Məhkəmə qərarları › İş №e-2-2(119)-668/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-668/2020

09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-668/2020 09.10.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, iddiaçı “İddiaçı”-nin cavabdeh “xxxx” MMC-yə qarşı pul tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə iddia ərizəsini vəiş materiallarınıtədqiq edib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən alınmasını təsdiq edən hər hansı bir sənəd iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmamışdır. Halbuki, Mülki-Prosessual Məcəllənin 150.0.4cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Məhkəmə qeyd edir ki, bu hal kommersiya mübahisləri ilə əlaqədar məhkəməyə müraciət edərkən iddiaçının yerinə yetirməli olduğu zəruri hərəkətdir, cavabdeh iddia ərizəsinin surətini əvvəlcədən almış olmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən hazırkı iddia tələbi üzrə məhkəmə icraatının mümkünlüyünə təsir edəcək digər hallar da nəzərə alınmalıdır. Belə ki, hazırkı iddia ərizəsi nümayəndə kimi Vəkil tərəfindən imzalanmışdır. İddia ərizəsinə əlavədə “etibarnamə” kimi qeyd edilən və vəkilin “Elektron kabineti” vasitəsi ilə məhkəməyə təqdim edildiyi göstərilməsinə baxmayaraq bu sənədin “Elektron məhkəmə” informasiya sistemində oxunması mümkün olmamışdır. Bununla əlaqədar izah olunur ki, sənədlərin elektron təqdim edilməsi zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2019-cu il tarixli “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının və “Elektron Məhkəmə” İnformasiya Sistemi üzrə tətbiq edilən “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarının tələblərinə əməl olunmalıdır. Məhkəmə eyni zamanda iddiaçı tərəfin diqqətini tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin 10.3-cü bəndi ilə razılaşdırılmış müqavilə aidiyyəti ilə bağlı şərtlərinə cəlb edərək qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 40-cı maddəsi müqavilə aidiyyəti ilə bağlı qaydaları tənzimləyir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar