Məhkəmə qərarları › İş №e-2-2(121)-1458/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1458/2021

22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1458/2021 22.09.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3.042,04 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə İddiaçı arasında bağlanılmış 26.09.2018-ci il tarixli avtomobillərə avtomexaniki xidmət müqaviləsinə əsasən Cavabdeh təmirə təqdim etmiş olduğu Mitsubishi L-200 markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən təmir edilmişdir. Lakin cavabdeh qeyd edilən xidmət müqaviləsinin şərtlərinə əməl etməyərək avtomexaniki xidmətə görə ödəməli olduğu xidmət haqqını ödəməmişdir. Cavabdeh avtomobil təmirinə görə İddiaçınə olan borcu ƏDV daxil olmaqla 3.042,04 manat məbləğindədir. Hazırda borc ödənilmədiyindən, İddiaçı məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 izahat verərək, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 26.09.2018-ci il tarixli avtomobillərə avtomexaniki xidmət müqaviləsinə əsasən, “icraçı” “sifarişçi”nin, onun müştərilərinin və nümayəndələrinin ona təqdim etmiş olduğu “sifarişçi”yə məxsus avtomobillərə ünvan 1 ünvanında yerləşən texniki xidmət mərkəzində razılaşdırılmış şərtə əsasən standartlara cavab verən qaydada, keyfiyyətdə və müddətdə avtomexaniki və yağdəyişmə xidməti göstərərək bu müqavilənin şərtlərinə uyğun təhvil verməyi, “sifarişçi” isə müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada işi qəbul etdikdən sonra razılaşdırılaraq, müəyyən edilmiş xidmət haqqı məbləğini tam ödəmək öhdəliyi götürülmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən, sifarişçi görülmüş işlərə görə icraçı tərəfindən fakturanı aldıqdan sonra, fakturada göstərilən xidmət haqqı məbləğini tam olaraq, 15 gün müddətinə sifarişçinin bank hesabına ödəyir. Müqavilənin 4.2-ci bəndinə əsasən, işin nəticəsi istifadə üçün tam yararlı olduğu halda qüsurdan azad sayılır. Müqavilənin 4.3-cü bəndinə əsasən, bu müqavilə üzrə təmirə verilmiş avtomobil icraçı tərəfindən sifarişçiyə, onun səlahiyyətli nümayəndəsinə və ya onun müştərisinə təhvil verildikdən sonra, icraçının təqsiri olmadan kənar müdaxilə nəticəsində icraçının işindən, istifadə etdiyi materialdan qaynaqlanmayan, işin keyfiyyətinə və avtomobilə xidmət zamanı istifadə olunan materiallara dəymiş zərərə görə qüsur yaranmışsa, bu qüsura görə icraçı məsuliyyət daşımır. Müqavilənin 4.4-cü bəndinə əsasən, icraçı bu müqavilə üzrə icra etdiyi avtomexaniki, yağdəyişmə işlərinin (xidmətlərin) keyfiyyətinə 3 ay müddətində 5.000 kilometr məsafə sürülməsi çərçivəsində zəmanət verir. Müqavilənin 6.1-ci bəndinə əsasən, icraçı işi bu müqavilə ilə müəyyən edilmiş qaydada təhvil verdikdən sonra sifarişçi icraçının xidmət haqqını ödəyir. İş materiallarında olan 41577 saylı servis iş qəbul kartından görünür ki, Mitsubishi L- 200 markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil 30.11.2020-ci il tarixdə iddiaçıya təhvil verilmiş, 01.12.2020-ci il tarixdə təhvil alınmışdır. İş materiallarında olan elektron qaimələrin surətlərindən görünür ki, 25.06.2020-ci il tarixdə 5.243,92 manat və 29.12.2020-ci il tarixdə 3.042,04 manat həcmində avtomobil ehtiyat hissələrinin dəyərinin, texniki xidmət və xidmət haqqının ödənilməsi ilə bağlı İddiaçı tərəfindən Cavabdehnə elektron qaimələr göndərilmişdir. İş materiallarında olan 28.12.2020-ci il tarixli hesab-fakturadan görünür ki, 3.042,04 manat məbləğində pulun ödənilməsinə dair Cavabdeh tərəfindən İddiaçınə hesab faktura təqdim edilmişdir. İş materiallarında olan qaime.e-taxes.gov.az internet saytından çıxarışdan görünür ki, Cavabdehnə göndərilmiş elektron qaimə 03.01.2021-ci il tarixdə sistem tərəfindən təsdiqlənmişdir. İş materiallarında olan Azmek-LTK” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçınə ünvanlanmış 13.01.2021-ci il tarixli elektron müraciətdə qeyd olunmuşdur ki, 29.12.2020-ci il tarixli, EBAV seriyalı, 594093 nömrəli elektron qaimə əsassızdır. Belə ki, təmir üçün təqdim olunan avtonəqliyyat vasitəsi demək olar ki, təmir olunmamışdır. Avtonəqliyyat vasitəsinin təmirə qəbul aktı yazılmamış və təmirdən sonra təhvil-təslim aktı yazılmamışdır. Təqdim edilmiş elektron qaimənin ləğv edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan 11.06.2021-ci il tarixli maliyyə (mühasibat) arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcu 3.042,04 manat təşkil edir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdehnə göndərilmiş pretenziyadan qeyd olunmuşdur ki, İddiaçı ilə aralarında bağlanılmış 26.09.2018-ci il tarixli avtomobillərə avtomexaniki xidmət müqaviləsinə əsasən, **-PU-*** dövlət qeydiyyat nişanlı, Mitsubishi L- 200 markalı avtomobilin təmir xidməti üzrə Cavabdeh 3.042,04 manat məbləğində borcu yaranmışdır. Qeyd olunan borcun 07.06.2021-ci il tarixədək ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçınə ünvanlanmış 05.06.2021-ci il tarixli məktubda qeyd olunur ki, 01 iyun 2021-ci il tarixli pretenziya məktubuna cavab olaraq bildirilir ki, qarşılıqlı bağlanmış müqaviləyə əsasən, balansımızda olan avtomobillər tərəfinizdən cari və ya əsaslı təmir olunmalıdır. Bu baxımdan keyfiyyət və təminat sizin üzərinizə düşməkdədir. Bütün bunlardan sonra xidmət haqqı və ya avtomobillərin üzərinə yerləşdirilən ehtiyat hissələrinin məbləği qarşılıqlı olaraq baxış keçirilib akt tərtib etməklə təhvil-təslim aktına əsasən, köçürmə yolu ilə ödənilməlidir. Təqdim olunan pretenziya məktubunda qeyd edilmiş 3.042,04 manat vəsait tərəfimizdən qəbul edilməmiş və keyfiyyətsiz xidmət göstərildiyi üçün avtomobillər yenidən təmir üçün başqa ustalara göndərilmişdir. Avtomobillər digər ustaların təmiri zamanı AVİS-lə əlaqə saxlanılmış və yerində araşdırma aparılması üçün nümayəndəniz dəvət olunsa da, təşrif buyurmaq ehtiyacı duymamışdır. Həmçinin qeyd olunur ki, əməkdaşlıq etdiyiniz yanacaq nasosları təmri xidməti göstərən “BORSH” servisə dəfələrlə tərəfimizdən göndərilən avtomobil araşdırıla bilər. Bununla bağlı yetərincə sübut və dəlillər mövcuddur. Eləcə də, təhvil-təslim aktının tərəflərindən qəbul edilməyərək imzalanmadığı və qanun çərçivəsində baxılmasına etirazlarının olmadığı bildirilmişdir. Məhkəmə müəyyən etdi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 26.09.2018-ci il tarixli avtomobillərə avtomexaniki xidmət müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə avtomobil servis xidmətləri göstərilmişdir. Hazırda iddiaçı qeyd olunan müqavilə üzrə 3.042,04 manat məbləğində borcun cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını nəzərə alaraq, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsi və vəkilinin, həmçinin cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında xidmət (podrat) münasibətləri bağlanılmış müqaviləyə, həmçinin tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş hesabfaktura və elektron qaimələrə əsasən həyata keçirilmişdir. Hazırki iş üzrə tələb edilən 3.042,04 manat əsas borcun yaranma əsası da məhz 28.12.2020-ci il tarixli vergi hesab-faktura və 29.12.2020-ci il tarixli tarixli elektron qaimədir. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh təqdim olunan elektron qaiməni (3.042,04 manat) qəbul etmiş və onlara dair hər hansı etirazını qanunverciliklə müəyyən olunmuş qaydada və müddətdə bildirməmişdir. İş materiallarından da görünür ki, həmin elektron qaimə iddiaçıya qaytarılmamış, dolayısı ilə bəyənilməklə 3.042,04 manat dəyərində xidmətin göstərildiyi qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən, elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən, cari elektron qaimə-faktura göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən, bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Cavabdeh tərəfindən iddiaçıya yalnız 13.01.2021-ci il tarixdə, yəni elektron qaimənin təsdiq edildiyi 03.01.2021-ci il tarixdən 10 gün sonra avtonəqliyyat vasitəsinin təmirindən narazı qaldığı barədə müraciət edilmişdir. Lakin bu müraciətdə də, narazılığın nədən ibarət olması, məhz hansı işlərin keyfiyyətsiz görülməsi və bunu təsdiq edən sübutlar təqdim olunmamışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, avtomobili şəxsən özü iddiaçıya təhvil vermiş, təmirdən sonra isə şəxsən özü təhvil almışdır. Avtomobil təmir olunmadığı halda, cavabdehin nümayəndəsinin həmin avtomobili təhvil alması inandırıcı deyildir. Həmçinin 41577 saylı servis iş qəbul kartına əsasən, avtomobilin 30.11.2020-ci il tarixdə iddiaçıya təhvil verildiyinə və 01.12.2020-ci il tarixdə təhvil alınmasına baxmayaraq, cavabdeh tərəfindən avtomobilin təmirinin keyfiyyətsiz olmasına dair ilk dəfə iddiaçıya müraciəti, iddiaçının cavabdehə göndərdiyi pretenziya məktubuna cavab olaraq 05.06.2021-ci il tarixdə, yəni avtomobilin təhvil alındıqdan 7 aydan artıq müddət keçdikdən sonra edilmişdir. Lakin bu müraciətdə də, keyfiyyətsiz təmirin nədən ibarət olması, hansı işlərin keyfiyyətsiz icra olunması və digər hallar göstərilməmiş, buna dair, o cümlədən müvafiq sübutlar nə iddiaçıya nə də ki, məhkəməyə təqdim edilməmişdir. Halbuki, tərəflər arasında bağlanılmış müqavilənin 4.4-cü bəndinə əsasən, icraçı bu müqavilə üzrə icra etdiyi avtomexaniki, yağdəyişmə işlərinin (xidmətlərin) keyfiyyətinə 3 ay müddətində 5.000 kilometr məsafə sürülməsi çərçivəsində zəmanət verir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən həmin ödənişlərin həyata keçirilməsini tələb etməkdə haqlıdır və ona görə də iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını və işin hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 3.042,04 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3.072,04 (üç min yetmiş iki manat, dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehndən 3.042,04 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3.072,04 (üç min yetmiş iki manat, dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar