Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-100/2022 25.05.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X11 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.756.776,56 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 3.796.378,31 manat məbləğində müqaviləyə əsasən "xxxx" MMC tərəfindən Şilyan massivində 6150 hektar əkinə yararlı münbit torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədi ilə kanalların çəkilişi üzrə 3.692.517,00 manat məbləğində işlər görülmüşdür (müvafiq olaraq may ayı üzrə - 2.321.217,40 manat, iyul ayı üzrə 154.991,30 manat, avqust ayı üzrə 349.703,44 manat, dekabr ayı üzrə 866.406,77 manat məbləğində işlər təhvil verilmişdir). Bütün işlər qanuna uyğun şəkildə aktlaşdırılmaqla təhvil verilmiş və həmin sənədlər tərəfimizdən təqdim edilmişdir. Bu müqavilə üzrə görülmüş işlərə görə "xxxx" MMC-yə 2.475.008,70 manat məbləğdə vəsait ödənilmişdir. Bu işlərə görə bizə 1.217.508,30 manat borc qalmışdır. Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış birbaşa müqavilə əsasında 2017-ci ildə "Xəzər İnşaat E” MMC tərəfindən Muradxan-Pirili massivində 4500 hektar əkinə yararlı münbit torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədi ilə 539.268,26 manat dəyərində tikinti-quraşdırma işləri yerinə yetirilmiş, görülmüş bu işlərə görə hər hansı məbləğdə vəsait ödənilməmişdir. Göründüyü kimi tərəfimizdən cavabdehin sifarişlərinə əsasən görülmüş bu işlərə görə bizə ümumilikdə təqribən 1.756.776,56 manat borc qalmışdır. Qeyd olunanlara əsasən, məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X6 iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X7 iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X16 iddia ərizəsinə etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2017-ci il tarixli, 2607 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün tutulan vəsaitin bölgüsü”nün təsdiq edilmiş surətindən görünür ki, Cavabdehnə xərclər üçün 6150 hektar əkinə yararlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi ilə bağlı 2,500.0 min manat, 4500 hektar əkinə yararlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi ilə bağlı 3,900.0 min manat vəsaitin ayrılması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2017-ci il tarixli, 2607 nömrəli sərəncamın 5.3-cü bəndinə əsasən dövlət əsaslı vəsait qoyuluşundan (investisiya xərclərindən) istifadəni yalnız bu məqsəd üçün ayrılmış vəsait daxilində həyata keçirilməsi və əlavə vəsait sərfinə yol verilməməsi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə ünvanlanmış 30 mart 2017-ci il tarixli, 1/203 nömrəli məktubun təsdiq olunmuş surətindən görünür ki, görülməsi nəzərdə tutulan iş həcmlərinin xeyli çox olmasını, həmin işlərin baxımından qısa müddət ərzində yerinə yetirilməsi zərurəti yarandığını nəzərə alaraq əkin sahələrinə suvarma suyunun çatdırılması məqsədi ilə ayrılmış vəsait çərçivəsində nəzərdə tutulmuş işlərin Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə uyğun olaraq İddiaçı MMC ilə birbaşa müqavilənin bağlanmasına (tenderdən kənar) razılıq verilməsi xahiş edilmişdir. İş materiallarında olan 05 aprel 2017-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə 02 nömrəli satınalma müqaviləsindən görünür ki, Cavabdeh (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında bağlanmış müqaviləyə əsasən, sifarişçi Kürdəmir rayonunun Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması işlərinin satınalınması (ikitərəfli təsdiq olunmuş qiymət cədvəlinə əsasən – qiymət cədvəli müqaviləyə əlavə olunur) üçün icraçının 3.796.378,31 ƏDV ilə manat məbləğində tender təklifini qəbul etmişdir. Müqaviləyə əsasən, icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan Kürdəmir rayonunun Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması işlərinin 30 dekabr 2017-ci il tarixə kimi təhvil verilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Cavabdehnə ünvanlanmış 06 aprel 2017-ci il tarixli məktubun təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2017-ci il tarixli, 2607 nömrəli Sərəncamı ilə Kürdəmir rayonunun Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması məqsədilə 2.500.000,00 manat məbləğində satınalmaların “Dövlət satınalmaları haqqında” Qanunun 21.1.2-ci maddəsini tətbiq etməkl” Xəzər İnşaat E” MMC ilə birbaşa müqavilə əsasında həyata keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan 10 aprel 2017-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə 02 nömrəli satınalma müqaviləsindən görünür ki, Cavabdeh (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında bağlanmış müqaviləyə əsasən, sifarişçi Kürdəmir rayonunun Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması işlərinin satınalınması (ikitərəfli təsdiq olunmuş qiymət cədvəlinə əsasən – qiymət cədvəli müqaviləyə əlavə olunur) üçün icraçının 2.500.000,001 ƏDV ilə manat məbləğində tender təklifini qəbul etmişdir. Müqaviləyə əsasən, icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan Kürdəmir rayonunun Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması işlərinin 10 aprel 2018-ci il tarixə kimi təhvil verilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan 10 aprel 2017-ci il tarixli bağlanmış satınalma müqaviləsinə əlavədən - qiymət cədvəlindən görünür ki, 2.321.217,40 manat məbləğində işlərin görülməsinə dair İddiaçı MMC ilə Cavabdeh arasında razılıq əldə edilmişdir. İş materiallarında olan Kürdəmir rayonunun, Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması ilə əlaqədar 2017-ci ilin may ayında görülmüş işlərə dair aktdan görünür ki, Xəzər İnşaat E” MMC tərəfindən 2.321.217 manat dəyərində işlər görülmüşdür. İş materiallarında olan Kürdəmir rayonunun, Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması ilə əlaqədar 2017-ci ilin iyul ayında görülmüş işlərə dair aktın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı MMC tərəfindən 154.991,30 manat dəyərində işlər görülmüşdür. İş materiallarında olan Kürdəmir rayonunun, Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması ilə əlaqədar 2017-ci ilin avqust ayında görülmüş işlərə dair aktın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı MMC tərəfindən 349.703,44 manat dəyərində xidmətlər görülmüşdür. İş materiallarında olan Kürdəmir rayonunun, Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması ilə əlaqədar 2017-ci ilin dekabr ayında görülmüş işlərə dair aktdan görünür ki, Xəzər İnşaat E” MMC tərəfindən 866.406,77 manat dəyərində xidmətlər görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 yanvar tarixli 2607 nömrəli sərəncamına əsasən Kürdəmir rayonunun, Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci ilin dövlət büdcəsindən Cavabdehnə ayrılmış 2500,0 min manat vəsaitin xərclənməsinə dair arayışın surətindən görünür ki, Azərbaycan Respublikasının 2017-ci ilin dövlət büdcəsindən ayrılmış 2500,0 min manat vəsaitdən layihə-smeta və digər sənədləşmə işlərinin görülməsinə 25,0 min manat, tikinti işlərinin aparılmasına 2475,0 min manat vəsait xərclənmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə ünvanlanmış 03 iyul 2017-ci il tarixli, 1/360 nömrəli məktubun təsdiq olunmuş surətindən görünür ki, sahələrinə suvarma suyunun çatdırılması işlərinin Azərbaycan Respublikasının 2017-ci ilin dövlət büdcəsindən Cavabdehnə ayrılmış 3900,0 min manat vəsait çərçivəsində ilkin olaraq İddiaçı MMC ilə birbaşa müqavilənin bağlanmasına (tenderdən kənar) razılıq verilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Cavabdehnə ünvanlanmış 05 iyul 2017-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 13.01.2017-ci il tarixli, 2607 nömrəli sərəncamı ilə Kürdəmir rayonunun Muradxan-Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış otlaq sahələrinə suvarma suyunun çatdırılması məqsədilə 2017-ci ilin dövlət büdcəsindən Kürdəmir RİH-ə 3.900.000,00 manat məbləğində satınalmaların “Dövlət satınalmaları haqqında” Qanunun 21.1.4-cü maddəsini tətbiq etməklə bağlanmış müqavilənin davamı kimi İddiaçı MMC ilə birbaşa müqavilə əsasında həyata keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan 07 iyul 2017-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə 03 nömrəli satınalma müqaviləsindən görünür ki, Cavabdeh (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında bağlanmış müqaviləyə əsasən, sifarişçi Kürdəmir rayonunun Muradxan-Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış otlaq sahələrinə suvarma suyunun çatdırılması işlərinin satılnalınması (ikitərəfli təsdiq olunmuş qiymət cədvəlinə əsasən – qiymət cədvəli müqaviləyə əlavə olunur) üçün icraçının 3.900.000,00 ƏDV ilə manat məbləğində tender təklifini qəbul etmişdir. Müqaviləyə əsasən, icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan Kürdəmir rayonunun Muradxan- Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış otlaq sahələrinə suvarma suyunun çatdırılması işlərinin 1 (bir) il müddətinə təhvil verilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan Kürdəmir rayonunun Muradxan-Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış-otlaq sahələrinə suvarma suyunun çatdırılması işi üzrə 2017-ci ilin avqust ayında görülmüş işlərə dair aktın surətindən görünür ki, İddiaçı MMC tərəfindən 857,144,92 manat məbləğində işlər görülmüşdür. İş materiallarında olan Kürdəmir rayonunun Muradxan-Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış-otlaq sahələrinə suvarma suyunun çatdırılması işi üzrə 2017-ci ilin sentyabr-oktyabr aylarında görülmüş işlərə dair aktdan görünür ki, İddiaçı MMC tərəfində 1.305.036,59 manat məbləğində işlər görülmüşdür. İş materiallarında olan Kürdəmir rayonunun Muradxan-Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış-otlaq sahələrinə suvarma suyunun çatdırılması işi üzrə 2017-ci ilin oktyabr-noyabr aylarında görülmüş işlərə dair aktdan görünür ki, İddiaçı MMC tərəfində 1.700.565,26 manat məbləğində işlər görülmüşdür. Həmin akt üzrə 105,87 manat qalıq borc yaranmışdır. İş materiallarında olan Kürdəmir rayonunun Muradxan-Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış-otlaq sahələrinə suvarma suyunun çatdırılması işi üzrə 2017-ci ilin dekabr ayında görülmüş işlərə dair aktdan görünür ki, İddiaçı MMC tərəfində 539.268,26 manat məbləğində işlər görülmüşdür. İş materiallarında olan Kürdəmir rayonunun Muradxan-Pirli massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış otlaq sahələrinə suvarma suyunun çatdırılması məqsədi ilə Azərbaycan Prezidentinin 2017-ci il 13 yanvar tarixli 2607 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının 2017-ci ilin dövlət büdcəsindən ayrılmış 3900,0 min manat vəsaitin xərclənməsinə dair arayışın surətindən görünür ki, Azərbaycan Respublikasının 2017-ci ilin dövlət büdcəsindən ayrılmış 3900,0 min manat vəsaitdən layihə-smeta və digər sənədləşmə işlərinin görülməsinə 37,6 min mana, tikinti işlərinin aparılmasına 3862,4 min manat vəsait xərclənmişdir. İş nateriallarında olan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən Cavabdehnə 01 yanvar 2015-ci il tarixdən 01 avqust 2020-ci il tarixə kimi olan dövrdə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılmış vəsait hesabına yerinə yetirilmiş təmir-tikinti işlərinə xərclənmiş vəsaitlərin yoxlanması barədə 26 noyabr 2020-ci il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında imzalanmış 10 aprel 2017-ci il tarixli 2.500.000 manat məbləğində birbaşa müqavilə əsasında 2017-ci ildə İddiaçı MMC tərəfindən Şılyan massivində 6150 hektar əkinə yararlı münbit torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədi ilə kanalların çəkilişi üzrə 2.476.208,70 manat dəyərində tikinti-quraşdırma işlərinin yerinə yetirildiyi sənədləşdirilmiş, görülmüş işlərə görə həmin müəssisəsyə 247.500,80 manat məbləğdə vəsait ödənilmişdir. Cavabdeh ilə İddiaçı MMC arasında imzalanmış 05 iyul 2017-ci il tarixli 3.900.000 manat məbləğində birbaşa müqavilə əsasında 2017-ci ildə İddiaçı MMC tərəfindən Muradxan-Pirili massivində 4500.00 hektar əkinə yararlı münbit torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədi ilə kanalların çəkilişi üzrə görülmüş işlərə görə həmin müəssisəyə 3.862.640,90 manat məbləğdə vəsait ödənilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 06 yanvar 2022-ci il tarixli, 1/8 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2017-ci il tarixli 2607 nömrəli sərəncamı ilə Kürdəmir rayonunun Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci ilin dövlət büdcəsindən Cavabdehnə 2500,0 min manat, Muradxan-Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış otlaq sahələrinə suvarma suyunun çatdırılması məqsədi ilə 3900,0 min manat vəsait ayrılmışdır. Hər iki müqavilə üzrə görülmüş işlərin dəyəri tam olaraq ödənilmişdir. Əlavə olaraq bildirilir ki, Cavabdeh ilə İddiaçı MMC arasında Şilyan massvinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyu ilə təmin edilməsi üçün iddiaçının iddia ərizəsində istinad etdiyi 3.796.378,31 manat məbləğində müqavilə bağlanılmamış və icra hakimiyətində belə bir müqavilə mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məhkəməyə ünvanladığı 06 aprel 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayonunun Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması işlərinin satın alınması məqsədilə İddiaçı MMC ilə 2.500.000,0 manat məbləğində müqavilə bağlanmasına razılıq verilməsi barədə Cavabdeh məktubu ilə razılıq verilmişdir. 18.04.2017-ci il tarixdə Cavabdeh tərəfindən Dövlət Xidmətinə 11.04.2017-ci il tarixli 1/244 nömrəli məktub ünvanlanaraq Fövqəladə Hallar Nazirliyinin Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən sözügedən işlərin tam başa çatdırılması üçün 3.796,4 min manat vəsaitə ehtiyac olduğu müəyyən edildiyindən İddiaçı MMC ilə 10.04.2017-ci il tarixə 3.796.378,31 manat məbləğində 02 nömrəli müqavilə bağlanıldığı bildirilmiş və həmin müqavilənin surəti Dövlət Xidmətinə təqdim olunmuşdur. Cavabdeh tərəfindən qeyd olunan məbləğin ayrılması məqsədilə İqtisadiyyat Nazirliyinə 11.04.2017-ci il tarixli 1/243 nömrəli məktubla müraciət olunsa da, müsbət cavab alınmamışdır. Bununla yanaşı, Kürdəmir rayonunun Muradxan-Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış otlaq sahələrinə suvarma suyunun çatdırılması işlərinin satın alınmasına dair Cavabdeh müraciətlərinə razılıq verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin məhkəməyə ünvanladığı 14 aprel 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2017-ci il tarixli 2607 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitlər hesabına Cavabdehnə Kürdəmir rayonunun Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmı sahələrə suvarma suyunun çatdırılması məqsədilə mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması üçün 6150 hektar əkin sahəsi üzrə 2500,0 min manat, Muradxan-Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış otlaq sahələri üzrə 3900,0 min manat ayrılmışdır. İlk olaraq Cavabdeh tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.2-ci maddəsinə uyğun olaraq bir mənbədən satınalma metodundan istifadə olunmuş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 06 aprel 2017-ci il tarixli razılıq məktubuna əsasən İddiaçı ilə 6150 hektar əkin sahəsinə suvarma suyunun çatdırılması məqsədilə mövcud Şilyan kanalının suburaxma qabiliyyətini artırılması üçün 2.500,0 min manat məbləğində 10 aprel 2017-ci il tarixli 02 nömrəli müqavilə bağlanılmış və podratçı tərəfindən tərtib olunmuş 2 nömrəli forma üzrə akta əsasən görülmüş işlərin dəyəri tam olaraq ödənilmişdir. İkinci dəfə Cavabdeh tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.2-ci maddəsinə uyğun olaraq bir mənbədən satınalma metodundan istifadə olunmuş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisa Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 05 iyul 2017-ci il tarixli razılıq məktubuna əsasən İddiaçı MMC ilə Muradxan- Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar əkin sahəsinə suvarma suyunun çatdırılması üçün 3.900,0 min manat məbləğində 07 iyul 2017-ci il tarixli 03 nömrəli müqavilə bağlanılmış və podratçı tərəfindən tərtib olunmuş 2 nömrəli forma üzrə akta əsasən görülmüş işlərin dəyəri tam olaraq ödənilmişdir. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanılmış 05 aprel 2017-ci il tarixli, 02 nömrəli müqavilə mühasibatlığa təqdim olunmamış, həmin müqavilənin icrası üçün dövlət büdcəsindən vəsait ayrılmamış, dövlət öhdəliyi götürülməmiş və müvafiq satınalma müsabiqəsi keçirilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhkəməyə ünvnlanmış 19 aprel 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində Kürdəmir rayon İcr Hakimiyyətində müəyyən edilmiş qanun pozuntuları, o cümlədən hüquqi şəxslərin bank hesablarına pul vəsaitlərinin köçürülərək nağdlaşdırılması yolu ilə mənimsənilməsi faktı əsasında istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC tərəfindən vurulmuş 37.212 manat məbləğində maddi ziyan və cinayət məsuliyyətindən azad edilmək üçün 9.303 manat məbləğində pul vəsaiti cəmiyyətin direktoru X6 tərəfindən tam şəkildə ödənilmişdir. İş materiallarında olan müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X11 iddiaya dair etirazında qeyd edilmişdir ki, Cavabdeh ilə aralarında Şilyan massivində 6150 hektar əkinə yararlı münbit torpaq sahələrinin və Muradxan Pirili massivində 4500.00 hektar əkinə yararlı minbit torpaq sahələrinin suvarma sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədi ila müqavilələr imzalanmış və müvafq müqavilələr üzrə müvafiq işlər görülmüşdür. İş materiallarından aydının olur ki, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsünün təsdiq edilməsi haqqında ” Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il 13 yanvar tarixli 2607 nömrəli Sərəncamına əsasən Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edərək iş həcminin xeyli çox olmasını və həmin işlərin vaxt baxımından qısa müddət ərzində yerinə yetirilməsi zərurəti yarandığını nəzərə alaraq əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması məqsədi ilə ayrılmış vəsait çərçivəsində nəzərdə tutulmuş işlərin Azərbaycan Respublikasının “Dövlət satınalmalı haqqında” Qanununun 21.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq (tenderdən kənar) İddiaçı MMC (VÖEN:**********) ilə birbaşa müqavilənin bağlanmasına razılıq verilməsi xahiş etmişdir. İqtisadiyyat Nazrliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 06 aprel 2017-ci il tarixli ASTMDX-15/01-5/4275 nömrəli məktubu iiə Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması məqsədilə 2.500.000 (iki milyon beş yüz min) manat məbləğində satınalmaların “Dövlət satınalmaları haqqında” Qanunun 21.1.2-ci maddəsini tətbiq etməklə İddiaçı MMC ilə birbaşa müqavilə əsasmda həyata keçirilməsinə razılıq verilmişdir. Lakin iddiaçının iddia etdiyi və iş materiallarına əlavə edilmiş 3.796.378,31 manat məbləğində olan 02 saylı müqavilə 05 aprel 2017-ci il tarixdə, yəni vəsait ayrılması barədə razılıq məktubundan əvvəl bağlanılmışdır. Yəni iddaçının iddia etdiyi müqavilə əslində etibarsız sayılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2016-cı il tarixli, 1046 nömrəli Fərmanının 2.3-cü bəndinə uyğun olaraq icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən idxal maların (işlərin, xidmətlərin) satın alınması zərurəti yaranarsa, icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən həmin malların (işlərin, xidmətlərin) satın alınması barədə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla qərar qəbul edilməsi üçün bu satınalma nəticəsində müqavilə bağlanmamışdan əvvəl Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət olunmalıdır. Lakin işin materiallarına iddiaçının tələb etdiyi müqavilə ilə bağlı hər haınsı razılıq məktubu əlavə edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət büdcəsi vəsaitindən istifadə sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Maliyyə Nazirliyi dövlət büdcəsinin icrasını təmin edir, dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi üzərində dövlət maliyyə nəzarətinin həyata keçirilməsini təşkil edir. Bu səbəbdən iddiaçının tələbi üçüncü şəxs olaraq Maliyyə Nazirliyinin mənafelərini pozaraq, dövlət büdcəsindən sözügedən torpaq sahələrininn suvarma suyu ilə təmin edilməsi məqsədilə vəsait ayrılmasına baxmayaraq, dövlət büdcəsi qarşısında əlavə öhdəlik yaradır. Həmçinin, bildiririk ki, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsatin bölgüsü”nə uyğun olaraq Cavabdehnə ayrılan 6.400.000,0 manat vəsaitdən 6150 hektar əkinə yararlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi ilə bağlı xərclər üzrə 2.499.983,72 manat və 4500 hektar əkinə yararlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi ilə bağlı xərclər üzrə 3.899.999,87 manat, cəmi 6.399.983,59 manat vəsait Cavabdeh hesabına köçürülmüşdür və bununla bağlı vəsait bölgüsü də işin materiallarına əlavə edilmişdir. Yəni yuxarıda qeyd olunan işlər üçün vəsait artıq dövlət büdcəsindən ayrılıb. Bu səbəbdən iddia tələbi Maliyyə Nazirliyinə münasibətdə rədd edilməlidir. Göstərilənlərə əsasən mülki qanunvericiliyi rəhbər tutaraq, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, Cavabdehndə 2000-ci ildən işləyir. Cavabdeh başçısı Aparatının sektor müdiri-baş mühasib vəzifəsində isə 2005-ci ildən işlədiyini bildirmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidentinin 13.01.2017-ci il tarixli Sərəncamı ilə yaradılmış aqroparklara suvarma suyunun çatdırılması məqsədilə vəsait ayrıldığını, ayrılmış vəsait isə iddiaçıya tam ödənilmişdir. Suvarma suyunun çatdırılması məqsədilə pul ayrılmamışdan əvvəl smeta tərtib olunmuş, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həmin aktlar təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2017-ci il tarixli, 2607 nömrəli Sərəncamı ilə Şilyan kanalına görə 2.500.000 manat, Muradlı-Pirili massivinə görə isə 3.900.000 manat məbləğində pul vəsaiti ayrılmışdır. İşlərin görülməsi ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin mütəxəssisinin aktı var. Həmin akta əsasən həqiqətəndə işlərin görüldüyü təsdiq olunur. İşlərin görülməsi ilə bağlı pul vəsaitini İddiaçı MMC-nin "xxxx" ASC-də olan bank hesabına nağdsız qaydada köçürmüşük. O, ifadəsində Cavabdeh ilə Xəzər İnşaat E” MMC arasında bağlanılmış 07 iyul 2017-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə 03 nömrəli satınalma müqaviləsinə əsasən iddiaçıya 105,87 manat məbləğində qalıq borcun olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, 1963-cü ildən Cavabdehndə işləyir. 2004-cü ildən isə böyük məsləhətçi vəzifəsində işləyir. 2.500.000 manat dəyərində olan 10.04.2017-ci il tarixli müqavilə üzrə görülməli olan işlər iddiaçı tərəfindən görülüb, həmçinin bizim tərəfimizdən görülmüş işlərin dəyəri tam şəkildə, yəni 2.475.008 manat olmaqla iddiaçıya ödənilmişdir. Kürdəmir rayonunun Muradxan-Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış otlaq sahələrinə suvarma suyunun çatdırılması işi üzrə 2017-ci ilin dekabr ayında görülmüş işlərə dair tərtib olunmuş aktı (539.268,26 manat dəyərində) o məqsədlə tərtib etdik ki, sonradan tender keçiriləndə bilinsin ki, 539.268,26 manat dəyərində əlavə işlər İddiaçı MMC tərəfindən artıq görülmüşdür. Həmin akt Cavabdeh keçmiş icra başçısının müavini T.Ş.Novruzov imzalasa da keçmiş icra başçısı həmin aktı möhürlə təsdiq etmədi. Biz smetanı hesablayandan sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə məlumat göndərdik, həmin məlumata əsasən 3.900.000 manat pul ayrıldı. Biz əlavə vəsaətin köçürülməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etmişik. Bundan başqa, Şilyan kanalı üçün də 1.600.000 manat vəsaitın ayrılması üçün müraciət etmişik. Hələki, əlavə vəsait ayrılmayıb. Məhkəmə, iş üzrə tam, hərtərəfli və obyektiv nəticəyə gəlmək üçün Cavabdeh ilə İddiaçı arasında bağlanılmış 05 aprel 2017-ci il tarixli, 02 saylı, 10 aprel 2017-ci il tarixli, 02 saylı və 07 iyul 2017-ci il tarixli, 03 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqavilələrinin Cavabdeh keçmiş icra başçısı Bakı İstintaq Təcridxanasında saxlanılan X9 tərəfindən imzalanıb-imzalanmaması, 05 aprel 2017-ci il tarixli, 02 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin X9 tərəfindən hansı məqsədlə bağlanılmasına dair izahatını əldə etmək üçün Bakı İstintaq Təcridxanasına 28 fevral 2022-ci il və 01 aprel 2022-ci il tarixlərində sorğular göndərmiş, lakin həmin sorğulara dair məhkəməyə məlumat verilməmişdir. Eyni zamanda, məhkəmə, Cavabdeh ilə İddiaçı arasında bağlanılmış 05 aprel 2017-ci il tarixli, 02 saylı, 10 aprel 2017-ci il tarixli, 02 saylı və 07 iyul 2017-ci il tarixli, 03 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqavilələri əsasında tərtib edilən aktların Cavabdeh başçısının keçmiş müavini Bakı İstintaq Təcridxanasında saxlanılan X1 tərəfindən imzalanıb-imzalanmaması və həmin müqavilələr əsasında tərtib olunmuş aktlara dair izahatının alınmasına köməklik göstərilməsi məqsədilə Bakı İstintaq Təcridxanasına 28 fevral 2022-ci il və 01 aprel 2022-ci il tarixlərində sorğular göndərmiş, lakin həmin sorğulara dair məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, ilk öncə iddiaçının Cavabdeh ilə bağlanılmış 05 aprel 2017-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə 02 nömrəli satınalma müqaviləsinə münasibət bildirməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2017-ci il tarixli, 2607 nömrəli Sərəncamı ilə Cavabdehnə Kürdəmir rayonunun Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması ilə bağlı 2.500.000 manat vəsait ayrılmışdır. Həmin Sərəncamın 5.3-cü bəndinə əsasən dövlət əsaslı vəsait qoyuluşundan (investisiya xərclərindən) istifadəni yalnız bu məqsəd üçün ayrılmış vəsait daxilində həyata keçirilməsi və əlavə vəsait sərfinə yol verilməməsi qeyd edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə 30 mart 2017-ci il tarixli, 1/203 nömrəli məktubla müraciət edərək görülməsi nəzərdə tutulan iş həcmlərinin xeyli çox olmasını, həmin işlərin qısa müddət ərzində yerinə yetirilməsi zərurəti yarandığını nəzərə alaraq əkin sahələrinə suvarma suyunun çatdırılması məqsədi ilə ayrılmış vəsait çərçivəsində nəzərdə tutulmuş işlərin Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə uyğun olaraq İddiaçı MMC ilə birbaşa müqavilənin bağlanmasına (tenderdən kənar) razılıq verilməsi xahiş edilmişdir. Daha sonra Cavabdeh ilə İddiaçı MMC arasında 05 aprel 2017-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə 02 nömrəli satınalma müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən, sifarişçi Kürdəmir rayonunun Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması işlərinin satın alınması (ikitərəfli təsdiq olunmuş qiymət cədvəlinə əsasən – qiymət cədvəli müqaviləyə əlavə olunur) üçün icraçının 3.796.378,31 manat məbləğində tender təklifini qəbul etmişdir. Müqaviləyə əsasən, icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan Kürdəmir rayonunun Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması işlərinin 30 dekabr 2017-ci il tarixə kimi təhvil verilməsini öhdəsinə götürmüşdür. Cavabdeh İddiaçı MMC ilə birbaşa müqavilənin bağlanmasına (tenderdən kənar) razılıq verilməsi məqsədilə göndərilmiş 30 mart 2017-ci il tarixli məktubuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən ünvanlanmış 06 aprel 2017-ci il tarixli cavab məktubunda Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2017-ci il tarixli, 2607 nömrəli Sərəncamı ilə Kürdəmir rayonunun Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması məqsədilə yalnız 2.500.000,00 manat məbləğində satınalmaların “Dövlət satınalmaları haqqında” Qanunun 21.1.2-ci maddəsini tətbiq etməklə İddiaçı MMC ilə birbaşa müqavilə əsasında həyata keçirilməsi mümkün hesab edilmişdir. Müvafiq razılıqdan sonra Cavabdeh ilə İddiaçı MMC arasında 10 aprel 2017-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə 02 nömrəli satınalma müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən əsasən, sifarişçi Kürdəmir rayonunun Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması işlərinin satınalınması (ikitərəfli təsdiq olunmuş qiymət cədvəlinə əsasən – qiymət cədvəli müqaviləyə əlavə olunur) üçün icraçının 2.500.000 ƏDV ilə manat məbləğində tender təklifini qəbul etmişdir. Müqaviləyə əsasən, icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan Kürdəmir rayonunun Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması işlərinin 10 aprel 2018-ci il tarixə kimi təhvil verilməsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 yanvar tarixli 2607 nömrəli sərəncamına əsasən Kürdəmir rayonunun, Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci ilin dövlət büdcəsindən Cavabdehnə ayrılmış 2.500.000 manat vəsaitin xərclənməsinə dair arayışın surətindən görünür ki, Azərbaycan Respublikasının 2017-ci ilin dövlət büdcəsindən ayrılmış 2.500.000 manat vəsaitdən layihə-smeta və digər sənədləşmə işlərinin görülməsinə 25,0 min manat, tikinti işlərinin aparılmasına 2.475.000 min manat vəsait xərclənmişdir. Bundan başqa, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məhkəməyə ünvanladığı 06 aprel 2022-ci il tarixli məktubunda Kürdəmir rayonunun Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması işlərinin satın alınması məqsədilə İddiaçı MMC ilə 2.500.000,0 manat məbləğində müqavilə bağlanmasına razılıq verilsə də İddiaçı MMC ilə Cavabdeh arasında 3.796.378,31 manat məbləğində 10.04.2017-ci il tarixli, 02 nömrəli müqavilənın bağlanılmasına razılıq verilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin məhkəməyə ünvanladığı 14 aprel 2022-ci il tarixli məktubunda Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2017-ci il tarixli 2607 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitlər hesabına Cavabdehnə Kürdəmir rayonunun Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış sahələrə suvarma suyunun çatdırılması məqsədilə mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması üçün 6150 hektar əkin sahəsi üzrə 2500,0 min manat, Muradxan-Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış otlaq sahələri üzrə 3900,0 min manat ayrıldığını qeyd etmişdir. Bununla yanaşı, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanılmış 05 aprel 2017-ci il tarixli, 02 nömrəli müqavilənin mühasibatlığa təqdim olunmadığı, həmin müqavilənin icrası üçün dövlət büdcəsindən vəsaitin ayrılmadığı, dövlət öhdəliyi götürülmədiyi və müvafiq satınalma müsabiqəsinin keçirilmədiyi qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanılmış 05 aprel 2017-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə 02 nömrəli satınalma müqaviləsi Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2017-ci il tarixli, 2607 nömrəli Sərəncamı ilə müəyyən edilmiş məbləğdən kənara çıxmaqla bağlanılmış, o cümlədən həmin müqavilə Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə zidd olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin razılığı alınmadan bağlanılmaqla müvafiq qanunvericiliyin tələblərinə riayət edilmədən rəsmiləşdirilmişdir. Belə olduğu təqdirdə, 05 aprel 2017-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə 02 nömrəli satınalma müqaviləsi qanunvericiliyin tələblərinə riayət olunmadan bağlanıldığından həmin müqavilə etibarsız müqavilədir və heç bir hüquqi nəticə yarada bilməz. Odur ki, iddiaçının 05 aprel 2017-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə 02 nömrəli satınalma müqaviləsinə əsasən cavabdehdən tələb etdiyi 1.127.508,30 manat məbləğində pul vəsaitinin hüquqi əsası yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 351.5-ci maddəsinə əsasən təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Bununla yanaşı, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinəəsasən bu Qanun, bu Qanunun 1.2–1.6-cı maddələrinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınmasına şamil edilir Həmin Qanunun 21.1.2-ci maddəsinə əsasən mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmadıqda; tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar satınalan təşkilatın ləngiməsinin nəticəsi olmadıqda müvafiq icra hakimiyyəti orqanının təsdiq etməsi şərti ilə satınalan təşkilat bu Qanunun 50-ci maddəsinə uyğun bir mənbədən satınalma üsulundan istifadə edə bilər. Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2016-cı il tarixli, 1046 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən olaraq icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən idxal maların (işlərin, xidmətlərin) satın alınması zərurəti yaranarsa, icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən həmin malların (işlərin, xidmətlərin) satın alınması barədə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla qərar qəbul edilməsi üçün bu satınalma nəticəsində müqavilə bağlanmamışdan əvvəl Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət büdcəsi vəsaitindən istifadə sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Maliyyə Nazirliyi dövlət büdcəsinin icrasını təmin edir, dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi üzərində dövlət maliyyə nəzarətinin həyata keçirilməsini təşkil edir. Bununla bağlı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan qərarında vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Məhkəmə, eyni zamanda iddiaçının Cavabdeh ilə bağlanılmış 07 iyul 2017-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə 03 nömrəli satınalma müqaviləsinə münasibət bildirməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2017-ci il tarixli, 2607 nömrəli sərəncamı ilə Cavabdehnə Kürdəmir rayonunun Muradxan-Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış otlaq sahələrinə suvarma suyunun çatdırılması ilə bağlı 3.900.000 manat vəsait ayrılmışdır. Həmin Sərəncamın 5.3-cü bəndinə əsasən dövlət əsaslı vəsait qoyuluşundan (investisiya xərclərindən) istifadəni yalnız bu məqsəd üçün ayrılmış vəsait daxilində həyata keçirilməsi və əlavə vəsait sərfinə yol verilməməsi qeyd edilmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə ünvanlanmış 03 iyul 2017-ci il tarixli, 1/360 nömrəli məktubla sahələrinə suvarma suyunun çatdırılması işlərinin Azərbaycan Respublikasının 2017-ci ilin dövlət büdcəsindən Cavabdehnə ayrılmış 3900,0 min manat vəsait çərçivəsində ilkin olaraq İddiaçı MMC ilə birbaşa müqavilənin bağlanmasına (tenderdən kənar) razılıq verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Cavabdehnə ünvanlanmış 05 iyul 2017ci il tarixli məktubla Azərbaycan Respublikası Prezidentinin 13.01.2017-ci il tarixli, 2607 nömrəli sərəncamı ilə Kürdəmir rayonunun Muradxan-Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış otlaq sahələrinə suvarma suyunun çatdırılması məqsədilə 2017ci ilin dövlət büdcəsindən Kürdəmir RİH-ə 3.900.000,00 manat məbləğində satınalmaların “Dövlət satınalmaları haqqında” Qanunun 21.1.4-cü maddəsini tətbiq etməklə bağlanmış müqavilənin davamı kimi İddiaçı MMC ilə birbaşa müqavilə əsasında həyata keçirilməsi mümkün hesab edilmişdir. Müvafiq razılıq alındıqdan sonra Cavabdeh ilə İddiaçı MMC arasında 07 iyul 2017-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə 03 nömrəli satınalma müqavilə bağlanılmışdır. Həmin müqavilədən görünür ki, sifarişçi Kürdəmir rayonunun Muradxan-Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış otlaq sahələrinə suvarma suyunun çatdırılması işlərinin satılnalınması (ikitərəfli təsdiq olunmuş qiymət cədvəlinə əsasən – qiymət cədvəli müqaviləyə əlavə olunur) üçün icraçının 3.900.000,00 ƏDV ilə manat məbləğində tender təklifini qəbul etmişdir. Müqaviləyə əsasən, icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan Kürdəmir rayonunun Muradxan-Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış otlaq sahələrinə suvarma suyunun çatdırılması işlərinin 1 (bir) il müddətinə təhvil verilməsini öhdəsinə götürmüşdür. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Kürdəmir rayonunun Muradxan-Pirli massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış otlaq sahələrinə suvarma suyunun çatdırılması məqsədi ilə Azərbaycan Prezidentinin 2017-ci il 13 yanvar tarixli 2607 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının 2017-ci ilin dövlət büdcəsindən ayrılmış 3900,0 min manat vəsaitin xərclənməsinə dair arayışa əsasən Azərbaycan Respublikasının 2017-ci ilin dövlət büdcəsindən ayrılmış 3900,0 min manat vəsaitdən layihə-smeta və digər sənədləşmə işlərinin görülməsinə 37,6 min manat, tikinti işlərinin aparılmasına 3.862.400 manat vəsait xərclənmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən Cavabdehnə 01 yanvar 2015-ci il tarixdən 01 avqust 2020-ci il tarixə kimi olan dövrdə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılmış vəsait hesabına yerinə yetirilmiş təmir-tikinti işlərinə xərclənmiş vəsaitlərin yoxlanması barədə 26 noyabr 2020-ci il tarixli akta əsasən Cavabdeh ilə İddiaçı MMC arasında imzalanmış 07 iyul 2017-ci il tarixli 3.900.000 manat məbləğində birbaşa müqavilə əsasında 2017-ci ildə İddiaçı MMC tərəfindən Muradxan-Pirili massivində 4500.00 hektar əkinə yararlı münbit torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədi ilə kanalların çəkilişi üzrə görülmüş işlərə görə həmin müəssisəyə 3.862.640,90 manat məbləğdə vəsait ödənilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində Cavabdeh ilə Xəzər İnşaat E” MMC arasında bağlanılmış 07 iyul 2017-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə 03 nömrəli satınalma müqaviləsinə əsasən iddiaçıya 105,87 manat məbləğində qalıq borcun olduğunu bildirmişdir. Kürdəmir rayonunun Muradxan- Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış-otlaq sahələrinə suvarma suyunun çatdırılması işi üzrə 2017-ci ilin oktyabr-noyabr aylarında görülmüş işlərə dair aktdan da görünür ki, İddiaçı MMC tərəfindən 1.700.565,26 manat məbləğində işlər görülmüşdür. Həmin akt üzrə 105,87 manat qalıq borc yaranmışdır. Bundan əlavə, məhkəmə bildirir ki, iddiaçının 07 iyul 2017-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə 03 nömrəli satınalma müqaviləsinə əsasən cavabdehdən tələb etdiyi 539.268,26 manat məbləğində pul vəsaitinin qanuni əsası yoxdur. Belə ki, Kürdəmir rayonunun Muradxan- Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış-otlaq sahələrinə suvarma suyunun çatdırılması işi üzrə Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2017ci il tarixli, 2607 nömrəli sərəncamı ilə Cavabdehnə 3.900.000 manat pul vəsaiti ayrılmış, tərəflər arasında 3.900.000 manat dəyərində 07 iyul 2017-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə 03 nömrəli satınalma müqaviləsi imzalanmış, həmin müqavilə çərçivəsində iddiaçı tərəfindən işlər görülmüş və işlərin dəyəri cavabdeh tərəfindən ödənilmişdir. Bununla bağlı, Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2017-ci il tarixli, 2607 nömrəli sərəncamın 5.3-cü bəndində dövlət əsaslı vəsait qoyuluşundan (investisiya xərclərindən) istifadəni yalnız bu məqsəd üçün ayrılmış vəsait daxilində həyata keçirilməsi və əlavə vəsait sərfinə yol verilməməsi qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hesab edir ki, 07 iyul 2017-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə 03 nömrəli satınalma müqaviləsi üzrə işlər görülsə də, cavabdeh görülmüş işlərin dəyərini tam olaraq ödəməmiş, bununla da iddiaçıya 105,87 manat məbləğində borcu qalmışdır. İddiaçının cavabdeh qarşısında öhdəliklərini yerinə yetirdiyi iş materialları ilə tam sübuta yetirildiyindən, cavabdeh isə görülmüş işlərin dəyərini tam ödəmədiyindən məhkəmə hesab edir ki, iddia 105,87 manat məbləğində pulun ödənilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən 105,87 (bir yüz beş manat, səksən yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-100/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-100/2022
25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver