Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-853/2023 20.09.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 116349,19 (yüz on altı min üç yüz qırx doqquz manat 19 qəpik) manat məbləğində pul vəsaitinin və mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 23 oktyabr 2017-ci il tarixli, 03-2017 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh sifarişçi olaraq müqavilədə gostərilən xidmətlərin dəyərini iddiaçıya ödəməli idi. Həmin müqavilə üzrə sifarişçi tərəfindən verilən bütün sifarişlər yerinə yetirilmiş, müvafiq mühasibatlıq sənədləri təsdiqlənmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə bir sıra ödənişlər edilsə də, 116349,19 (yüz on altı min üç yüz qırx doqquz manat 19 qəpik) manat məbləğində borc bu günədək ödənilməmişdir. Həmin borc məbləği ilə bağlı dəfələrlə müraciət edilsə də, cavabdeh tərəf hər dəfə vaxt istəmiş, qısa müddətdə borcun tam ödəniləcəyinə söz verilmişdir. Buna baxmayaraq borc məbləği bu günədək ödənilməmişdir. Daha sonra iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edərək cavabdehdən 99655,59 manat məbləğində əsas borc, 4998 manat məbləğində cərimə olmaqla, ümumilikdə 104963,87 manat məbləğində pul vəsaitinin və mediasiya ilə əlaqədar ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin “iddia tələbinin həcminin azaldılması” barədə ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin azaldılması” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sifarişçi Cavabdeh ilə icraçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 23 oktyabr 2017-ci il tarixli 03-2017 nömrəli müqavilənin 2ci maddəsinə görə tərəflər təsdiq edirlər ki, sifarişçi Cavabdeh 720762,3 kq həcmində olan “İstehsalat binasında soba platformasının metalkonstruksiya hissəsinin hazırlanması və quraşdırılması” işinə icraçının 713554,7 (yeddi yüz on üç min beş yüz əlli dörd manat 70 qəpik) manat ƏDV-siz məbləğində təklifini qəbul etmişdir. İcraçı sifarişçinin eskizlərinə (elektron AvtoCad və çap formada) uyğun olaraq metal konstruksiyanın quraşdırılmasmı, sifarişçi isə onu qəbul edib qiymətini icraçıya ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 3-cü maddəsinə əsasən bu müqavilənin ümumi dəyəri 713554,7 (yeddi yüz on üç min beş yüz əlli dörd manat 70 qəpik) manat təşkil edir və bu qiymət müqavilənin qüvvədə olduğu müddətdə dəyişilməz qalacaqdır (ƏDV 18% ilə birlikdə 841994,5 manat). Bir ton metal konstruksiyanın hazırlanıb quraşdırılması qiyməti 990 manat müəyyən olunmuşdur. Həmin müqavilənin 11.3-cü maddəsinə əsasən sifarişçi tərəfindən icraçıya müqavilə üzrə ödənişlər gecikdirildikdə sifarişçi icraçıya hər gecikdirilən gün üçün gecikdirilən ödəniş məbləğindən 0,05% cərimə ödəyir. Bu halda cərimə məbləği 5%-dən artıq ola bilməz. İş materiallarında olan Cavabdeh istehsalat binasında soba platformasının metalkonstruksiya hissəsinin hazırlanması və quraşdırılması barədə akta əsasən müəyyən olunur ki, 23 oktyabr 2017-ci il tarixli 03-2017 nömrəli müqavilə üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2017-ci ilin dekabr ayında 186548 manat dəyərində işlər görülmüşdür. İş materiallarında olan Cavabdeh istehsalat binasında soba platformasının metalkonstruksiya hissəsinin hazırlanması və quraşdırılması barədə akta əsasən müəyyən olunur ki, 23 oktyabr 2017-ci il tarixli 03-2017 nömrəli müqavilə üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2018-ci ilin yanvar ayında 136899,60 manat dəyərində işlər görülmüşdür. İş materiallarında olan Cavabdeh istehsalat binasında soba platformasının metalkonstruksiya hissəsinin hazırlanması və quraşdırılması barədə akta əsasən müəyyən olunur ki, 23 oktyabr 2017-ci il tarixli 03-2017 nömrəli müqavilə üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2018-ci ilin fevral ayında 255102,09 manat dəyərində işlər görülmüşdür. İş materiallarında olan Cavabdeh istehsalat binasında soba platformasının metalkonstruksiya hissəsinin hazırlanması və quraşdırılması barədə akta əsasən müəyyən olunur ki, 23 oktyabr 2017-ci il tarixli 03-2017 nömrəli müqavilə üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2018-ci ilin mart ayında 95960,58 manat dəyərində işlər görülmüşdür. İş materiallarında olan Cavabdeh istehsalat binasında soba platformasının metalkonstruksiya hissəsinin hazırlanması və quraşdırılması barədə akta əsasən müəyyən olunur ki, 23 oktyabr 2017-ci il tarixli 03-2017 nömrəli müqavilə üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2018-ci ilin aprel ayında 37408,93 manat dəyərində işlər görülmüşdür. İş materiallarında olan Cavabdeh istehsalat binasında soba platformasının metalkonstruksiya hissəsinin hazırlanması və quraşdırılması barədə akta əsasən müəyyən olunur ki, 23 oktyabr 2017-ci il tarixli 03-2017 nömrəli müqavilə üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2018-ci ilin iyun ayında “10780,28 manat dəyərində işlər görülmüşdür. İş materiallarında olan Cavabdeh İstehsalat binasında soba platformasının metalkonstruksiya hissəsinin hazırlanması və quraşdırılması barədə akta əsasən müəyyən olunur ki, 23 oktyabr 2017-ci il tarixli 03-2017 nömrəli müqavilə üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2018-ci ilin iyul ayında 12870 manat dəyərində işlər görülmüşdür. İş materiallarında olan Cavabdeh istehsalat binasında soba platformasının metalkonstruksiya hissəsinin hazırlanması və quraşdırılması barədə akta əsasən müəyyən olunur ki "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh İstehsalat binasında soba platformasının 720762,3 kq həcmində metalkonstruksiya hissəsinin hazırlanıb quraşdırılması işinə 9237 kq əlavə metalkonstruksiya istifadə olunmuşdur. İş materiallarında olan sifarişçi Cavabdeh ilə icraçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 23 oktyabr 2017-ci il tarixli 03-2017 nömrəli müqaviləyə 20 aprel 2018-ci il tarixdə imzalanmış əlavədən görünür ki, Cavabdeh istehsalat binasında soba platformasının metalkonstruksiya hissəsinin hazırlanması və quraşdırılması üçün istifadə olunmuş əlavə 9237 kq çəkidə metalkonstruksiyanın dəyəri 10791 manat təşkil etmişdir. İş materiallarında olan Cavabdeh istehsalat binasında soba platformasının metalkonstruksiya hissəsinin hazırlanması və quraşdırılması barədə akta əsasən müəyyən olunur ki "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh İstehsalat binasında soba platformasının 729999,3 kq həcmində metalkonstruksiya hissəsinin hazırlanıb quraşdırılması işinə 10100 kq əlavə metalkonstruksiya və 2900 kq əlavə məhəccər istifadə olunmuşdur. İş materiallarında olan sifarişçi Cavabdeh ilə icraçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 23 oktyabr 2017-ci il tarixli 03-2017 nömrəli müqaviləyə 23 iyul 2018ci il tarixdə imzalanmış əlavədən görünür ki, Cavabdeh istehsalat binasında soba platformasının metalkonstruksiya hissəsinin hazırlanması və quraşdırılması üçün istifadə olunmuş əlavə 13000 kq çəkidə metalkonstruksiyanın dəyəri 15186,60 manat təşkil etmişdir. İş materiallarında olan 11 may 2022-ci il tarixli üzləşmə aktından görünür ki, həmin tarixə Cavabdeh tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödəniləcək yekun məbləğ 135365,59 manat (114716,6 manat+ 20648,99 manat ƏDV) təşkil edir. İş materiallarında olan 05 yanvar 2023-cü il tarixli üzləşmə aktından görünür ki, həmin tarixə Cavabdeh tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödəniləcək yekun məbləğ 99655,59 manat (84716,6 manat+ 15248,99 manat ƏDV) təşkil edir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim edilmiş 20 sentyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 23 oktyabr 2017-ci il tarixli müqavilə əsasında görülmüş işlərə görə Cavabdeh 20 sentyabr 2023-cü il tarixə olan borcu 99655,59 (doxsan doqquz min altı yüz əlli beş manat 59 qəpik) manat, cərimə borcu isə 4998 (dörd min doqquz yüz doxsan səkkiz) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, sifarişçi Cavabdeh ilə icraçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 23 oktyabr 2017-ci il tarixli 03-2017 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında cavabdehin istehsalat binasında soba platformasının metalkonstruksiya hissəsinin hazırlanması və quraşdırılması işlərini yerinə yetirmiş, lakin cavabdeh öhdəliyini tam icra etməyərək görülmüş işlərin dəyərini tam ödəməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 99655,59 (doxsan doqquz min altı yüz əlli beş manat 59 qəpik) manat məbləğində borcun və 4998 (dörd min doqquz yüz doxsan səkkiz) manat məbləğində cərimənin Cavabdehndən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə bağlı cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə bu mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və 10 manat (2 manat və 8 manat məbləğində olmaqla) məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 oktyabr 2017-ci il tarixli 03-2017 nömrəli müqavilə müqavilə üzrə cavabdeh öz öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də həmin müqavilə üzrə ödənilməmiş 99655,59 (doxsan doqquz min altı yüz əlli beş manat 59 qəpik) manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddianın tələbinin “cavabdehdən iddiaçının xeyrinə 4998 (dörd min doqquz yüz doxsan səkkiz) manat məbləğində cərimənin tutulması” hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 1000 (min) manat məbləğində cərimə tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhəməyə təqdim olunmuş “ilkin mediasiya sessiyasından soonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, ilkin mediasiya sessiyasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh nümayəndəsi iştirak etmiş olsa da, mediasiya prosesi davam etdirilməmişdir. Bunda görə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən mediatora ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin 200 (iki yüz) manat hissəsi Cavabdehndən tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 99655,59 manat (doxsan doqquz min altı yüz əlli beş manat 59 qəpik) manat məbləğində borc və 1000 (min) manat məbləğində cərimə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Bununla yanaşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin 200 (iki yüz) manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq hesablanmış 390,66 manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 380,66 manat məbləğində (390,66 manat – 10 manat = 380,66 manat) pul vəsaiti dövlət rüsumunun qalığı kimi Cavabdehndən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 99655,59 manat (doxsan doqquz min altı yüz əlli beş manat 59 qəpik) məbləğində borc, 1000 (min) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 100855,59 manat (yüz min səkkiz yüz əlli beş manat 59 qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə edilməsin. Cavabdehndən dövlət nəfinə 380,66 (üç yüz səksən manat 66 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-853/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-853/2023
20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver