Məhkəmə qərarları › İş №e-2-2(119)-657/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-657/2025

28.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-657/2025 28.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı və onun nümayəndəsi Vəkil, Cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi və birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh tərəfindən birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı qarşı verilmiş “əşyaların geri qaytarılması və ya onların dəyərinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 138500 (yüz otuz səkkiz min beş yüz) manat məbləğində borc, 8310 (səkkiz min üç yüz on) manat məbləğində dəbbə pulu və 531,6 (beş yüz otuz bir manat, altmış qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və "xxxx" MMC-də istifadə olunması üçün istehsal avadanlığının əldə edilməsinə görə müxtəlif tarixlərdə Cavabdeh, ümumilikdə 673000 manat məbləğində pul verilmişdir. Bu barədə cavabdeh tərəfindən “Borc öhdəliyi” tərtib olunaraq, imza və özünə məxsus möhürlə təsdiqlənmişdir. Azərbaycan Respublikasının Auditorlar Palatasından verilən 01 may 2023-cü il tarixli AT/269 qeydiyyat nömrəli icazəyə əsasən fəaliyyət göstərən "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin nizamnamə kapitalının formalaşmasının audit yoxlaması aparılmışdır. Aparılmış audit zamanı Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 19 yanvar 2005-ci il tarixli 144/2 saylı qərarı ilə təsdiq edilmiş ASİDS 031/082 2005 nömrəli “Əmlakın qiymətləndirilməsinin auditi proqramı” istifadə edilmiş və bu proqrama əsasən qiymətləndirmənin düzgünlüyü yoxlanılmış, qiymətləndirmə zamanı tətbiq edilən metodlar təhlil edilmişdir. Yerinə yetirilmiş audit prosedurları nəticəsində 01 (bir) ədəd sulu qırma (Türkiyə istehsalı 60-lıq), 01 (bir) ədəd yuyucu vanna (Türkiyə istehsalı), 01 (bir) ədəd sıxma (Türkiyə istehsalı), 01 (bir) ədəd aqromer (quruducu 1000lik), 01 (bir) ədəd aqromer (quruducu 800-lük), 01 (bir) ədəd aqromer (quruducu 700-lük), 01 (bir) ədəd qranul makinasısoyutma vannası, çəkici, doğrayıcı (extruder 120-lik), 01 (bir) ədəd boru istehsal makinası (90-lıq)-Almaniya istehsalı (vakum vannası, çəkici, toplayıcıkarusel, cizgi makinası, elektrik şit qutusu), 01 (bir) ədəd boru istehsal makinası (90-lıq)- (vakum vannası, çəkici, toplayıcı karusel, cizgi makinası, elektrik şit qutusu), 01 (bir) ədəd boru istehsal makinası (90-lıq)-(vakum vannası, çəkici, sarıcı, cizgi makinası, elektrik şit qutusu), 01 (bir) ədəd boru istehsal makinası (65-lik)- (vakum vannası, çəkici, sarıcı, cizgi makinası, elektrik şit qutusu), 01 (bir) ədəd boru istehsal makinası (60-lıq), 01 (bir) ədəd qırma makinası (1200-lük), 01 (bir) ədəd press aparatı, 01 (bir) ədəd boru başlığı üçün avadanlıq, 01 (bir) ədəd kabel istehsal makinası (65-lik), 01 (bir) ədəd cizgi makinası, 01 (bir) ədəd yazı makinası (videojet), 01 (bir) ədəd soyutma vannası, 01 (bir) ədəd çəkici, 01 (bir) ədəd toplayıcı, 03 (üç) ədəd sərpayı (böyük), 01 (bir) ədəd paketləmə makinası (böyük), 01 (bir) ədəd metraj makinası, 23 (iyirmi üç) ədəd baraban (600-lük), 06 (altı) ədəd baraban 1000-lik, 01 (bir) ədəd transpalet, 01 (bir) ədəd transpalet (tərəzili), 01 (bir) ədəd pudra aparatı, 02 (iki) ədəd sərpayı (kiçik), 01 (bir) ədəd əl daşıyıcı (transpalet 2 (iki) tonluq), 30 (otuz) ədəd qəlib, 07 (yeddi) ədəd metraj başlığı, 01 (bir) ədəd büküm avadanlığı (çəkici, toplayıcı, elektrik şit), 06 (altı) ədəd baraban 600-lük (əlavə) avadanlığın dəyəri 482500 manat məbləğində müəyyən edilmişdir. Birlikdə aparılan hesablaşmaya görə, avadanlığın əldə olunmasına görə xərclənmiş və borc öhdəliyində göstərilmiş 673000 manatın qarşılığında Cavabdeh tərəfindən cəmi 482500 manatlıq avadanlıq təqdim edilmişdir. Nəticədə onun 190500 manat məbləğində borcu qalmışdır ki, həmin borcdan ayrı-ayrı vaxtlarda 52000 manat məbləğində pul vəsaiti qaytarılmışdır. Beləliklə, Cavabdeh iddiaçıya qaytarmalı olduğu, yekun olaraq cəmi 138500 manat məbləğində borcu qalmaqdadır. Sumqayıt Kommersiya Məhkəməsinin 07 mart 2025-ci il tarixli e-2-2(119)- 657/2025 nömrəli qərardadı ilə həmin iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı Cavabdeh 05 may 2025-ci il tarixində cavabdeh İddiaçı qarşı “əşyaların geri qaytarılması və ya onların dəyərinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 1 (bir) ədəd aqromer (quruducu 1000-lik), 1 (bir) ədəd aqromer quruducu (800-lük), 1 (bir) ədəd aqromer quruducu (700lük), 1 (bir) ədəd qranul makinası-soyutma vannası, çəkici, doğrayıcı (extruder 120-lik), 1 (bir) ədəd boru istehsalı makinası (90-lıq) - Almaniya istehsalı (vakum vannası, çəkici, toplayıcı- karusel, cizgi makinası, elektrik şit qutusu), 1 (bir) ədəd boru istehsal makinası (90-lıq)- (vakum vannası, çəkici, toplayıcı-karusel, cizgi makinası, elektrik şit qutusu), 1 (bir) ədəd boru istehsal makinası (90-lıq)-(vakum vannası, çəkici, sarıcı, cizgi makinası, elektrik şit qutusu), 1 (bir) ədəd boru istehsal makinası (65-lik)-(vakum vannası, çəkici, sarıcı, cizgi makinası, elektrik şit qutusu), 1 (bir) ədəd boru istehsal makinası (60-lıq), 1 (bir) ədəd qırma makinası (1200- lük), 1 (bir) ədəd press aparatı, 1 (bir) ədəd boru başlığı üçün avadanlıq, 1 (bir) ədəd kabel istehsal makinası (65-lik), 1 (bir) ədəd cizgi makinası, 1 (bir) ədəd yazı makinası, (videojet), 1 (bir) ədəd soyutma vannası, 1 (bir) ədəd çəkici, 1 (bir) ədəd toplayıcı, 3 (üç) ədəd sərpayı (böyük), 1 (bir) ədəd paketləmə makinası (böyük), 1 (bir) ədəd metraj makinası, 23 (iyirmi üç) ədəd baraban (600-lük), 6 (altı) ədəd baraban 1000-lik, 1 (bir) ədəd transpalet, 1 (bir) ədəd transpalet (tərəzili), 1 (bir) ədəd pudra aparatı, 2 (iki) ədəd sərpayı (kiçik), 1 (bir) ədəd əl daşıyıcı (transpalet 2 tonluq), 30 (otuz) ədəd qəliblər, 7 (yeddi) ədəd metraj başlığı, 1 (bir) ədəd büküm avadanlığı-ümumi qiymətləndirmə dəyəri 380500 (üç yüz səksən min beş yüz) manat və 16-lıq damlama boru-60 top-(topu 50 manat)- 3000 manat, 20-lik damlama boru-100 top-(topu-60 manat)- 6000 manat, 50-lik boru damlama-3000 metr- (1 metri 1 manat)- 3000 manat, 63-lük boru- 5000 metr (1 metri-1.50 manat)-7500 manat, 75-lik boru 15000 metr (1 metri 1.75 manat)- 26250 manat, 90-lıq boru-6000 metr (2.5 manat)-15000 manat, 110-luq boru-3000 metr (5.5 manat)-16500 manat, 300 ədəd 160-lıq artezian turbası (60 manat)-18000 manat, damlama boruların kaplinləri-dəyəri 50000 manat, 6 (altı) ədəd kamera -televizor monitor- 1300 manat, 2 (iki) ədəd soyuducu-500 manat, 2 (iki) ədəd televizor-500 manat, 1 (bir) ədəd üzəri mərmər stol, 6 (altı) ədəd stul-1000 manat, kabel barabanları-120 ədəd (45 manat)-5400 manat, 2 (iki) ədəd böyük dolab-800 manat, 1 (bir) ədəd uzun iclas stolu- 2000 manat, STP firmasının polkaları və korzin arabalar-6000 manat dəyərində, 3 (üç) ədəd personal kompüter-2100 manat, 1 (bir) ədəd STO firmasının barkod stolu - 2000 manat, 2 (iki) ədəd çadır-1500 manat əmlakların və onların dəyərinin, həmçinin ödənilmiş 840 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçıla qonşu rayonda yaşadıqları üçün onunla ortaq dostlar vasitəsilə tanış olmuşdur. Ceyhun adlı dostu ona cavabdehin geniş imkanları olduğunu və pul lazım olduğu halda ondan faizlə pul götürə biləcəyini bildirmişdir. İşlərini genişləndirmək üçün cavabdehdən, ümumilikdə 370000 manat məbləğində borc pul almışdır. 2019-cu ilin əvvəlindən 2023-cü ilin əvvəlinədək həmin borcdan hər ay 8000 manat olmaqla, ümumilikdə 384000 manat məbləğində pul vəsaitini hissə-hissə qaytarmışdır. Daha sonra pandemiya zamanı yığılmış borclarını ödəyə bilmədiyi üçün müflis olmuşdur. Bundan sonra, cavabdeh verdiyi pulun “kök”ünü və faizini istəməyə başlamışdır. Həmin vaxt insult keçirdiyi üçün ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmiş, cavabdeh onun yanına gələrək xəstə olduğuna görə işləyə bilməyəcəyini bildirərək avadanlıqları ona verməsini, birlikdə şərik işləməyi, həmin istehsalat avadanlıqlarını işlədib həm öz borcunu, həm də iddiaçının digər borclarını bağlayacağını və şərik olaraq yüksək gəlir əldə edəcəklərini vəd etmişdir. Bundan sonra cavabdehlə 9 aya yaxın birlikdə işləmiş, 800 tona yaxın qranul xammalı işlədilərək boru istehsalından və xırdavat satışından ümumilikdə 500000 manata yaxın gəlir əldə edilmişdir. O, xəstəxanada olduğu üçün həmin vaxt onun borclu olduğu şəxslər istehsalat yerinə gələrək pullarını istədikdə cavabdeh onlara qısa zamanda borcun qaytarılacağını vəd vermişdir. Daha sonra cavabdeh iddiaçını oradan uzaqlaşdırıb istehsalat avadanlıqlarını borcun əvəzinə götürdüyünü və geri qaytarmayacağını bildirmişdir. Həmçinin həmin avadanlıqlardan sulu qırma, yuyucu vanna və bir ədəd sıxma iddiaçının qohumu Azər Nəcəfovdan götürülmüşdür. Cavabdeh İddiaçı Azər Nəcəfovu və onu aldadaraq bildirmişdir ki, həmin avadanlıqları banka göstərib gəlir yerini bildirmək üçün aparıb yenidən Azər Nəcəfova geri qaytaracaqdır. Lakin borcu bəhanə edərək Azər Nəcəfova məxsus əmlakları da ona geri qaytarmamışdır. Cavabdeh həmin avadanlıqları qiymətləndirdiyini və avadanlıqların ümumi dəyərinin 482500 manat olduğunu bildirmişdir. X18 məxsus avadanlıq 60000 ABŞ dollarına alınmış, iddiaçının özünə məxsus avadanlıqların isə dəyəri ümumilikdə ******* manat məbləğində təşkil etmişdir. Həmçinin cavabdeh istifadəsində olan Xaçmaz-Xudat yolunda yerləşən satış mərkəzində, ümumilikdə 168350 manat dəyəri olan avadanlıqları da birlikdə şərikli iş görmək adı ilə götürmüş və geri qaytarmamışdır. Göründüyü kimi, iddiaçının cavabdehə hansısa borcu yoxdur, əksinə onun iddiaçıya borcu vardır. Sumqayıt Kommersiya Məhkəməsinin 06 may 2025-ci il tarixli e-2-2(119)-860/2025 nömrəli qərardadı ilə həmin iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh İddiaçı nümayəndəsi 16 may 2025-ci il tarixdə məhkəməyə etirazla müraciət edərək qeyd etmişdir ki, iddiaçının Cavabdeh ilə qalıq borc məbləği ilə bağlı mübahisəsi yarandıqdan sonra, o, Xaçmaz Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məlum olmuşdur ki, e-2-2(119)-860/2025 saylı kommersiya işi üzrə iddiaçı Cavabdeh bazar rəqabətində üstünlük qazanmaq istəyən digər müəssisəyə rəhbərlik edən komandanın sırasındadır və iddiaçının fəaliyyətinin və istehsal avadanlıqlarının ələ keçirilməsi üçün riyakar addımlar atır. e-2-2(119)-657/2025 nömrəli kommersiya işi üzrə Cavabdeh banklara böyük məbləğlərdə borcu olmaqla yanaşı, bir çox insanları da aldatma yolu ilə pulunu ələ keçirmiş və bununla bağlı müvafiq məhkəmə qətnamələri qəbul edilmişdir. Hazırda onun barəsində hüquq mühafizə orqanlarına edilmiş şikayət əsasında (Siyəzən rayon prokurorluğunda) araşdırmalar davam etdirilir. Cavabdeh adından nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsi yalnız yersiz süründürməçiliyə şərait yaratmaq və məhkəməni yanlış istiqamətə yönləndirmək niyyəti daşıyır. Cavabdeh İddiaçı nümayəndəsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Sumqayıt Kommersiya Məhkəməsinin icraatında e-2- 2(119)-657/2025 nömrəli kommersiya işi olduğuna görə məhkəmədən iddiaçı Cavabdeh iddia ərizəsinin yolverilməz olması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 11 iyun 2025-ci il tarixli e-2-2(119)-860/2025 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh tərəfindən cavabdeh İddiaçı qarşı verilmiş “əşyaların geri qaytarılması və onun dəyərinin ödənilməsi” tələbi barədə e-2-2(119)- 860/2025 nömrəli kommersiya işinin Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə olan e-2- 2(119)-657/2025 nömrəli kommersiya işinə birləşdirilməsi qərara alınmışdır. Cavabdehin (birləşdirilmiş iş üzrə iddiaçının) nümayəndəsi 19 iyun 2025-ci il tarixində məhkəməyə vəsatətlə müraciət edərək iddia ərizəsində tələb edilən əmlaklar cavabdehdə olduğuna görə, onların qiymətləndirilməsinin həyata keçirilməsinin mümkün olmadığını bildirmiş və məhkəmədən göstərilən əmlakların qiymətləndirilməsi üçün müvafiq ekspertiza təyin edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 19 iyun 2025-ci il tarixli e-2-2(119)-657/2025 nömrəli qərardadı ilə İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi və birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh tərəfindən birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı qarşı verilmiş “əşyaların geri qaytarılması və ya onların dəyərinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-657/2025 nömrəli kommersiya işi üzrə qərardadda qeyd edilmiş avadanlıqların 2023-cü ilin noyabr ayı üçün ümumi dəyərinin müəyyən edilməsi ilə bağlı mütəxəssis rəyinin əldə edilməsi qərara alınmışdır. İddiaçının (birləşdirilmiş iş üzrə cavabdehin) nümayəndəsi 28 avqust 2025-ci il tarixdə məhkəməyə yeni mütəxəssis rəyinin alınmasına dair vəsatətlə müraciət edərək qeyd etmişdir ki, Şabran rayonunun Ağalıq kəndində yerləşən, "xxxx" MMC-yə məxsus olan və olmayan daşınar əmlakların 23 iyul 2025-ci il tarixindəki tədqiqində X2 deyil, "xxxx" MMC-nin direktoru Xəyyam İsgəndərov buna səlahiyyəti olmadığı halda baxış keçirmişdir. Tədqiqat zamanı prosessual hərəkətlərə dair protokol tərtib edilməmişdir. "xxxx" MMC-nin “əmtəəşünaslıq ekspertizasına dair” daşınar əmlakın qiymətləndirilməsi barədə hesabatı ilə Azərbaycan Respublikasının Auditorlar Palatasından verilən 01 may 2023-cü il tarixli AT/269 qeydiyyat nömrəli icazəyə əsasən fəaliyyət göstərən "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 19 yanvar 2005-ci il tarixli 144/2 saylı qərarı ilə təsdiq edilmiş ASİDS 031/082-2005 nömrəli “Əmlakın qiymətləndirilməsinin auditi proqramı” əsasında tərtib edilmiş "xxxx" MMC-nin nizamnamə kapitalının formalaşmasının audit yoxlamasının yekun nəticəsi arasında kəskin fərq yaranmışdır. Bundan başqa, kabel istehsalı avadanlığı istisna olmaqla, "xxxx" MMC-nin 16 avqust 2024-cü il tarixli audit rəyindən görünür ki, qeyd edilən daşınar əşyaların ümumi dəyəri 265385 manat olmuşdur. Digər tərəfdən daşınar əmlakların icazəsiz tədqiqatını aparmaqla yanaşı, zərurət olmadığı halda qəsdən tədqiqat predmetindən kənara çıxaraq, formal mülahizələrə əsaslanaraq karqo və daşınma xərcləri də hesabatda göstərilmişdir. Bununla belə, “tədqiqatçı” tərəfindən istinad edilən məlumatlara dair rəsmi sənədlər hesabata əlavə edilməmişdir. Göründüyü kimi, "xxxx" MMC-nin qiymətləndiricisi Yaqub İsgəndərov "xxxx" MMC-nin balansında olan və olmayan daşınar əmlakların yerləşdiyi obyektlərə baxış keçirilməsində iştirak etməmiş, təqdim edilmiş avadanlıqların real vəziyyətinə şəxsən baxış keçirməmiş, yalnız baxışda iştirak edən "xxxx" MMC-nin direktoru Xəyyam İsgəndərovun təqdim etdiyi fotoşəkillər əsasında mütəxəssis rəyi (hesabat) vermişdir. Həmçinin "xxxx" MMC-nin qiymətləndiricisi Yaqub İsgəndərov "xxxx" MMC-nin balansında olan və olmayan daşınar əmlakların yerləşdiyi obyektlərə baxış keçirilməsində faktiki olaraq iştirak etmədiyindən onun tərəfindən qeyd edilən daşınar əşyalardan hansıların yararlı vəziyyətdə, hansılarının isə tam və ya qismən yararsız vəziyyətdə olması müəyyən edilməmiş, istifadəyə tam və ya qismən yararsız halda olan daşınar əşyaların olduğu təqdirdə həmin əşyalarla bağlı baxışda iştirak edən şəxslərin iştirakı ilə protokol tərtib edilməmiş və ya mütəxəssis rəyində (hesabatda) hər hansı məlumat qeyd edilməmişdir. X13 tərəfindən qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün "xxxx" MMC-nin daşınar əmlaklarının tədqiqatını aparmış Xəyyam İsgəndərova müvafiq şəhadətnamə verilməmişdir. Nəzərə alınmalıdır ki, tədqiqat obyekti olmuş, "xxxx" MMC-nin nizamnamə kapitalına daxil olan və olmayan daşınar əmlaklar İddiaçı tərəfindən Cavabdeh borc əvəzi götürüldüyü zaman yeni vəziyyətdə olmadığından və ya qismən istifadəyə yararlı olduğundan, habelə uzun illər işlənildiyindən və hazırkı vəziyyətdə də istifadə edildiyindən (istifadəyə tam yararsız daşınar avadanlıqlar istisna olmaqla) avadanlıqların amortizasiya olunan dəyəri onun istifadə müddəti üzrə sistematik bölüşdürülür. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə görə əsas vəsaitlərin amortizasiyası qalıq dəyəri metodu ilə hesablanır (maddə 13.2.22). Digər tərəfdən, tədqiqat obyekti kimi hesabata daxil edilən mühərriklərin bir neçəsi istifadəyə yararsız olduğu üçün İddiaçı yenilərini öz vəsaiti hesabına əldə etmişdir. İddiaçının (birləşdirilmiş iş üzrə cavabdehin) nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən e-2-2(119)-657/2025 nömrəli kommersiya işi üzrə təkrar ekspertiza təyin edilməklə yeni mütəxəssis rəyinin əldə edilməsi üçün müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin cari tarixdə keçirilən iclasda həmin vəsatətin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə iclaslarında iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, məhkəməyə təqdim edilmiş audit rəyində 35 adda avadanlıq qeyd edilmişdir. Lakin bu avadanlıqlardan ikisi: Qırma makinası və press aparatı akt tərtib edilməklə cavabdehə təqdim edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş 18 avqust 2025-ci il tarixli 02- 198/25 nömrəli mütəxəssis rəyində daşınma xərcləri də hesablanmışdır. Əgər müvafiq avadanlıqlar ölkə xaricindən alınmışdırsa, bu barədə gömrük bəyannamələri, eyni zamanda daşınma xərclərini göstərən qəbzlər də məhkəməyə təqdim edilməli idi. Avadanlıqlar Bakı, Sumqayıt və Şəmkir şəhərlərindən alınmışdır. Digər tərəfdən mütəxəssis rəyində avadanlıqların 20 % köhnəldiyi qeyd edilir. Lakin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 114-cü maddəsinə əsasən, maşın və avadanlıqlar hər il 20 %-dək amortizasiya olunur. Avadanlıqlar arasında boru istehsalı makinası mövcuddur ki, həmin avadanlıq gətirilən gündən istifadə edilməmişdir, çünki istifadəyə yararsızdır və sadəcə çərçivəsi var. Həmin avadanlıq mütəxəssis rəyində 34000 manat məbləğində qiymətləndirilmişdir. Digər tərəfdən “Qranul” adlı makinanın daha yaxşı vəziyyətdə olanını cavabdehin tanıdığı şəxsdən 18000 manat məbləğinə alsa da, mütəxəssis rəyində 65000 manat məbləğində qiymət müəyyən edilmişdir. “Aqromer” adlı avadanlıq onun tərəfindən 7000 manat məbləğinə təmir etdirilmişdir. Bu barədə xərc hesabatında da qeyd mövcuddur. Həmin avadanlığın qiyməti mütəxəssis rəyində 13000 manat məbləğində müəyyən edilmişdir. Mütəxəssis rəyində qeyd edilən məbləğlər şişirdilmiş qiymətlərdir və həmin rəylə razı deyildir. İddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında iddiaçının (birləşdirilmiş iş üzrə cavabdehin) nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, iş materiallarına əlavə edilmiş öhdəlik müqaviləsi təsdiq edir ki, tərəflər arasında borc münasibətləri mövcud olmuşdur. Həmin əqddən başqa tərəflər arasında hər hansı yazılı müqavilə mövcud olmamış və münasibətlər şifahi razılaşmaya əsaslanmışdır. "xxxx" MMC tərəfindən təqdim edilmiş 18 avqust 2025-ci il tarixli mütəxəssis rəyi ilə razı deyildir. Belə ki, mütəxəssis rəyini Yaqub İsgəndərov tərtib etsə də, tədqiqat obyektlərinə baxışı təşkilatın direktoru Xəyyam İsgəndərov keçirmişdir və o, rəy tərtib etmək üçün səlahiyyətli deyildir. Çünki həmin şəxsin buna səlahiyyət verən şəhadətnaməsi mövcud deyildir. X13 tərəfindən qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün "xxxx" MMC-nin daşınar əmlaklarının tədqiqatını aparmış Xəyyam İsgəndərova müvafiq şəhadətnamə verilməmişdir. Baxışı da məhz tədqiqatı aparan mütəxəssis keçirməli idi. Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 19 yanvar 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmlakın qiymətləndirilməsinin auditi proqramı” ilə mütəxəssis rəyi arasında kifayət qədər uyğunsuzluq mövcuddur. Eyni zamanda mütəxəssis rəyində, həmçinin daşınmakargo xərcləri də hesablanmışdır. Avadanlıqlar iddiaçı tərəfindən təhvil alınarkən yeni olmamış, hətta bir neçəsi iddiaçı tərəfindən təmir edilmişdir. Baxış zamanı baxış prosesi protokollaşdırılmamışdır. "Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilmesi Qaydaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 yanvar 2001-ci il tarixli Qərarının 2.1-ci bəndinə əsasən, mütəxəssis rəyi düzgün tərtib edilməmişdir. Buna görə də yenidən qiymətləndirmə aparılması ilə bağlı müvafiq vəsatətlə məhkəməyə müraciət etmişdir. Çünki mütəxəssis rəyində qeyd edilən məbləğlər şişirdilmiş qiymətlərdir. Bundan başqa, cavabdehin nümayəndəsi əqdin etibarsızlığı məsələsini bildirir. Əgər cavabdehin nümayəndəsi cavabdeh tərəfindən yazılmış iltizamı əqd kimi qəbul edirsə və hazırda həmin əqdin etibarsızlığı məsələsini qaldırırsa, bu halda cavabdeh dələduzluq edərək iddiaçını aldadaraq həmin əqdi imzalamış hesab edilir. Bu halda cavabdeh barəsində xüsusi qərardad qəbul edilməlidir. 60000 manat məbləğində avadanlıqlarla bağlı isə cavabdeh kiminlə icarə müqaviləsi bağlamışdırsa, həmin avadanlığı o şəxsdən tələb edə bilər. Cavabdeh iddiaçıya nə 60000 manat məbləğində pul vəsaiti vermiş, nə də 60000 manat məbləğində dəyəri olan avadanlığı iddiaçıya təhvil vermişdir. Cavabdeh tərəfindən birləşdirilmiş iddia üzrə avadanlıqları tələb etməsi məsələsinə gəldikdə isə iddiaçı borcun ödənilməsi halında avadanlıqları cavabdehə verməyə hazırdır. İddiaçının (birləşdirilmiş iş üzrə cavabdehin) nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh birləşdirilmiş iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, müvafiq əqdi imzaladıqda iddiaçıya olan faiz məbləğlərini də nəzərə almışdır. İddiaçı onu şərik kimi dəvət edərək aldatmışdır. Bir müddət şərik kimi birlikdə fəaliyyət göstərmişdirlər. Səhhətində problem olduğu üçün əqdi imzalamağını istəmiş və əgər ona nəsə olarsa, övladlarının da şərik olacaqlarını bildirmişdir. Cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) göstərilənlərin nəzərə alınaraq məhkəmədən birləşdirilmiş iş üzrə iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında cavabdehin (birləşdirilmiş iş üzrə iddiaçının) nümayəndəsi Nümayəndə birləşdirilmiş iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək həmçinin bildirmişdir ki, iddiaçı cavabdehi aldadaraq şəriklik adı ilə avadanlıqlarını gətirməsini bildirmişdir. Avadanlıqlar iddiaçının obyektinə 2023-cü ilin sentyabr ayında gətirilmiş, borcu göstərən “əqd” isə 2024-cü ilin fevral ayında bağlanılmışdır. Yəni əgər avadanlıqlar borcun əvəzinə aparılsa idi, fevral ayında yenidən 673000 manat məbləğində borcu göstərən “əqd” bağlanılmazdı. Bu əqd edildiyindən etibarsız əqd hesab edilməlidir. Cavabdeh özü də qəbul edir ki, iddiaçıdan 370000 manat məbləğində borc almış, əvəzində 400000 manat məbləğindən çox pul vəsaiti qaytarmışdır. Bu halı şahid ifadələri təsdiq etmişdir. İddiaçı əvvəlki məhkəmə iclaslarında da bildirmişdir ki, satış məntəqəsini təhvil alarkən orada 60000 manat məbləğində avadanlıq mövcud olmuşdur və 30000 manat məbləği dəyərində olan avadanlığı özü götürmüş, 30000 manat məbləği dəyərində olan avadanlıqları isə Cavabdeh qaytarmışdır. İddiaçı bildirmişdir ki, avadanlıqlar hazırda satış məntəqəsindədir. Cavabdehə məxsus avadanlıqlar iddiaçının obyektinə şəriklik üçün gətirilmişdir. Şəriklik münasibətlərinə görə əldə edilmiş gəlirlər bölünməlidir. Əgər məhkəmə o nəticəyə gəlsə ki, cavabdehin iddiaçıya borcu mövcuddur, cavabdeh iddiaçıda olan avadanlıqlarından istifadə edərək qazanc əldə edəcək və borcu qaytaracaqdır. Digər bir məqam da ondan ibarətdir ki, iddiaçının əlyazısı olan məhkəməyə təqdim edilmiş sənəddə İlqarın pulu 524000 manat məbləğində, İlqarın borcu isə 673000 manat məbləğində müəyyən edilmişdir. Həmçinin bu sənəd də tərəflər arasında şəriklik münasibətlərinin mövcudluğunu təsdiq edir. Bundan əlavə, obyekti icarəyə verən Azər adlı şəxs bildirir ki, 2023-cü ilin dekabr ayınadək 10 il müddətinə Cavabdehla bağlamış olduğu icarə müqaviləsinə əsasən obyekti onun istifadəsinə vermişdir. 2023-cü ilin dekabr ayından isə müqaviləni İddiaçıla bağlamışdır. Həmin şəxs, həmçinin bildirir ki, tərəflər arasında şəriklik münasibətləri mövcud olmuşdur və müqavilənin tərəfinin məhz bu cür dəyişməsi tərəflər arasında razılıqla olmuşdur. İddiaçının əsas məqsədi ondan ibarət olmuşdur ki, borcun əvəzi kimi almaq niyyəti ilə guya şəriklik münasibətləri çərçivəsində cavabdehi aldadaraq avadanlıqları götürsün, daha sonra isə borcun əvəzinə çıxdığını bildirsin. Eyni zamanda 21 may 2025-ci il tarixində keçirilmiş məhkəmə iclasında şahid ifadələri ilə iddiaçı ilə cavabdeh arasında şəriklik münasibətlərinin mövcud olduğu və məhz bu səbəbdən də avadanlıqların iddiaçıya verildiyi öz təsdiqini tapmışdır. Cavabdeh müflis olmuş sahibkar olduğuna görə, müxtəlif şəxslər tərəfindən onun bu vəziyyətindən suiistifadə edilir. Ümumiyyətlə, cavabdeh tərəfindən imzalanmış əqd açıq-aşkar etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Qərarına əsasən, əqdin etibarlı olması üçün əqd obyekt, subyekt, forma məzmun tələblərinə cavab verməlidir. "xxxx" MMC tərəfindən təqdim edilmiş 18 avqust 2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilən məbləğlərlə razı deyildir. Belə ki, həmin avadanlıqların dəyəri daha çox ******* manat məbləğində təşkil edir. Həmçinin iddiaçı tərəfin təqdim edilmiş 03 noyabr 2023-cü il tarixli audit rəyi də əsassızdır. Belə ki, həmin rəydə avadanlıqların qiymətləri arasında ciddi ziddiyyətlər mövcuddur. Hazırkı vaxtda avadanlıqların qiymətinin daha çox olması ilə bağlı sübut olmadığından mütəxəssis rəyində qeyd edilən qiymətlərə etirazı yoxdur. İddiaçı “qranul” makinasının 18000 manat məbləğinə alındığını qeyd edir, lakin iddiaçı tərəfin təqdim etdiyi audit rəyində həmin makina 38500 manat məbləğinə qiymətləndirilmişdir. Bundan əlavə, xarici ölkənin istehsalı olan avadanlıqların Azərbaycan bazarında qiyməti müəyyənləşdirilərkən, həmçinin avadanlıqların kargo və digər xərcləri də nəzərə alınır. Cavabdehin (birləşdirilmiş iş üzrə iddiaçının) nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən birləşdirilmiş iş üzrə iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizələrini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddialar təmin edilməməlidir. İş materialları: İş materiallarında olan Cavabdeh tərəfindən imzalanıb möhürlənərək təsdiq edilmiş 05 fevral 2024-cü il tarixində tərtib edilmiş “Borc öhdəliyi” adlandırılan sənədin məzmununda “Mən, Cavabdeh 2019-cu ildən 2024-cü ilə qədər mərhələli şəkildə İddiaçı 673000 manat borc pul almışam. Mənim İddiaçı 673000 manat borcum var” qeyd edilmişdir. Həmin sənədi eyni zamanda Camalov Vüqar “Mən, Cavabdeh İddiaçı borcu olduğunu bilirəm” qeyd edib imzalayaraq təsdiq etmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalının formalaşdırılmasının təsdiqi barədə “İndependent Auditor Services” LLC tərəfindən tərtib edilmiş 03 noyabr 2023-cü il tarixli müstəqil auditor rəyindən görünür ki, "xxxx" MMC-nin təsisçisi İddiaçı mülkiyyətində olan Şabran rayonu Ağaəli kəndində yerləşən avadanlıqların (1 (bir) ədəd sulu qırma (türk istehsalı 60-lıq), 1 (bir) ədəd yuyucu vanna (türk istehsalı), 1 (bir) ədəd sıxma (türk istehsalı), 1 (bir) ədəd aqromer (quruducu 1000-lik), 1 (bir) ədəd aqromer quruducu (800-lük), 1 (bir) ədəd aqromer quruducu (700lük), 1 (bir) ədəd qranul makinası (extruder 120-lik - soyutma vannası, çəkici, doğrayıcı), 1 (bir) ədəd boru istehsalı makinası (90-lıq - Almaniya istehsalı, vakum vannası, çəkici, toplayıcı- karusel, cizgi makinası, elektrik şit qutusu), 1 (bir) ədəd boru istehsal makinası (90-lıq-vakum vannası, çəkici, toplayıcı-karusel, cizgi makinası, elektrik şit qutusu), 1 (bir) ədəd boru istehsal makinası (90-lıq-vakum vannası, çəkici, sarıcı, cizgi makinası, elektrik şit qutusu), 1 (bir) ədəd boru istehsal makinası (65-lik-vakum vannası, çəkici, sarıcı, cizgi makinası, elektrik şit qutusu), 1 (bir) ədəd boru istehsal makinası (60- lıq), 1 (bir) ədəd qırma makinası (1200-lük), 1 (bir) ədəd press aparatı, 1 (bir) ədəd boru başlığı açan avadanlıq, 1 (bir) ədəd kabel istehsal makinası (65-lik), 1 (bir) ədəd cizgi makinası, 1 (bir) ədəd yazı makinası (videojet), 1 (bir) ədəd soyutma vannası, 1 (bir) ədəd çəkici, 1 (bir) ədəd toplayıcı, 3 (üç) ədəd sərpayı (böyük), 1 (bir) ədəd paketləmə makinası (böyük), 1 (bir) ədəd metraj makinası, 23 (iyirmi üç) ədəd baraban (600-lük), 6 (altı) ədəd baraban 1000-lik, 1 (bir) ədəd transpalet, 1 (bir) ədəd transpalet (tərəzili), 1 (bir) ədəd pudra aparatı, 2 (iki) ədəd sərpayı (kiçik), 1 (bir) ədəd əl daşıyıcı (transpalet 2 tonluq), 30 (otuz) ədəd qəlib, 7 (yeddi) ədəd metraj başlığı, 1 (bir) ədəd büküm avadanlığı (çəkici, toplayıcı, elektrik şit), 6 (altı) ədəd barabanın (600-lük əlavə) ümumi dəyəri 482500 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin işçiləri və Cavabdeh tərəfindən imzalanaraq təsdiq edilmiş 05 aprel 2024-cü il tarixli aktdan görünür ki, 4500 manat dəyərində qırma makinası (1200-lük) və 3100 manat dəyərində press aparatı əla (tam işlək) vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 18 avqust 2025-ci il tarixli 02-198/25 nömrəli mütəxəssis rəyindən görünür ki, Şabran rayonunda yerləşən avadanlıqların (1 (bir) ədəd sulu qırma (türk istehsalı 60lıq), 1 (bir) ədəd yuyucu vanna (türk istehsalı), 1 (bir) ədəd sıxma (türk istehsalı), 1 (bir) ədəd aqromer (quruducu 1000-lik), 1 (bir) ədəd aqromer quruducu (800-lük), 1 (bir) ədəd aqromer quruducu (700-lük), 1 (bir) ədəd qranul makinası (extruder 120-lik - soyutma vannası, çəkici, doğrayıcı), 1 (bir) ədəd boru istehsalı makinası (90-lıq - Almaniya istehsalı, vakum vannası, çəkici, toplayıcı- karusel, cizgi makinası, elektrik şit qutusu), 1 (bir) ədəd boru istehsal makinası (90-lıq-vakum vannası, çəkici, toplayıcı-karusel, cizgi makinası, elektrik şit qutusu), 1 (bir) ədəd boru istehsal makinası (90-lıq-vakum vannası, çəkici, sarıcı, cizgi makinası, elektrik şit qutusu), 1 (bir) ədəd boru istehsal makinası (65lik-vakum vannası, çəkici, sarıcı, cizgi makinası, elektrik şit qutusu), 1 (bir) ədəd boru istehsal makinası (60- lıq), 1 (bir) ədəd qırma makinası (1200-lük), 1 (bir) ədəd press aparatı, 1 (bir) ədəd boru başlığı açan avadanlıq, 1 (bir) ədəd kabel istehsal makinası (65lik), 1 (bir) ədəd cizgi makinası, 1 (bir) ədəd yazı makinası (videojet), 1 (bir) ədəd soyutma vannası, 1 (bir) ədəd çəkici, 1 (bir) ədəd toplayıcı, 3 (üç) ədəd sərpayı (böyük), 1 (bir) ədəd paketləmə makinası (böyük), 1 (bir) ədəd metraj makinası, 23 (iyirmi üç) ədəd baraban (600-lük), 6 (altı) ədəd baraban 1000-lik, 1 (bir) ədəd transpalet, 1 (bir) ədəd transpalet (tərəzili), 1 (bir) ədəd pudra aparatı, 2 (iki) ədəd sərpayı (kiçik), 1 (bir) ədəd əl daşıyıcı (transpalet 2 tonluq), 30 (otuz) ədəd qəlib, 7 (yeddi) ədəd metraj başlığı, 1 (bir) ədəd büküm avadanlığı (çəkici, toplayıcı, elektrik şit), 6 (altı) ədəd barabanın (600-lük əlavə)) ümumi dəyəri 757160 manat məbləğində təşkil etmişdir. Məhkəmənin 21 may 2025-ci il tarixli iclasında iddiaçının (birləşdirilmiş iş üzrə cavabdehin) vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Cavabdeh İddiaçıla o, tanış etmişdir. Borc məsələsini aralarında danışmış və Cavabdeh da gəlirindən müəyyən hissəni İddiaçı verəcəyini bildirmişdir. Eyni zamanda İddiaçı da Cavabdeh müxtəlif vaxtlarda borc vermişdir. Pul vəsaitinin məbləği təxminən 10000-20000 manat məbləğində olmuşdur. O, borc münasibətləri yarandığı ilk vaxtlarda bilavasitə bu proseslərdə iştirak etmişdir. Hətta bir dəfə 10000 manat məbləğində pulu İddiaçı alıb Cavabdeh təhvil vermişdir. Sonra baş verənlər barədə hansısa məlumatı yoxdur. Cavabdeh və İddiaçı arasında şəriklik münasibətlərinin mövcud olub-olmaması barədə məlumatı yoxdur. Məhkəmənin 21 may 2025-ci il tarixli iclasında cavabdehin (birləşdirilmiş iş üzrə iddiaçının) vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Cavabdeh 20000 manat məbləğində nağd formada borc vermiş, 50 hektar sahənin 42 hektar buğda, 8 hektar arpa biçilərək Cavabdeh üçün göndərilmişdir. Bu məhsulların qiyməti barədə dəqiq məlumat verə bilməyəcəkdir, çünki dost olduqları üçün həmin məhsullar ölçülməmişdir. İddiaçı İlqar vasitəsilə tanımışdır. Cavabdeh məxsus avadanlıqlar İddiaçı zavoduna aparılmışdır. Hətta İddiaçıla bu barədə danışmışdır. Belə ki, Cavabdeh əvvəlki şəriki ayrılıb xaricə gedirdi. Həmin şəxsə müvafiq fəaliyyətdən payın verilməsi zəruri idi. Bu səbəbdən də Cavabdeh yeni şərik axtarırdı. İlk növbədə ona da bu məzmunda müraciət etmişdir. Şərik olmaq üçün təxminən 500000-600000 manat məbləğində pul vəsaiti lazım idi. Lakin o, maddi vəziyyətinin yetərsizliyi səbəbindən şərik ola bilməmişdir. Bacardıqca maddi dəstək olmuş, taxıl məhsullarını da məhz buna görə ona göndərmişdir. Məhkəmənin 21 may 2025-ci il tarixli iclasında cavabdehin (birləşdirilmiş iş üzrə iddiaçının) vəsatəti əsasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, Rusiya Federasiyasından qayıdanda Cavabdeh xəstəxanada olması xəbərini almışdır. Mağazaya getmiş, orada İddiaçı oğlu artıq həmin mağazanı onların işlətdiyini bildirmişdir. O, İddiaçı şəxsən tanımamışdır. Buna görə də qardaşı Kamranı zəng vuraraq məsələni aydınlaşdırmaq üçün çağırmışdır. Həmin vaxt avadanlıqları götürüb aparmaq istəmiş, lakin Kamran Məmmədov ona bildirmişdir ki, Cavabdeh 33% payı var. Cavabdeh xəstə olduğu üçün onun borclarını da əldə etdikləri gəlirdən ödəyirlər. İddiaçıla görüş zamanı ona Cavabdeh 673000 manat məbləğində borcu olduğunu təsdiq edən sənədi gətirmişdir. Lakin o, müvafiq avadanlıqların alınması üçün özünün də pul qoyduğunu, borcun ona aidiyyətinin olmadığını bildirmişdir. İddiaçı Cavabdehla da görüşməyi təklif etmiş, həmin görüşdə İddiaçı əvvəl şərik olduqlarını, lakin daha şərik olmadıqlarını bildirmişdir. Sonra orada səs qeydə alan cihazın olduğu məlum olmuşdur. Məhkəmənin 21 may 2025-ci il tarixli iclasında cavabdehin (birləşdirilmiş iş üzrə iddiaçının) vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Cavabdeh İddiaçı verilməsi üçün dəfələrlə ona pul vermişdir. Bir dəfə də axşam 8000 manat, 10000 manat məbləğində pulu aparıb İddiaçı vermişdir. Avadanlıqların daşınmasında və quraşdırılmasında Cavabdeh göstərişi ilə bilavasitə iştirak etmişdir. Hətta həmin gün iddiaçının qardaşı ona yaxınlaşaraq şərik olmaq üçün əməkdaşlığa başladıqlarını, işin sonrakı taleyi barədə qayğılarını danışmışdır. O isə həmin işin yaxşı iş olduğunu bildirmişdir. Məhkəmənin 21 may 2025-ci il tarixli iclasında cavabdehin (birləşdirilmiş iş üzrə iddiaçının) vəsatəti əsasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Cavabdeh dəfələrlə müxtəlif məbləğlərdə pul vəsaitini alıb İddiaçı aparmışdır. Ən çox apardığı məbləğ 30000 manat məbləğində olmuşdur. Bu pulları nə üçün iddiaçıya verdiyini soruşduqda isə Cavabdeh bildirmişdir ki, iddiaçının ona verdiyi borc pulun faizidir. Cavabdeh boruların istehsalı və satışı ilə məşğul olmuşdur. Daha sonra vəziyyət bu hala gəlib çıxdıqda, İddiaçı Cavabdehla şərik olmuş və avadanlıqlar qardaşı Kamranın obyektinə daşınmışdır. O, bu prosesdə həmin avadanlıqları daşıyıb-quraşdıran işçiləri aparıb-gətirmişdir. Məhkəmənin 21 may 2025-ci il tarixli iclasında cavabdehin (birləşdirilmiş iş üzrə iddiaçının) vəsatəti əsasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, əvvəllər boruların istehsalı və satışı ilə Cavabdeh məşğul olmuşdur. Sonra İlqarın avadanlıqları iddiaçının zavoduna aparılaraq tərəflər birlikdə bu fəaliyyəti həyat keçirməyə başlamışdırlar. Həmçinin İlqarın avadanlıqlarından başqa iddiaçı onun da avadanlıqlarını obyektindən götürmüşdür ki, müvafiq fəaliyyəti həyata keçirmək üçün kredit götürdükdən sonra qaytaracaqdı. Müvafiq kreditin götürülməsi üçün 5 ay dövriyyə tələb edildiyindən avadanlığı həmin zavodda qalmışdır. Daha sonra İddiaçı ona Cavabdeh ona 673000 manat məbləğində borcu olduğunu, avadanlığı gedib Cavabdeh tələb etməsini bildirmişdir. Hazırda avadanlıqlarla bağlı iş Siyəzən Rayon Prokurorluğunda araşdırılır. Cavabdeh hər dəfə təxminən 10000-12000 manat məbləğində olmaqla cəmi 3 dəfə pul alaraq İddiaçı təhvil vermişdir. Məhkəmənin 21 may 2025-ci il tarixli iclasında cavabdehin (birləşdirilmiş iş üzrə iddiaçının) vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, əvvəlcə Cavabdeh tanımış, tərəflərin şəriklik məsələsində isə İddiaçı tanımışdır. O və Ramin Əliyev həmin avadanlıqların alınmasına 102000 manat məbləğində vəsait qoyduqlarına görə, İddiaçı avadanlıqları yeni zavoda apardığı üçün narahat olduqlarından Ramin Əliyevlə birlikdə İddiaçı qardaşı Kamran Məmmədovla, onun vasitəsilə isə İddiaçıla görüşmüşdürlər. Onlar bildirmişdirlər ki, Cavabdeh payına düşən puldan borcları ödəniləcəkdir. Məhkəmənin 21 may 2025-ci il tarixli iclasında cavabdehin (birləşdirilmiş iş üzrə iddiaçının) vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, 2022ci ildə işləmədiyinə görə əməkdaşlıq etmək üçün Cavabdeh müraciət etmiş, ona 100000 manat məbləğində xammalın alınması məqsədilə pul vermişdir. İddiaçı öz qardaşı ilə xəstəxanaya Cavabdeh baş çəkməyə gəlmiş, həmin vaxt Cavabdeh şərikləri barədə danışmışdır. O, müvafiq məlumatı əldə etdikdən sonra İddiaçı yeni zavoduna getmişdir. Həmin gün orada iddiaçı və qardaşı ilə görüşmüşdür. Onlar Cavabdeh şərik olduğunu və 33 % payı olduğunu, həmin pulla borcları ödəyəcəyini bildirmişdirlər. Bu söhbətdən sonra o daha şikayət etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, e-2-2(119)-657/2025 nömrəli kommersiya işi üzrə İddiaçı Cavabdeh 2019-cu ildən 2024-cü ilə qədər olan dövr ərzində 673000 manat məbləğində borca pul verdiyini, cavabdehin həmin borc məbləğinin əvəzində 482500 manatlıq avadanlıq təqdim etdiyini, borc məbləği üzrə 52000 manat məbləğində ödəniş həyata keçirdiyini və cavabdehin qalıq borcunun 138500 manat məbləğində təşkil etdiyini qeyd edərək cavabdehdən həmin məbləğin və hesablanmış dəbbə pulunun tutulmasını xahiş etsə də, cavabdehin ona borcunun olması iş materialları ilə təsdiq edilməmişdir. İş materiallarına əlavə edilmiş 05 fevral 2024-cü il tarixində tərtib edilmiş “Borc öhdəliyi” adlandırılan sənədin məzmununda “Mən, Cavabdeh 2019-cu ildən 2024-cü ilə qədər mərhələli şəkildə İddiaçı 673000 manat borc pul almışam. Mənim İddiaçı 673000 manat borcum var” qeyd edilmişdir. Həmin sənədi eyni zamanda Vüqar Camalov “Mən, Cavabdeh İddiaçı borcu olduğunu bilirəm” qeyd edib imzalayaraq təsdiq etmişdir. İddiaçı həmin pul məbləğini cavabdehə borc olaraq verdiyini, iddiaçının nümayəndəsi tərəflər arasında yaranmış mübahisənin borc hüquq münasibətlərindən irəli gəldiyini qeyd etmiş, 05 fevral 2024-cü il tarixli əlyazmanın məzmununda cavabdeh 2019-cu ildən 2024cü ilə qədər mərhələli şəkildə iddiaçıdan 673000 manat məbləğində borc pul aldığını göstərmiş, sənədin özü də “Borc öhdəliyi” adlandırılmış, məhkəmə iclasında şahid qismində dindirilmiş Ceyhun Qəmbərov ifadəsində İddiaçı Cavabdeh borca pul verdiyini qeyd etmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı mübahisə üzrə iddia tələbinin qanuni əsası məhz borc hüquq münasibətlərini tənzimləyən mülki-hüquq normalarıdır. Cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh və onun nümayəndəsi məhkəmə iclaslarında verdikləri izahatlarda tərəflər arasında borcverən-borcalan münasibətlərinin deyil, şəriklik münasibətlərinin mövcud olduğunu qeyd etsələr də, bu hal iş materialları ilə təsdiq edilmir. Bu halla bağlı cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) məhkəmə iclasına çoxsaylı şahidlər dəvət etmiş və mübahisənin obyektiv həlli baxımından onların hər biri dinlənilmişdir. Şahidlərin hər birinin verdikləri ifadələri həm ayrıca, həm də qarşılıqlı olaraq təhlil edən məhkəmə hesab edir ki, həmin ifadələrdə göstərilənlər İddiaçıla Cavabdeh Camalovun şərikli qaydada fəaliyyət göstərmələrini təsdiq etmir. Əksinə şahidlərin bir çoxu (Novruz Abasov, Ağaverdi Əzizov, Azər Nəcəfov və Azad Rəcəbov) ifadələrində açıqaydın göstərmişlər ki, Cavabdeh İddiaçı borcu olmuş və onların bəziləri müxtəlif vaxtlarda Cavabdeh adından İddiaçı müxtəlif məbləğlərdə pul vəsaitləri aparıb vermişlər. X7 və Azad Rəcəbov isə Cavabdeh onlara borclu olduğunu, digər şahid Kamran Əzimov isə avadanlıqların ilkin olaraq alınmasına görə müəyyən məbləğdə pul qoyduğunu bildirmişdir. İddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin nizamnamə kapitalının formalaşdırılmasının təsdiqi barədə “İndependent Auditor Services” LLC tərəfindən tərtib edilmiş 03 noyabr 2023-cü il tarixli müstəqil auditor rəyində "xxxx" MMC-nin təsisçisi İddiaçı mülkiyyətində olan Şabran rayonu Ağalıq kəndində yerləşən avadanlıqların - (1 (bir) ədəd sulu qırma (türk istehsalı 60-lıq), 1 (bir) ədəd yuyucu vanna (türk istehsalı), 1 (bir) ədəd sıxma (türk istehsalı), 1 (bir) ədəd aqromer (quruducu 1000-lik), 1 (bir) ədəd aqromer quruducu (800-lük), 1 (bir) ədəd aqromer quruducu (700-lük), 1 (bir) ədəd qranul makinası (extruder 120-lik - soyutma vannası, çəkici, doğrayıcı), 1 (bir) ədəd boru istehsalı makinası (90-lıq - Almaniya istehsalı, vakum vannası, çəkici, toplayıcı- karusel, cizgi makinası, elektrik şit qutusu), 1 (bir) ədəd boru istehsal makinası (90-lıq-vakum vannası, çəkici, toplayıcı-karusel, cizgi makinası, elektrik şit qutusu), 1 (bir) ədəd boru istehsal makinası (90-lıq-vakum vannası, çəkici, sarıcı, cizgi makinası, elektrik şit qutusu), 1 (bir) ədəd boru istehsal makinası (65-lik-vakum vannası, çəkici, sarıcı, cizgi makinası, elektrik şit qutusu), 1 (bir) ədəd boru istehsal makinası (60lıq), 1 (bir) ədəd qırma makinası (1200-lük), 1 (bir) ədəd press aparatı, 1 (bir) ədəd boru başlığı açan avadanlıq, 1 (bir) ədəd kabel istehsal makinası (65-lik), 1 (bir) ədəd cizgi makinası, 1 (bir) ədəd yazı makinası (videojet), 1 (bir) ədəd soyutma vannası, 1 (bir) ədəd çəkici, 1 (bir) ədəd toplayıcı, 3 (üç) ədəd sərpayı (böyük), 1 (bir) ədəd paketləmə makinası (böyük), 1 (bir) ədəd metraj makinası, 23 (iyirmi üç) ədəd baraban (600-lük), 6 (altı) ədəd baraban 1000-lik, 1 (bir) ədəd transpalet, 1 (bir) ədəd transpalet (tərəzili), 1 (bir) ədəd pudra aparatı, 2 (iki) ədəd sərpayı (kiçik), 1 (bir) ədəd əl daşıyıcı (transpalet 2 tonluq), 30 (otuz) ədəd qəlib, 7 (yeddi) ədəd metraj başlığı, 1 (bir) ədəd büküm avadanlığı (çəkici, toplayıcı, elektrik şit), 6 (altı) ədəd barabanın (600-lük əlavə)) ümumi dəyəri 482500 manat məbləğində müəyyən edilmişdir. İddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı və onun nümayəndəsi yuxarıda adı çəkilən avadanlıqların cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh tərəfindən 673000 manat məbləğində olan borcun əvəzinə verildiyini və əlavə olaraq 52000 manat məbləğində ödəniş həyata keçirildiyini bildirərək, cavabdehin (birləşdirilmiş iş üzrə iddiaçının) 138500 manat məbləğində borcunun qaldığını bildirmişdirlər. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 18 avqust 2025-ci il tarixli 02- 198/25 nömrəli mütəxəssis rəyi ilə yuxarıda adıçəkilən həmin avadanlıqlar 757160 manat məbləğində qiymətləndirilmişdir. Göründüyü kimi, borcverən (iddiaçı) İddiaçı aldığı borc məbləğinə görə sonuncunun mülkiyyətinə verilmiş borcalan (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh məxsus avadanlıqların mütəxəssis rəyi ilə müəyyən edilmiş dəyəri onun iddiaçı qarşısında borcunun qalmadığını göstərir. İddiaçının (birləşdirilmiş iş üzrə cavabdehin) və onun nümayəndəsinin 18 avqust 2025-ci il tarixli 02-198/25 nömrəli mütəxəssis rəyinin əsaslı və düzgün olmaması barədə dəlilləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: - Mütəxəssis rəyinin səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edilməsi: Sözügedən mütəxəssis rəyi X13 tərəfindən 27 dekabr 2024-cü il tarixdə 000149 qeydiyyat nömrəsi ilə verilmiş Azərbaycan Respublikasının Qiymətləndiricinin İxtisas Şəhadətnaməsinə məxsus olan X2 tərəfindən tərtib edilmişdir (müvafiq şəhadətnamələr barədə məlumatlar rəyin 2-3cü səhifələrinə əlavə edilmişdir); - Baxış protokolunun tərtib edilməməsi: Mütəxəssis rəyinin məzmunundan görünür ki, rəyin tərtibi zamanı müvafiq cədvəllər tərtib edilməklə hər bir avadanlığın adı, şəkili, qiyməti qiymətləndirmə zamanı analoq kimi istifadə edilən, avadanlıqların istehsal olunduğu ölkəyə (Türkiyə Respublikasına) məxsus internet resurslarına istinadlar verilməklə qeyd edilmişdir. İddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) tərəfindən iddia ərizəsinə əlavə edilmiş və avadanlıqların dəyərinin 482000 manat məbləğində qiymətləndirildiyi 03 noyabr 2023-cü il tarixli müstəqil auditor rəyində isə sadəcə avadanlıqların adı və qarşısında dəyərləri göstərilmiş, qiymətləndirmə zamanı hansı mənbələrə istinad olunması, avadanlıqların fotoşəkilləri və digər zəruri məlumatlar qeyd edilməmiş, o cümlədən iddiaçının özünün qeyd etdiyi protokol tərtib edilməmişdir; - Avadanlıqların dəyəri hesablanarkən karqo xərclərinin nəzərə alınmamalı olması: "xxxx" MMC tərəfindən təqdim edilmiş 18 avqust 2025-ci il tarixli mütəxəssis rəyində karqo xərcləri kimi qeyd edilmiş məbləğlərin cəmi məhkəmə iclasında tərəflərin iştirakları ilə hesablanmışdır. Nəticə olaraq rəydə göstərilmiş avadanlıqların ümumi dəyərindən karqo xərclərinin cəmi çıxıldıqda belə, yuxarıda qeyd edilən nəticəyə təsir etmədiyi müəyyən edilmişdir; - Tədqiqat obyekti kimi hesabata daxil edilən mühərriklərin bir neçəsinin istifadəyə yararsız olduğu üçün İddiaçı yenilərini öz vəsaiti hesabına əldə etməsi, o cümlədən İddiaçı 28 avqust 2025-ci il tarixdə keçirilmiş iclasda izahatında qeyd etdiyi “Qranul” adlı makinanın daha yaxşı vəziyyətdə olanını cavabdehin tanıdığı şəxsdən 18000 manat məbləğinə alsa da, mütəxəssis rəyində həmin avadanlığa görə 65000 manat məbləğində qiymət müəyyən edilməsi, “Aqromer” adlı avadanlığın onun tərəfindən 7000 manat məbləğinə təmir etdirilməsi - iddiaçı qeyd etdiyi çəkdiyi bu xərclərlə bağlı məhkəməyə hər hansı təsdiqedici sənəd təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı 138500 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulması tələbi barədə iddia ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. e-2-2(119)-860/2025 nömrəli iş üzrə iddiaçı Cavabdeh İddiaçı geri qaytarılmasını və ya dəyərinin ödənilməsini xahiş etdiyi avadanlıqlar iki kateqoriyaya ayrılır:

1. 1 (bir) ədəd aqromer (quruducu 1000-lik), 1 (bir) ədəd aqromer quruducu (800-lük), 1 (bir) ədəd aqromer quruducu (700-lük), 1 (bir) ədəd qranul makinası-soyutma vannası, çəkici, doğrayıcı (extruder 120-lik), 1 (bir) ədəd boru istehsalı makinası (90-lıq) - Almaniya istehsalı (vakum vannası, çəkici, toplayıcı- karusel, cizgi makinası, elektrik şit qutusu), 1 (bir) ədəd boru istehsal makinası (90-lıq)- (vakum vannası, çəkici, toplayıcı-karusel, cizgi makinası, elektrik şit qutusu), 1 (bir) ədəd boru istehsal makinası (90-lıq)-(vakum vannası, çəkici, sarıcı, cizgi makinası, elektrik şit qutusu), 1 (bir) ədəd boru istehsal makinası (65lik)- (vakum vannası, çəkici, sarıcı, cizgi makinası, elektrik şit qutusu), 1 (bir) ədəd boru istehsal makinası (60-lıq), 1 (bir) ədəd qırma makinası (1200- lük), 1 (bir) ədəd press aparatı, 1 (bir) ədəd boru başlığı üçün avadanlıq, 1 (bir) ədəd kabel istehsal makinası (65lik), 1 (bir) ədəd cizgi makinası, 1 (bir) ədəd yazı makinası, (videojet), 1 (bir) ədəd soyutma vannası, 1 (bir) ədəd çəkici, 1 (bir) ədəd toplayıcı, 3 (üç) ədəd sərpayı (böyük), 1 (bir) ədəd paketləmə makinası (böyük), 1 (bir) ədəd metraj makinası, 23 (iyirmi üç) ədəd baraban (600-lük), 6 (altı) ədəd baraban 1000-lik, 1 (bir) ədəd transpalet, 1 (bir) ədəd transpalet (tərəzili), 1 (bir) ədəd pudra aparatı, 2 (iki) ədəd sərpayı (kiçik), 1 (bir) ədəd əl daşıyıcı (transpalet 2 tonluq), 30 (otuz) ədəd qəliblər, 7 (yeddi) ədəd metraj başlığı, 1 (bir) ədəd büküm avadanlığı-ümumi qiymətləndirmə dəyəri 380500 (üç yüz səksən min beş yüz) manat;

2. 16-lıq damlama boru-60 top-(topu 50 manat)- 3000 manat, 20-lik damlama boru- 100 top-(topu-60 manat)-6000 manat, 50-lik boru damlama-3000 metr- (1 metri 1 manat)- 3000 manat, 63-lük boru-5000 metr (1 metri-1.50 manat)-7500 manat, 75-lik boru15000 metr (1 metri 1.75 manat)-26250 manat, 90-lıq boru-6000 metr (2.5 manat)-15000 manat, 110-luq boru-3000 metr (5.5 manat)-16500 manat, 300 ədəd 160-lıq artezian turbası (60 manat)-18000 manat, damlama boruların kaplinləri-dəyəri 50000 manat, 6 (altı) ədəd kamera -televizor monitor-1300 manat, 2 (iki) ədəd soyuducu-500 manat, 2 (iki) ədəd televizor-500 manat, 1 (bir) ədəd üzəri mərmər stol, 6 (altı) ədəd stul-1000 manat, kabel barabanları-120 ədəd (45 manat)-5400 manat, 2 (iki) ədəd böyük dolab-800 manat, 1 (bir) ədəd uzun iclas stolu-2000 manat, STP firmasının polkaları və korzin arabalar-6000 manat dəyərində, 3 (üç) ədəd personal kompüter-2100 manat, 1 (bir) ədəd STO firmasının barkod stolu - 2000 manat, 2 (iki) ədəd çadır-1500 manat əmlaklar və onların dəyəri. Yuxarıda qeyd edilənlərə əsasən birləşdirilmiş iş üzrə iddiaçı tərəfindən 1-ci kateqoriyaya aid edilmiş avadanlıqların birləşdirilmiş iş üzrə cavabdehə ondan aldığı borc vəsaitinə görə verilməsi müəyyən edildiyindən həmin avadanlıqların geri qaytarılması barədə iddia tələbi əsaslı hesab edilə bilməz. İddia ərizəsində 2-ci kateqoriyaya aid avadanlıqların isə birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh tərəfindən birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı verilməsi barədə məhkəməyə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Ona görə də iddia həmin hissədə də əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh tərəfindən birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı qarşı verilmiş “əşyaların geri qaytarılması və onların dəyərinin ödənilməsi” tələbi barədə iddia ərizəsi də əsaslı olmadığından təmin edilməməlidir. İş üzrə hər iki iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya və birləşdirilmiş iş üzrə iddiaçıya aid edilməlidir. Bunlardan başqa, "xxxx" MMC-nin 18 avqust 2025-ci il tarixli 02-198/25 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş xərclərə dair bildirişdən görünür ki, aparılan tədqiqatın dəyəri 1000 manat məbləğində təşkil etmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərclərinin bölünməsi barədə hər hansı razılıq barədə məlumat təqdim edilmədiyindən 1000 manat məbləğində pul vəsaitinin 500 manat məbləğində olan hissəsi iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı, 500 manat məbləğində olan digər hissəsi cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi və birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh tərəfindən birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı qarşı verilmiş “əşyaların geri qaytarılması və ya onların dəyərinin ödənilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya və birləşdirilmiş iş üzrə iddiaçıya aid edilməli, iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 1000 manat məbləğində pul vəsaitinin 500 manat məbləğində olan hissəsi İddiaçı, 500 manat məbləğində olan digər hissəsi isə cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh rəyi təqdim etmiş "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT E T D İ:

İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh tərəfindən birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı qarşı verilmiş “əşyaların geri qaytarılması və ya onların dəyərinin ödənilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya və birləşdirilmiş iş üzrə iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 1000 (min) manat məbləğində pul vəsaitinin 500 (beş yüz) manat məbləğində olan hissəsi iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı, 500 (beş yüz) manat məbləğində olan digər hissəsi cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar