etməzsə, müqavilə avtomatik qaydada növbəti ilə/illərə uzadılır. Göründüyü kimi, tərəflər müqavilənin 14 avqust 2024-cü il tarixinə qədər qüvvədə olmasını, tərəflərdən hər hansı birinin müqaviləyə xitam verilməsi təşəbbüsü ilə çıxış etmədiyi halda müqavilənin avtomatik qaydada uzadılmasını razılaşdırmışlar. Hazırkı işin faktiki hallarından göründüyü kimi, işlərin görülməsi 25 noyabr 2023-cü il tarixdə başa çatmışdır. Eyni zamanda iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) 04 iyul 2024cü il tarixində iddia ərizəsi ilə, eyni zamanda cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) 16 iyul 2024-cü il tarixində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Bununla tərəflərin müqavilə münasibətlərini davam etdirmək niyyətlərinin mövcud olmaması aşkardır və belə olduğu halda, müqavilə artıq, elə özündə qeyd edildiyi tarixdə, yəni 14 avqust 2024-cü il tarixinə qüvvədən düşmüş hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh MMC tərəfindən cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı MMC-yə qarşı verilmiş “müqavilənin ləğv edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi də əsaslı olmadığından təmin edilməməlidir. Bunlardan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2025-ci il tarixli 10/9437 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılan ekspertiza tədqiqatının dəyəri ümumilikdə 100 manat təşkil etmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərclərinin bölünməsi barədə hər hansı razılıq barədə məlumat təqdim edilmədiyindən 100 manat məbləğində ekspertiza xərcinin 50 manat məbləğində olan hissəsi iddiaçıdan (qarşılıqlı iddia üzrə cavabdehdən), 50 manat məbləğində olan digər hissəsi isə cavabdehdən (qarşılıqlı iddia üzrə iddiaçıdan) tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən cavabdehə (qarşılıqlı iddia üzrə iddiaçıya) qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi və iddiaçı (ilkin iddia üzrə cavabdeh) tərəfindən cavabdehə (ilkin iddia üzrə iddiaçıya) qarşı verilmiş “müqavilənin ləğv edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi təmin edilməməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin 50 manat məbləğində olan hissəsi iddiaçıdan (qarşılıqlı iddia üzrə cavabdehdən), 50 (əlli) manat məbləğində olan digər hissəsi isə cavabdehdən (qarşılıqlı iddia üzrə iddiaçıdan) tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi təmin edilməsin. İddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh tərəfindən cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçınə qarşı verilmiş “müqavilənin ləğv edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin 50 (əlli) manat məbləğində olan hissəsi iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçındən, 50 (əlli) manat məbləğində olan digər hissəsi isə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar