Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-631/2023 31.07.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçı "xxxx" Müstəqil Şirkətinin vəkili və nümayəndəsi Vəkil, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Kurtman Nurinin iştirakı ilə iddiaçı "xxxx" Müstəqil Şirkətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Müstəqil Şirkəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək iddiaçı "xxxx" Müstəqil Şirkətinin xeyrinə cavabdeh "xxxx" MMC-dən ƏDV daxil 571887,19 (beş yüz yetmiş bir min səkkiz yüz səksən yeddi manat 19 qəpik) manat avans pulun (muzdun), qüsurlu işlərə görə ƏDV daxil 261907,62 (iki yüz altmış bir manat doqquz yüz yeddi manat 62 qəpik) manat ziyanın (zərər), ƏDV daxil 16638 (on altı min altı yüz otuz səkkiz) manat borcun, işlərin keyfiyyətlə icra edilməsinin təmin edilməsi məqsədi ilə iddiaçıda (sifarişçidə) saxlanılmalı olan ƏDV daxil 186412,34 (yüz səksən altı min dörd yüz on iki manat 34 qəpik) manat pulun, ƏDV daxil 291971,60 (iki yüz doxsan bir min doqquz yüz yetmiş bir manat 60 qəpik) manat cərimə faizi, ümumilikdə 1328816,75 (bir milyon üç yüz iyirmi səkkiz minsəkkiz yüz on altı manat 75 qəpik) manat əsas, həmçinin ödənilmiş 1460 (min dörd yüz altmış) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 06 iyul 2023-cü il tarixdə "xxxx" Müstəqil Şirkəti “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə mübahisə üzrə tərtib olunaraq "xxxx" Müstəqil Şirkətinin direktoru Yunis Nəbiyev və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Kurtman Nuri tərəfindən imzalanmış 20 iyun 2023-cü il tarixli barışıq sazişini məhkəməyə təqdim etmiş və həmin barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı "xxxx" Müstəqil Şirkətinin vəkili və nümayəndəsi Vəkil və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Kurtman Nuri ərizə təqdim edərək məhkəmədən barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda onlar Barışıq sazişinin 7-ci və 12-ci bəndlərində “Bakı Kommersiya Məhkəməsi” sözlərinin “Sumqayıt Kommersiya Məhkəməsi” kimi oxunmasını xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş barışıq sazişinin məzmunu ilə müəyyən olunur ki, 20 iyun 2023-cü il tarixdə iddiaçı "xxxx" Müstəqil Şirkəti ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında barışıq sazişi bağlanmış və həmin barışıq sazişi hazırkı iddia tələbi üzrə iddiaçı və cavabdeh arasında məhkəmədən kənar gəlinən razılığı əks etdirir. Həmin barışıq sazişi ilə iddiaçı "xxxx" Müstəqil Şirkəti ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti aşağıdakı məzmunda və şərtlərlə razılığa gəlmişlər:
1. “Şərq Bazarı” layihəsi üzrə “tikinti-quraşdırma və təmir bərpa işlərinin yerinə yetirilməsi barəsində” tərəflər arasında bağlanmış 6F/ŞBL/2020/11_01 nömrəli, 05 noyabr 2020-ci il tarixli subpodrat müqaviləsi üzrə sifarişçi tərəfindən icraçıya ödənilməli olan, yaxud ödəniləcək qalıq muzdun məbləği ümumilikdə ƏDV daxil cəmi 760,460.45 (yeddi yüz altmış min dörd yüz altmış manat qırx beş qəpik) manat razılaşdırılır.
2. Bu Sazişlə razılaşdırılan ödəniş məbləği "xxxx" Müstəqil Şirkəti ilə “Şərq Bazarı” adlı tikinti layihəsinin Əsas (baş) sifarişçisi arasında bağlanmış xx.xx.2023-cü il tarixli Xitam razılaşması əsasında sonuncu tərəfindən ödəniş edilən pul vəsaiti hesabına həyata keçirilir.
3. Ödəniş bu Sazişin 2-ci bəndindən asılı olan, başqa sözlə əsas sifarişçi tərəfindən edildikdən sonra 3 (üç) iş günü müddətində həyata keçirilməlidir.
4. Bu sazişin 1-ci bəndi ilə razılaşdırılan ödəniş məbləği tərəflər arasında bağlanmış 6F/ŞBL/2020/11_01 nömrəli, 05 noyabr 2020-ci il tarixli subpodrat müqaviləsi üzrə yekun hesablaşma hesab olunur.
5. Bu Barışıq sazişinin bağlanması ilə tərəflər arasında bağlanmış 6F/ŞBL/2020/11_01 nömrəli, 05 noyabr 2020-ci il tarixli subpodrat müqaviləsi üzrə öhdəliklərinə bütün mənalarda xitam verirlər və tərəflərin bir-biri qarşısında öhdəlikləri qalmır (saxlanılan məbləğlər və zəmanət məktubları daxil olmaqla).
6. Bu Barışıq sazişi ilə tərəflər arasında bağlanmış 6F/ŞBL/2020/11_01 nömrəli, 05 noyabr 2020-ci il tarixli Subpodrat müqaviləsinə xitam verilir.
7. Tərəflər Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(119)- 631/2023 kommersiya işi üzrə aralarında olan mübahisəni barışıq yolu ilə həll edirlər və bu yolla həmin məhkəmə işinin icraatına xitam verilməsinə dair müvafiq ərizə ilə müraciət edirlər.
8. Tərəflər təsdiq edir ki, bu Barışıq sazişinin bağlanması yolu ilə məhkəmə mübahisəsinə, yəni bu Sazişin 7-ci bəndində göstərilən kommersiya işlərinin icraatına xitam verilməsi, sonradan həmin mübahisə barəsində tərəflərin məhkəməyə müraciət etməsini aradan qaldırır, başqa sözlə məhkəməyə müraciət edilməsinə yol verilmir.
9. İcraçı tərəf bəyan edir ki, bu Barışıq sazişinin 1-ci bəndi ilə razılaşdırılan və müqavilə üzrə yekun hesablaşma hesab edilən muzd məbləği ödənildikdən sonra sifarişçiyə qarşı heç bir maddi və ya qeyri maddi tələbi olmayacaq, eləcədə bağlanmış 6F/ŞBL/2020/11_01 nömrəli, 05 noyabr 2020-ci il tarixli subpodrat müqaviləsi üzrə heç bir iddia və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır.
10. Tərəflər razılaşırlar ki, icraçı “Şərq Bazan” layihəsi üzrə hərəkət və ya hərəkətsizliyi nəticəsində yayılan və əsas sifarişçinin imicinə və işgüzar nüfuzuna xələl gətirən istənilən xəbərə görə məsuliyyət daşıyacaq və zərəri qarşılayacaqdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflərin işi barışıq sazişi ilə qurtarmaları heç bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığına görə 20 iyun 2023-cü il tarixli Barışıq sazişi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə - hakim iş üzrə icraata xitam verməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı "xxxx" Müstəqil Şirkəti tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “pul tələbi” barədə kommersiya işi üzrə tərəflər arasında bağlanmış 20 iyun 2023-cü il tarixli Barışıq sazişi təsdiq edilməli və həmin Barışıq sazişinin təsdiq olunması ilə əlaqədar e-2-2(119)-631/2023 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA A L D İ:
İddiaçı "xxxx" Müstəqil Şirkəti ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 20 iyun 2023-cü il tarixli Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. “Şərq Bazarı” layihəsi üzrə “tikinti-quraşdırma və təmir bərpa işlərinin yerinə yetirilməsi barəsində” tərəflər arasında bağlanmış 6F/ŞBL/2020/11_01 nömrəli, 05 noyabr 2020-ci il tarixli subpodrat müqaviləsi üzrə sifarişçi tərəfindən icraçıya ödənilməli olan, yaxud ödəniləcək qalıq muzdun məbləği ümumilikdə ƏDV daxil cəmi 760,460.45 (yeddi yüz altmış min dörd yüz altmış manat qırx beş qəpik) manat razılaşdırılır.
2. Bu Sazişlə razılaşdırılan ödəniş məbləği "xxxx" Müstəqil Şirkəti ilə “Şərq Bazarı” adlı tikinti layihəsinin Əsas (baş) sifarişçisi arasında bağlanmış xx.xx.2023-cü il tarixli Xitam razılaşması əsasında sonuncu tərəfindən ödəniş edilən pul vəsaiti hesabına həyata keçirilir.
3. Ödəniş bu Sazişin 2-ci bəndindən asılı olan, başqa sözlə əsas sifarişçi tərəfindən edildikdən sonra 3 (üç) iş günü müddətində həyata keçirilməlidir.
4. Bu sazişin 1-ci bəndi ilə razılaşdırılan ödəniş məbləği tərəflər arasında bağlanmış 6F/ŞBL/2020/11_01 nömrəli, 05 noyabr 2020-ci il tarixli subpodrat müqaviləsi üzrə yekun hesablaşma hesab olunur.
5. Bu Barışıq sazişinin bağlanması ilə tərəflər arasında bağlanmış 6F/ŞBL/2020/11_01 nömrəli, 05 noyabr 2020-ci il tarixli subpodrat müqaviləsi üzrə öhdəliklərinə bütün mənalarda xitam verirlər və tərəflərin bir-biri qarşısında öhdəlikləri qalmır (saxlanılan məbləğlər və zəmanət məktubları daxil olmaqla).
6. Bu Barışıq sazişi ilə tərəflər arasında bağlanmış 6F/ŞBL/2020/11_01 nömrəli, 05 noyabr 2020-ci il tarixli Subpodrat müqaviləsinə xitam verilir.
7. Tərəflər Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(119)- 631/2023 kommersiya işi üzrə aralarında olan mübahisəni barışıq yolu ilə həll edirlər və bu yolla həmin məhkəmə işinin icraatına xitam verilməsinə dair müvafiq ərizə ilə müraciət edirlər.
8. Tərəflər təsdiq edir ki, bu Barışıq sazişinin bağlanması yolu ilə məhkəmə mübahisəsinə, yəni bu Sazişin 7-ci bəndində göstərilən kommersiya işlərinin icraatına xitam verilməsi, sonradan həmin mübahisə barəsində tərəflərin məhkəməyə müraciət etməsini aradan qaldırır, başqa sözlə məhkəməyə müraciət edilməsinə yol verilmir.
9. İcraçı tərəf bəyan edir ki, bu Barışıq sazişinin 1-ci bəndi ilə razılaşdırılan və müqavilə üzrə yekun hesablaşma hesab edilən muzd məbləği ödənildikdən sonra sifarişçiyə qarşı heç bir maddi və ya qeyri maddi tələbi olmayacaq, eləcədə bağlanmış 6F/ŞBL/2020/11_01 nömrəli, 05 noyabr 2020-ci il tarixli subpodrat müqaviləsi üzrə heç bir iddia və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır.
10. Tərəflər razılaşırlar ki, icraçı “Şərq Bazan” layihəsi üzrə hərəkət və ya hərəkətsizliyi nəticəsində yayılan və əsas sifarişçinin imicinə və işgüzar nüfuzuna xələl gətirən istənilən xəbərə görə məsuliyyət daşıyacaq və zərəri qarşılayacaqdır. Barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iddiaçı "xxxx" Müstəqil Şirkəti tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair e-2-2(119)-631/2023 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Həlimə Alıyeva