Məhkəmə qərarları › İş №e-2-2(119)-825/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-825/2025

22.08.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-825/2025 22.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Sumqayıt bələdiyyəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Sumqayıt bələdiyyəsi tərəfindən cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı verilmiş “icarə müqavilələrinin ləğv edilməsi, borcun tutulması, çıxarışların ləğv edilməsi və torpaq sahələrinin qaytarılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Sumqayıt bələdiyyəsi cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “icarə müqavilələrinin ləğv edilməsi, borcun tutulması, çıxarışların ləğv edilməsi və torpaq sahələrinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhərinin 4-cü məhəlləsi ərazisində yerləşən sahəsi müvafiq olaraq 147 kv.m., 33 kv.m., 3063 kv.m., 3105 kv.m., 4218 kv.m., 2836 kv.m., 1997 kv.m., 1593 kv.m., 1584 kv.m., 1221 kv.m., 79 kv.m., 377 kv.m., 30 kv.m., 228 kv.m., 141 kv.m. və 799 kv.m. olan torpaq sahələrindən istifadəyə görə yaranmış 147321 (yüz qırx yeddi min üç yüz iyirmi bir) manat məbləğində əsas borc, 39055 (otuz doqquz min əlli beş) manat məbləğində dəbbə (hər gecikdirilmiş gün üçün ilik icarə haqqının 0,1%-i olmaqla) pulu, 5365 (beş min üç yüz altmış beş) manat məbləğində gecikdirməyə görə hesablanmış 5 % faiz borcu olmaqla, ümumilikdə 191741 (yüz doxsan bir min yeddi yüz qırx bir) manat məbləğində icarə haqqı borcunun Cavabdeh1ndən iddiaçının xeyrinə tutulması, sözügedən torpaq sahələrinə dair iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanılmış 14 avqust 2023-cü il tarixli müvafiq olaraq 67-82 saylı “torpaq icarə müqavilə”lərinin ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrində Sumqayıt şəhərinin 4-cü məhəlləsi ərazisində yerləşən müvafiq olaraq 147 kv.m., 33 kv.m., 3063 kv.m., 3105 kv.m., 4218 kv.m., 2836 kv.m., 1997 kv.m., 1593 kv.m., 1584 kv.m., 1221 kv.m., 79 kv.m., 377 kv.m., 30 kv.m., 228 kv.m., 141 kv.m. və 799 kv.m. olan torpaq sahələri üzərində Cavabdeh1 MMCnin icarə hüququna dair aparılmış qeydiyyatların və həmin qeydiyyatlar əsasında verilmiş reyestr çıxarışlarının ləğv edilməsi, yuxarıda qeyd edilən torpaq sahələrinin Cavabdeh1 MMC tərəfindən boşaldılması və onun hesabına əvvəlki vəziyyətinə gətirilərək iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 05 fevral 2021-ci il tarixli 25 nömrəli sərəncamı ilə Sumqayıt şəhərinin 4-cü məhəlləsi ərazisində 10 ha torpaq sahəsində “Pilot layihə” çərçivəsində Cavabdeh1 Mənzil Tikinti Kooperativinə (hazırda Cavabdeh1) çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Layihələndirilməsinə icazə verilmiş 10 ha torpaq sahəsinin 2,99 ha hissəsi iddiaçının mülkiyyətində olan torpaqlara aid edildiyindən Cavabdeh1 MMC-nin rəhbərliyi tərəfindən iddiaçıya rəsmi şəkildə müraciət olunaraq qeyd edilən torpaq sahəsinin qanunvericiliklə müəyyən olunmuş qaydada sənədləşdirilməsi xahiş edilmişdir. Cavabdeh1 MMC-nin müraciəti nəzərə alınaraq Sumqayıt şəhərinin 4-cü məhəlləsi ərazisində yerləşən və çoxmənzilli yaşayış binalarının tikintisinin nəzərdə tutulduğu bələdiyyə mülkiyyətinə aid 2,99 ha torpaq sahəsinin qüvvədə olan qanunvericilik aktlarına əsasən sənədləşmə işlərinə başlanılmış və həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması haqqında iddiaçının 17 may 2022-ci il tarixli 06 saylı iclasının 7 saylı qərarı qəbul edilmişdir. Lakin torpaq üzərində bələdiyyənin hüquqlarının dövlət qeydiyyatı zamanı sənədləşdirilməsi nəzərdə tutulmuş torpağın bir hissəsinin ayrı-ayrı kommunikasiya xətlərinin mühafizə zonalarında yerləşdiyi müəyyən edilmiş və nəticədə sənədləşməsi nəzərdə tutulmuş torpağın yalnız 2,1542 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrində bələdiyyə mülkiyyəti kimi qeydiyyata alınmış həmin 2,1542 ha torpaq sahəsi də bütöv şəkildə deyil, müvafiq olaraq 147 kv.m., 33 kv.m., 3063 kv.m., 3105 kv.m., 4218 kv.m., 2836 kv.m., 1997 kv.m., 1593 kv.m., 1584 kv.m., 1221 kv.m., 79 kv.m., 377 kv.m., 30 kv.m., 228 kv.m., 141 kv.m. və 799 kv.m. olmaqla, 16 ayrı-ayrı hissələrə bölünərək qeydiyyatdan keçirilmişdir. Sözügedən torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə həmin torpaq sahələri ilə bağlı iddiaçının müvafiq qərarları ilə müsabiqənin keçirilməsi müəyyən olunmuş və aidiyyəti təşkilat tərəfindən keçirilmiş torpaq müsabiqələri nəticəsində yuxarıda qeyd edilən torpaq sahələri müsabiqənin qalibi olaraq Cavabdeh1 MMC-nin icarəsinə verilmiş, həmçinin həmin cavabdehlə arasında müvafiq torpaq icarə müqavilələri bağlanılmışdır. Belə ki, tərəflər arasında 14 avqust 2023-cü il tarixli müvafiq olaraq 67-82 saylı torpaq icarə müqavilələri bağlanılmışdır ki, qeyd olunan icarə müqaviləsinin qüvvədə olma müddəti 14 avqust-dekabr 2072-ci il tarixədək nəzərdə tutulmuşdur. Qeyd edilən sənədlər əsasında Cavabdeh1 MMC-nin icarəsinə verilmiş Sumqayıt şəhərinin 4-cü məhəlləsi ərazisində yerləşən sahəsi 147 kv.m., 33 kv.m., 3063 kv.m., 3105 kv.m., 4218 kv.m., 2836 kv.m., 1997 kv.m., 1593 kv.m., 1584 kv.m., 1221 kv.m., 79 kv.m., 377 kv.m., 30 kv.m., 228 kv.m., 141 kv.m. və 799 kv.m. olan torpaq sahələri üzərində Cavabdeh1 MMC-nin icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmişdir. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanılmış 14 avqust 2023-cü il tarixli 67-82 saylı torpaq icarə müqavilələrinə əsasən, Cavabdeh1 MMC icarəsinə verilmiş torpağın hər 1 kvadrat metr sahəsinə görə 5,0009 manat olmaqla, ümumilikdə illik 107321 manat icarə haqqını iddiaçıya ödəməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilə öhdəlikləri icra edilməmişdir. Belə ki, cavabdeh 14 avqust 2023-cü il - 14 avqust 2024-cü il arasında olan illik icarə haqqını tam şəkildə ödəməmiş, icarə haqqının 40000 manatını bugünədək ödəməyərək iddiaçıya borclu qalmışdır. Həmçinin Cavabdeh1 MMC 2024- 2025-ci hesabat ili üçün də torpaq sahəsinə dair icarə müqaviləsi ilə müəyyən edilmiş illik icarə haqqını ödəməmişdir ki, bunun da nəticəsində onun iddiaçıya 107321 manat məbləğində əsas borc, 39055 manat məbləğində dəbbə (günlük 0,1% faiz olmaqla) pulu, gecikdirməyə görə 5 faiz məbləğində hesablanmış 5365 manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 151741 manat məbləğində borcu yaranmışdır. 2023-cü ilin avqust ayından hesablanmaqla isə Cavabdeh1 MMC-nin iddiaçının 147321 manat məbləğində əsas borc, 39055 manat məbləğində dəbbə (günlük 0,1% faiz olmaqla) pulu, gecikdirməyə görə 5 faiz məbləğində hesablanmış 5365 manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 191741 manat məbləğində icarə haqqı borcu yaranmışdır. Göstərilən hallar Sumqayıt bələdiyyəsinin torpaq üzərində mülkiyyət hüququnun qorunması, pozulmuş hüquqlarının bərpası və cavabdeh tərəfindən yol verilmiş yuxarıda göstərilən qanunsuzluqların aradan qaldırılması üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qoymuşdur. İddiaçı 19 iyun 2025-ci il tarixində iddia ərizəsinə dəyişiklik barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin “Xahiş etdi” hissəsində “torpaq icarə haqqına görə yaranmış icarə haqqı borcunun məbləği 152000 manat əsas, 54720 manat müamilə, 7600 manat gecikməyə görə hesablanmış 5 faiz məbləğində faiz borcu olmaqla, ümumilikdə 214320 manat” kimi oxunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barərə ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirdi ki, iddia ərizəsi ilə tutulması xahiş edilən müamilə dedikdə cərimə məbləği nəzərdə tutulmuş və həmin məbləğ icarə müqavilələrinin 3.3-cü bəndlərinə əsasən hesablanmışdır. İcarə müqavilələrinin ləğv edilməsi barədə xahiş irəli sürülməsində məqsəd cavabdeh tərəfindən müvafiq icarə haqlarının ödənilməsinə nail olmaqdır. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndələri məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan icarəyəverən qismində iddiaçı Sumqayıt bələdiyyəsi və icarəçi qismində Cavabdeh1 MMC arasında bağlanmış 14 avqust 2023-cü il tarixli 67 nömrəli torpaq icarə müqaviləsinin 1.2-ci bəndinə əsasən, icarəyəverən Sumqayıt bələdiyyəsi “X1” publik hüquqi şəxsinin Seriya HTM 003614 nömrəli şəhadətnaməsi əsasında Sumqayıt şəhəri 4-cü məhəllə ümumi sahəsi 3063 kv.m (ha) olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir, icarəçi isə həmin torpaq sahəsini qəbul edir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, 1 kv.m. sahə üçün illik icarə haqqı 5,0009 manat məbləğində olduğundan, illik icarə haqqı 15318 manat məbləğində təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 19 may 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri 4-cü məhəllə ünvanında yerləşən 0,3063 ha torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. İş materiallarında olan icarəyəverən qismində iddiaçı Sumqayıt bələdiyyəsi və icarəçi qismində Cavabdeh1 MMC arasında bağlanmış 14 avqust 2023-cü il tarixli 68 nömrəli torpaq icarə müqaviləsinin 1.2-ci bəndinə əsasən, icarəyəverən Sumqayıt bələdiyyəsi “X1” publik hüquqi şəxsinin Seriya HTM 003615 nömrəli şəhadətnaməsi əsasında Sumqayıt şəhəri 4-cü məhəllə ümumi sahəsi 3105 kv.m (ha) olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir, icarəçi isə həmin torpaq sahəsini qəbul edir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, 1 kv.m. sahə üçün illik icarə haqqı 5,0009 manat məbləğində olduğundan, illik icarə haqqı 15528 manat məbləğində təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 19 may 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********54 reyestr nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri 4-cü məhəllə ünvanında yerləşən 0,3105 ha torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. İş materiallarında olan icarəyəverən qismində iddiaçı Sumqayıt bələdiyyəsi və icarəçi qismində Cavabdeh1 MMC arasında bağlanmış 14 avqust 2023-cü il tarixli 69 nömrəli torpaq icarə müqaviləsinin 1.2-ci bəndinə əsasən, icarəyəverən Sumqayıt bələdiyyəsi “X1” publik hüquqi şəxsinin Seriya HTM 003616 nömrəli şəhadətnaməsi əsasında Sumqayıt şəhəri 4-cü məhəllə ümumi sahəsi 4218 kv.m (ha) olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir, icarəçi isə həmin torpaq sahəsini qəbul edir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, 1 kv.m. sahə üçün illik icarə haqqı 5,0009 manat məbləğində olduğundan, illik icarə haqqı 21094 manat məbləğində təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 19 may 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri 4-cü məhəllə ünvanında yerləşən 0,4218 ha torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. İş materiallarında olan icarəyəverən qismində iddiaçı Sumqayıt bələdiyyəsi və icarəçi qismində Cavabdeh1 MMC arasında bağlanmış 14 avqust 2023-cü il tarixli 70 nömrəli torpaq icarə müqaviləsinin 1.2-ci bəndinə əsasən, icarəyəverən Sumqayıt bələdiyyəsi “X1” publik hüquqi şəxsinin Seriya HTM 003617 nömrəli şəhadətnaməsi əsasında Sumqayıt şəhəri 4-cü məhəllə ümumi sahəsi 2836 kv.m (ha) olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir, icarəçi isə həmin torpaq sahəsini qəbul edir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, 1 kv.m. sahə üçün illik icarə haqqı 5,0009 manat məbləğində olduğundan, illik icarə haqqı 14185 manat məbləğində təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 19 may 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********62 reyestr nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri 4-cü məhəllə ünvanında yerləşən 0,2836 ha torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. İş materiallarında olan icarəyəverən qismində iddiaçı Sumqayıt bələdiyyəsi və icarəçi qismində Cavabdeh1 MMC arasında bağlanmış 14 avqust 2023-cü il tarixli 71 nömrəli torpaq icarə müqaviləsinin 1.2-ci bəndinə əsasən, icarəyəverən Sumqayıt bələdiyyəsi “X1” publik hüquqi şəxsinin Seriya HTM 003618 nömrəli şəhadətnaməsi əsasında Sumqayıt şəhəri 4-cü məhəllə ümumi sahəsi 1997 kv.m (ha) olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir, icarəçi isə həmin torpaq sahəsini qəbul edir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, 1 kv.m. sahə üçün illik icarə haqqı 5,0009 manat məbləğində olduğundan, illik icarə haqqı 9990 manat məbləğində təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 19 may 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********55 reyestr nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri 4-cü məhəllə ünvanında yerləşən 0,1997 ha torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. İş materiallarında olan icarəyəverən qismində iddiaçı Sumqayıt bələdiyyəsi və icarəçi qismində Cavabdeh1 MMC arasında bağlanmış 14 avqust 2023-cü il tarixli 72 nömrəli torpaq icarə müqaviləsinin 1.2-ci bəndinə əsasən, icarəyəverən Sumqayıt bələdiyyəsi “X1” publik hüquqi şəxsinin Seriya HTM 003619 nömrəli şəhadətnaməsi əsasında Sumqayıt şəhəri 4-cü məhəllə ümumi sahəsi 1593 kv.m (ha) olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir, icarəçi isə həmin torpaq sahəsini qəbul edir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, 1 kv.m. sahə üçün illik icarə haqqı 5,0009 manat məbləğində olduğundan, illik icarə haqqı 7970 manat məbləğində təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 19 may 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********53 reyestr nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri 4-cü məhəllə ünvanında yerləşən 0,1593 ha torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. İş materiallarında olan icarəyəverən qismində iddiaçı Sumqayıt bələdiyyəsi və icarəçi qismində Cavabdeh1 MMC arasında bağlanmış 14 avqust 2023-cü il tarixli 73 nömrəli torpaq icarə müqaviləsinin 1.2-ci bəndinə əsasən, icarəyəverən Sumqayıt bələdiyyəsi “X1” publik hüquqi şəxsinin Seriya HTM 003620 nömrəli şəhadətnaməsi əsasında Sumqayıt şəhəri 4-cü məhəllə ümumi sahəsi 1584 kv.m (ha) olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir, icarəçi isə həmin torpaq sahəsini qəbul edir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, 1 kv.m. sahə üçün illik icarə haqqı 5,0009 manat məbləğində olduğundan, illik icarə haqqı 7924 manat məbləğində təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 19 may 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********61 reyestr nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri 4-cü məhəllə ünvanında yerləşən 0,1584 ha torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. İş materiallarında olan icarəyəverən qismində iddiaçı Sumqayıt bələdiyyəsi və icarəçi qismində Cavabdeh1 MMC arasında bağlanmış 14 avqust 2023-cü il tarixli 74 nömrəli torpaq icarə müqaviləsinin 1.2-ci bəndinə əsasən, icarəyəverən Sumqayıt bələdiyyəsi “X1” publik hüquqi şəxsinin Seriya HTM 004212 nömrəli şəhadətnaməsi əsasında Sumqayıt şəhəri 4-cü məhəllə ümumi sahəsi 1221 kv.m (ha) olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir, icarəçi isə həmin torpaq sahəsini qəbul edir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, 1 kv.m. sahə üçün illik icarə haqqı 5,0009 manat məbləğində olduğundan, illik icarə haqqı 6110 manat məbləğində təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 19 may 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********52 reyestr nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri 4-cü məhəllə ünvanında yerləşən 0,1221 ha torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. İş materiallarında olan icarəyəverən qismində iddiaçı Sumqayıt bələdiyyəsi və icarəçi qismində Cavabdeh1 MMC arasında bağlanmış 14 avqust 2023-cü il tarixli 75 nömrəli torpaq icarə müqaviləsinin 1.2-ci bəndinə əsasən, icarəyəverən Sumqayıt bələdiyyəsi “X1” publik hüquqi şəxsinin Seriya HTM 004213 nömrəli şəhadətnaməsi əsasında Sumqayıt şəhəri 4-cü məhəllə ümumi sahəsi 79 kv.m (ha) olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir, icarəçi isə həmin torpaq sahəsini qəbul edir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, 1 kv.m. sahə üçün illik icarə haqqı 5,0009 manat məbləğində olduğundan, illik icarə haqqı 400 manat məbləğində təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 19 may 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri 4-cü məhəllə ünvanında yerləşən 0,0799 ha torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. İş materiallarında olan icarəyəverən qismində iddiaçı Sumqayıt bələdiyyəsi və icarəçi qismində Cavabdeh1 MMC arasında bağlanmış 14 avqust 2023-cü il tarixli 76 nömrəli torpaq icarə müqaviləsinin 1.2-ci bəndinə əsasən, icarəyəverən Sumqayıt bələdiyyəsi “X1” publik hüquqi şəxsinin Seriya HTM 004214 nömrəli şəhadətnaməsi əsasında Sumqayıt şəhəri 4-cü məhəllə ümumi sahəsi 377 kv.m (ha) olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir, icarəçi isə həmin torpaq sahəsini qəbul edir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, 1 kv.m. sahə üçün illik icarə haqqı 5,0009 manat məbləğində olduğundan, illik icarə haqqı 1890 manat məbləğində təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 19 may 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri 4-cü məhəllə ünvanında yerləşən 0,0377 ha torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. İş materiallarında olan icarəyəverən qismində iddiaçı Sumqayıt bələdiyyəsi və icarəçi qismində Cavabdeh1 MMC arasında bağlanmış 14 avqust 2023-cü il tarixli 77 nömrəli torpaq icarə müqaviləsinin 1.2-ci bəndinə əsasən, icarəyəverən Sumqayıt bələdiyyəsi “X1” publik hüquqi şəxsinin Seriya HTM 004215 nömrəli şəhadətnaməsi əsasında Sumqayıt şəhəri 4-cü məhəllə ümumi sahəsi 30 kv.m (ha) olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir, icarəçi isə həmin torpaq sahəsini qəbul edir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, 1 kv.m. sahə üçün illik icarə haqqı 5,0009 manat məbləğində olduğundan, illik icarə haqqı 154 manat məbləğində təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 19 may 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********56 reyestr nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri 4-cü məhəllə ünvanında yerləşən 0,0030 ha torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. İş materiallarında olan icarəyəverən qismində iddiaçı Sumqayıt bələdiyyəsi və icarəçi qismində Cavabdeh1 MMC arasında bağlanmış 14 avqust 2023-cü il tarixli 78 nömrəli torpaq icarə müqaviləsinin 1.2-ci bəndinə əsasən, icarəyəverən Sumqayıt bələdiyyəsi “X1” publik hüquqi şəxsinin Seriya HTM 004216 nömrəli şəhadətnaməsi əsasında Sumqayıt şəhəri 4-cü məhəllə ümumi sahəsi 228 kv.m (ha) olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir, icarəçi isə həmin torpaq sahəsini qəbul edir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, 1 kv.m. sahə üçün illik icarə haqqı 5,0009 manat məbləğində olduğundan, illik icarə haqqı 1144 manat məbləğində təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 19 may 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri 4-cü məhəllə ünvanında yerləşən 0,0228 ha torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. İş materiallarında olan icarəyəverən qismində iddiaçı Sumqayıt bələdiyyəsi və icarəçi qismində Cavabdeh1 MMC arasında bağlanmış 14 avqust 2023-cü il tarixli 79 nömrəli torpaq icarə müqaviləsinin 1.2-ci bəndinə əsasən, icarəyəverən Sumqayıt bələdiyyəsi “X1” publik hüquqi şəxsinin Seriya HTM 004217 nömrəli şəhadətnaməsi əsasında Sumqayıt şəhəri 4-cü məhəllə ümumi sahəsi 141 kv.m (ha) olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir, icarəçi isə həmin torpaq sahəsini qəbul edir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, 1 kv.m. sahə üçün illik icarə haqqı 5,0009 manat məbləğində olduğundan, illik icarə haqqı 710 manat məbləğində təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 19 may 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********49 reyestr nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri 4-cü məhəllə ünvanında yerləşən 0,0141 ha torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. İş materiallarında olan icarəyəverən qismində iddiaçı Sumqayıt bələdiyyəsi və icarəçi qismində Cavabdeh1 MMC arasında bağlanmış 14 avqust 2023-cü il tarixli 80 nömrəli torpaq icarə müqaviləsinin 1.2-ci bəndinə əsasən, icarəyəverən Sumqayıt bələdiyyəsi “X1” publik hüquqi şəxsinin Seriya HTM 004218 nömrəli şəhadətnaməsi əsasında Sumqayıt şəhəri 4-cü məhəllə ümumi sahəsi 33 kv.m (ha) olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir, icarəçi isə həmin torpaq sahəsini qəbul edir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, 1 kv.m. sahə üçün illik icarə haqqı 5,0009 manat məbləğində olduğundan, illik icarə haqqı 168 manat məbləğində təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 19 may 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********50 reyestr nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri 4-cü məhəllə ünvanında yerləşən 0,0033 ha torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. İş materiallarında olan icarəyəverən qismində iddiaçı Sumqayıt bələdiyyəsi və icarəçi qismində Cavabdeh1 MMC arasında bağlanmış 14 avqust 2023-cü il tarixli 81 nömrəli torpaq icarə müqaviləsinin 1.2-ci bəndinə əsasən, icarəyəverən Sumqayıt bələdiyyəsi “X1” publik hüquqi şəxsinin Seriya HTM 004219 nömrəli şəhadətnaməsi əsasında Sumqayıt şəhəri 4-cü məhəllə ümumi sahəsi 147 kv.m (ha) olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir, icarəçi isə həmin torpaq sahəsini qəbul edir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, 1 kv.m. sahə üçün illik icarə haqqı 5,0009 manat məbləğində olduğundan, illik icarə haqqı 740 manat məbləğində təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 19 may 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********60 reyestr nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri 4-cü məhəllə ünvanında yerləşən 0,0147 ha torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. İş materiallarında olan icarəyəverən qismində iddiaçı Sumqayıt bələdiyyəsi və icarəçi qismində Cavabdeh1 MMC arasında bağlanmış 14 avqust 2023-cü il tarixli 82 nömrəli torpaq icarə müqaviləsinin 1.2-ci bəndinə əsasən, icarəyəverən Sumqayıt bələdiyyəsi “X1” publik hüquqi şəxsinin Seriya HTM 004220 nömrəli şəhadətnaməsi əsasında Sumqayıt şəhəri 4-cü məhəllə ümumi sahəsi 799 kv.m (ha) olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir, icarəçi isə həmin torpaq sahəsini qəbul edir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, 1 kv.m. sahə üçün illik icarə haqqı 5,0009 manat məbləğində olduğundan, illik icarə haqqı 3996 manat məbləğində təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 19 may 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri 4-cü məhəllə ünvanında yerləşən 0,0799 ha torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Yuxarıda qeyd edilən müqavilələrin 2.1.b bəndlərinə əsasən, icarəçinin təqsiri üzündən icarəyə verilmiş torpağa vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək icarəyəverənin hüququdur. Həmin müqavilələrin 2.4.b bəndlərinə əsasən, torpaq sahəsindən istifadəyə görə icarə haqqını və digər məcburi ödənişləri vaxtında ödəmək icarəçinin vəzifəsidir. Həmin müqavilələrin 3.1-ci bəndlərinə əsasən, icarəçi bu müqavilələrin 3.2-ci bəndlərində nəzərdə tutulmuş icarə haqqını hər rübün əvvəlində icarəyəverənin müvafiq bankdakı hesablaşma hesabına ödəyir. Həmin müqavilələrin 3.3-cü bəndlərinə əsasən, icarə haqqı vaxtında ödənilmədikdə gecikdirilmiş borc yaranır. Torpaq icarə müqaviləsi üzrə gecikdirilmiş borc yarandıqda, icarəçi icarəyəverənə vaxtı keçmiş ödəniş tarixindən icarə haqqı üzrə yaranmış borcun faktiki ödənildiyi tarixədək olan dövr üçün gündəlik borcun 0,1 %-i məbləğində faizlə hesablanan cərimə faizləri ödəməlidir. Həmin müqavilələrin 4.4-cü bəndlərinə əsasən, müqavilədə nəzərdə tutulmuş müddət qurtardıqda; torpaq sahəsindən könüllü imtina edildikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşması, torpaq sahəsində olan irriqasiya və meliorasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf mühitin çirklənməsinə yol verildikdə; torpaq vergisi və ya icarə haqqı üzürlü səbəb olmadan bir il ödənilmədikdə; icarəyə verilmiş torpaq sahəsi özəlləşdirildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; icarə müqaviləsinin şərtlərinə əməl edilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal iki il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən bir il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaq icarəçisi öldükdə və vərəsələr olmadıqda və Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda müqavilələrə xitam verilir. Həmin müqavilələrin 5.3-cü bəndlərinə əsasən, torpaq icarəsi haqqında müqavilənin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslərin məsuliyyəti qaydası Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, '”Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktları, eləcə də tərəflər arasında bağlanan müqavilə ilə müəyyən edilir. Həmin müqavilələrin 6.2-ci bəndlərinə əsasən, icarə müqavilələri 14 avqust 2023-cü il tarixindən 14 avqust 2072-ci il tarixə qədər bağlanılır. İş materiallarında olan Seriya HTM 003614, Seriya HTM 003615, Seriya HTM 003616, Seriya HTM 003617, Seriya HTM 003618, Seriya HTM 003619, Seriya HTM 003620, Seriya HTM 004212, Seriya HTM 004213, Seriya HTM 004214, Seriya HTM 004215, Seriya HTM 004216, Seriya HTM 004217, Seriya HTM 004218, Seriya HTM 004219 və Seriya HTM 004220 nömrəli şəhadətnamələrdən görünür ki, Sumqayıt bələdiyyəsinin mülkiyyətində olan müvafiq olaraq 0,3063 ha, 0,3105 ha, 0,4218 ha, 0,2836 ha, 0,1997 ha, 0,1593 ha, 0,1584 ha, 0,1221 ha, 0,0799 ha, 0,0377 ha, 0,0030 ha, 0,0228 ha, 0,0141 ha, 0,0033 ha, 0,0147 ha və 0,0799 ha torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı “X1” publik hüquqi şəxsinin Sumqayıt ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 10 avqust 2023-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi Cavabdeh1 MMC-dir. İş materiallarında olan Cavabdeh1 MMC-nin borcları haqqında arayışdan görünür ki, Cavabdeh1 MMC-nin 152000 manat məbləğində borc, 54720 manat məbləğində müamilə, illik 5%-lə hesablanmış 7600 manat məbləğində borc olmaqla, cəmi 214320 manat məbləğində borcu vardır. İş materiallarında olan 18 iyun 2025-ci il çap tarixli 2025-ci il üçün yerli (bələdiyyə) vergilər üzrə hüquqi şəxsin şəxsi hesab vərəqəsindən görünür ki, Cavabdeh1 MMC tərəfindən 14 avqust 2023-cü il tarixində 30000 manat, 25 aprel 2024-cü il tarixində 7000 manat, 15 iyul 2024-cü il tarixində 10000 manat, 02 oktyabr 2024-cü il tarixdə 15000 manat məbləğində olmaqla, cəmi 62000 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt bələdiyyəsinə ünvanlanmış 30 may 2025-ci il tarixli məktubun məzmununda Sumqayıt şəhəri 4-cü məhəllə ərazisində yerləşən Cavabdeh1 MMC-nin icarəsinə verilmiş müvafiq olaraq 0,3063 ha, 0,3105 ha, 0,4218 ha, 0,2836 ha, 0,1997 ha, 0,1593 ha, 0,1584 ha, 0,1221 ha, 0,0799 ha, 0,0377 ha, 0,0030 ha, 0,0228 ha, 0,0141 ha, 0,0033 ha, 0,0147 ha və 0,0799 ha torpaq sahələri üzərində Cavabdeh1 MMC-nin icarə hüquqları barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların və sonuncunun adına verilmiş çıxarışların ləğv edilməsi barədə məktuba baxıldığı, yuxarıda qeyd edilən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsinə münasibət bildirilməsinə dair qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı rəsmi qaydada idarəyə daxil olduğu təqdirdə işin icrasına qanunamüvafiq qaydada baxılacağı qeyd edilmişdir. İş materiallarından görünür ki, məhkəmə tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ünvanlanmış 30 iyul 2025-ci il tarixli sorğu əsasında araşdırma zərurəti ilə əlaqədar Sumqayıt bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış icarə müqavilələri üzrə əmlaklarla bağlı Cavabdeh1 MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüququnun qeydə alınıb-alınmaması, müsbət halda, qeydə alınmanı təsdiq edən müvafiq çıxarışların məhkəməyə təqdim edilməsinin təmin edilməsi xahiş edilmişdir. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktubunda “Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları (sahibkarlıq) təyiantlı 0.3063 ha torpaq sahəsi üzərində Cavabdeh1 MTK-nın icarə hüququ xx.xx.2023-cü il tarixində **********51 reyestr və ********** qeydiyyat nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları (sahibkarlıq) təyiantlı 0.3105 ha torpaq sahəsi üzərində Cavabdeh1 MTK-nın icarə hüququ xx.xx.2023-cü il tarixində **********54 reyestr və ********** qeydiyyat nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları (sahibkarlıq) təyiantlı 0.4218 ha torpaq sahəsi üzərində Cavabdeh1 MTK-nın icarə hüququ xx.xx.2023-cü il tarixində **********59 reyestr və ********** qeydiyyat nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları (sahibkarlıq) təyiantlı 0.2836 ha torpaq sahəsi üzərində Cavabdeh1 MTK-nın icarə hüququ xx.xx.2023-cü il tarixində **********62 reyestr və ********** qeydiyyat nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları (sahibkarlıq) təyiantlı 0.1997 ha torpaq sahəsi üzərində Cavabdeh1 MTK-nın icarə hüququ xx.xx.2023-cü il tarixində **********55 reyestr və ********** qeydiyyat nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları (sahibkarlıq) təyiantlı 0.1593 ha torpaq sahəsi üzərində Cavabdeh1 MTK-nın icarə hüququ xx.xx.2023-cü il tarixində **********53 reyestr və ********** qeydiyyat nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları (sahibkarlıq) təyiantlı 0.1584 ha torpaq sahəsi üzərində Cavabdeh1 MTK-nın icarə hüququ xx.xx.2023-cü il tarixində **********61 reyestr və ********** qeydiyyat nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları (sahibkarlıq) təyiantlı 0.1221 ha torpaq sahəsi üzərində Cavabdeh1 MTK-nın icarə hüququ xx.xx.2023-cü il tarixində **********52 reyestr və ********** qeydiyyat nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları (sahibkarlıq) təyiantlı 0.0079 ha torpaq sahəsi üzərində Cavabdeh1 MTK-nın icarə hüququ xx.xx.2023-cü il tarixində **********64 reyestr və ********** qeydiyyat nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları (sahibkarlıq) təyiantlı 0.0377 ha torpaq sahəsi üzərində Cavabdeh1 MTK-nın icarə hüququ xx.xx.2023-cü il tarixində **********58 reyestr və ********** qeydiyyat nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları (sahibkarlıq) təyiantlı 0.0030 ha torpaq sahəsi üzərində Cavabdeh1 MTK-nın icarə hüququ xx.xx.2023-cü il tarixində **********56 reyestr və ********** qeydiyyat nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları (sahibkarlıq) təyiantlı 0.0228 ha torpaq sahəsi üzərində Cavabdeh1 MTK-nın icarə hüququ xx.xx.2023-cü il tarixində **********63 reyestr və ********** qeydiyyat nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları (sahibkarlıq) təyiantlı 0.0141 ha torpaq sahəsi üzərində Cavabdeh1 MTK-nın icarə hüququ xx.xx.2023-cü il tarixində **********49 reyestr və ********** qeydiyyat nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları (sahibkarlıq) təyiantlı 0.0033 ha torpaq sahəsi üzərində Cavabdeh1 MTK-nın icarə hüququ xx.xx.2023-cü il tarixində **********50 reyestr və ********** qeydiyyat nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları (sahibkarlıq) təyiantlı 0.0147 ha torpaq sahəsi üzərində Cavabdeh1 MTK-nın icarə hüququ xx.xx.2023-cü il tarixində **********60 reyestr və ********** qeydiyyat nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları (sahibkarlıq) təyinatlı 0.0799 ha torpaq sahəsi üzərində Cavabdeh1 MTK-nın icarə hüququ xx.xx.2023-cü il tarixində **********57 reyestr və ********** qeydiyyat nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır” qeyd edilmişdir. Məktubda, həmçinin qeyd olunan daşınmaz əmlaklara dair sənədlərin hazırlanması üçün nəzərdə tutulan dövlət rüsumu və xidmət haqqının hüquq sahibi tərəfindən ödənilmədiyi və sənədlərin götürülmədiyi, bu səbəbdən çıxarışların elektron portalda mövcud olmadığı göstərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 706.2-ci maddəinə əsasən, torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Həmin Məcəllənin 706.3-cü maddəsinə əsasən, torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. Həmin Məcəllənin 706.4-cü maddəsinə əsasən, torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. Həmin Məcəllənin 710.3-cü maddəsinə əsasən, icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin 7ci abzasına əsasən, torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Həmin Məcəllənin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Həmin Məcəllənin 75-ci maddəsinin 6-cı hissəsinə əsasən, torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən, şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin və 75-ci maddəsinin 2-ci hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1 və 719.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 iyun 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi, 75-ci maddəsinin 2-ci hissəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1 və 719.4cü maddələrinin torpaq icarəsi müqaviləsi üzrə torpaq hüquq münasibətlərinə xitam verilməsi barədə müddəaları arasında mövcud olan kolliziya bu Qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 75-ci maddəsinin 6-cı hissəsi tətbiq edilməklə həll olunmalıdır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı Sumqayıt bələdiyyəsi və Cavabdeh1 MMC arasında bağlanmış hər birinin tarixi 14 avqust 2023-cü il olan 67, 68, 69, 70, 71, 72, 73, 74, 75, 76, 77, 78, 79, 80, 81 və 82 nömrəli torpaq icarə müqavilələrinə əsasən, Sumqayıt bələdiyyəsinin mülkiyyətində olan müvafiq olaraq 0,3063 ha, 0,3105 ha, 0,4218 ha, 0,2836 ha, 0,1997 ha, 0,1593 ha, 0,1584 ha, 0,1221 ha, 0,0799 ha, 0,0377 ha, 0,0030 ha, 0,0228 ha, 0,0141 ha, 0,0033 ha, 0,0147 ha və 0,0799 ha torpaq sahələri cavabdehin icarəsinə verilmişdir. Cavabdeh icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş və nəticədə iddiaçıya 152000 manat məbləğində borcu yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış icarə müqavilələrinin 3.2-ci bəndləri ilə 1 kv.m sahə üçün illik icarə haqqının 5,0009 manat məbləğində olmasını razılaşdırmışdırlar. Bağlanmış hər bir müqavilə üzrə icarəyə verilmiş torpağın sahəsinə uyğun illik icarə haqqının məbləği müvafiq olaraq 15318 manat, 15528 manat, 21094 manat, 14185 manat, 9990 manat, 7970 manat, 7924 manat, 6110 manat, 400 manat, 1890 manat, 154 manat, 1144 manat, 710 manat, 168 manat, 740 manat və 3996 manat məbləğində olmaqla, cəmi 107321 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 18 iyun 2025-ci il çap tarixli 2025-ci il üçün yerli (bələdiyyə) vergilər üzrə hüquqi şəxsin şəxsi hesab vərəqəsindən görünür ki, Cavabdeh1 MMC tərəfindən 14 avqust 2023-cü il tarixində 30000 manat, 25 aprel 2024-cü il tarixində 7000 manat, 15 iyul 2024-cü il tarixində 10000 manat, 02 oktyabr 2024-cü il tarixdə 15000 manat məbləğində olmaqla, cəmi 62000 manat məbləğində ödəniş həyata keçirilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrdən iki il müddət keçmiş və bu müddət ərzində illik icarə haqqının məbləği 214462 manat təşkil etmişdir. Cavabdeh tərəfindən sonuncu ödəniş tarixi 02 oktyabr 2024cü il olmaqla, borc məbləği üzrə cəmi 62000 manat məbləğində ödəniş həyata keçirilmişdir. Belə olduğu təqdirdə, cavabdehin ödənilməmiş icarə haqqı borcu 152000 manat (214642 manat - 62000 manat = 152642 manat) məbləğində təşkil edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli və Cavabdeh1 MMC-dən iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizədə göstərilən və iddianın müdafiə edildiyi məbləğdə - 152000 manat (iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsinin tərtibi zamanı illik icarə haqqı məbləğinin 107000 manat məbləğində nəzərə alındığını bildirmişdir) məbləğində icarə haqqı borcu iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin 54720 manat məbləğində müamilənin (cərimənin) tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin müqavilələr üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrin 3.3-cü bəndlərində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 54720 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 7600 manat məbləğində cərimə (müamilə) tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia tələbinin pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış 5600 manat məbləğində pul vəsaitinin Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbinin əsaslılığı müəyyən edilməmişdir. İddia tələbinin “torpaq icarə müqavilələrinin ləğv edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddianın həmin hissədə də əsaslılığı müəyyən edilmir. Bu hissə ilə bağlı, ilk növbədə qeyd edilməlidir ki, məzmunlarına qətnamənin “Tətbiq edilən hüquq:” hissəsində istinad edilmiş Mülki Məcəllənin 2.3-cü və Torpaq Məcəlləsinin 75-ci maddəsinin 6-cı hissəsinin tələblərinə, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 iyun 2023-cü il tarixli Qərarında təsbit edilmiş hüquqi mövqelərə əsasən, iddia tələbinin torpaq icarəsi müqavilələrinin ləğv edilməsi ilə bağlı hissəsinə Torpaq Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Digər tərəfdən, həm iddia ərizəsindən, həm iddiaçının nümayəndəsinin izahatlarından aydın olur ki, torpaq icarə müqavilələrinin ləğvi icarəçinin icarə haqlarını ödəməməsinə görə tələb edilməkdədir. Həmin müqavilələrin 4.4-cü bəndlərinə əsasən, icarə haqqı üzürlü səbəb olmadan bir il ödənilmədikdə, müqaviləyə xitam verilir (eyniməzmunlu şərt Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin 7-ci abzasında da göstərilmişdir). İş materiallarına əlavə edilmiş 18 iyun 2025-ci il çap tarixli 2025-ci il üçün yerli (bələdiyyə) vergilər üzrə hüquqi şəxsin şəxsi hesab vərəqəsindən görünür ki, cavabdehin müqavilələr üzrə sonuncu ödənişi 02 oktyabr 2024-cü il tarixinə təsadüf edir. Yəni hazırkı müqavilələr üzrə icarə haqqının bir il ödənilməməsi şərti yaranmır və belə olduğu halda bu əsasla müqavilələr ləğv edilə bilməz. İddia tələbinin “cavabdehin icarə hüququna dair aparılmış qeydiyyatların və həmin qeydiyyatlar əsasında verilmiş reyestr çıxarışlarının ləğv edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbinin icarə müqavilələrinin ləğv edilməsi hissəsi təmin edilmədiyindən bu hissədə də iddia təmin edilə bilməz. Bunlardan əlavə, aşağıda istinad edilənlərə əsasən, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 449,6 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 152000 manat məbləğində borc, 7600 manat məbləğində cərimə olmaqla, cəmi 159600 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, cavabdehdən 449,6 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1ndən 152000 (yüz əlli iki min) manat məbləğində borc, 7600 (yeddi min altı yüz) manat məbləğində cərimə olmaqla, cəmi 159600 (yüz əlli doqquz min altı yüz) manat məbləğində pul vəsaiti iddiaçı Sumqayıt bələdiyyəsinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1ndən 449,6 (dörd yüz qırx doqquz manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar