Məhkəmə qərarları › İş №e-2-2(119)-74/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-74/2023

18.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-74/2023 18.01.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 Mödhəd oğlunun iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən Quba şəhərinin Vaqif küçəsində yerləşən ona məxsus mağaza ilə bağlı tərtib olunan 29 iyul 2022-ci il tarixli ******* nömrəli Akt əsasında hesablanmış 1080 manat məbləğində borcun silinməsi və mediasiyada iştirakla bağlı xidmət haqqı kimi ödənilən 60 manat məbləğində pulun Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı (VÖEN **********) Quba şəhərinin Vaqif küçəsində yerləşən özünə məxsus kiçik mağaza işlədir. Cavabdeh əməkdaşları iddiaçıya məxsus mağazaya gələrək 29 iyul 2022-ci il tarixli ******* nömrəli Akt tərtib etmişlər. Lakin, iddiaçı həmin aktla razılaşmadığı üçün onu imza etməkdən imtina etmişdir. Buna baxmayaraq həmin Aktda “sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilmiş, xətalar formaya uyğun deyildir” qeydi aparılmışdır. Həmin Akta əsasən tərtib edilmiş 29 iyul 2022-ci il tarixli Dəymiş ziyanın Bərpasına dair Tələbnamə ilə iddiaçıya məxsus mağazaya 4320 m3 qazdan istifadəyə görə əlavə olaraq 1080 manat məbləğində borc hesablanmışdır. Yazılmış borc əsassız və qanunsuz olduğu üçün iddiaçı onu qəbul etmir. Həmin borcun ödənilməməsi səbəbindən, Cavabdeh İB tərəfindən iddiaçıya borcun ödənilmədiyi halda mağazaya verilmiş təbii qazın kəsiləcəyi bildirilmişdir. Halbuki, iddiaçı istehlak etdiyi təbii qazın dəyərini vaxtlı-vaxtında ödəmiş və iddiaçıya məxsus mağazada heç vaxt təbii qazdan qanunsuz istifadə halı olmamışdır. Sayğacın “çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilməsində” isə iddiaçının hər hansı təqsiri yoxdur və hətta, qeyd edilən xətanın həqiqətən mövcud olmasının özü də şübhə doğurur. Çünki, sayğaca Metrologiya Departamenti tərəfindən baxış keçirilərkən, istehlakçı olaraq iddiaçının həmin baxışda iştirakı təmin olunmamış və ümumiyyətlə, bununla bağlı iddiaçıya heç bir məlumat verilməmişdir. Olmayan bir hadisəyə görə 1080 manat məbləğində ziyanın hesablanması iddiaçının hüquqlarının kobud pozulmasıdır. Eyni zamanda, iddiaçı sahibkardır və sahibkar kimi ona məxsus obyekt Cavabdeh İB-nin əməkdaşları tərəfindən yoxlanılarkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X5 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əməl edilməmişdir. Çünki, sahibkar kimi iddiaçının fəlaiyyəti yoxlanarkən “Sahibkarlıq sahəsində aparılan X5 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli idi. Eyni zamanda yuxarıda qeyd edilən Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələbləri də tətbiq edilməli idi. Lakin nə yoxlama aparılarkən, nə də ondan əvvəl iddiaçıya yoxlamanın aparılması haqqında qərar təqdim edilməmiş və məlum “yoxlama” X5 Reyestrində qeydə alınmadan aparılmışdır. Qeyd edilən hallar isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən həmin yoxlamanın hüquqi nəticəsinin olmaması və bununla bağlı iddiaçıya hər hansı məsuliyyət tədbirinin tətbiq edilməməsinə səbəb olmalıdır. Əlavə olaraq qeyd edilir ki, iddiaçı məhkəməyə müraciət edənə qədər qanunvericiliyin tələbindən çıxış edərək ilkin mediasiya sessiyasında iştirak etmiş və iş üzrə Cavabdeh İB-nin nümayəndəsinin mediasiya sessiyasında iştirak etməməsi səbəbindən iddiaçıya mediator tərəfindən 24 oktyabr 2022-ci il tarixli, MŞB/2-01688 nömrəli arayış verilmişdir. Bundan əlavə, "Azəriqaz" İB-yə borcun silinməsi ilə bağlı pretenziya məktubu ilə həm elektron qaydada, həm də poçt vasitəsilə müraciət olunmasına baxmayaraq, "Azəriqaz" İB tərəfindən həmin müraciətlərə heç bir cavab verilməmişdir. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən hesab olunur ki, iddiaçıya məxsus mağazada təbii qazdan qeyri-qanuni istifadə halı heç vaxt baş vermədiyindən və sayğac göstəriciləri üzrə təbii qazın dəyərinin ödənilməsi iddiaçı tərəfindən təmin edildiyindən və cavabdeh təşkilat tərəfindən iddiaçının fəaliyyətinin sahibkar kimi yoxlanılması zamanı qanunvericiliyin tələblərinə riayət olunmadığından Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 29 iyul 2022-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilməli və həmin akt əsasında hesablanmış 1080 manat məbləğində borc silinməlidir. Cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə “iddia tələbinə qarşı yazılı Etiraz” təqdim edilərək, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı ilə ’’Azəriqaz” İB-yi arasında “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə bağlanmışdır. Abonent üçün quraşdırılmış qaz sayğacı 27 aprel 2022-ci ildə ’’Azəriqaz” İB-nin işçiləri tərəfindən xətdən açılaraq növbəti dövlət yoxlamasına göndərilmişdir. Qeyri-əhali qaz sayğaclarının yoxlanılması barədə 29 iyun 2022-ci il tarixli MS-29/1640-01490-47 saylı akta əsasən “sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilib, xətalar normaya uyğun deyil” rəyi verilmişdir ki, bu da qüsura görə nəticə cədvəlinə uyğun olaraq sayğacın hesablama mexanizminə müdaxilə edildiyini bildirir. Abonent bu müdaxilənin edilməsində onun təqsirinin olmadığını iddia tələbinin əsası kimi qoymuşdur. Lakin abonent bilməlidir ki, əhali abonentlərindən fərqli olaraq İddiaçı ilə ’’Azəriqaz” İB-yi arasında “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarının 4.2-ci bəndinə uyğun olaraq məişət qaz qurğularının istifadəçisi üçün qaz sayğacı qaz paylayıcının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəçisi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İddiaçı təbii qazdan öz məişət ehtiyaclarını ödəmək üçün istifadə edən abonent deyil, mağazada müəyyən gəlir əldə etmək üçün təbii qazdan istifadə edir. Buna görə də qaz sayğacının qorunmasına və işlək vəziyyətdə saxlanmasına görə abonent İddiaçı özü məsuliyyət daşıyır. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur, rəsmi qaydada VÖEN-ə malikdir və mağazada qazandığı gəlirdən vergi ödəyir. Qaydaların 2.12-ci bəndində göstərilir ki, istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Qaydaların 4.8-ci bəndində qeyd olunur ki, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi özləri daşıyırlar. Qaydaların bu bəndlərindən belə bir nəticə çıxır ki, yuxarıda göstərilən sayğaca müdaxilə olunması halı subut edilirsə, müdaxilənin kimin tərəfindən edildiyindən asılı olmayaraq, abonent məsuliyyət daşıyır. Buna görə də qaz sayğacına edilmiş müdaxilə ilə əlaqədar İddiaçı barəsində “Qazdan istifadə Qaydalarının pozulması haqqında” 29 iyul 2022-ci il tarixli ******* saylı akt tərtib edilərək, Müqavilənin 3.3-cü bəndinə uyğun olaraq istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu Müqaviləyə əlavə edilmiş ARDNŞ-in 14 mart 2011-ci il tarixli 11 №-li qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq 4320 m3 və ya 1080 manat dəymiş ziyan hesablanmışdır. İddiaçı barəsində tərtib edilmiş “Qazdan istifadə Qaydalarının pozulması haqqında” 29 iyul 2022-ci il tarixli ******* saylı akta əsasən “Dəymiş ziyanın bərpasına dair Tələbnamə” ilə abonent üçün 1080 manat itirilmiş qazın bərpası üçün ziyan məbləği hesablanmışdır. İddiaçı iddia ərizəsində silinməsini xahiş etdiyi 1080 manat məbləği əsaslandıra bilməmişdir və iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə yazılanlara uyğun izahat verib, iddia tələbinin təmin edilərək, Cavabdeh əməkdaşları tərəfindən Quba şəhərinin Vaqif küçəsində yerləşən İddiaçı məxsus mağaza ilə bağlı tərtib olunmuş 29 iyul 2022-ci il tarixli ******* nömrəli Akt əsasında hesablanmış 1080 manat məbləğində borcun silinməsi və mediasiyada iştirakla bağlı xidmət haqqı kimi ödənilən 60 manat məbləğində pulun Cavabdehndən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini – iddia ərizəsində göstərilənlərlə və eyni zamanda, 29 iyul 2022-ci il tarixli ******* nömrəli Akt tərtib edilməsi ilə nəticələnmiş yoxlama tədbirlərinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulması, iddiaçıya məxsus sahibkarlıq obyekti kimi tikinti materialları mağazasında təbii qazdan yalnız qış aylarında və soyuq havalarda mağazanın qızdırılması üçün quraşdırılmış “kombi”də istifadə edilməsi və buna görə də qaz sərfiyyatının ancaq soyuq havalarda mövcud olması və həmin sərfiyyatın da sayğac tərəfindən hesablanaraq abonent saldosunda qeyd edilməsi və ödənilməsi, yoxlamaya aparılan qaz sayğacının plombu zədələnmədən onun içərisində olan plastmas borunun “deşik olması” barədə rəyin verilməsi ilə nəticələnən yoxlamada abonentin iştirakının təmin edilməməsi səbəbindən həmin qüsurun mövcudluğunun özünün də şübhəli olması ilə əsaslandırdı. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”da göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini – İddiaçı barəsində Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 29 iyul 2022-ci il tarixli ******* nömrəli Akda qeyd olunmuş nöqsanların həqiqətən də mövcud olması, Aktın düzgün tərtib edilməsi və Akt əsasında borcun mövcud X4 uyğun olaraq hesablanması ilə əsaslandırdı. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizəni, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”ı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, qaz paylayıcısı Cavabdeh ilə bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı” barədə Müqaviləyə əsasən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı (VÖEN **********) məxsus Quba rayonu ərazisində yerləşən sahibkarlıq obyekti təbii qazla təchiz edilmiş və həmin qeyri-yaşayış sahəsinə verilən təbii qazın hesabatının aparılması məqsədi ilə istehlakçı İddiaçı **********00061 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada mexanika tipli “G-4” markalı sayğac quraşdırılmışdır (obyektdə bir ədəd “kombi” avadanlığı quraşdırılmışdır). İş materiallarında olan, istehlakçı İddiaçı adına tərtib edilmiş 27 aprel 2022-ci il tarixli ******* nömrəli "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" Aktdan görünür ki, "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən istehlakçı İddiaçı məxsus mağazada quraşdırılmış ******* nömrəli G-4 markalı qaz sayğacı növbəti Dövlət yoxlamasına göndərilməsi üçün 27 aprel 2022-ci ildə çıxarılaraq aparılmışdır (Aktda məlum yoxlamanın X5 Reyestrində qeydiyyata alınması barədə heç bir qeydiyyat aparılmamışdır). İş materiallarında olan Cavabdeh X1 Departamenti tərəfindən 30 iyun 2022-ci ildə təsdiq edilmiş “qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” MS - 29/1640-01490-47 nömrəli Aktdan görünür ki, "Azəriqaz” İstehsalat Birliyinin 16 iyun 2022-ci il tarixli SOCAR**********31791640X01490 saylı məktubuna əsasən 16 iyun 2022-ci ildə Xaçmaz X7 İdarəsindən Dövlət yoxlamasına gətirilmiş G-4 markalı mexanika tipli qaz sayğacına 29 iyun 2022-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və baxış zamanı yoxlamanın nəticəsi kimi müəyyən edilmişdir ki, “sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilib, xətalar normaya uyğun deyil” (sayğacın zavod nömrəsi – 7902072, mexaniki göstəricisi – 18246 m3, qeyd – yararsız, qüsura görə nəticə - müdaxilə, qaz itkisi), (Aktda istehlakçının iştirakı barədə hər hansı bir qeyd yazılmamışdır). İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunaraq 29 iyul 2022-ci il tarixində təsdiq edilmiş və “İstehlakçı: İddiaçı”, “ünvan: Quba şəhəri, Vaqif küçəsi”, “Fəaliyyət növü: mağaza”, “abonent kodu: **********00061” qeydləri yazılmış “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Aktda göstərilir ki, 29 iyul 2022-ci ildə saat 1530-da abonent kodu **********00061 olan sahibkarlıq obyektində təbii qazın uçotu və təbii X4 riayət olunması yoxlanılmış və həmin yoxlamanın nəticəsi olaraq Aktda "Azəriqaz" İB-nin qeyri-əhali qaz sayğaclarının yoxlanılması haqqında AKT MS - 29/1640-01490-47 saylı rəyinə əsasən 28256536 sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilib, xətalar normaya uyğun deyil” qeydi aparılmışdır. Eyni zamanda, Aktda qeyd olunmuş məlumatlarla müəyyən olunur ki, həmin Akt - yoxlamanı keçirən Cavabdeh əməkdaşları olan mühəndislər və çilingər tərəfindən imzalanmış olsa da, “İstehlakçının nümayəndəsi” qismində qeyd olunan “İddiaçı” tərəfindən imzalanmamışdır və onun adının qarşısında “imtina etdi” qeydi aparılmışdır (Aktda məlum yoxlamanın X5 Reyestrində qeydiyyata alınması barədə heç bir qeydiyyat aparılmamışdır). İş materiallarında olan Cavabdeh Xaçmaz X7 İdarəsi tərəfindən tərtib və təsdiq edilmiş 29 iyul 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədə istehlakçı: “İddiaçı”, fəaliyyət növü: “qeyri-əhali”, ünvan: “Quba şəhəri, Vaqif küçəsi”, “abonent kodu: **********00061” qeyd edilməklə göstərilir ki, “Metrologiya Departamentinin Sayğacların müayinəsi labaratoriyasının Qaz sayğacının yoxlanılması 30 iyun 2022-ci il tarixli 29/1640- 01490-47 №-li Aktına əsasən G-4 markalı ******* №-li sayğac “Sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilib. Xətalar normaya uyğun deyil. Təbii qaz itkisi yaranmışdır” qüsuruna görə G-4 markalı qaz sayğacın nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan itirilmiş qazın cəmi miqdarı 4320 m3 həcmində müəyyən edilmişdir (əsas: - 29 iyul 2022-ci il tarixli ******* nömrəli Akt). İş materiallarında olan, istehlakçı İddiaçı adına tərtib edilmiş Abonentin Saldosu (abonent kodu **********00061) ilə müəyyən olunur ki, 29 iyul 2022-ci il tarixli ******* nömrəli Akta əsasən istehlakçı İddiaçı məxsus Quba şəhəri Vaqif küçəsində yerləşən sahibkarlıq obyektinin hesabına 2022-ci ilin iyul ayında bir dəfəyə 1080 (min səksən) manat məbləğində borc hesablanmışdır. Həmçinin, həmin Abonent Saldosunda olan məlumatlarla müəyyən olunur ki, 2020-2022-ci illərdə “istehlakçı” tərəfindən istifadə edilən qazın hesabatı aparılaraq, aylar üzrə müəyyən məbləğlərdə ödənişlər edilmişdir. Yəni, qaz sərfiyyatları aylar üzrə müvafiq qaydada sayğac tərəfindən hesablanmış və müvafiq aylar üzrə qaz sərfiyyatına görə ödənişlər aparılmışdır. Eyni zamanda, həmin Abonent Saldosu məlumatları ilə müəyyən olunur ki, istehlakçı İddiaçı məxsus məlum sahibkarlıq obyektində qaz sərfiyyatı mövcümi olaraq ilin soyuq aylarında mövcud olmuşdur (obyektdə bir ədəd “kombi” qaz avadanlığından istifadə olunur). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, istehlakçı İddiaçı (VÖEN **********) istifadəsində olan Quba rayonu ərazisində yerləşən sahibkarlıq obyektinin (abonent kodu **********00061) təbii qazla təmin olunması ilə əlaqədar istifadə olunan qaz xəttinin üzərində quraşdırılmış və 27 aprel 2022-ci ildə növbəti dövlət yoxlmasına aparılması üçün götürülmüş qaz sayğacına baxış keçirilməsi ilə əlaqədar tərtib edilərək 30 iyun 2022-ci ildə təsdiq olunmuş MS - 29/1640-01490-47 nömrəli Aktdan görünür ki, 16 iyun 2022-ci il tarixində Xaçmaz RQİİ-dən Dövlət yoxlamasına aparılmış G- 4 markalı mexanika tipli qaz sayğacına 29 iyun 2022-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və baxış zamanı yoxlamanın nəticəsi kimi “sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilib, xətalar normaya uyğun deyil” qüsuru aşkar edilmişdir. Bundan sonra isə 30 iyun 2022-ci ildə təsdiq olunmuş MS - 29/1640- 01490-47 №-li Aktda qeyd olunan qüsur üzrə 29 iyul 2022-ci il tarixli ******* nömrəli Akt tərtib edilmiş və həmin Akt əsasında tərtib edilən 29 iyul 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədə məlum qüsurlara görə G-4 markalı qaz sayğacın nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan itirilmiş qazın cəmi miqdarı 4320 m3 həcmində müəyyən edilərək, 1080 (min səksən) manat məbləğində birdəfəlik borc hesablanmışdır. Lakin, istehlakçı (iddiaçı) İddiaçı paylayıcı (cavabdeh) Cavabdeh 29 iyul 2022-ci il tarixli ******* nömrəli Aktı əsasında hesablanmış həmin borc məbləği ilə razılaşmayaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, həmiin mübahisə ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora müraciət edilmişdir (mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora 60 manat məbləğində xidmət haqqı ödənilmişdir). Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1-ci və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X5 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinin tələblərinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən X5 reyestri aparılır (maddə 13.1), sahibkarlıq sahəsində aparılan X5 reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (maddə 13.2), yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (maddə 13.3) və yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan X5 reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər (maddə 13.4). Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın X5 reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, istehlakçı İddiaçı (VÖEN **********) istifadəsində olan Quba rayonu ərazisində yerləşən sahibkarlıq obyektinin (abonent kodu **********00061) təbii qazla təmin olunması ilə əlaqədar “paylayıcı” Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 29 iyul 2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında itirilmiş qazın miqdarı 4320 m3 həcmində müəyyən edilərək, 1080 (min səksən) manat məbləğində birdəfəlik borc hesablanmışdır. İstehlakçı (iddiaçı) İddiaçı qaz paylayıcısı (cavabdeh) Cavabdeh 29 iyul 2022-ci il tarixli ******* nömrəli Akt əsasında hesablamış olduğu həmin borc məbləği ilə razılaşmayaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin, 29 iyul 2022-ci il tarixli ******* nömrəli Aktın tərtib edilməsi və həmin Akt əsasında 1080 (min səksən) manat məbləğində əlavə sərfiyyat olaraq dəymiş ziyanın hesablanması ilə nəticələnmiş 29 iyul 2022-ci ildə istehlakçı İddiaçı istifadəsində olan sahibkarlıq obyektində (abonent kodu: **********00061) quraşdırılmış qaz sayğacına keçirilən baxış, yəni yoxlama tədbiri X5 Reyestrində qeydə alınmadan aparılaraq aktlaşdırılmış və eyni zamanda, 30 iyun 2022-ci ildə təsdiq olunmuş MS - 29/1640-01490-47 №-li Aktın tərtib edilməsi ilə nəticələnən məlum qaz sayğacına 29 iyun 2022-ci ildə keçirilən baxışda istehlakçı və yaxud, onun nümayəndəsi iştirak etməmişdir. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının tələblərinə görə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama “X5 reyestrində” qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X5 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən, yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Göründüyü kimi, hazırkı mübahisə üzrə aparılan məhkəmə araşdırması zamanı 29 iyul 2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan Quba rayonu ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********00061) itirilmiş qaz sərfiyyatına görə 1080 manat məbləğində borcun hesablanmasının əsaslılığı məhkəmə araşdırması zamanı mötəbər subutlar əsasında təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və 29 iyul 2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) istifadəsində olan Quba rayonunda yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********00061) “itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq” hesablanmış 1080 manat məbləğində borc silinməlidir. Eləcə də, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün mediasiya ilə əlaqədar iddiaçı tərəfindən mediatora ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, Cavabdehndən dövlət nəfinə 30,80 (otuz manat 80 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 29 iyul 2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) istifadəsində olan Quba rayonu ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00061) “itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq” hesablanmış 1080 (min səksən) manat məbləğində borc silinsin. Mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqı Cavabdehndən tutularaq, İddiaçı ödənilsin. Cavabdehndən dövlət nəfinə 30,80 (otuz manat 80 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar