Məhkəmə qərarları › İş №e-2-2(119)-683/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-683/2024

03.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-683/2024 03.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçıin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 14800 (on dörd min səkkiz yüz) manat, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 350 (üç yüz əlli) manat xidmət haqqı və ödənilmiş 140 (yüz qırx) manat dövlət rüsumu olmaqla, cəmi 15290 (on beş min iki yüz doxsan) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq İddiaçıə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Cavabdehnə elektron qaimə ilə xx.xx.2022-ci il tarixdə 1850 (min səkkiz yüz əlli) manat, xx.xx.2022-ci il tarixdə 1850 (min səkkiz yüz əlli) manat, xx.xx.2022-ci il tarixdə 1850 (min səkkiz yüz əlli) manat, xx.xx.2022-ci il tarixdə 1850 (min səkkiz yüz əlli) manat, xx.xx.2022-ci il tarixdə 3700 (üç min yeddi yüz) manat, xx.xx.2022-ci il tarixdə 3700 (üç min yeddi yüz) manat olmaqla, ümumilikdə 14800 (on dörd min səkkiz yüz) manat pul ödənilmişdir. Yuxarıda göstərilən məbləğlər iddiaçı tərəfindən cavabdehə səhvən ödənilmişdir. Həmin məbləğlərin qaytarılması Cavabdeh direktoruna dəfələrlə bildirilsə də, cavabdeh həmin məbləğləri ödəməkdən boyun qaçırmışdır. İddiaçı ilə Cavabdeh arasında heç bir müqavilə mövcud olmamışdır və heç bir razılaşma olmamışdır. Cavabdeh iddiaçıya heç bir xidmət göstərməmişdir. Həmin məbləğlərin iddiaçı tərəfindən cavabdehə səhvən ödənilməsi audit yoxlaması nəticəsində meydana çıxmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçıin vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh tərəfindən İddiaçıə 1850 (min səkkiz yüz əlli) manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 19 iyul 2022-ci il tarixli EBCA seriyalı 301594 nömrəli, 1850 (min səkkiz yüz əlli) manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 21 iyul 2022-ci il tarixli EBCA seriyalı 447582 nömrəli, 1850 (min səkkiz yüz əlli) manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 09 avqust 2022-ci il tarixli EBCB seriyalı 587096 nömrəli, 1850 (min səkkiz yüz əlli) manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 12 avqust 2022-ci il tarixli EBCB seriyalı 839231 nömrəli, 3700 (üç min yeddi yüz) manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 23 sentyabr 2022-ci il tarixli EBCE seriyalı 456347 nömrəli, 3700 (üç min yeddi yüz) manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 28 oktyabr 2022-ci il tarixli EBCİ seriyalı 152434 nömrəli elektron qaimə təqdim olunmuşdur. Həmin elektron qaimələr iddiaçı tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 19 iyul 2022-ci il tarixdə 1850 (min səkkiz yüz əlli) manat, 21 iyul 2022-ci il tarixdə 1850 (min səkkiz yüz əlli) manat, 09 avqust 2022-ci il tarixdə 1850 (min səkkiz yüz əlli) manat, 12 avqust 2022-ci il tarixdə 1850 (min səkkiz yüz əlli) manat, 23 sentyabr 2022-ci il tarixdə 3700 (üç min yeddi yüz) manat və 28 oktyabr 2022-ci il tarixdə 3700 (üç min yeddi yüz) manat məbləğində ödəniş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. - 329-cu madəsinin tələblərinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 2021-ci il 02 fevral 26 nömrəli Qərarının: - 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. - 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. - 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən İddiaçıə ümumlikdə 14800 (on dörd min səkkiz yüz) manat dəyərində saytda məlumatların yerləşdirilməsi xidmətinin göstərilməsi ilə əlaqədar 2022-ci ilin iyul-oktyabr aylarında 6 ədəd elektron qaimə təqdim edilmişdir. Həmin elektron qaimələr İddiaçı tərəfindən təsdiqlənmiş, iddiaçı həmin qaimələr üzrə xidmətlərin göstərilməsinə etiraz etməmiş, qaimələri qaytarmamış və həmin qaimələrin təqdim edildiyi gün qaimələrə istinad etməklə göstərilən məbləğləri ödəmişdir. Halbuki, xidmətlərin göstərilmədiyi halda iddiaçı cavabdeh tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən xidmətin göstərilməsi qənaətinə gəlməyə əsas verir. İddia ərizəsində 14800 (on dörd min səkkiz yüz) manatın səhvən ödənildiyi və bunun audit yoxlama nəticəsində meydana çıxdığı qeyd olunsa da, iddiaçı tərəfindən qeyd olunan pul vəsaitinin xidmət göstərilmədiyi halda Cavabdehnə ödənilməsi məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçıin Cavabdehnə qarşı “pul tələbi” barədə iddiası rədd edilməli, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçıin Cavabdehnə qarşı “pul tələbi” barədə iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar